19 İyun 2016, 17:09 | Ana Səhifə - Yazılar - Papanın erməni sevgisi
Papanın erməni sevgisi

Namidə BİNGÖL

 

İnsanların həyat hekayələrinə laqeyd münasibət göstərənlərin ayağını tapdalayanda qəfildən gözləri açılır. Daha diqqətli, daha məsuliyyətli, daha qayğıkeş olurlar. İş işdən keçəndən sonra qayğıkeş, diqqətcil sifət almağın nə faydası var?! Bilən varmı?!

Həftənin hesabatını təqdim edirəm.


Ah, papa, papa!

 

Roma papası I Fransisk də sakit bir yerdə oturmaq bilmir. Ermənistana səfər edib. Cənubi Qafqazın oğru dövləti isə ənənəsinə sadiq qalaraq, qoca papanı “milli” lavaşla qarşılayıb. Lavaşın ətrindən bihuş olan papa qondarma erməni “soyqırımı” abidəsini ziyarət edərkən “erməni soyqırımı” ifadəsini işlədib. Bu, papanın ikinci planlı sayıqlamasıdır. Təxminən bir il bundan qabaq da papa həzrətləri 20-ci əsrin ilk soyqırımının ermənilərə qarşı törədildiyini deyib.

 

Kompüterin F5 düyməsini basmaqla deyil. Onsuz da bir il ərzində papanın düşüncəsi yenilənməyib. Min cavana dəyməsə belə, başının dəyirman daşı kimi işlədiyi dəqiqdir.

 

86 yaşında “köhnə hamam köhnə tas” məsəlinə havalanıb ordan-ora gəzir özü üçün. Biz də sözdə dünyada “sülh qaranquşu” rolunda çıxış edən papaya məktub yazırıq ki, bağ belə, bostan belə... Qarabağ məsələsinin həllində, erməni girovluğunda olan həmyerlilərimizin geri qaytarılmasında etdiyiniz səfər müddətində Ermənistana təzyiq göstərəsiniz. Ay-hay!

 

Adama elə gəlir ki, bu papa yeriyəndə gözü ayağının altından başqa heç yeri  görmür. Amma əksinədir. Cənubi Qafqaz səfərinə Ermənistandan start götürən  papanın, qardaşlıq sevgisi o qədər güclüdür ki, bu yaşında belə haqlının yanında olmağı özünə sığışdırmır.

 

Bu arada, payızda Azərbaycana səfər edəcək olan papanın çıxışını səbirsizliklə gözləyirəm.

 

Deputat danışmaq istəyəndə...

 

Yayın gəlişini hamı səbirsizliklə gözləyir. Axı yayda dəniz, günəş, hava, dincəlmək var.  

 

Milli Məclisin işgüzar deputatları da hamıdan çox dincəlmək istəyir. İl uzunu görüşlər, səfərlər, tədbirlər o qədər çox olur ki, yay gələndə telefonları söndürüb bir müddətliyə yüklənmədən uzaq olmağa çalışırlar. Təbii ki, bu, bütün deputatlara şamil edilmir. İstisnalar həmişə mövcuddur. Məsələn, deputat Zahid Oruca gecə saat 12-də də zəng vursan, istənilən məsələ ətrafında fikir mübadiləsi aparacaq. Telefonda ən azı 10 dəqiqə danışacaq.

 

Danışmaqdan söz düşümüşkən, yola saldığımız həftə elə qalmaqal da danışmaq üstündə yarandı. Milli Məclisin sonuncu iclası zamanı spiker Oqtay Əsədovla  deputat Zahid Oruc arasında yaşanan söz davası anındaca sosial şəbəkələrdə müzakirəyə çıxarıldı. Spiker qınaq obyektinə tuş gəldi, deputat isə müdafiə mərkəzində qərarlaşdı. Deputatın danışmaq istəyinə spiker əsəbi halda “səviyyəni gördük” deyib. Yaxşı ki, bu qalmaqal sonuncu gün baş verdi. Yoxsa, Zahid Orucu  sakitləşdirmək çətin olardı. Axı, deputat bilir ki, parlamentdə danışarlar. Susub oturmazlar.

 

Ağ xalata ləkə düşərsə....

 

Yola saldğımız həftə daha bir hadisə gündəmi zəbt etdi. Yenə də səhiyyəmizdəki çatışmazlıqlar müzakirəyə çıxarıldı. Müzakirə Səhiyyə Nazirliyi səviyyəsində olmasa da, insanların narahatlığına əsas var. Salyanda üçəmlərdən ikisinin elektrik enerjisinə qurban getməsinin ardınca, digər həkim xəstənin sağlam orqanında analoqu olmayan əməliyyat keçirdi. Baş verənlər səhiyyə nazirindən başqa hamını düşündürdü, narahat etdi. Çünki səhiyyəmizdəki  çatışmazlıqlar vaxtaşırı “gözümüzə girir”, axı!

 

Həkim səhlənkarlığı hər zaman mövcud olub. Yaxşı yadımdadır. 7-8 il bundan qabaq qonşuluqda 70 yaşlı qadını həkim  əməliyyat etmişdi. Allah tərəfi əməliyyat uğurla başa çatmışdı. Amma həkim səhlənkarlığı özünü qısa zamanda biruzə vermişdi. Sən demə, həkimin qayçısı xəstənin qarın boşluğunda qalıbmış. Dərhal yaşlı qadını  ikinci dəfə əməliyyat edərək, qayçını götürmüşdülər.

