25Oktyabr | Ana Səhifə - Yazılar - Muğama üsyan etmək istəyi...
Muğama üsyan etmək istəyi...

Vəfa Allahverdiyeva               


Xanım olan bir kəsin ərsiz qalaraq, çağdaş kapitalizm şərtləri altında ev, uşaq yükünə çiyinlərini qoyması  olduqca çətindir.

Hələ o xanım xəstə övlada özünün xəstə halıyla sahib çıxmaq məsuliyyəti altındadırsa, bu, lap dəhşətdir.

Könül Xasıyevanın ilk dəfə  efirdən gördüyümüz qüssəli halı, heç qurumayan göz yaşları, dərdli, aciz görkəmi onun muğamda göstərdiyi hünərə və qüdrətli ifaçı imicinə, üstəlik, sənət cameəsinin sərvətə rahat əli çatdığı bir gerçəklikdə bir az  zidd görünmüşdü ki, əslində hər çür müqayisədə, onu ani anlamamaqda  bir tələskən, təhlilsiz düşüncə  var idi.  

Halbuki  o, yalnızca səsi ilə pul qazana bilən kateqoriyanı təmsil edib, hər zaman.

Sənətdəki abrı-həyası olmayan fironlar kimi qadınlığını da natəmiz üsullarla  sərvət toplamaq vasitəsinə çevirmirdi, axı.    

Nə olsun ki, neçə illər sənətdə istedadı ilə at oynadıb.

Tək sənətlə qazanılan pullar güclü klinikaların qapısını açmağa kifayət etməz.

200 minlik modern maşınlar, 500 minlik mənzillər olmalıdır, biri satılmaqla, Səni düşdüyün dərdin əlindən salamat çıxarsın; hörmətli bir statusu olan Səni cəmiyyətə aciz görkəmdə təqdim edib, sındırmasın...

Könül Xasıyevanın adının üzərindəki muğam kəlməsi onun qaralmış taleyini ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın şəfqətli əlində həll edəcək.

Dünən həyata, yaşamağa stimul verən addımlardan vacibi atılıb. Şəhərin mərkəzində komfort mənzillə təmin edilib. Bircə balasının müalicəsi üçün satdıqlarının maddi olaraq yeri dolub; həm də mənəvi güc qazanıb.

Bu diqqət  öz ardını gətirən və xanım ifaçını övladı ilə birgə sağlamlığına qovuşduran müalicəyə qədər humanist xarakterli geniş bir qərarı əhatə edir, əminik. Könül Xasıyeva öz acısında qovrulanlardan olmayacaq.

Amma...

Amması budur ki, niyə belə müşküllərdə həmişə birinci xanım araya girməlidir?!

Söhbət başqa isimdən-filandan da getmir, yox, qoy, daşları sındıran muğam daş ürəkləri sındırmasın heç. Çünki insanın başqasına möhtaclıq hiss etməsi onu şəxsiyyət kimi sındırır.

Söhbət məhz sənətin özündən, konkret muğamdan gözlənilən təmənnadan  gedir!   

Adamın birdən möhtəşəm  Muğamın özünə da üsyan etməsi gəlir: ezaskarsan, amma sənin fəlsəfəni, gücünü açana, təqdim edənə yüngül musiqinin yüngül musiqiçiyə qazandırdığı böyük imkanları verə bilmirsən!

Səni yaşadıb qərinələrə daşıyanı Sən cismən yaşada bilmirsən!

Fenomensən!

Unikal bir möcüzəsən!

Mədəniyyətin zirvəsi, adı, hörməti, hər şey Sənsən, halbuki!  

Bu tənqidi, acıqlı ritorikanın ünvanı zövqünü itirmiş cəmiyyət,  pullarını layiqsizlərə səpələyən, yüngüllük  arxasınca qaçan karlı  tamaşaçıdır, əslində.

Muğam burada qəzəbi, iradı, sadəcə, fenomen gücünə görə öz üzərinə almalı olur!

Arsızların, şərəfsizlərin kölgəsində qalanda, layiqli olduğun halda yerini tuta bilməyəndə, insanın bəzən özünə elan etmək istədiyi üsyan kimi.

Zövqü çirklənmiş cəmiyyətə güc çatmayanda, günahsız muğamın yaxasından yapışmaq da belə bir  çarəsizlikdir.  
       

Könül Xasıyeva aylardır, pul sarıdan  kömək gözləyəndən,  muğam aciz görünməyə başlayırdı.

Varlı adamların şəxsi sərvəti ara müğənnilərinin, sənətə kafe və barlardan gələn əməkdar artistlərin cibinə axır, gün kimi aydın.  Onların toylarında balaca bir muğam parçası, ya var, ya yoxdur.

Ya da bütöv bir toyu idarə edən estrada, meşşan məzmunlu mahnı yanrı qədər hörmətli olub, saatlar ala bilmir.

Uzağı yarım saat. Dəyəri isə yüngül ifaçıların, bəsit nəğmələrin dəyərindən dəfələrlə aşağı.

Görünüşü, vulqar ifadələrlə  sənətçi adı qazananlar   Moskvaya qədər  bahalı toy  qamarlayanda, müxtəlif diaspor təşkilatlarının maraq dairəsində olanda, muğam ifaçıları abrından, muğamın adından, çəkisindən utanıb, vətəndaşa yüksək qiymət təklif edə bilmir, Azərbaycan sərhədlərindən kənara bəxti açılmır.

Zənginlərin uşaqlarına isə qəm, düşüncə nəğməsi yox, sümüyə düşən gurultulu mahnılar, onların siyasətçidən, millət vəkilindən populyar ədalı-yaraşıqlı ifaçıları lazımdır deyə, varlı xəzinəsindən bu tip sənətçilər qazanc əldə edə bilir. Könüllər deyil...       

