Modern.az

Hüseyn Arabul 2 il azadlıqdan məhrum edildi

Hüseyn Arabul 2 il azadlıqdan məhrum edildi

Ölkə

18 Sentyabr 2009, 20:24

«Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) prezidenti Hüseyn Arabul 2 il azadlıqdan məhrum edildi.
Bu haqda hökm sentyabrın 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən iclasda çıxarılıb. Hüseyn Arabul və daha 5 nəfər sərhədi qanunsuz keçmə və rüşvət vermədə ittiham olunurdular. «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» MMC-nin prezidenti Hüseyn Arabul iqtisadi cinayətkarlıqda təqsirli bilinərək 2007-ci ildə 5 il şərti cəzaya məhkum edilmişdi. Bu müddət ərzində o, Azərbaycandan kənara çıxa bilməzdi. Rəsmi ittihama görə, bir neçə ay əvvəl o, bir neçə şəxsin köməyi ilə gizli yolla Azərbaycandan Gürcüstana keçib. Arabul özü isə bu ittihamları rədd edirdi.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir