30 Oktyabr 2017, 13:12 | Ana Səhifə - Yazılar - O Xalq bizik, o Oğul sizsiniz!
O Xalq bizik, o Oğul sizsiniz!

Sahib Alıyev,
Milli Məclisin üzvü

Bu gün Bayramdır. Bu günün önəmi təkcə onda deyil ki, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin işə düşməsiylə Azərbaycanın regionda nəqliyyat qovşağına çevirilməsi yolunda sonuncu sayılmasa da, ən mühüm addımlardan biri atılmış olur. Və bununla da ölkəmiz hər il 50 milyondan bir milyard dollaradək gəlir əldə etmək şansı qazanır.

Bir daha vurğulayırıq ki, əlbəttə bu önəmlidir. Ancaq bu dəmir yolunun ən böyük önəmi onun regionun geosiyasi xəritəsinə yenidən düzəliş edərək bütün türk ölkələrini birləşdirməsidir.

Xatırladaq ki, on il bundan öncə Bakı-Tiflis-Qars dəmir yolu xəttinin özülü qoyular-qoyulmaz Azərbaycanla Türkiyənin qarşı-qarşıya gətirlməsinə yönəlmiş "futbol diplomatiyası" deyilən bir oyun ortaya atıldı. Bunun ardından da hardasa 2008-ci ilin avqustunda Ermənistanda Gümrü-Qars dəmir yolu xəttində təmirə başladıldı. Nə idi bu təmirdə məqsəd? Bakı-Tiflis-Qars dəmir yolu xəttininin önəmini heçə endirmək. Həm də təkcə iqtisadi baxımdan yox. Əgər Gümrü-Qars dəmir yolu xətti işə düşsəydi, Azərbaycanın və təkcə Azərbaycanın deyil, elə Türkiyənin də bundan aldığı geosiyasi zərbə iqtisadi zərərdən qat-qat artıq olacaqdı. Amma rəsmi Bakının sərt və qətiyyətli davranışı, böyük türk xalqının təpkisi nəticəsində bu məkrli plan baş tutmadı, Sürix protokollarıyla birgə hara lazımdırsa ora da getdi. 

Bu planın məkrliliyini daha yaxşı anlmaq üçün 1899-cu ildə işə salınan elə həmən o Tiflis-Gümrü-Qars dəmir yolu xəttinin hansı məqsədlə çəkilməsinə diqqət yetirmək gərəkir. Onu ikinci Nikolay çəkdirmişdi. Məqsəd də Türkiyəni Qarsadan başlayaraq İstanbula qədər Rusiyaya birləşdirmək idi. Bəli, Tiflis-Gümrü-Qars dəmir yolu xətti ilk növbədə hərbi-siyasi məqsədlərə xidmət edirdi. Burada Türkiyəylə Rusiyanı birləşdirən yoldan yox, Türkiyəni Rusiyaya birləşdirmək yolundan söhbət gedirdi və bu plandada ən mühüm yer haylara ayrılmışdı.

Plan alınmadı. Rusiya birinci dünya savaşında uduzdu, inqilab baş verdi. Sonra SSRİ yardıldı. SSRİ-nin yaradılmasıyla da Güney Qafqazın xəritəsini dəyişdirərək Zəngəzurun böyük bir hissəsini Azərbaycandan qoparıb Ermənistan etdilər. Azərbaycanla Türkiyə arasında hay anklavı yaratdılar. Bununla da təkcə Azərbaycanı Türkiyəylə deyil, Altayları Anadoluyla birləşdirən zəncir qırıldı.
Bu gün pollad qollarla həmin zəncir yenidən birləşdirilir. Gürcüstan üzərindən birləşdirlir. Onu Böyük Heydər Əliyevin oğlu cənab İlham Əliyev edir. Üç böyük türk dövlətinin böyükləri-Azərbaycan, Türkiyə və Qazaxıstan prezidentləriın liderləri bu Birlik gününün önəmini vurğulamaq üçün bu gün Bakıda bir araya gəlirlər. Təbriklər, cənab Prezident, Siz bunu bacardınız, Dünya Azərbaycanlılarının İkinci Qurultayında verdiyiniz vədə əməl edərək Bakı-Tiflis-Qars dəmir yolu xəttini çəkdirdiniz! 

