5 Oktyabr 2018, 13:10 | Ana Səhifə - Yazılar - Yaddaşlarda qalacaqlar
Yaddaşlarda qalacaqlar

Hidayət Elvüsal

 

Deyirik biz qədirbilən xalqıq. Amma bəzən elə insanlara biganəlik göstəririk ki, qədirbilənlikdən əsər-əlamət qalmır. Bəlkə də hər gün şeirlərini oxuduqlarımızı, mahnılarını dinlədiklərimizi, əsərlərinə baxdıqlarımızı bəzən heç tanımırıq da. Tanısaq da…

Ələkbər Tağıyevi kim tanımır? Uzun illər hüquq-mühafizə orqanlarında çalışmış bu istedadlı insanın mahnıları indi də dillər əzbəridir. Elə bir müğənni yoxdur ki, onun bəstələrinə müraciət etməsin.

Təsəvvür edin. Türkiyədə şəhid olmuş əsgərlərin medalyonları ilə bir simvolik ağac “bəzədilər”. Və Ələkbər Tağıyevin “Nə gəlməz oldun” mahnısı bütün gün ərzində səsləndi. TV-lərdə nümayiş olundu. Bu gün Rusiya şou-biznesində də o gözəl bəstəkarın mahnılarına rast gəlirik.

Bir zamanlar isə onu heç cür qəbul etmirdilər. “Diplomu yoxdur, bəstəkar deyil” sözləri ilə qarşısını kəsməyə çalışdılar. Amma unutdular ki, “Qarabağ şikəstəsi”nin, “Azərbaycan maralı”nın, “Girdim yarın bağçasına”, “Apardı sellər Saranı”, “Üç telli durna”… kimi gözəl musiqi nümunələri yaradanların da konservatoriya təhsili, diplomu olmayıb. Azərbaycan musiqisinin mayasını XALQ YARADICILIĞI təşkil edir. Böyük Üzeyir Hacıbəyov da məhz o mənbədən ilham alıb.

İllər ötəcək, amma Ələkbər Tağıyevin mahnıları hər yeni ifada daha da gəncləşəcək, unudulmayacaq. Çünki o mahnılarda xalqın ruhu var.

…ŞAHİD ƏBDÜLKƏRİMOV. On illər boyu dəbdən düşməyən mahnılar müəllifi. “Könül açdım”, “Gecələr”, “Bala gəlin”… daha neçə-neçə könül oxşayan mahnılar. Təkcə “Gecələr” kifayət edərdi ki, o insan dildən-dilə gəzib, yaşasın.

Çox küskün idi. Çox incitmişdilər. Mahnıları oxunurdu, adı çəkilmirdi. Bəzən baş götürüb getdi bu ölkədən. Sonra qayıtdı.  Tarını sındırıb, torpağa basdırdı. Sanki özünü dəfn elədi Şahid müəllim.

BƏHRAM NƏSİBOV. O qədər sakit, o qədər iddiasız adaş idi ki. Gözləri həmişə qəribə bir kədərlə dolu olurdu. “Qarabağ”, “Ay qız”, “Var gülüşündə”, “Şahnaz təsnifi”… (Yeri gəlmişkən bir-iki gün əvvəl bu təsnifin sözlərinin guya başqa bir adam tərəfindən yazıldığı iddia edildi. Özü də TV-lərin birində. Şəxsən mən bir vaxtlar Bəhram müəllimdən yazmış bir adam kimi təkrar edirəm: Bu təsnifin sözləri də Bəhram Nəsibova məxsusdur). Özünün də səsi vardı.

Qəribədir ki, Bəhram müəllim mənim yaddaşımda elə belə də qalıb - sakit, kədərli. “Siz ey ilk eşqimin şahidi dağlar…” Təkcə bu musiqidəki haray bəs edər ki, onun dünyasına heç olmasa uzaqdan baxa biləsən.

RAZİM PAŞAYEV. “Səndən mənə bir ömürlük xatirə, məndən sənə nə qalacaq, bilmirəm”. Hə, belə də oldu. Məmməd Arazın sözlərinə yazdığı bu musiqi sanki onun taleyindən “danışır”. Razimin bəstələdiyi mahnını ilk dəfə Zeynəb Xanlarova kimi bir insan oxuyub. O zaman hələ Füzulidə yaşayan Razimi vur-tut 17 yaşı verdi. Özü danışırdı:

- Evdə oturmuşdum. Zeynəb xanım oxuyurdu. Birdən “Heç insaf varmı səndə, qəlbi qan edirsən…” Daha heç nə eşitmədim. Qışqıra-qışqıra atılıb-düşürdüm. Məni güc-bəla ilə sakitləşirdilər.

Daha sonra onun mahnılarını demək olar ki, hamı oxudu. “Bilmirəm”i ifa etməyən müğənnimiz az-az olar.

