Modern.az

Hadisə Eurovision-2010-da Belçikanı təmsil edəcək

Hadisə Eurovision-2010-da Belçikanı təmsil edəcək

Mədəni̇yyət

20 Sentyabr 2009, 22:23

 “TÜRK QIZIYAM, AZƏRBAYCANDA MƏNƏ QƏZƏBLƏNMƏZLƏR”

 

Türkiyəni Eurovision-2009-da təmsil edib dördüncü olan Hadisə gələn ilki yarışmaya da qatılmaq niyyətindədir. "Düm tek-tek” mahnısı karyeramda dönüş nöqtəsidir” deyən Hadisə 2010-cu il  Eurovision yarışması üçün Belçikadan ona təklif gəldiyini qeyd edib: “Qismətimdə varsa ikinci dəfə Eurovisiona gedəcəyəm”.
Hadisə qarşıdakı Türkiyə-Ermənistan futbol maçtında oxumaq niyyətindən də vaz keçməyib: “Mən niyyətimi ifadə etmişəm, hələ xəbər gözləyirəm. Bu ideyamı barışığa bir töhfə vermək üçün irəli sürmüşəm”.
Ermənistanla yarışmada mahnı oxumaq niyyətinə görə Azərbaycandan göstərilən reaksiyalara münasibət bildirən müğənni “Mənim guya Azərbaycanda bir daha konsertimin olmayacağı ilə baglı mövqelərin heç biri rəsmi qaynaqlardan deyilməyib, ona görə rahatsız deyiləm” söyləyib. Və əlavə edib ki, “Türk qızıyam, Azərbaycanda mənə qəzəblənməzlər”.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu