22 Aprel 2018, 21:43 | Ana Səhifə - Yazılar - Alim-Hakim Hacıbala
Alim-Hakim Hacıbala

QABİL

 

Hörmətli Prezidentimiz Heydər Əliyevin sərəncamıyla işi-gücü,

fəaliyyəti bütün ölkəyə nümunə gostərilən Suraxanı rayon İcra

Hakimiyyətinin başçısı, professor HACIBALA ABUTALIBOV üçün
1999-cu il

 

 

Sadəliyin, təvazönün

Dipdiri məğrur heykəli.

Qurub-yaradan bir şəxsin

İşıq, şəfəq, nur heykəli –

Professor Hacıbala!

Belə hakim, belə başçı

Qismət olsun hər mahala.

 

Qapısında polisi yox,

Cangüdəni-dəlisi yox,

Qana həris zəlisi yox,

Yalan “bəli-bəli”si yox.

Hər tədbiri əsl bayram,

Bilməz yaz-qış – fəsil, bayram

Hacıbala.

İş otağı tikintilər

Hacıbala.

 

Çöllərdədir axşam-səhər

Hacıbala.

Ziyalı qədrini bilən,

Şairlə xoş deyib-gülən.

Müxbirlərin arı şanı,

Səmimiyyət – ruhu-canı.

Civə, qıvraq Hacıbala,

Mətin, qoçaq Hacıbala.

Əlillərə, zəlillərə

Ümid, dayaq Hacıbala.

Bu hərc-mərc ümmanında

Sönməz mayak Hacıbala.

 

Tədbirləri kecməyir boş,

Neçə könül olur da xoş:

Mənzil payı, torpaq payı,

Həm minnətsiz, həm havayı.

Öpür şəhid anasının

Əllərini Hacıbala,

Öpür şəhid balasının

Tellərini Hacıbala.

 

Qartal, ceyran, şir aşiqi,

Məscid, bulaq, pir aşiqi.

Sısqa-mısqa ölüsü yox,

Sel aşiqi, gur aşiqi.

Muğamatsız məclisi yox –

Segah, Qatar, Şur aşiqi.

Möcüzəsi abadlıqdır,

Musa kimi Tur aşiqi.

Xərabələr bağa dönür qərarıyla

Vüqarımız dağa dönür vüqarıyla.

Zirək, çevik, qaynar hakim,

Məş`əl kimi yanar hakim.

– Suraxanı Sankt-Peterburq

Olmalıdır! –

Deyən hakim.

Ancaq onu zənn etməyin

Sinəsinə döyən hakim –

şit-şit ucuz təriflərə

durub boyun əyən hakim.

İşi-gücü, zəhmətiylə

Fərəhdən don geyən hakim.

 

Təzə ana abidəsi

Ucalmaqda xəyalında.

Fikri qalıb

Təzə ana abidəsi cəlalında.

Hakim – alim, alim – hakim,

İbrət alsın zalım hakim!

Sənin kimi hakim istər

Elim-obam, xalqım, hakim.

Qədim atəşpərəstlərin

Ocağına başçı hakim,

Professor Hacıbala

Fəhlə – hakim, işçi – hakim!

 

1999

 


“ALİM-HAKİM” şeirinə “S
ÖZ ARDI”

 

Bakı ŞİH-in başçısı Hacıbala müəllimə

 

Bu gün Bakı şəhərinin

Pərvanəsi Hacıbala.

Abadlığın-gozəlliyin

Divanəsi Hacıbala.

Yaxşı işlər şövqündədir

Vüsətiylə Hacıbala.

Müasirlik zövqündədir

Xislətiylə Hacıbala.

İşindədir-gücündədir,

Yorulmayır.

Acı dildən qanadları

Qırılmayır.

Bakı meri

Sadə, həlim Hacıbala.

Beş-onuna xoşa gəlməz,

Camaata xoşagəlim Hacıbala.

