15Fervral | Ana Səhifə - Yazılar - Avropadakı söyüşçül üçlüyə son cavabım
Avropadakı söyüşçül üçlüyə son cavabım

Adil Əliyev,
Milli Məclisin deputatı


Deməli, Avropada sığınacaq alan kiçik qrupun ən söyüşçül 3 üzvü (onlar mənim adımı hər görüntülərində çəksələr də, onlar üçün şərəf olmasın deyə isimlərini tələffüz etməyəcəm) növbətə dəfə mənə qarşı təhqir və yalanlarını səsləndirib və bunu sosial şəbəkədə yayıblar. “Günahım” odur ki, bu üçlüyün Azərbaycan prezidentinə qarşı etdikləri tərbiyəsizliyə etiraz etmişəm, sosial şəbəkədə tənqidlərimi yazmışam. Ancaq mənim yazdığım heç bir cümlədə təhqiredici fikir yoxdur, qarşı tərəf kim olursa-olsun bizim kitabımızda təhqir etmək yoxdur. Bizim tərbiyəmiz buna yol vermir. 

Birincisi, 1 saatdan çox təhqir dolu görüntülərində məni onda günahlandırırlar ki, keçmişdə polis işçisi olmuşam və bunların axsaq düşüncəsinə görə polis olmaq böyük qəbahətdir. Bəli keçmişdə polisdə xidmət etmişəm və bununla fəxr edirəm. Vəzifəsini ləyaqətlə yerinə yetirən polislərdən olmuşam, belələri sıralarımızda mütləq əksəriyyətdir. Polisdə hamıya qara yaxmaq dövlətə qara yaxmaq deməkdir. Çünki bəyənmədəyiniz polis dövlətin və millətin təhlükəsizliyinin keşiyində dayanıb. Polisdən söz düşmüşkən, görüntünü yayınlayan həmin üçlükdən birini tanıdım, o da məni tanımamış deyil, hələ 2003-cü ildə Yasamal Polisində cinayət axtarış şöbəsində işlədiyim dövrdə öz hərəkat yoldaşları haqqında bizə kifayət qədər məlumat verib, ləqəbini də bilirəm, əlimdə kifayət qədər sənədli sübutum da var, sadəcə dövlət maraqları baxımından açıqlamağı hələ ki, lüzum bilmirəm. Sadəcə, qoy öz “dostları” düşünsünlər ki, yanlarındakı kimdir və bir gün başlarına hansı xətanı açacaq. Bir dəfə satan, on dəfə satar! Bu alışqanlıqdır. 

İkincisi, içərilərindən biri mənimlə haqq-hesab çürütmək üçün Avropaya çağırıb. Bunlar guya müxalifətdirlər, qanqster və ya killer kimi danışırlar. Mən Avropa ölkələrində ara-sıra oluram, Səninlə rastlaşsam sözümü üzünə deyərəm, hansı idman növü ilə məşğul olduğumdan da yəqin məlumatın var, görüşsək keçmişindən Sənə bəzi xatırlatmalar da edəcəm. Ancaq tələsirsənsə, Səni öz vətənində gözləyirəm, yoxsa Azərbaycanı daha vətən saymırsan? Gəl oturaq danışaq, söhbət edək, fikirlərini deyərsən, yox əgər min kilometrlərlə məsafədən söyüş söyməyə üstünlük verirsənsə səninlə ağız-ağıza vermək mənlik deyil, ünvanı səhv salmısan. Sözümü sizə və sizin kimlərə bir neçə dəfə dedim, anlamaq istəmrisinizsə bu artıq sizin problemdir. Mənim keçmişimdə nəsə ləkə və ya ehtiyat etdiyim məqam olsaydı, heç zaman sizin kimi tərbiyəsizlərlə polemikaya girməzdim, məhz özümə və özümün keçimişinə tam arxayınam ki, dövləti və prezidenti Sizin kimi tərbiyəsizlərdən qorumaq məcburiyyətindəyəm və çəkinmədən sözümü də deyirəm. Sizinlə polemikaya hələ ki, burada nöqtə qoyuram. Sizin üçün şəfər olar ki, hər dəfə Sizə cavab verəm. Biriniz hətta son görüntüdə yalvarırdınız ki, “Adil Əliyev niyə mənim adımı çəkməyib, axı şəkilləri ayaqyolundan mən yapışdırmışam?” Sənin adını elə məhz ona görə çəkmirəm ki, etdiyin əmələ görə bu sənin üçün böyük şərəf olar. Siz uzaq ölkədə söyüş söyməyinizi və tərbiyəsizliklərinizi davam etdirin, mən isə əqidə yoldaşlarımla Azərbaycanın inkişafıyla və mövcud problemlərin həlli ilə məşğul olaq. Bir daha aramızdakı fərqi sizə izah etdim. Sizin işiniz söymək, bağırmaq, təhqir etmək, bizimki isə qurub-yaratmaq və insanların problemlərinin həlli ilə məşğul olmaqdır!

Təhsil naziri Tovuzda gimnaziyaya getdi 27 May 2019, 15:41 Roma Papası İlham Əliyevi təbrik etdi 27 May 2019, 15:37 101 yaşın mübarək, Azərbaycan Respublikası! 27 May 2019, 15:16 “Azərbaycan dili” fənnindən qəbul imtahanının nəticələri AÇIQLANDI 27 May 2019, 15:13 Əbülfəs Qarayev Diri Baba türbəsindəki vəziyyətlə tanış olub 27 May 2019, 15:00 Minsk Qrupunun həmsədrləri Yerevana gəlib 27 May 2019, 14:53 “Müqəddəs İslam dinimiz bunu tələb edir” – Xanım deputat 27 May 2019, 14:51 Dövlət Agentliyi Avropa Liqasının finalına görə xəbərdarlıq etdi – Nöqsanlar aradan qaldırılsın   27 May 2019, 14:46 Azercell şirkəti abunəçilərinə xəbərdarlıq etdi: “Xaricdən daxil olan...” 27 May 2019, 14:45 Berluskoni Avropa parlamentinin deputatı seçildi 27 May 2019, 14:35 Əfqanıstan baş nazirinin müşaviri öldürüldü 27 May 2019, 14:23 Əmanətlərin Sığortalanması Fondu vətəndaşlara müraciət etdi 27 May 2019, 14:14 Lənkəranda avtomobildən 4.2 kq tiryək aşkarlandı 27 May 2019, 14:10 Paşinyanın arvadı oğlunun Qarabağı tərk etdiyini TƏSDİQLƏDİ 27 May 2019, 13:48 Binəqədidə Respublika günü 27 May 2019, 13:47 Facebook-da transgenderin şəklini yayan 3 AZAL əməkdaşı işdən çıxarıldı 27 May 2019, 13:44 Üç günün hava prqonozu açıqlandı - Yağış, külək, isti… 27 May 2019, 13:29 Xələfov “Keşikçidağ”la bağlı gürcü həmkarına cavab verdi 27 May 2019, 13:29 Prezident və birinci xanım 28 Mayla bağlı rəsmi qəbulda - FOTOLAR 27 May 2019, 13:21 Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı   27 May 2019, 12:53 Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşüb   27 May 2019, 12:47 Avrasiyanın ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda keçiriləcək 27 May 2019, 12:45 AFFA geri qaytarılan biletlər üçün UEFA-ya müraciət etdi: “Verin, biz sataq!” 27 May 2019, 12:39 Deputat iftar süfrəsi açdı 27 May 2019, 12:20 Şəmkirdə quldurluq edən 2 nəfər tutuldu 27 May 2019, 12:10 İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ 27 May 2019, 12:09 “Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır 27 May 2019, 12:07 Fransada millətçilər seçkilərdə qalib gəldilər 27 May 2019, 12:00 Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır 27 May 2019, 11:49 Zelenski deputatları ittiham edib 27 May 2019, 11:47 Daha 1787 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilir 27 May 2019, 11:44 Ölkədəki faktiki hava şəraiti açıqlandı 27 May 2019, 11:40 Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb” 27 May 2019, 11:25 Bakının enerji etibarlığı artırıldı 27 May 2019, 11:23 Bakı Ali Neft Məktəbinin məzunları iş tapmaqda liderdir 27 May 2019, 11:21