15 Fevral 2018, 14:56 | Ana Səhifə - Yazılar - Avropadakı söyüşçül üçlüyə son cavabım
Avropadakı söyüşçül üçlüyə son cavabım

Adil Əliyev,
Milli Məclisin deputatı


Deməli, Avropada sığınacaq alan kiçik qrupun ən söyüşçül 3 üzvü (onlar mənim adımı hər görüntülərində çəksələr də, onlar üçün şərəf olmasın deyə isimlərini tələffüz etməyəcəm) növbətə dəfə mənə qarşı təhqir və yalanlarını səsləndirib və bunu sosial şəbəkədə yayıblar. “Günahım” odur ki, bu üçlüyün Azərbaycan prezidentinə qarşı etdikləri tərbiyəsizliyə etiraz etmişəm, sosial şəbəkədə tənqidlərimi yazmışam. Ancaq mənim yazdığım heç bir cümlədə təhqiredici fikir yoxdur, qarşı tərəf kim olursa-olsun bizim kitabımızda təhqir etmək yoxdur. Bizim tərbiyəmiz buna yol vermir. 

Birincisi, 1 saatdan çox təhqir dolu görüntülərində məni onda günahlandırırlar ki, keçmişdə polis işçisi olmuşam və bunların axsaq düşüncəsinə görə polis olmaq böyük qəbahətdir. Bəli keçmişdə polisdə xidmət etmişəm və bununla fəxr edirəm. Vəzifəsini ləyaqətlə yerinə yetirən polislərdən olmuşam, belələri sıralarımızda mütləq əksəriyyətdir. Polisdə hamıya qara yaxmaq dövlətə qara yaxmaq deməkdir. Çünki bəyənmədəyiniz polis dövlətin və millətin təhlükəsizliyinin keşiyində dayanıb. Polisdən söz düşmüşkən, görüntünü yayınlayan həmin üçlükdən birini tanıdım, o da məni tanımamış deyil, hələ 2003-cü ildə Yasamal Polisində cinayət axtarış şöbəsində işlədiyim dövrdə öz hərəkat yoldaşları haqqında bizə kifayət qədər məlumat verib, ləqəbini də bilirəm, əlimdə kifayət qədər sənədli sübutum da var, sadəcə dövlət maraqları baxımından açıqlamağı hələ ki, lüzum bilmirəm. Sadəcə, qoy öz “dostları” düşünsünlər ki, yanlarındakı kimdir və bir gün başlarına hansı xətanı açacaq. Bir dəfə satan, on dəfə satar! Bu alışqanlıqdır. 

İkincisi, içərilərindən biri mənimlə haqq-hesab çürütmək üçün Avropaya çağırıb. Bunlar guya müxalifətdirlər, qanqster və ya killer kimi danışırlar. Mən Avropa ölkələrində ara-sıra oluram, Səninlə rastlaşsam sözümü üzünə deyərəm, hansı idman növü ilə məşğul olduğumdan da yəqin məlumatın var, görüşsək keçmişindən Sənə bəzi xatırlatmalar da edəcəm. Ancaq tələsirsənsə, Səni öz vətənində gözləyirəm, yoxsa Azərbaycanı daha vətən saymırsan? Gəl oturaq danışaq, söhbət edək, fikirlərini deyərsən, yox əgər min kilometrlərlə məsafədən söyüş söyməyə üstünlük verirsənsə səninlə ağız-ağıza vermək mənlik deyil, ünvanı səhv salmısan. Sözümü sizə və sizin kimlərə bir neçə dəfə dedim, anlamaq istəmrisinizsə bu artıq sizin problemdir. Mənim keçmişimdə nəsə ləkə və ya ehtiyat etdiyim məqam olsaydı, heç zaman sizin kimi tərbiyəsizlərlə polemikaya girməzdim, məhz özümə və özümün keçimişinə tam arxayınam ki, dövləti və prezidenti Sizin kimi tərbiyəsizlərdən qorumaq məcburiyyətindəyəm və çəkinmədən sözümü də deyirəm. Sizinlə polemikaya hələ ki, burada nöqtə qoyuram. Sizin üçün şəfər olar ki, hər dəfə Sizə cavab verəm. Biriniz hətta son görüntüdə yalvarırdınız ki, “Adil Əliyev niyə mənim adımı çəkməyib, axı şəkilləri ayaqyolundan mən yapışdırmışam?” Sənin adını elə məhz ona görə çəkmirəm ki, etdiyin əmələ görə bu sənin üçün böyük şərəf olar. Siz uzaq ölkədə söyüş söyməyinizi və tərbiyəsizliklərinizi davam etdirin, mən isə əqidə yoldaşlarımla Azərbaycanın inkişafıyla və mövcud problemlərin həlli ilə məşğul olaq. Bir daha aramızdakı fərqi sizə izah etdim. Sizin işiniz söymək, bağırmaq, təhqir etmək, bizimki isə qurub-yaratmaq və insanların problemlərinin həlli ilə məşğul olmaqdır!

