07Aprel | Ana Səhifə - Yazılar - Heyif deyil müasir rabitə....
Heyif deyil müasir rabitə....

MülatifAdurov,
veteran jurnalist


Nasaz telefon oyunlarına, rusların “isporçennıy telefon” əhvalatlarına bənzər hadisələr sovetlər dönəmində tez-tez baş verirdi. İndiki rabitə hara – o vaxtli rabitə hara! Dağ kəndlərinin rabitəsi barədə heç danışmağa dəyməzdi. İndi, şükür Allaha, hər kənddə əla texnologiyalı rabitə qovşaqları var, mobil telefonlar də hər cibdə.


Bir daha təkrar edirəm ki, söhbət dönə-dönə təriflədiyimiz sovet dövründə dağ kəndlərinin birindən  gedir.


İki qonşu kəndin əhalisinin hamısı biri-biri ilə qohum idi. Bu kəndlərin arası cəmi 7 kilometr olsa da, yük avtomobilləri bu məsafəni 2-3 saata qət edirdi. Özü də ancaq yayda. Qış aylarında bu kəndlər arasında rabitə tamam kəsilərdi, piyada gedib-gələnlər xəbər çatdırardılar.


Sarıcalı kəndində hamı bilirdi ki, qonşu kənddə Xoşu nənə ağır xəstədir, bu gün sabahlıqdır. Günlərin birində Sarıcalıya xəbər çatdı ki, Xoşu nənə ölüb. Kənd ağsaqqalı Sevdimalı müəllim yük maşını təşkil etdi, xeyli düyü, qənd, çay tədarük olundu (o vaxt bu ərzaqlar əhaliyə talonla paylanırdı). Bunları əldə etmək üçün Sevdimalı müəllim nüfuzundan istifadə edərək, raykom katibinə müraciət etmişdi. Qohum-əqraba qazan-qazan halva çalmışdı, kimisi qoyun kəsdirmişdi. Bir sözlə, bir yük maşını dolu arvad-kişi qonşu kəndə yasa yollandı. Xeyli əzab-əziyyətlə (qaya daşları yolu bağladığından hər 100-150 metrdən bir kişilər maşından düşüb yolu təmizləyirdilər) yas yerinə çatanlar ağlaşa-ağlaşa həyətə girmək istəyirdilər ki, bir qadın onların qabağına çıxıb “Ağlamayın, Xoşu nənə hələ ölməyib” dedi. Həmişə təmkinliyi ilə fərqlənən Sevdimalı müəllim od püskürdü:

-         Nə? Ölmüyüb? Niyə ölmüyüb?

Hamı tutulub qaldı. Qonaqları qarşılayan qadın özünü itirdi:

-         Bu nə sözdür, ölməyib də! Odur otağın ortasında döşəmədə qıvrılıb yatıb, inanmırsınız gedin baxın.

Sevdimalı müəllim səhv etdiyini anlayaraq bir qədər yumuşaldı:

-         Bəs bizə niyə xəbər veriblər ki, ölüb?

-         “Ölüb” deməmişik, “ölür” demişik, yəni can verir. İndi əcəli çatmayıb, biz neyləyək ...

-         Aydındır, - deyə Sevdimalı müəllim əsəbiləşdiyinə peşimançılığını gizlətmədi.

-         Sözümün canı budur ki, ərzaq tədarükü görmək asan deyil, hələ bu yolu gəlib-qayıtmaq. Bəs bu səhvi kim edib?

-         Onu deyə bilmərəm. Ağbirçəklər deyirlər ki, Xoşu nənə hələ çox yaşayacaq.

Qadın bir az sözünə ara verib öz-özünə pıçıldadı:

-         Dünyanın işinə bax ey! Görün nəyə görə danlanıram: xəstə niyə ölmüyüb? ...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Şirməmməd Hüseynov” mükafatının kimlərə veriləcəyi bilindi 13 Dekabr 2019, 09:12 Fərhad Əhmədovun seçkiyə dair “yol xəritəsi”nə REAKSİYALAR: “Onu hansısa qüvvə hərəkətə gətirir” 13 Dekabr 2019, 08:59 Nazarbayev Darxan Kıdıralini "Birlik" qızıl medalı ilə təltif etdi 13 Dekabr 2019, 08:52 İlham Əliyev: “Özbaşıma növbəti seçkilərə qatıla bilmərəm!” 13 Dekabr 2019, 08:46 Misirin Bakıdakı səfiri: “Azərbaycanda işləməkdən çox böyük zövq alıram” - MÜSAHİBƏ 13 Dekabr 2019, 08:37 AvroLiqada 1/16 finala çıxan bütün komandalar məlum oldu - NƏTİCƏLƏR 13 Dekabr 2019, 08:35 Xəzərdə 43 yaşlı kişi boğazından bıçaqlandı 13 Dekabr 2019, 00:57 “Qarabağ” 3 milyon 870 min avro qazandı 13 Dekabr 2019, 00:44 "Nəticəyə görə təəssüflənirik" - Baş məşqçi 13 Dekabr 2019, 00:31 "Yeni parlamentdə çoxpartiyalılıq olacağına ümidliyik" - Elçin Ağamalı 13 Dekabr 2019, 00:17 Azərbaycan nefti ucuzlaşır 12 Dekabr 2019, 23:59 “Qarabağ” Avroliqanı qrup üçüncüsü kimi tərk etdi 12 Dekabr 2019, 23:47 Bakının mərkəzində 2 bıçaqlı şəxs insanlara hücum etdi - FOTO, VİDEO 12 Dekabr 2019, 23:41 Ukrayna Prezidenti Azərbaycana gələcək 12 Dekabr 2019, 23:29 ABŞ Senatı erməni soyqırımını tanıdı 12 Dekabr 2019, 22:47 TAP layihəsinin 90,7 faizi reallaşdırılıb 12 Dekabr 2019, 22:42 İmişlidə yük və minik maşını toqquşdu: ölən var 12 Dekabr 2019, 22:30 Elmar Məmmədyarov Latviya prezidenti ilə Qarabağdan danışdı 12 Dekabr 2019, 22:16 Heydər Əliyev Həştərxanda da anılıb - FOTOLAR 12 Dekabr 2019, 21:44 Ankarada şagirdlər Azərbaycan himnini işarət dilində səsləndirdilər - VİDEO 12 Dekabr 2019, 21:39 Latviya Qarabağ münaqişənin sülh yolu ilə həllində Azərbaycanı dəstəkləyir 12 Dekabr 2019, 21:36 Gürcüstanın Baş prokuroru istefa verdi 12 Dekabr 2019, 21:20 Bakı-Məşhəd aviareysi açılır 12 Dekabr 2019, 21:07 Bakıda 102 evə ilk dəfə  təbii qaz verildi 12 Dekabr 2019, 21:04 “Qarabağ” “Düdelanj”a qarşı bu heyətlə oynayacaq 12 Dekabr 2019, 20:51 ABŞ Çinlə ticarət sazişini imzalayır 12 Dekabr 2019, 20:37 Yol polisindən piyadavurmaların qarşısını alacaq YENİLİK - VİDEO 12 Dekabr 2019, 20:20 Bu məhsullar bahalaşdı - SİYAHI 12 Dekabr 2019, 20:10 Abşeronda villa yandı 12 Dekabr 2019, 19:59 Heydər Əliyevin xatirəsi Belqradda anıldı 12 Dekabr 2019, 19:47 Messi “El Klassiko”nu gözləyir 12 Dekabr 2019, 19:33 AŞPA Azərbaycanda keçiriləcək parlament seçkilərini müzakirəyə ÇIXARIR 12 Dekabr 2019, 19:09 UEFA-dan “əsgər salamı” qərarı 12 Dekabr 2019, 18:56 Goranboyda məktəblini maşın vurdu 12 Dekabr 2019, 18:36 Həştərxanın qubernatoru Nərimanovda olub 12 Dekabr 2019, 18:29