19İyun | Ana Səhifə - Yazılar - Papanın erməni sevgisi
Papanın erməni sevgisi

Namidə BİNGÖL

 

İnsanların həyat hekayələrinə laqeyd münasibət göstərənlərin ayağını tapdalayanda qəfildən gözləri açılır. Daha diqqətli, daha məsuliyyətli, daha qayğıkeş olurlar. İş işdən keçəndən sonra qayğıkeş, diqqətcil sifət almağın nə faydası var?! Bilən varmı?!

Həftənin hesabatını təqdim edirəm.


Ah, papa, papa!

 

Roma papası I Fransisk də sakit bir yerdə oturmaq bilmir. Ermənistana səfər edib. Cənubi Qafqazın oğru dövləti isə ənənəsinə sadiq qalaraq, qoca papanı “milli” lavaşla qarşılayıb. Lavaşın ətrindən bihuş olan papa qondarma erməni “soyqırımı” abidəsini ziyarət edərkən “erməni soyqırımı” ifadəsini işlədib. Bu, papanın ikinci planlı sayıqlamasıdır. Təxminən bir il bundan qabaq da papa həzrətləri 20-ci əsrin ilk soyqırımının ermənilərə qarşı törədildiyini deyib.

 

Kompüterin F5 düyməsini basmaqla deyil. Onsuz da bir il ərzində papanın düşüncəsi yenilənməyib. Min cavana dəyməsə belə, başının dəyirman daşı kimi işlədiyi dəqiqdir.

 

86 yaşında “köhnə hamam köhnə tas” məsəlinə havalanıb ordan-ora gəzir özü üçün. Biz də sözdə dünyada “sülh qaranquşu” rolunda çıxış edən papaya məktub yazırıq ki, bağ belə, bostan belə... Qarabağ məsələsinin həllində, erməni girovluğunda olan həmyerlilərimizin geri qaytarılmasında etdiyiniz səfər müddətində Ermənistana təzyiq göstərəsiniz. Ay-hay!

 

Adama elə gəlir ki, bu papa yeriyəndə gözü ayağının altından başqa heç yeri  görmür. Amma əksinədir. Cənubi Qafqaz səfərinə Ermənistandan start götürən  papanın, qardaşlıq sevgisi o qədər güclüdür ki, bu yaşında belə haqlının yanında olmağı özünə sığışdırmır.

 

Bu arada, payızda Azərbaycana səfər edəcək olan papanın çıxışını səbirsizliklə gözləyirəm.

 

Deputat danışmaq istəyəndə...

 

Yayın gəlişini hamı səbirsizliklə gözləyir. Axı yayda dəniz, günəş, hava, dincəlmək var.  

 

Milli Məclisin işgüzar deputatları da hamıdan çox dincəlmək istəyir. İl uzunu görüşlər, səfərlər, tədbirlər o qədər çox olur ki, yay gələndə telefonları söndürüb bir müddətliyə yüklənmədən uzaq olmağa çalışırlar. Təbii ki, bu, bütün deputatlara şamil edilmir. İstisnalar həmişə mövcuddur. Məsələn, deputat Zahid Oruca gecə saat 12-də də zəng vursan, istənilən məsələ ətrafında fikir mübadiləsi aparacaq. Telefonda ən azı 10 dəqiqə danışacaq.

 

Danışmaqdan söz düşümüşkən, yola saldığımız həftə elə qalmaqal da danışmaq üstündə yarandı. Milli Məclisin sonuncu iclası zamanı spiker Oqtay Əsədovla  deputat Zahid Oruc arasında yaşanan söz davası anındaca sosial şəbəkələrdə müzakirəyə çıxarıldı. Spiker qınaq obyektinə tuş gəldi, deputat isə müdafiə mərkəzində qərarlaşdı. Deputatın danışmaq istəyinə spiker əsəbi halda “səviyyəni gördük” deyib. Yaxşı ki, bu qalmaqal sonuncu gün baş verdi. Yoxsa, Zahid Orucu  sakitləşdirmək çətin olardı. Axı, deputat bilir ki, parlamentdə danışarlar. Susub oturmazlar.

