25 Oktyabr 2017, 11:42 | Ana Səhifə - Yazılar - Muğama üsyan etmək istəyi...
Muğama üsyan etmək istəyi...

Vəfa Allahverdiyeva               


Xanım olan bir kəsin ərsiz qalaraq, çağdaş kapitalizm şərtləri altında ev, uşaq yükünə çiyinlərini qoyması  olduqca çətindir.

Hələ o xanım xəstə övlada özünün xəstə halıyla sahib çıxmaq məsuliyyəti altındadırsa, bu, lap dəhşətdir.

Könül Xasıyevanın ilk dəfə  efirdən gördüyümüz qüssəli halı, heç qurumayan göz yaşları, dərdli, aciz görkəmi onun muğamda göstərdiyi hünərə və qüdrətli ifaçı imicinə, üstəlik, sənət cameəsinin sərvətə rahat əli çatdığı bir gerçəklikdə bir az  zidd görünmüşdü ki, əslində hər çür müqayisədə, onu ani anlamamaqda  bir tələskən, təhlilsiz düşüncə  var idi.  

Halbuki  o, yalnızca səsi ilə pul qazana bilən kateqoriyanı təmsil edib, hər zaman.

Sənətdəki abrı-həyası olmayan fironlar kimi qadınlığını da natəmiz üsullarla  sərvət toplamaq vasitəsinə çevirmirdi, axı.    

Nə olsun ki, neçə illər sənətdə istedadı ilə at oynadıb.

Tək sənətlə qazanılan pullar güclü klinikaların qapısını açmağa kifayət etməz.

200 minlik modern maşınlar, 500 minlik mənzillər olmalıdır, biri satılmaqla, Səni düşdüyün dərdin əlindən salamat çıxarsın; hörmətli bir statusu olan Səni cəmiyyətə aciz görkəmdə təqdim edib, sındırmasın...

Könül Xasıyevanın adının üzərindəki muğam kəlməsi onun qaralmış taleyini ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın şəfqətli əlində həll edəcək.

Dünən həyata, yaşamağa stimul verən addımlardan vacibi atılıb. Şəhərin mərkəzində komfort mənzillə təmin edilib. Bircə balasının müalicəsi üçün satdıqlarının maddi olaraq yeri dolub; həm də mənəvi güc qazanıb.

Bu diqqət  öz ardını gətirən və xanım ifaçını övladı ilə birgə sağlamlığına qovuşduran müalicəyə qədər humanist xarakterli geniş bir qərarı əhatə edir, əminik. Könül Xasıyeva öz acısında qovrulanlardan olmayacaq.

Amma...

Amması budur ki, niyə belə müşküllərdə həmişə birinci xanım araya girməlidir?!

Söhbət başqa isimdən-filandan da getmir, yox, qoy, daşları sındıran muğam daş ürəkləri sındırmasın heç. Çünki insanın başqasına möhtaclıq hiss etməsi onu şəxsiyyət kimi sındırır.

Söhbət məhz sənətin özündən, konkret muğamdan gözlənilən təmənnadan  gedir!   

Adamın birdən möhtəşəm  Muğamın özünə da üsyan etməsi gəlir: ezaskarsan, amma sənin fəlsəfəni, gücünü açana, təqdim edənə yüngül musiqinin yüngül musiqiçiyə qazandırdığı böyük imkanları verə bilmirsən!

Səni yaşadıb qərinələrə daşıyanı Sən cismən yaşada bilmirsən!

Fenomensən!

Unikal bir möcüzəsən!

Mədəniyyətin zirvəsi, adı, hörməti, hər şey Sənsən, halbuki!  

Bu tənqidi, acıqlı ritorikanın ünvanı zövqünü itirmiş cəmiyyət,  pullarını layiqsizlərə səpələyən, yüngüllük  arxasınca qaçan karlı  tamaşaçıdır, əslində.

Muğam burada qəzəbi, iradı, sadəcə, fenomen gücünə görə öz üzərinə almalı olur!

