13İyun | Ana Səhifə - Yazılar - Qara ulduzlar
Qara ulduzlar

Hidayət Elvüsal

Məhəmmədəli dünyasını dəyişdi. Amma bu dünya heç dəyişmədi. Sadəcə olaraq Məhəmmədəlinin dəyişdirdiyi dünya dəyişdi.

Bu yaraşıqlı, güclü, ürəyi sevgi dolu insan, ömrü boyu insanlıq uğrunda çarpışdı. Qalib gəldi. Və günlərin birində «demokratiyanın beşiyi» deyilən ABŞ-da onunla bir avtobusda getmək istəməyən «ağlar» son dayanacaqda onun ayağına döşəndilər. Başlarını qaldıranda göydə qara, parlaq bir ulduz şölə saçırdı – Məhəmmədəli!

Bu yaraşıqlı, qara oğlan boksçu idi. Onu və onun kimiləri aşağılayanları nakauta saldı. Bir zamanlar ona yuxarıdan aşağı baxanlar,  sonda ona aşağıdan yuxarı baxdılar. Çünki, o, ulduz idi. Yalnız ABŞ-da deyil, bütün dünyada parlayan ulduz.

Məhəmmədəli bir həqiqət, ədalət  mübarizi idi.  Vyetnam  müharibəsini protest etdi. Günahsız insanları öldürməyə getmədi. Çünki bu, ədalətsiz müharibə idi və Məhəmmədəli bir müsəlman kimi üzərinə düşəni yerinə yetirdi.

Söhbət yalnız Məhəmmədəlidən getmir. Göy üzünün «qara ulduzları»ndan danışmaq istərdim.

Azadlıq uğrunda bir savaşa çevrilmiş  Mandelanı deyirəm. Ulduz idi. «Ağlar»ın nifrət etdiyi bir dünya   Anjela Devizi, Partisi Lnunba… Çox adlar çəkə bilərəm. İnanıram ki, nə demək istədiyimi anladınız.

Bilirsiniz, dünya bir həqiqəti inkar etməməlidir – caz, pop, rok, rok-en-roll, rep… qaraların dünyaya bəxş etdiyi mədəniyyət nümunələridir.

Və «ağlar dünyası» bu həqiqəti qəbul etməmək üçün dəridən-qabıqdan çıxdı. Mümkün olmadı – Armstronq, Tom Cons, Hyuston, Maykl Cekson… peyda oldu.

Ağlar dünyası şoka düşdü. Həm bu dünya qaraların yaratdıqları ilə pul qazanmağa başladılar.  Qazandılar da! Eynən qaraların  təbii sərvətlərini sümürdükləri kimi!

İdmanda Məhəmmədəli gəldi. Tək deyildi. «Dəmir Maykl» da onunla idi. Kubada Stivenson bir ermənini biabırcasına yerə sərdi. İdman azarkeşlərinin yadında olar. Həmin erməni rinqə titrəyə-titrəyə çıxdı. Stivenson  onu elə vurdu ki,  erməni kənar-müdafiə iplərinə yapışdı. Titrəyə-titrəyə gəldi, titrəyə-tirəyə də əsl erməni obrazı yaratdı.

Dünya ABŞ-a getdi. Məhəmmədəli üçün getdi. Qaraları qəbul etməyən ağlar o qara ulduz önündə diz çökdü. Göy üzünə baxdılar. Göy üzündə o qədər qara və parlaq ulduzlar var ki…

Məhəmmədəli, Mandela, Anjela Devis, Dəmir Mayk, Hyuston, Obama…

Və daha kimlər, kimlər…

Bu dünya başını qaldırıb, göy üzündəki ən parlaq ulduzları gördükcə yer üzü daha işıqlı, daha nurlu olur.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Bu şirkət 774 min avtomobili geri çağırır 31 May 2020, 23:03 Tramp G7 sammiti iştirakçılarının sayını artırır 31 May 2020, 22:47 Dünyanın ən böyük konteyner gəmisi Süveyş kanalından keçib 31 May 2020, 22:33 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 31 May 2020, 22:16 Türkiyədə COVİD-19 qurbanlarının sayı 4 540 nəfərə çatıb 31 May 2020, 21:59 Ağstafada ağır qəza: 2 yaralı var 31 May 2020, 21:45 Kürdəmirdə üç otaqlı ev yanaraq külə döndü 31 May 2020, 21:36 Avropada rəqəmsal avro sınaqdan keçirildi 31 May 2020, 21:24 OPEC+ ölkələrinin nazirləri bu tarixdə görüşəcək 31 May 2020, 21:10 Türkiyə sabahdan bu qadağaları ləğv edir - Siyahı 31 May 2020, 20:58 "Crew Dragon"nun Yer ilə rabitə əlaqəsində nasazlıq yarandı 31 May 2020, 20:47 Fransalı futbolçudan ABŞ-dakı irqçiliyə etiraz - VİDEO 31 May 2020, 20:38 Pompeo öldürülən afroamerikalının ailəsinə başsağlığı verdi 31 May 2020, 20:34 Çin orbitə iki peyk buraxdı 31 May 2020, 20:28 Vaxtı keçmiş kreditlərin məbləği açıqlandı 31 May 2020, 20:25 Göygöldə “KamAZ”  qoyun sürüsünə çırpıldı 31 May 2020, 20:19 Misir ordusu Şimali Sinayda daha 19 terrorçunu məhv etdi 31 May 2020, 20:18 Xorvatiya 10 ölkənin vətəndaşları üçün sərhədlərini açdı   31 May 2020, 20:18 Səudiyyə Ərəbistanında 90 min məscid ibadətə açıldı 31 May 2020, 20:14 "Honda" 774 min avtomobili nasazlığa görə geri çağırır   31 May 2020, 20:05 Rusiyalı məşqçi koronavirusdan öldü 31 May 2020, 20:02 Əhalinin banklardakı əmanətləri azaldı - Mərkəzi Bank 31 May 2020, 19:58 Məmmədyarov əfqanıstanlı həmkarı ilə telefonla danışdı 31 May 2020, 19:51 Formula 1 Qran-Pri yarışları iyulun əvvəlində bərpa olunacaq 31 May 2020, 19:47 Dünyanın ən yaşlı kişi sakini Ruminyada - 111 yaşında 31 May 2020, 19:38 “Renault”un 8 minədək işçisi nümayiş keçirdi 31 May 2020, 19:28 Corc Floydun ölümünə görə Londonda etiraz aksiyası 31 May 2020, 19:25 Xəzərin bu hissəsində çimərliklər açılır 31 May 2020, 19:22 Britaniyada son sutkada koronavirusdan 113 nəfər öldü 31 May 2020, 19:15 Göyçayda 10-cu sinif şagirdi kanalda batdı 31 May 2020, 19:07 Ünvanlı sosial yardımın verilməsi 1 ilə endirilir 31 May 2020, 18:58 Bakıda ana və azyaşlı oğlunu maşın vurdu 31 May 2020, 18:51 Milli Məclisin sabahkı iclasının gündəliyi AÇIQLANDI 31 May 2020, 18:20 Bankların kredit qoyuluşları azalıb 31 May 2020, 18:04 Şamaxı Rayon Ağsaqqalları Prezidentə müraciət etdilər 31 May 2020, 17:58