16İyun | Ana Səhifə - Yazılar - Azərbaycanda turizmə balta çalmaq...
Azərbaycanda turizmə balta çalmaq...

Türkiyə turizmini bu il çox ciddi şəkildə çökdürən iki səbəb: -burada silsiləli terror aktları və ölkənin Rusiya ilə münasibətlərindəki soyuqluq bizi sevindirməsə də,  Azərbaycana turist axını imkanlarını məhz bu kontekstdə müzakirə etməyə başlamışıq.

Halbuki müxtəlif mənşəli Türkiyə turistlərinin Azərbaycan turistlərinə çevrilməsi üçün nə par-par parıldayan otellər, nə yamyaşıl meşələr, nə çeşidli mətbəx kifayət edir.

Hətta Türkiyə kimi dörd dənizi olmasa da, dəniz amilinə görə coğrafi üstünlük daşımayan ölkələrlə müqayisədə heç olmasa, bir dənizə sahiblik də yetərli deyil. Dünyada çirkli və hasarlanmış Xəzərdən daha gözəl dəniz mənzərəsi, tərtəmiz, mavi rəngli nəhəng sular var.  

Daim tənqid edilən bahalıq da yerini münasib qiymət siyasətinə vermiş olsa, bu, bizim ölkəyə turist marağını yüksək həddə yaxınlaşdırmaqda aciz qalar.  

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin turistlərin sayının beş dəfə artması mövqeyinin ziddinə getmək olmasın, amma dünya sakinlərini turistə çevirən başlıca səbəb tarixilik, qədimliyi isbat edən mədəniyyət nümunələridir ki, bunlar bizdə ya hədsiz azdır, ya izləri sadəcə, tarixin qiymətini bilməmək, ya da maddi acgözlük ucbatından silinərək yox edilibsə, xarici səyahətçilər bizi niyə seçməlidir?!

Beynəlxalq idman tədbirlərinə ev sahibliyi dünya insanlarını burada cəmləşdirən əsas səbəbdir və onların say göstəricilərini yerli turizmin prestij qazanması  kimi mənalandırmaq yersiz həvəsdir.

Hər bir turist meşəni, çayı, dənizi, dadlı qidaları çox yerdə tapa bilir. Heç bir turist Aralıq, yaxud, Xəzər dənizində çimmək, günəş şüaları qəbul etmək üçün uzaq-uzaq yolları basıb Türkiyəyə, Azərbaycana gəlib çıxmır. O, tarixi keçmişi təqdim edən cazibəli, heyrətamiz mədəniyyət istəyir ki, bu, insanın idrakı ehtiyacıdır və görmək, bilmək, tanımaq təlabatı yaradır. Çünki bizi də başqa yerlərin həvəskar turistinə çevirən beşulduzlu otellərdə dincəlmək, adı dillərə düşmüş xörəkləri dadmaq yox,   yerini xəritə üzərində tapdığımız dənizlərə vizual qovuşma həvəsi yox, həmin ölkələrin tarixi keçmişinə sonsuz ilgidir.

Azərbaycanda turizmə İçərişəhərin simasına müasirlik qatılıb, xarici vətəndaşlara bahalı kirayəsi olan ofislər kimi verilən gündən etibarən balta çalınıb.

Çünki İçərişəhərdə istənilən əcnəbinin diqqətini cəlb edən qədim tikinti texnologiyası, dar küçələrin sosial-elmi izahını verən, tarixi etnosun ənənələrinə, yaşam tərzinə bələdçilik göstərən kifayət qədər faktlar toplusu var idi.  

Hətta küçələrə örtük üçün döşənən daşlar Hacıbala Abutalıbovun nəzarəti ilə aparılan asfaltlama işlərindən, uzun illərdir,  etibarlı çıxa bilirsə, bu əski  texnologiya maraqlı bir tədqiqat predmetidir. Üstəlik, burada xarici turistə paralellik aparmaq imkanı yaranır, çünki Avropa şəhərlərinin əksəriyyətinin küçələri İçərişəhərlə eyniyyət təşkil edir.    