 

Ağ xalata ləkə düşərsə....

 

Yola saldğımız həftə daha bir hadisə gündəmi zəbt etdi. Yenə də səhiyyəmizdəki çatışmazlıqlar müzakirəyə çıxarıldı. Müzakirə Səhiyyə Nazirliyi səviyyəsində olmasa da, insanların narahatlığına əsas var. Salyanda üçəmlərdən ikisinin elektrik enerjisinə qurban getməsinin ardınca, digər həkim xəstənin sağlam orqanında analoqu olmayan əməliyyat keçirdi. Baş verənlər səhiyyə nazirindən başqa hamını düşündürdü, narahat etdi. Çünki səhiyyəmizdəki  çatışmazlıqlar vaxtaşırı “gözümüzə girir”, axı!

 

Həkim səhlənkarlığı hər zaman mövcud olub. Yaxşı yadımdadır. 7-8 il bundan qabaq qonşuluqda 70 yaşlı qadını həkim  əməliyyat etmişdi. Allah tərəfi əməliyyat uğurla başa çatmışdı. Amma həkim səhlənkarlığı özünü qısa zamanda biruzə vermişdi. Sən demə, həkimin qayçısı xəstənin qarın boşluğunda qalıbmış. Dərhal yaşlı qadını  ikinci dəfə əməliyyat edərək, qayçını götürmüşdülər.

 

Maraqlıdır ki, əməliyyat otağında həkim tək olmur. Amma həkimin səhlənkarlığına anındaca əngəl olan tibb işçisi də tapılmır.

 

Bu arada, Çexovun “6 nömrəli palata” əsəri yadıma düşür. Həmin palatadakı xəstələri itirib axtaran da yoxdur. Həkim Andrey də digər həkimlər kimi bura təyinat alanda xəstələr yadına düşmür.  Çünki həkim Andrey xəstələrin əzab çəkməsindən xəbərsizdir. Necə deyərlər, “başına gəlməyən necə başmaqçı ola bilər?!”

 

Əsərin sonunda həkim də həmin palatanın sakini olur. O zaman xəstələrin nə əziyyətlər çəkdiyinin şahidi olur. Amma o vaxta qədər həkim, xəstələrin durumundan  xəbərsiz imiş.

 

Belə anlaşılır ki, bizim də bəzi həkimlərimiz xəstələrin  nə əziyyətlər çəkdiyindən xəbərsizdir. Belə  davam etsə, həmin həkimləri xəstənin yerinə uzadıb sağlam qolunu kəsmək lazımdır. Görsünlər ağrı çəkmək necə olur. O zaman anlayarlar ki, xəstəyə qarşı diqqətli, qayğıkeş, məsuliyyətli olmaq həm də həkimin insanlıq borcudur. Bu borcu qaytarmayanda  bədəli çox ağır olur.

 

Ağ xalatlı vicdanlı, qayğıkeş həkimlərimizin qarşısında isə hər zaman baş əyirik.

 

 

 

