11 İyul 2018, 15:21 | Ana Səhifə - Yazılar - İflasın qisası, yaxud Gəncə terroruna sözardı
İflasın qisası, yaxud Gəncə terroruna sözardı

Əflatun Amaşov,
Milli Məclisin deputatı


Gəncədə yaşananlar dini libas geymiş siyasi terrordur. Nəyə görə Gəncə? Çünki şəhər müasir dövlətçilik ənənələrimizin formalaşmasında və dəyər qazanmasında müstəsna pay sahibidir. Dövlətçiliyimizə qəsd cəhdinin törədilmə məkanı təsadüfən seçilməyib. Görünür, kimlərsə nəyisə mesaj verir...

Heç şübhəsiz, polis zabitləri İlqar Balakişiyevi və Səməd Abbasovu qətlə yetirən əllərlə icra başçısı Elmar Vəliyevə güllə atan əl eyni mərkəzdən idarə olunur. Burada barmaqlar da var ki, onlar prosesə monitor önündən klaviatura döyəcləməklə “dəstək olurlar”. Söhbət anarxist ruhlu bəzi sosial şəbəkə profillərinin və mövsümü xarakter daşıyan saytların anti milli fəaliyyətindən gedir.

Labirintdə bir maraqlı tərəf də siyasi müxalifətdir. Müxaliət təmsilçiləri əllərinə düşən ilk fürsətdəcə hakimiyyətə qarşı kin və qəzəb püskürür, illərdən bəri düçar olduqları uğursuzluqların sanki heyfini alırlarmış kimi davranır, müxtəlif arqumentlər irəli sürməklə əsl mahiyyəti kölgələmək yolu tuturlar. Ortada Azərbaycana qarşı yönəlmiş məkrli oyun var. Siyasi müxalifətin bu oyunda yer alması mənfi tendensiyadır və əslində düşərgənin gələcək məğlubiyyətlərini şərtləndirən məqamdır. Müxaliflik bir yerə qədər olmalıdır. Gəncə ümumdövlət maraqları baxımından vəhdət tribunasıdır. Təəssüf ki, əks düşərgə bu tribunada təmsilçilikdənsə inkarçılığı üstün tutdu.

***

Müstəqillik illərində Azərbaycandakı asayişi pozmağın ən mühüm vasitəsi məhz dini təxribatlar olub. “Hicab aksiyası” və Əbu Bəkr məscidi ətrafındakı qalmaqal, habelə bir neçə ay öncə Hacı Cavad məscidi ilə bağlı yaranmış insident yaddaşlardan silinməyib. Sual yaranır: nəyə görə məhz din? Cavab sadədir - Azərbaycan müsəlman ölkəsidir və ümumən müsəlman ölkələrində etiqad və vicdan azadlığı kontekstində təfriqələr yaratmaq, mövcud xüsusda nələrisə mübahisələndirərək etirazçı kütlə hazırlamaq işi asandır. Prosesin Yaxın və Orta Şərq ölkələrindəki klassik metodlarını görmüşük.

İkinci qeyd ediləcək məqam bundan ibarətdir ki, respublikamız dinlərin və mədəniyyətlərin qovuşduğu məkandır, tolerantlıq nümunəsidir. İstər dünyanın ayrı-ayrı yerlərindən ölkəmizə təşrif buyurmuş qonaqların gəldikləri qənaət, istərsə də düzənlədiyimiz nüfuzlu beynəlxalq tədbirlər zamanı səslənən fikir və düşüncələr onu deməyə əsas verir ki, Azərbaycan multikultural dəyərlərin hakim kəsildiyi, müxtəlif inanclı insanların dinc, birgəyaşam şəraitində ömür sürdükləri diyar kimi özünü təsdiqləməyi bacarıb. Bu, dünyana varlığımızı bəyan edən son dərəcə böyük sərvətdir. Deməli, Azərbaycana qarşı düşmənçilik motivləri varsa, məhz bu sərvətə qəsd ön planda olmalıdır.

Bəli, məkrli plan ona hesablanıb ki, Azərbaycan mühafizəkar, dini fundamentalizmin, ehkamçı dünyagörüşünün hakim kəsildiyi məkan olaraq göstərilsin. Dünyaya burada dini müstəvidə münaqişənin alovlanması üçün guya münbit zəminin mövcudluğu mesajı verilir. Nəticədə beynəlxalq ictimaiyyət ölkəmizlə bağlı bir növ, tərəddüdlərə düşür. Məsələn, Azərbaycana gəlmək istəyən sıravi avropalı görür ki, Suriyada, İraqda və başqa müsəlman ölkələrində yaşananlar burada da təkrarlanır və təbii ki, qorxuya düşərək fikrindən daşınır. Bəli, plan islamafob təsəvvürlərin yaradılması ilə ölkəmizlə bağlı müsbət fikirlərin dəyişdirilməsini hədəf seçib.

Planın tərkibinə din adamlarının hakimiyyətə qarşı mütəşəkkil etirazçı təbəqə olduqlarını göstərmək də daxildir. Bu, nəyə görə lazımdır? Məlumdur ki, xaricdə hakimiyyətlərin dinə qarşı guya barışmaz mövqedə olduqlarını iddia edən İslam pərdəsinə bürünmüş siyasi qruplar var. Zaman-zaman müxtəlif Qərb dairələri tərəfindən hərəkətə gətirilən bu qrupların dini təəssübkeşlik adı altında Azərbaycana cəlb edilməsi istəklərinə meydan hazırlanır. Beləcə nəzərdə tutulan xaos mühiti dərinləşdirilir. Məqsəd budur.

***

Daha böyük məqsəd nədən ibarətdir, istərdim məsələ barədə də düşüncələrimi bölüşüm. Bu yerdə ölkəmizdəki 11 aprel Prezident seçkilərinə diqqət yetirməyi vacib sayıram. Məlumdur ki, proses apreldə yox, oktyabrda keçirilməliydi. Seçki öncəsi bəzi qüvvələr tərəfindən yaradılmasına cəhd göstərilən gərginlik mühitinin ayrı-ayrı elementləri göstərir ki, oktyabr ayı üçün daha geniş miqyaslı məkrli plan işə salınacaqdı. Xalqın seçkidə cənab İlham Əliyevi dəstəkləyərək iqtidarla vəhdət nümayiş etdirməsi işə salınmış bütün “ssenariləri” iflasa uğratdı. Hesab edirəm ki, bu gün Gəncədə yaşananlar aprel iflasına görə qisas mahiyyəti daşıyan siyasi terrordur.

Heç şübhəsiz, terrorun daha bir üzü Ermənistanla bağlıdır. Bir neçə ay öncə ölkədə siyasi dəyişiklik baş verdi. Nikol Paşinyanın hakimiyyətə yiyələnməsi ilə Dağlıq Qarabağ münaqişəsi də gündəmə gəldi. Paşinyanın ortaya qoyduğu mövqe konfliktin nizamlanması ilə bağlı indiyədək aparılan danışıqların ruhuna tamamilə ziddir. Yəni faktiki olaraq ölkəmiz üçün müharibədən başqa yol qalmır. Ermənistanın diplomatik qayda və prinsipləri heçə saymasının doğuracağı savaşın isə Azərbaycanın zəfəri ilə nəticələnəcəyi hər kəsə yaxşı məlumdur. 26 iyun Silahlı Qüvvələr Günü və Milli Ordumuzun 100 illiyi ilə bağlı keçirilmiş möhtəşəm hərbi paradla əlaqədar Ermənistan mediasında yayımlanmış materiallar göstərir ki, ermənilər təşviş içərisindədir. Mövcud durumda işğalçıya dəstək planlarının işə düşəcəyi proqnozlaşdırılırdı və işə düşdü. Gəncədə yaşananların həm də bu baxımdan dəyərləndirilməli olduğunun qənaətindəyəm. Hesab edirəm ki, cəbhəyə yaxın olan strateji bölgədə ictimai asayişi pozmaq və gərginlik yaratmaqla Azərbaycanın diqqətini daxili işlərə yönəltmək, ədalətli müharibə ovqatından daşındırmaq yolu tutulur.


***

Bir məqamı da xüsusi vurğulamaq istərdim. Heç kəsə sirr deyil ki, müasir dövrdə dövlətlərə qarşı aparılan müharibədə informasiya təminatının mövcudluğu şərtdir. Yəni faktiki olaraq müharibələr informasiya savaşı mahiyyəti daşıyır. Bu mənada Gəncədə Azərbaycana qarşı həyata keçirilən terrorun “klaviatura qəhrəmanları”nı da gördük. Onlar Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd sonrakı onun qətlə yetirildiyinə dair fikirlər yayımaqla cəmiyyətdə çaşqınlıq yaratmaq yolu tutdular. Ölkəmizin ikinci böyük şəhərində iki polis zabitinin qətli ilə nəticələnən iğtişaşın anonsunu verənlər də məhz onlar idi.

Ümumən onu da bildirmək lazımdır ki, Gəncədə yaşanan olaylar Azərbaycanın mütərəqqi media cameəsinin elektron media və sosial şəbəkələr müstəvisində əsaslı tənzimləmələrin aparılmasına dair zaman-zaman səsləndirdikləri baxışların əməli iş müstəvisinə daşınmasının vaxtının çatdığını bir daha sübuta yetirdi. Bilirəm, fikrimi söz və ifadə azadlığının boğulmasına çağırış kimi dəyərləndirib məsələyə saxta ictimai motiv qazandıranlar tapılacaq. Heç bir halda mövcud sahədə hansısa mürtəce addımlar atıla bilməz. Sadəcə hazırlanmış qanuni mexanizmlər konkretləşdirilməli, təkmilləşdirilərək kompleks əhəmiyyət daşımalıdır. Söz azadlığının dövlətə qarşı qəsd azadlığı anlamı daşıması əsla yolverilməzdir. Məsələyə Azərbaycanın informasiya təhlükəsizliyi baxımından qiymət verilməli, zəruri tədbirlər görülməlidir. Dövlətin Gəncə ilə bağlı yazan bəzi informasiya saytlarına qarşı həyata keçirdiyi tədbirlər də bu kontekstdə dəyərləndirilməlidir.


***

Sonda bir daha vurğulayım ki, Gəncə hadisələri Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı qəsd, düşünülmüş məkrli oyun cəhdidir. Bu durumda mediamızın hər zamankı kimi mütəşəkkilik ortaya qoyması, həssas davranaraq peşəkarlıq nümayiş etdirməsi son dərəcə vacib şərtdir. Media peşəkarlığı dövlətçiliyimizə qarşı təhdidlərin qarşısının alınmasında səfərbəredici missiyadır. Jurnalistlərimiz bu missiyanı ləyaqətlə yetinə yetirir və qəti şəkildə əminəm ki, daha yüksək səviyyədə yerinə yetirməklə cəmiyyətə nümunə olacaqlar.

Hacıqabul sakininindən narkotik maddə və tüfəng götürüldü 10 May 2021, 10:57 Atam illərlə uğrunda vuruşduğu bir Qələbəni gördü, amma... 10 May 2021, 10:53 Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı oldu 10 May 2021, 10:50 DSX-nin həbs edilən vəzifəli şəxsləri azadlığa BURAXILDI 10 May 2021, 10:45 İlham Əliyev Naxçıvanda səfərdədir 10 May 2021, 10:39 Azad olunan ərazilərdə “Xarı bülbül” maketləri ərsəyə gətirildi - FOTOLAR 10 May 2021, 10:33 Siyəzəndə narkotik becərən şəxs saxlanıldı 10 May 2021, 10:26 Sabiq deputat: “Parlamentdə işləmək mənim üçün çox çətin idi” - MÜSAHİBƏ 10 May 2021, 10:20 Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər 10 May 2021, 10:13 Ötən həftə Qarabağda 93 hektar ərazi minalardan təmizlənib 10 May 2021, 10:06 Bakıda 200 ədəd yeni ağac əkildi - FOTOLAR 10 May 2021, 10:00 Azərbaycanlı jurnalist Fransa portalında minalanmış ərazilərdən yazdı 10 May 2021, 09:53 Böyük şəxsiyyətlər və xilaskarlar unudulmur - VİDEO 10 May 2021, 09:46 Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur 10 May 2021, 09:39 Ermənistan parlamenti yenidən toplaşır - Paşinyanın taleyi həll olunacaq 10 May 2021, 09:32 Qocalmanın qarşısını alan 6 MÖCÜZƏ 10 May 2021, 09:24 Bu tarixdən havanın temperaturu gündən-günə yüksələcək - RƏSMİ 10 May 2021, 09:17 DTX-dan Heydər Əliyevin ildönümü ilə bağlı PAYLAŞIM 10 May 2021, 09:10 Xəzər rayonunda 28 yaşlı gənc bıçaqlandı 10 May 2021, 09:04 Bakıda yaşayış binasında  yanğın - xəsarət alanlar var 10 May 2021, 08:58 Güclü külək Bakı-Qazax yolunun bağlanmasına səbəb oldu 10 May 2021, 08:52 Bu gündən Azərbaycanda 18 yaşdan yuxarı şəxslərə vaksin vurulacaq 10 May 2021, 08:44 Bakıda “Mercedes” YANDI 10 May 2021, 08:37 Lavrov bu gün Azərbaycana gəlir 10 May 2021, 01:19 "Sevilya"nın oyunçusu "Real"ı uduzmaqdan xilas etdi 10 May 2021, 01:11 "Yuventus" evdə darmadağın oldu 10 May 2021, 01:00 Türkiyə beşinci nəsil döyüş təyyarələri istehsal edəcək 10 May 2021, 00:55 Polislər ağac əkdilər - FOTO 10 May 2021, 00:46 Nigeriyada gəmi çevrildi - onlarla insan öldü 10 May 2021, 00:31 Bakıda maşın 4 piyadanı vurdu - ölən və yaralananlar var 10 May 2021, 00:23 500 min yəhudinin qatili erməni Salasyan 10 May 2021, 00:12 Heydər Əliyevin anadan olmasından 98 il ötür 10 May 2021, 00:01 Ağcabədidə yol qəzası 9 May 2021, 23:48 Türklərlə düşmənçilik təkcə Ermənistan üçün deyil, bütün bölgə üçün fəlakətdir - Paşinyan   9 May 2021, 23:33 Türkiyədə yoluxanların sayı 15 minə düşdü 9 May 2021, 23:16