İçərişəhər Qız Qalası və Şirvanşahlar sarayı ilə vəhdətdə xalqın tarixi keçmişinin dolu və bitkin bir izahını verirdi. Lakin onu mühafizəkarlığından qoparıb müasirliyə calamaqla, adıçəkilən iki mədəniyyət abidəsi təqdimatda tənha qaldı. Bir çox tarixi yerlərə lüzumsuz yanaşmanın özülü İçərişəhərdəki amansız tikinti prosesi ilə qoyuldu.

Azərbaycan turizmi, əslində bu tarixdən başlayaraq, zədə alıb.  Cünki onun ardınca, daşı qopan hər bir qədim tikiliyə uçurub, yerində başqasını qurmaq marağı ilə yanaşılıb ki, turizmin inkişafını axsadan bu faktora görə Azərbaycan dövlət büdcəsi böyük vəsait imkanı itirir.    

Söküntüsü başa çatmayan Sovetskidəki tarixi tikintilərlə bağlı açıqlanan son mövqe də həmin laqeyd münasibətin davamıdır.

Azərbaycanın 19-cu əsr izləri təəssüfsüz şəkildə silinir və Avropa memarlarının Şərq üslubunda yaratdığı arxitekturanı min bir bəhanə ilə ortadan qaldırmaq  vandalizm əlaməti daşıyan siyasətə xidmət edir. Üstəlik, bu, İçərişəhərdən dərs alınmadan turizmin inkişafı üçün vacib amillərdən birinin sıradan çıxarılması deməkdir.  

Maraqlıdır ki, 532-537-ci illərə aid Ayasofiya məbədinin üst mərtəbələrindəki gözə qabarıq girən çatlar dəfələrlə bərpa oluna bilir, dünya turistlərini İstanbula gətirən səbəblərdən biri rolunu oynamaqda davam edir, amma Sovetskidəki bir-iki  əsrlik abidələrin vəziyyətinə çarə tapılmır.

Əhməd Davudoğlu deyəndə ki, “mən bir konyalı kimi qədim Konyanın yenidən tikilməsinə imkan verməyəcəm”, adam Artur Rəsizadə və Hacıbala Abutalıbovun içində belə tarixilik eşqinin zərrələrini axtarıb tapmaq istəyir. Amma harda belə bir eşq ki, arxalı madiyyat hərislərinin yadından Bakının tarixiliyini isbatlayan cox az nümunələr çıxıb. Zəngin keçmiş belələrinin iştirakıyla müasirliyə uduzdurulub və Azərbaycan turizm nöqteyi-nəzərdən cəlbedici ölkə olmaqdan çıxıb.

Azərbaycan dincəlmək üçün uğurlu ölkədir, gəzib görmək, tarixin dərinliklərindən gələn keçmişə şahid olmaq  üçünsə yox.