 

Maraqlıdır ki, əməliyyat otağında həkim tək olmur. Amma həkimin səhlənkarlığına anındaca əngəl olan tibb işçisi də tapılmır.

 

Bu arada, Çexovun “6 nömrəli palata” əsəri yadıma düşür. Həmin palatadakı xəstələri itirib axtaran da yoxdur. Həkim Andrey də digər həkimlər kimi bura təyinat alanda xəstələr yadına düşmür.  Çünki həkim Andrey xəstələrin əzab çəkməsindən xəbərsizdir. Necə deyərlər, “başına gəlməyən necə başmaqçı ola bilər?!”

 

Əsərin sonunda həkim də həmin palatanın sakini olur. O zaman xəstələrin nə əziyyətlər çəkdiyinin şahidi olur. Amma o vaxta qədər həkim, xəstələrin durumundan  xəbərsiz imiş.

 

Belə anlaşılır ki, bizim də bəzi həkimlərimiz xəstələrin  nə əziyyətlər çəkdiyindən xəbərsizdir. Belə  davam etsə, həmin həkimləri xəstənin yerinə uzadıb sağlam qolunu kəsmək lazımdır. Görsünlər ağrı çəkmək necə olur. O zaman anlayarlar ki, xəstəyə qarşı diqqətli, qayğıkeş, məsuliyyətli olmaq həm də həkimin insanlıq borcudur. Bu borcu qaytarmayanda  bədəli çox ağır olur.

 

Ağ xalatlı vicdanlı, qayğıkeş həkimlərimizin qarşısında isə hər zaman baş əyirik.

 

 

 

Şəhidimizin anım günü - Video 24 Oktyabr 2021, 12:35 Xarkovda Axundova heykəl qoyuldu 24 Oktyabr 2021, 12:29 "Keşlə" -"Qəbələ" dueli 24 Oktyabr 2021, 12:19 Sabahın havası: duman olacaq  24 Oktyabr 2021, 12:08 Goranboyda oğrular qandallandı 24 Oktyabr 2021, 11:58 Yeni qeydiyyata alınan partiyanın HƏDƏFLƏRİ 24 Oktyabr 2021, 11:51 Dünyanın koronavirus MƏNZƏRƏSİ 24 Oktyabr 2021, 11:39 Balakəndə reyd  24 Oktyabr 2021, 11:29 Prezident və xanımından sevgi FOTOSU 24 Oktyabr 2021, 11:22 Bakıda fabrik alovlandı 24 Oktyabr 2021, 11:11 Mərmərədə gəmilər TOQQUŞDU 24 Oktyabr 2021, 11:08 Gürcüstanda virusa YOLUXANLAR 24 Oktyabr 2021, 11:00 Tayvan silkələndi 24 Oktyabr 2021, 10:51 Ötən ilin bu həftəsi - Müdafiə Nazirliyindən YENİ VİDEO 24 Oktyabr 2021, 10:48 Bu gün dünyanın gözü "Kamp Nou"da olacaq 24 Oktyabr 2021, 10:44 Bahalaşan neft, yüksələn ərzaq qiymətləri fonunda manatı nə gözləyir: devalvasiya, yoxsa...? 24 Oktyabr 2021, 10:32 Kolumbiyanın ən böyük narkotaciri qandallandı 24 Oktyabr 2021, 10:30 24 oktyabr:  Ümumdünya Poliomielitlə Mübarizə Günü 24 Oktyabr 2021, 10:26 Mənzildə meyit tapıldı 24 Oktyabr 2021, 10:16 Tovuzda ağır qəza  24 Oktyabr 2021, 10:05 Xəzərdə 5 otaqlı ev yandı 24 Oktyabr 2021, 09:59 SAVAŞ XRONİKASI: 24 oktyabr - düşmənin döyüş təyyarəsi vuruldu 24 Oktyabr 2021, 09:49 Özbəkistan  prezidentini seçir  24 Oktyabr 2021, 09:39 Məhəmməd Salahın mum heykəli London muzeyində 24 Oktyabr 2021, 09:30 Yunanıstan Misirdən işıq alacaq 24 Oktyabr 2021, 09:23 Həmyerlimiz Finlandiya çempionu oldu 24 Oktyabr 2021, 09:14 Rusiya vətəndaşlarına Gürcüstanda əmlak qadağası 24 Oktyabr 2021, 09:05 Tiflisdə zəfərimizin ildönümünə həsr olunan futbol turniri 24 Oktyabr 2021, 08:59 Kennedinin qətli ilə bağlı məxfi sənədlər açıqlanacaq   24 Oktyabr 2021, 00:51 NATO-dan Baltikyanı ölkələrdə növbəti aviabaza 24 Oktyabr 2021, 00:31 Erməni qoşunlarını Qarabağdan çıxaracaq SƏNƏD 24 Oktyabr 2021, 00:02 Vulkan püskürən adada ZƏLZƏLƏ 23 Oktyabr 2021, 23:51 Bakıda 35 yaşlı kişi meyiti tapıldı 23 Oktyabr 2021, 23:20 Saakaşvilinin Batumidəki tərəfdarları AYAĞA QALXDI - FOTOLAR 23 Oktyabr 2021, 22:41 Türkiyədə daha 217 nəfər virusun qurbanı oldu 23 Oktyabr 2021, 22:33