13 İyun 2018, 17:38 | Ana Səhifə - Yazılar - "Bəylər, bu Vətənə necə qıydınız!"
"Bəylər, bu Vətənə necə qıydınız!"

Fazil Mustafa,
Milli Məclisin üzvü


Əzizlərim, nə qonşu ölkənin casus şəbəkəsinin təhqir və təhdidlərindən, nə də onlara qoşulmuş öz danabaşlarımızın küstah davranışından usanmaq, yorulmaq olmaz. Qəribədir, çıxışında bu insanlara deyirsən ki, əsas problem kiminsə erməni əsilli olmasından çox, qəddar, ədalətsiz, vətəndaşı incidən məmurlarla bağlıdır, vəzifələrdə da dürüst insanlar irəli çəkilməlidirlər ki, yerlərdə insanlara zülm etməsin, əvəzində sürü şəklində bir dirijor çubuğu ilə yönləndirilənlər, çıxışını izləmədən, mənasını anlamadan yenə də qayıdıb söyür ki, əcəb edir mənə zülm edir, təki erməni olmasın, özümüzünkü hər şey edə bilər. Xeyrinə olan fikrə görə də anlamadan söyən danabaşları insana çevirmək yönündə mübarizəmizin çətinliyini hər birimiz anlamalıyıq. Bunlar belə bir cəmiyyətə demokratiya vermək olmaz, deyənlərin arqumentlərini hər gün daha da gücləndirir. Azacıq azadlıq əldə edən kimi, özünü döyəcək, yorulacaq, gəlib səni döyəcək, peyğəmbərin qadınından başlayıb ən yaxın mübarizə dostlarını söyəcək, sonra da mövzusu tükənəndə gəlib səni, məni söyəcək. Müdaxilə olunmazsa, bu pozulmuş mexanizm durmaz ki... Azərbaycan dövlətinin quranlar məhz bunların müqavimətini qırdıqdan sonra böyük bir missiyanı tamamlaya biliblər. Tağıyev illərlə bunların müqavimətini qıraraq qızların təhsil alması üçün məktəb açıb. Sizlərə asan gəlməsin, təhsil səviyyəsi aşağı düşdükcə əlinə kitab əvəzinə zəncir götürənlərin sayı artmaqdadır.

Digər yandan da ərəb ölkələrindən gələn daha radikal cərəyanlar da təhlükənin başqa bir tərəfi kimi qabarmağa davam edir. Öz içlərindən də islahatçı düşüncədə olanlar qorxudan səslərini çıxara bilmirlər. Hər birinin arxasında da konkret dövlətlərin ideoloji aparatları, pulları durur. Təsəvvür edin ki, dostlarımız Moskvada Xocalı təədbirinə görə yüz adamı bir yerə toparlaya bilmirlər, başqa bir dövlətin mollası özünü döyməyə minlərlə azərbaycanlını meydana çıxara bilir. Durum yalnız Azərbaycanda vahim deyil ki? Bəzən də qorxa-qorxa adama pıçıldayırlar ki, bilirsiniz bunların arxasında hansı güclər durur? Cəhənnəm olsun bütün güclər, bu Vətən torpağı bizimdir, sənindir, mənimdir, yad ideologiyaların təsiri altına düşmüş xurafatçı həmvətənlərimizdən istifadə edərək həmin güclərin bu dövlətimizi qaranlığa gömməsinə imkan verə bilmərik və verməyəcəyik də!!! Erməninin də arxasında ABŞ durur, Rusiya durur, Fransa durur, İran durur, nə edək, böyük güclər arxasında durur deyə, bu məmləkəti qorxudan onlara təhvil verib getməliyikmi? 

Yüzlərlə düşünən və aydın insanın duyğularına tərcüman olmağa çalışdıqca məlum cahil sürüsünün təhqirlərinə, söyüşlərinə məruz qalıram, ancaq təsəllim budur ki, addım-addım sadə vətəndaşlarımıza, dövlət yekililərinə xurafatın, radikalizmin nə dərəcədə təhlükəli səviyyəyə çatdığını göstərə bilirəm. Minlərlə insandan aldığım dəstək də insanların təhlükəyə biganə qalmadığını göstərir. Əgər susqun davransaq, hərəmiz öz evimizin içində baş girləməyə davam etsək artıq iş-işdən keçəndən sonra Nazim Hikmətin məşhur şeirindəki ritorik sualı övladlarımız mütləq ittiham qaydasında bizə verəcəklər: "Bəylər, bu Vətənə necə qıydınız!"