 

1 yanvar 2007

 

TƏZƏ MERİMİZ HACIBALA ABUTALIBOVA

 

Avropa Şurasına – sözüm yoxdu – mübarək!

Gəl, yeri səhv düşməyən təzə merə sevinək.

 

2001

“Bu tərbiyəsiz Volodya hələ də anlamır ki...” - Fazil Mustafa 31 İyul 2021, 22:22 Türkiyədə yanğınla bağlı son vəziyyət 31 İyul 2021, 22:07 Samuxda piyadanı maşın vurdu 31 İyul 2021, 21:53 Şəhriyar və Teymur FİDE reytinqində mövqeyini qorudu 31 İyul 2021, 21:38 Nazir müavinindən Türkiyədəki azərbaycanlı jurnalistlərə xəbərdarlıq 31 İyul 2021, 21:22 Bakıda mənzildən kişi meyiti tapıldı 31 İyul 2021, 21:08 Növbəti qrup Türkiyəyə yola düşdü - 1 helikopter, 53 texnika, 220 yanğınsöndürən 31 İyul 2021, 20:55 Rusiya qırıcısı dənizə düşdü 31 İyul 2021, 20:48 Prokurorluq bıçaqlanan polislə bağlı məlumat yaydı 31 İyul 2021, 20:36 FHN generalı Türkiyədəki yanğınla bağlı son vəziyyəti açıqladı 31 İyul 2021, 20:24 Bodrumda daha bir yanğın - 3 otel boşaldıldı 31 İyul 2021, 20:09 İki qardaş yol qəzasında yaralandı 31 İyul 2021, 19:55 Bir gündə rekord sayda peyvənd vuruldu 31 İyul 2021, 19:40 Türkiyəyə alovun içində qardaş dəstəyi - VİDEO 31 İyul 2021, 19:33 Marmaris bələdiyyəsi Azərbaycana təşəkkür etdi 31 İyul 2021, 19:25 Bitkoinin qiyməti 42 min dollara çatdı 31 İyul 2021, 19:20 Bakıda Reza Deqatinin sərgisi təşkil olundu - FOTOLAR 31 İyul 2021, 19:10 Həbsdən çıxanlar özünüməşğulluq proqramına cəlb edilir 31 İyul 2021, 19:00 Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini TƏBRİK ETDİ 31 İyul 2021, 18:34 Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTO   31 İyul 2021, 18:20 FHN-nin növbəti qrupu Türkiyəyə yola düşür - VİDEO 31 İyul 2021, 18:11 “Belə zamanlarda qardaşlığa çox ehtiyac duyulur” - Ərdoğan 31 İyul 2021, 18:02 Yoluxma sayı açıqlandı - 1 nəfər vəfat edib 31 İyul 2021, 17:50 FHN əməkdaşları Türkiyədə dəhşətli anlar yaşadı - VİDEO 31 İyul 2021, 17:35 BMT-dən aclıq fəlakəti ilə bağlı xəbərdarlıq   31 İyul 2021, 17:27 Eldəniz Səlimovun polis haqqında dedikləri... 31 İyul 2021, 17:05 Bakıda 546 küçə dezinfeksiya edilib 31 İyul 2021, 16:57 Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm” 31 İyul 2021, 16:48 Keniyalı atletdə dopinq aşkarlandı 31 İyul 2021, 16:23 Hərbçilər üçün konsert verilib - FOTOLAR 31 İyul 2021, 16:14 Nazirlik: Neft ixracı azalıb   31 İyul 2021, 16:05 Həlak olan əsgərimizin FOTOSU 31 İyul 2021, 15:51 Tokio-2020: Futbol yarışlarında ilk yarımfinalçı bəlli oldu 31 İyul 2021, 15:43 Azərbaycan Ordusunun əsgəri həlak oldu  31 İyul 2021, 15:35 Doktoranturaya sənəd qəbulu başa çatır 31 İyul 2021, 15:32