Arsızların, şərəfsizlərin kölgəsində qalanda, layiqli olduğun halda yerini tuta bilməyəndə, insanın bəzən özünə elan etmək istədiyi üsyan kimi.

Zövqü çirklənmiş cəmiyyətə güc çatmayanda, günahsız muğamın yaxasından yapışmaq da belə bir  çarəsizlikdir.  
       

Könül Xasıyeva aylardır, pul sarıdan  kömək gözləyəndən,  muğam aciz görünməyə başlayırdı.

Varlı adamların şəxsi sərvəti ara müğənnilərinin, sənətə kafe və barlardan gələn əməkdar artistlərin cibinə axır, gün kimi aydın.  Onların toylarında balaca bir muğam parçası, ya var, ya yoxdur.

Ya da bütöv bir toyu idarə edən estrada, meşşan məzmunlu mahnı yanrı qədər hörmətli olub, saatlar ala bilmir.

Uzağı yarım saat. Dəyəri isə yüngül ifaçıların, bəsit nəğmələrin dəyərindən dəfələrlə aşağı.

Görünüşü, vulqar ifadələrlə  sənətçi adı qazananlar   Moskvaya qədər  bahalı toy  qamarlayanda, müxtəlif diaspor təşkilatlarının maraq dairəsində olanda, muğam ifaçıları abrından, muğamın adından, çəkisindən utanıb, vətəndaşa yüksək qiymət təklif edə bilmir, Azərbaycan sərhədlərindən kənara bəxti açılmır.

Zənginlərin uşaqlarına isə qəm, düşüncə nəğməsi yox, sümüyə düşən gurultulu mahnılar, onların siyasətçidən, millət vəkilindən populyar ədalı-yaraşıqlı ifaçıları lazımdır deyə, varlı xəzinəsindən bu tip sənətçilər qazanc əldə edə bilir. Könüllər deyil...       

Demək ki, muğam ifaçısının bazarı çoxdan ölmüş bazardır. Muğama ilbəil rəsmi səviyyədə qayğı və diqqət olsa da. Muğam populyarlıq qazansa da. Muğam sənət varisləri yetişdirsə də.

Könül Xasıyevanın aylardır kömək istəyən dilinə səbəb bu reallıqdır.

Bu, dövlət qulluğunda yerləşmək istəyib, yolu əngəllənən bir gəncin durumu ilə eyni məsələ deyil.

Bu, dayday tələb edən məsələ də deyil. Xalis sənət elə bir sahədir ki, orda qəyyumlar, arxalar çox şey edə bilmir.

Orda hər şeyi istedad özü həll edir.  Könülün qabiliyyəti həll etdiyi kimi. Di gəl ki... 

Muğama mənəvi tələbatın aşağı səviyyəli acı mənzərəsi,   cəmiyyətin bəsit zövqü, ciddilik, sanbal, dərin gözəllik   istəməyən ruhu ilə bağlı məsələdir.

Muğam üçün toylarda  tökülən  pullar yüngül ifalara, ifaçılara tökülən pulların üçdə biri də deyil. Düşük mahnıların ifaçılarının qazandığı sərvətin yarısı ciddi musiqi arxasınca gedənlərdə yoxdur.

Ağır, ciddi və gözəl üslublar  dura-dura cırıq və kirli görünüşlü cins geyimlərə az qala kütləviləşmiş meyl nədirsə, bəsit, gurultudan, söz yığınından ibarət mahnılara, onların göbələk kimi artan ifaçılarına düşkünlük də elə odur-xarab olan zövqümüz, aşağı düşən  sanbalımız...       

KÖNÜL bir mərhəmətli, MEHRİBAN əldə ovundu. Həyatın qəddar labirintindən çıxmağa etibarlı təsəlli aldı.  

Aciz Könül olmadı, Muğam oldu... 