Əgər əski tarix və hər qədim daşın üzərində incəsənət, mədəniyyət sirri  təqdim etmək yerinə, böyük adamların böyük otellərini göstərirsənsə, bu, turizm demək deyil. Turizm ləziz kabab, mənşəyində mübahisə yaradılan dolma ilə də  qurulamaz...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Hafiz Hacıyevdən İqbal Ağazadəyə seçki İTTİHAMI: “Elə bilirlər ki, mandat alma-armuddur...” 16 Dekabr 2019, 16:14 Bakıda 18 direktor işdən çıxarılıb - RƏSMİ 16 Dekabr 2019, 16:11 Putin Davos forumuna qatılmayacaq 16 Dekabr 2019, 16:05 Ərdoğan türk ordusunu bu səbəbdən Liviyaya göndərmək İSTƏYİR 16 Dekabr 2019, 16:05 Lənkəranın “Sitrus vadisi” diplomatları valeh etdi - FOTO 16 Dekabr 2019, 16:02 QHT Şurası qrant müsabiqəsinə sənəd qəbulunun müddətini UZATDI 16 Dekabr 2019, 16:02 Ordumuzun bölmələri qış mövsümünə tam hazırdır - VİDEO 16 Dekabr 2019, 15:53 Qaregin Njde və onun Tseqakron” təlimi 16 Dekabr 2019, 15:49 “Yağış suları artsa da, artmasa da onu üstünlüyə çevirmək mümkündür” – ŞƏRH 16 Dekabr 2019, 15:43 Binəqədidə seçicilərlə görüş keçirilib - FOTO 16 Dekabr 2019, 15:42 Bir qrup QHT bəyanat yaydı 16 Dekabr 2019, 15:39 Goranboy-Tərtər yolunda niyə radar quraşdırılmır? - DYP-dən AÇIQLAMA 16 Dekabr 2019, 15:38 Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı- RƏQİBLƏR 16 Dekabr 2019, 15:35 “Azəriqaz”dan Uşaq İnkişaf Mərkəzindəki partlayışla bağlı AÇIQLAMA 16 Dekabr 2019, 15:32 Universitet tələbəsi dünya kubokunun qalibi oldu 16 Dekabr 2019, 15:10 “Nəsiminin dünyaya gəldiyi məkan bəlli deyil” - MÜSAHİBƏ   16 Dekabr 2019, 15:08 Türkiyə parlamenti TÜRKPA-ya sədrliyi Milli Məclisə verəcək 16 Dekabr 2019, 15:00 AzTV yayım formatını dəyişir 16 Dekabr 2019, 14:54 “Azəriqaz” iddiaları rədd etdi - “Həmin qaz xətlərinin Mərkəzlə əlaqəsi yoxdur”   16 Dekabr 2019, 14:51 Qarabağ Azadlıq Təşkilatının İsraildə  nümayəndəliyi yaradıldı 16 Dekabr 2019, 14:40 Müsavat-ın namizədləri növbədənkənar seçkiyə bu dairələrdən gedir - Adlar AÇIQLANDI 16 Dekabr 2019, 14:31 Kürdə suyun səviyyəsi yarım metrdən çox artıb – Baş hidroloq 16 Dekabr 2019, 14:21 Putin Yeni İli necə qeyd edəcək? 16 Dekabr 2019, 14:20 Gürcüstandan görün nə gətirdilər - FOTOLAR 16 Dekabr 2019, 14:10 Təhsil idarəsi mərkəzdəki partlayışla bağlı məlumat YAYDI 16 Dekabr 2019, 14:03 Bakıda havanın temperaturu yüksələcək - PROQNOZ 16 Dekabr 2019, 13:32 Rusiya gizli silahını işə saldı – NATO narahat qaldı 16 Dekabr 2019, 13:31 Seçkiləri saxtalaşdıranları bu cəzalar gözləyir - həbs, cərimə, küçə süpürmək.. 16 Dekabr 2019, 13:28 Ağ Şəhərdə piyada keçidi və yolayırıcı açılır 16 Dekabr 2019, 13:21 Zelenskinin Azərbaycan səfərinin TƏFƏRRÜATLARI – Prezident və baş nazirlə görüşəcək 16 Dekabr 2019, 13:16 “Deputat seçilmək mənim istəyimlə olan məsələ deyil” - Əliağa Hüseynov 16 Dekabr 2019, 13:10 Həştərxan vilayəti ilə mədəni əlaqələr müzakirə edilib - FOTO 16 Dekabr 2019, 13:06 Bu il vəfat edən tanınmışlar - teleaparıcı, akademik, meyxanaçı, bəstəkar, pilot… 16 Dekabr 2019, 13:02 Jurnalistlər 2019-cu ilin idman hadisələrindən DANIŞDILAR: “Millimiz azarkeşləri əsəbləşdirdi” 16 Dekabr 2019, 12:56 İcra başçısı müşavirə keçirdi 16 Dekabr 2019, 12:52