İstanbulda zəlzələ oldu 24 Sentyabr 2019, 12:54 Gəncəlilər problemlərini səsləndirdi, Niyazi Bayramov tapşırıq verdi 24 Sentyabr 2019, 12:54 AzTV-də YENİLİKLƏR olub 24 Sentyabr 2019, 12:48 Sabah hava necə olacaq? - PROQNOZ 24 Sentyabr 2019, 12:47 İlham Əliyev üç səfirin etimadnaməsini qəbul edib 24 Sentyabr 2019, 12:45 Müsavat rəhbərliyi Vurğun Əyyubu ziyarət üçün ailəsinə MÜRACİƏT ETDİ 24 Sentyabr 2019, 12:38 Azərbaycan Xalq Hərəkatının qurultayı gecikir - SƏBƏB 24 Sentyabr 2019, 12:20 Zahid Orucun rəhbərlik etdiyi Mərkəz ilk tədbirə toplaşdı - Dövlət qurumları TƏNQİD OLUNDU 24 Sentyabr 2019, 12:14 Naqif Həmzəyev: “İşsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb” 24 Sentyabr 2019, 12:05 İsgəndər Həmidov ikinci dəfə əməliyyat olundu  24 Sentyabr 2019, 11:56 Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə “BMW Fest 2019” keçirilib - FOTO+VİDEO 24 Sentyabr 2019, 11:55 Bakıda “Nəsimi ili” ilə bağlı FESTİVAL 24 Sentyabr 2019, 11:50 Binəqədidə 9 evdən oğurluq edən şəxs tutulub - FOTO 24 Sentyabr 2019, 11:42 İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın təcavüzü ilə bağlı bəyanat verdi - MƏTN 24 Sentyabr 2019, 11:39 Təcili yardım maşını ilə məişət əşyaları daşınır? - Nazirlik TƏKZİB ETDİ - FOTOLAR 24 Sentyabr 2019, 11:38 Bakıda Səduyyə Ərəbistanı Krallığının Milli günü qeyd edilib - FOTOLAR 24 Sentyabr 2019, 11:34 Koreya Respublikasında TƏQAÜDLÜ təhsil imkanı - ELAN 24 Sentyabr 2019, 11:29 AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb 24 Sentyabr 2019, 11:24 “Qızıl Xaç” Dilqəmlə Şahbazdan nə gətirib? - Girovların yaxınları DANIŞDI 24 Sentyabr 2019, 11:18 Katoliklərin Bakıdakı kilsəsində... və ya Allahın evindən REPORTAJ 24 Sentyabr 2019, 11:05 İcbari tibbi sığortanın perspektivləri müzakirə olundu 24 Sentyabr 2019, 11:00 Yerevanda keçmiş nazir intihar edib - O, Koçaryanın cinayət işində şahid idi 24 Sentyabr 2019, 10:43 Ruandalı tələbələr Bakı Ali Neft Məktəbində təhsil alacaq 24 Sentyabr 2019, 10:42 Rumıniyalı alimdən Kamal Abdullanın yaradıcılığına həsr olunan MƏQALƏ 24 Sentyabr 2019, 10:38 Məmmədyarovun Mnatsakanyanla nəticəsiz qalan Nyu-York GÖRÜŞÜ 24 Sentyabr 2019, 10:37 Müflis olmuş banklardakı əmanətlərin sahiblərinə ŞAD XƏBƏR 24 Sentyabr 2019, 10:23 Şamaxıda ağır yol qəzası – 1 ölü, 1 yaralı 24 Sentyabr 2019, 10:17 Bakıda qəzaya düşən avtobusun 82 yaşlı sərnişini öldü   24 Sentyabr 2019, 10:16 Bu yerlərdə qaz olmayacaq 24 Sentyabr 2019, 10:15 Azərbaycan məhsullarının Hindistana ixracı müzakirə edilib 24 Sentyabr 2019, 10:12 ADU-nun Konfutsi İnstitutunun direktoru “Sinxua”ya müsahibə verib 24 Sentyabr 2019, 10:08 Rəsmi Bakıdan Yerevana sərt MESAJ: Əsgərimizi öldürənlər cəzalandırılacaq 24 Sentyabr 2019, 10:07 Kapital Bank ənənəvi SIBOS sərgisində iştirak edir 24 Sentyabr 2019, 10:01 Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbazdan XƏBƏR GƏTİRİB 24 Sentyabr 2019, 10:01 Ermənistan atəşkəsi 21 dəfə pozdu 24 Sentyabr 2019, 09:59