Demək ki, muğam ifaçısının bazarı çoxdan ölmüş bazardır. Muğama ilbəil rəsmi səviyyədə qayğı və diqqət olsa da. Muğam populyarlıq qazansa da. Muğam sənət varisləri yetişdirsə də.

Könül Xasıyevanın aylardır kömək istəyən dilinə səbəb bu reallıqdır.

Bu, dövlət qulluğunda yerləşmək istəyib, yolu əngəllənən bir gəncin durumu ilə eyni məsələ deyil.

Bu, dayday tələb edən məsələ də deyil. Xalis sənət elə bir sahədir ki, orda qəyyumlar, arxalar çox şey edə bilmir.

Orda hər şeyi istedad özü həll edir.  Könülün qabiliyyəti həll etdiyi kimi. Di gəl ki... 

Muğama mənəvi tələbatın aşağı səviyyəli acı mənzərəsi,   cəmiyyətin bəsit zövqü, ciddilik, sanbal, dərin gözəllik   istəməyən ruhu ilə bağlı məsələdir.

Muğam üçün toylarda  tökülən  pullar yüngül ifalara, ifaçılara tökülən pulların üçdə biri də deyil. Düşük mahnıların ifaçılarının qazandığı sərvətin yarısı ciddi musiqi arxasınca gedənlərdə yoxdur.

Ağır, ciddi və gözəl üslublar  dura-dura cırıq və kirli görünüşlü cins geyimlərə az qala kütləviləşmiş meyl nədirsə, bəsit, gurultudan, söz yığınından ibarət mahnılara, onların göbələk kimi artan ifaçılarına düşkünlük də elə odur-xarab olan zövqümüz, aşağı düşən  sanbalımız...       

KÖNÜL bir mərhəmətli, MEHRİBAN əldə ovundu. Həyatın qəddar labirintindən çıxmağa etibarlı təsəlli aldı.  

Aciz Könül olmadı, Muğam oldu... 

MÜƏLLİFİN DİGƏR YAZILARI
FED uçot dərəcəsi ilə bağlı qərarını açıqladı 19 İyun 2019, 22:46 Mingəçevir su anbarı yaxınlığında yanğın 19 İyun 2019, 22:40 Fuad Abbasov aclığı dayandırdı 19 İyun 2019, 22:29 Belqradda Nəsiminin 650 illiyinə həsr olunan elmi simpozium 19 İyun 2019, 22:13 İstidən 92 nəfər öldü 19 İyun 2019, 21:56 Hərbi təlim düşərgəsində 14 yeniyetməni şimşək vurdu 19 İyun 2019, 21:40 Elmar Məmmədyarov Boltonla Qarabağı müzakirə etdi 19 İyun 2019, 21:27 Serbiya Azərbaycan qazını nə zaman əldə edəcək? 19 İyun 2019, 21:13 Yaponiya ilə Azərbaycan arasında viza rejimi sadələşdirilir 19 İyun 2019, 20:59 İmperatorun taxta çıxma günü Bakıda qeyd olundu 19 İyun 2019, 20:50 Azərbaycanda hər gün 45 ailə dağılır 19 İyun 2019, 20:33 İsmayıllıda itkin düşən qadın tapıldı 19 İyun 2019, 20:18 Magistraturaya qəbulun nəticələri AÇIQLANDI 19 İyun 2019, 20:03 Ahmet Kayanın cənazəsi Türkiyədə dəfn edilə bilər 19 İyun 2019, 19:42 Bakıda iki marşrut üzrə avtobusların hərəkət sxemi dəyişdirildi 19 İyun 2019, 19:34 Luis Enrike istefa verdi 19 İyun 2019, 19:22 İcra başçısı vətəndaşları qəbul etdi 19 İyun 2019, 19:13 Rusiyada İŞİD-ə maliyyə vəsaiti toplayan şəbəkə aşkarlandı 19 İyun 2019, 19:07 Bakıda 40 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb 19 İyun 2019, 19:00 Prokurorluq orqanlarına sənəd qəbulu davam etdirilir 19 İyun 2019, 18:51 Cəlilabadda 3 kiloqramdan artıq narkotik aşkarlandı 19 İyun 2019, 18:46 Ərdoğan: Mursini öldürüblər 19 İyun 2019, 18:35 DİN sürücülərə müraciət etdi: Avtomobilləri səkidə saxlamayın 19 İyun 2019, 18:21 İlham Əliyev: “Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindəndir” 19 İyun 2019, 18:14 Nazirlik: 72 abidənin pasportlaşdırılması planlaşdırılır   19 İyun 2019, 18:02 Zaqatalada din xadimləri birgə vəhdət namazı qıldılar 19 İyun 2019, 17:51 Ümumqoşun poliqonunda təlim keçirildi - VİDEO 19 İyun 2019, 17:23 UNİCEF: “Azərbaycanda məktəbəhazırlıq səviyyəsinin artması fenomenal uğurdur” 19 İyun 2019, 17:18 Manatın sabahkı məzənnəsi açıqlandı 19 İyun 2019, 17:11 Deputat: “Beynəlxalq hüququn aliliyi erməni lobbisinin maraqlarından üstündür” 19 İyun 2019, 17:06 “Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq 19 İyun 2019, 17:03 Ermənistanda 28 yaşlı gənc nazir təyin olundu 19 İyun 2019, 16:56 Əzələ-oynaq ağrılarının SƏBƏBİ - D vitamini çatşmazlığı 19 İyun 2019, 16:50 Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırıldı 19 İyun 2019, 16:46 ADU Fəxri Diploma layiq görüldü   19 İyun 2019, 16:28