MÜƏLLİFİN DİGƏR YAZILARI
MİQ üzrə müsahibə mərhələsi nə vaxt başlayacaq? 4 Avqust 2021, 20:39 Karantin qaydalarını pozan toy sahibləri CƏRİMƏLƏNDİ 4 Avqust 2021, 20:26 Bu gün 68 mindən çox şəxsə vaksin vurulub 4 Avqust 2021, 20:14 Azərbaycanda yoluxma 1000-ə yaxınlaşır - 5 nəfər öldü 4 Avqust 2021, 20:08 YAP-a birləşən bu partiyaların nümayəndələrinə üzüvlük vəsiqləri verilib 4 Avqust 2021, 20:00 Qətlə yetirilən Sevincin uşaqlarının aqibəti məlum oldu 4 Avqust 2021, 19:51 Ərdoğan Baxçalını evində ziyarət etdi 4 Avqust 2021, 19:40 Sentyabrda məktəblər açılacaq? - Nazirdən cavab 4 Avqust 2021, 19:33 Narkotik becərən şəxs saxlanıldı 4 Avqust 2021, 19:20 Sumqayıtda narkotik satan 3 nəfər tutulub - VİDEO 4 Avqust 2021, 19:11 Yardımlıda yanğının söndürülməsi davam edir - FOTO 4 Avqust 2021, 19:04 Azad edilmiş ərazilərdə görülən işlər müzakirə olundu 4 Avqust 2021, 18:38 Soydaşlarımız Türkiyədə yanğından zərərçəkənlərə yardım göndərdi   4 Avqust 2021, 18:32 Məhkumun evindən narkotik götürüldü 4 Avqust 2021, 18:26 Kəlbəcər yenə atəşə tutuldu: İtkimiz yoxdur 4 Avqust 2021, 18:20 MTRŞ iddiaçıların heç birinə lisenziya vermədi 4 Avqust 2021, 18:14 Müəllimlərin işə qəbulunda yenilik: Nazirdən mühüm AÇIQLAMA 4 Avqust 2021, 18:01 “Biz daha çox biliyi ölçürük, nəinki bacarığı” 4 Avqust 2021, 17:56 Emin Əmrullayev: “Dərs saatı ən azı 18 olmalıdır”  4 Avqust 2021, 17:54 Müdafiə naziri ordunun döyüş hazırlığını yoxladı 4 Avqust 2021, 17:50 Şəfqət dolu ürək... 4 Avqust 2021, 17:50 Nazir narazı namizədlərə müraciət etdi 4 Avqust 2021, 17:42 Zakir Həsənov azad olunmuş ərazilərə getdi - VIDEO+FOTO   4 Avqust 2021, 17:41 “Şikayətçi müəllimlər haqlıdırlar” - Emin Əmrullayev 4 Avqust 2021, 17:33 Ermənistan XİN-nə yeni mətbuat katibi TƏYİN OLUNDU 4 Avqust 2021, 17:29 “Ən çox yer xarici dil müəllimliyinə ayrılıb” - Təhsil naziri 4 Avqust 2021, 17:28 “Azərsu”da İctimai Şuranın ilk iclası keçirildi   4 Avqust 2021, 17:23 Müəllim olmaq istəyənlərin sayı kəskin artıb 4 Avqust 2021, 17:19 “Azəriqaz”ın “Açıq mikrofon”undan ilk səs gəldi - FOTO 4 Avqust 2021, 17:14 Azərbaycan və BMT birgə işçi qrup yaradır 4 Avqust 2021, 17:08 İstanbulda da meşəni yandırdılar 4 Avqust 2021, 17:04 Azər Süleymanov siyasətdən uzaqlaşdı: “Liderlərlə dil tapa bilmədik” 4 Avqust 2021, 16:48 Ağsuda toy təşkilatçısı cərimələndi 4 Avqust 2021, 16:43 Türkiyə və Azərbaycan xüsusi təyinatlılarının birgə təlimləri BAŞLAYIB 4 Avqust 2021, 16:43 Xalq kimin kim olduğunu yaxşı bilir 4 Avqust 2021, 16:42