MÜƏLLİFİN DİGƏR YAZILARI
Lənkəranda yanğın - FHN helikopter göndərdi 3 Avqust 2021, 18:42 Dünya azərbaycanlılarının Türkiyəyə həmrəylik nümayişi   3 Avqust 2021, 18:28 Qoşunlarda yay tədris dövrü başladı 3 Avqust 2021, 18:26 FHN-dən hava ilə bağlı əhaliyə müraciət 3 Avqust 2021, 18:11 Eldəniz Səlimov məhkəməyə gətirildi - VİDEO (YENİLƏNİB) 3 Avqust 2021, 18:10 MAXE olmaq istəyənlər imtahan verir - VİDEO 3 Avqust 2021, 18:00 “Azərbaycan sağ olsun, helikopter göndərdi” - Çavuşoğlu 3 Avqust 2021, 17:56 MOİK təmsilçisi Olimpiya medalı qazandı 3 Avqust 2021, 17:52 Rusiya yeni hipersəsli raket hazırlayır 3 Avqust 2021, 17:46 Vilayət Eyvazov iki polis rəisini işdən çıxardı 3 Avqust 2021, 17:40 Müasir müstəqil Azərbaycan dövləti bu gün ən yüksək zirvədədir 3 Avqust 2021, 17:34 İşgəncələrə məruz qalan qadın qətlə yetirildi 3 Avqust 2021, 17:28 Yardımlıdakı yanğın hələ də davam edir - VİDEO 3 Avqust 2021, 17:22 Ərdoğan İlham Əliyevə təşəkkür etdi    3 Avqust 2021, 17:16 Manatın məzənnəsi sabit qaldı 3 Avqust 2021, 17:10 Mübariz İbrahimov küçəsi təmir olundu - FOTOLAR 3 Avqust 2021, 17:04 Azərbaycanlı idmançı Tokio-2020nin finalında 3 Avqust 2021, 16:58 “Twitter”dəki yenilik ləğv edildi 3 Avqust 2021, 16:52 Türkiyədə olan qüvvələrimizin fəaliyyəti yüksək qiymətləndirilir - FOTO 3 Avqust 2021, 16:46 Almeyda "Qarabağ"a qayıtdı 3 Avqust 2021, 16:40 Azərbaycanın diaspor təşkilatlarından Türkiyəyə DƏSTƏK 3 Avqust 2021, 16:34 Təhsil nazirindən yeni TƏYİNAT 3 Avqust 2021, 16:28 Bakıda tiryəkxana aşkar edildi - 5 nəfər saxlanıldı 3 Avqust 2021, 16:22 Komitə sədri səfirlə görüşdü - FOTO 3 Avqust 2021, 16:16 Traktordan yanacaq oğurlayan şəxslər tutuldu 3 Avqust 2021, 16:10 ABŞ son 40 ilin ən böyük hərbi təliminə başladı 3 Avqust 2021, 16:04 Vilayət Eyvazov sıra baxışı keçirdi 3 Avqust 2021, 15:58 Külə dönən meşələr: Dünyanın ən dəhşətli yanğınları - FOTOLAR 3 Avqust 2021, 15:52 DOST Mərkəzlərinin rayonlarda filalları yaradılacaq 3 Avqust 2021, 15:46 Orta məktəbdən oğurluq edildi 3 Avqust 2021, 15:40 Erməniyə qalib gələn güləşçimizin FOTOLARI 3 Avqust 2021, 15:34 “ASAN xidmət” mərkəzlərinin sayı 21-ə çatdı 3 Avqust 2021, 15:28 Meşədə narkotik becərənlər “iş başında” yaxalandı - FOTO 3 Avqust 2021, 15:22 Müsavatçının oğlu sərbəst buraxıldı 3 Avqust 2021, 15:16 Dövlət Komitəsində britaniyalı siyasətçi ilə görüş keçirilib 3 Avqust 2021, 15:10