Türkiyə öz sülhməramlılarını Şərqi Qüdsə göndərə bilər 15 May 2021, 00:39 Balakəndə kişi öz qırtlağını kəsdi 15 May 2021, 00:24 Dünyada koronavirusa yoluxanların sayı artdı 15 May 2021, 00:11 İsrail qırıcıları Fələstin DİN-in binasını vurdu 14 May 2021, 23:59 Çində yeni koronavirus ocağı aşkarlandı 14 May 2021, 23:49 Suriyanın İsrailə atdığı raket öz ərazisinə düşdü 14 May 2021, 23:37 Kainat genişlənir 14 May 2021, 23:23 Xırdalanda piyadanı maşın vurdu 14 May 2021, 23:10 Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı 14 May 2021, 22:56 Cozep Borrelldən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat 14 May 2021, 22:41 Quterreş İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırdı 14 May 2021, 22:29 Rusiyaya dost olmayan dövlətlərin siyahısı təsdiqləndi 14 May 2021, 22:15 Azərbaycan çempionu son turda bilinəcək 14 May 2021, 22:02 Ukraynada hökumət böhranı - iki nazir istefa verdi 14 May 2021, 21:48 "Facebook" və "İnstagram"ın işində problem yarandı 14 May 2021, 21:35 “Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı 14 May 2021, 21:23 Masallıda ər keçmiş arvadını bıçaqladı 14 May 2021, 21:08 ÜST-dən koronavirusla bağlı təhlükəli XƏBƏRDARLIQ 14 May 2021, 20:54 Erməni əsgərin asılmış meyiti tapıldı 14 May 2021, 20:40 “İyunda məhdudiyyətləri ciddi şəkildə yumşaltmağı planlaşdırırıq” - Ərdoğan 14 May 2021, 20:28 Mehriban Əliyeva Qarabağdan növbəti paylaşım etdi - VİDEO 14 May 2021, 20:14 Şentop Sahibə Qafarovaya zəng etdi 14 May 2021, 20:05 Apreldə bahalaşan və ucuzlaşan MƏHSULLAR 14 May 2021, 18:31 Şuşada keçirilən "Xarıbülbül" festivalı heç vaxt yaddaşlardan silinməyəcək 14 May 2021, 17:52 Bakıda restoranda partlayış: 4 nəfər yaralandı 14 May 2021, 17:30 Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb 14 May 2021, 17:14 Ceyhun Bayramov avropalı diplomatla sərhəddəki gərginliyi müzakirə etdi 14 May 2021, 16:57 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI 14 May 2021, 16:49 Daha 326 nəfər koronavirusa yoluxdu: 12 nəfər vəfat etdi 14 May 2021, 16:36 “Düşmən Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaq” - Deputat 14 May 2021, 16:23 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı                                         14 May 2021, 16:07 Azərbaycan övladlığa verilən uşaqların sayı açıqlandı 14 May 2021, 15:55 Dost ölkə prezidentindən İlham Əliyevə ZƏNG 14 May 2021, 15:43 AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır 14 May 2021, 15:30 Yasamalda 26 yaşlı gəncin ölümü ilə bağlı cinayət işi AÇILDI 14 May 2021, 15:22