Elə həmən qurultaylardan birində demişdiniz gərək ki, bizim kiçik deyil, 50 milyonluq bir xalq olmağımızı. Elədir, belə böyük bir layihəni əksər güc mərkəzlərinin o qədər də ürəklərindən olmamamasına baxmayaraq ancaq böyük bir Xalqın Oğulu reallaşdıra bilərdi. O Xalq bizik, o Oğul sizsiniz!

Avropa çempionatında qolsuz matç 15 İyun 2021, 01:01 Corabları ilə NATO sammitinə damğasını vuran lider kimdir? - FOTO 15 İyun 2021, 00:56 Azərbaycan və Gürcüstan milliləri sülh bağladı 15 İyun 2021, 00:49 Qırmızı işıqda keçən maşın qəza törətdi - FOTO 15 İyun 2021, 00:37 Polşalı qapıçı tarixə düşdü 15 İyun 2021, 00:23 Ərdoğan Azərbaycana yola düşdü 15 İyun 2021, 00:08 Azərbaycanda Milli Qurtuluş Günüdür 15 İyun 2021, 00:01 “Türkiyə ilə ABŞ arasında həqiqi irəliləyiş əldə edəcəyik” - Bayden 14 İyun 2021, 23:53 Ərdoğan Baydeni Türkiyəyə dəvət etdi 14 İyun 2021, 23:37 Ruslar erməniləri Kəlbəcər və Xocavəndə APARDI 14 İyun 2021, 23:25 İngiltərədə koronavirusla bağlı məhdudiyyətlərin ləğvi təxirə salındı 14 İyun 2021, 23:14 Əli Əsədov iclas keçirdi - FOTO 14 İyun 2021, 23:03 Ağstafada "Son zəng" bıçaqlanma ilə başa çatdı 14 İyun 2021, 22:56 Ərdoğan Qarabağla bağlı NATO-dan dəstək istədi 14 İyun 2021, 22:49 Uels futbolçuları Bakıda gəzintiyə çıxdılar - FOTO 14 İyun 2021, 22:38 Polis əməkdaşını maşın vurdu 14 İyun 2021, 22:29 “Əlini daşın altına qoymaq vaxtıdır” - Ərdoğan Baydenlə görüşdən danışdı 14 İyun 2021, 22:18 Polşa Slovakiyaya məğlub oldu - AVRO-2020 14 İyun 2021, 22:05 Türkiyədə koronavirusa yoluxan və ölənlərin sayı artdı 14 İyun 2021, 21:58 “Ərdoğanla çox yaxşı bir görüşümüz oldu” - Bayden   14 İyun 2021, 21:44 Büdcə gəlirləri 9,735 milyard manatı ötüb 14 İyun 2021, 21:37 Ərdoğanla Baydenin görüşü başa çatdı - FOTO 14 İyun 2021, 21:28 NATO-dan Türkiyəyə minnətdarlıq 14 İyun 2021, 21:20 Rəşad Nəbiyevə yeni müavin təyin edildi 14 İyun 2021, 21:06 Braziliyada şəhid jurnalistlərlə bağlı bəyanat yayıldı - FOTO 14 İyun 2021, 20:55 Dövlət başçısı Daşaltıda tunelin təməlini qoydu - FOTO 14 İyun 2021, 20:45 Prezident Zəfər yolundakı körpü ilə tanış olub - FOTO 14 İyun 2021, 20:34 Prezident və xanımı “Füzuli” yarımstansiyasının açılışında - FOTO 14 İyun 2021, 20:15 "Köndələnçay su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq" - İlham Əliyev 14 İyun 2021, 20:07 Prezident: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır 14 İyun 2021, 19:47 BTC ilə nəql olunan neftin həcmi AÇIQLANDI 14 İyun 2021, 19:38 Ceyhun Bayramov Britaniyanın Dövlət Naziri ilə telefonla danışıb 14 İyun 2021, 19:25 Ulu öndərlə unudulmaz üç görüş - FOTOLAR 14 İyun 2021, 19:19 Azərbaycanda peyvənd olunanların SAYI... 14 İyun 2021, 19:01 Daha 119 nəfər COVID-19-dan sağalıb, 25 nəfər yoluxub 14 İyun 2021, 18:54
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?