Və Rasim Paşayev qaçqınlıq ömrü yaşadı. İllər boyu bir bəstəkar kimi yox, adi bir insan olaraq mənzil istədi ki, başqa köçkünlər kimi o da ailəsini başına yığsın. Vermədilər.

Bütün evlərin, məclislərin, TV-lərin sakini olan Rasim Paşayev evsiz-eşiksiz öldü… Məzarı nurla dolsun. Allah daşürəkli səlahiyyət sahiblərinin ürəyinə rəhm salsın.

Amma bu gün həyatda olan, yazıb-yaradan bəstəkarımız da var. İxtisasca jurnalist olan RAUF MƏMMƏDOV “Qalmaz belə, qalmaz dünya”, “Ağlama, Sevdam” kimi daha neçə onlarla mahnıların müəllifi Rauf. Onun bəstələrini Zeynəb xanım Xanlarova və hər kəs, hər kəs oxuyur.

Hə, əlbəttə, onun da qədrini bilən yoxdur. Səlahiyyətlilər… O səlahiyyətlilər ki, təqdimat məhz onların əlindədir, etməzlər. Elələri təqdim olunur ki…

Rauf da iddiasız insandır. Belə məsələlər onu heç düşündürmür də. Amma bu o demək deyil ki, hər gün, bəli hər gün mahnılarını eşidib, ləzzət alan, feyziyab olan o səlahiyyət sahibləri belə istedadlara qarşı etinasızlıq etsinlər.

On illər boyu unudulmayan bu istedadlı sənət fədailəri (məhz belə deyirəm) həmişə yaşayacaqlar. Onları xalq yaşadacaq. Onlar təmiz, milli Azərbaycan musiqi nümunələri yaradanlardır. “Apardı sellər Saranı”, “Girdim yarın bağçasına”, “Qaragilə”…”

Hə deyəcəksiniz ki, bu mahnıları müqayisə etmək…

Yox! Müqayisə etmirəm. Xatırladıram. Məni, sizi xatırlayan olmayacaq. Amma adlarını çəkdiyim o istedadlı insanlar unudulmayacaq. Buna görə dedim. 

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Barselona” İspaniya kubokunun qalibi oldu 18 Aprel 2021, 01:21 “Qalatasaray” səfərdə qələbə qazandı 18 Aprel 2021, 00:57 İki boksçumuz dünya birinciliyində 1/4 finala çıxdı 18 Aprel 2021, 00:42 Baltikyanı ölkələrdə elektrik enerjisinin qiyməti ucuzlaşdı 18 Aprel 2021, 00:27 Makron Putinlə danışıqlar aparacaq 18 Aprel 2021, 00:10 "Çelsi" Qvardiolanın komandasını kubokdan məhrum etdi 17 Aprel 2021, 23:59 Bakıda ağacəkmə aksiyası keçirilib - FOTO 17 Aprel 2021, 23:51 Türkiyəli nazir yerli peyvənd vurdurdu 17 Aprel 2021, 23:44 Rusiya Praqanı hədələdi 17 Aprel 2021, 23:32 Özbəkistan öz peyvəndini istehsal edəcək   17 Aprel 2021, 23:20 Vedat Albayrak Avropa çempionu oldu 17 Aprel 2021, 23:08 Çexiyadakı 18 Rusiya diplomatı kəşfiyyatçı çıxdı - ölkədən qovulurlar 17 Aprel 2021, 22:55 Goranboyda vəzifəli şəxs koronavirusdan öldü - FOTO   17 Aprel 2021, 22:41 "Neftçi"dən darmadağın 17 Aprel 2021, 22:35 Gəncədə məktəb müəllimi pandemiya qurbanı oldu 17 Aprel 2021, 22:22 Rusiya FTX-dən Lukaşenkoya sui-qəsd açıqlaması 17 Aprel 2021, 22:12 “Nəslimizdə hamı koronavirusa yoluxub” - Mətanət İsgəndərli 17 Aprel 2021, 21:59 Türkiyədə zəlzələ oldu 17 Aprel 2021, 21:44 Sülhməramlıların minalardan təmizlədiyi ərazi 2000 hektarı keçdi - AÇIQLAMA 17 Aprel 2021, 21:36 Lukaşenkoya sui-qəsd hazırlayan qrup yaxalandı 17 Aprel 2021, 21:21 Göyçayda əməliyyat - vəzifəli şəxslər SAXLANILDI 17 Aprel 2021, 21:12 Türkiyədə daha 288 nəfər virusdan öldü 17 Aprel 2021, 21:03 Ukrayna Rusiya diplomatını ölkədən qovur 17 Aprel 2021, 20:50 Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatdı 17 Aprel 2021, 20:42 Komitə sədri gənc direktorla görüşdü 17 Aprel 2021, 20:37 Rusiyada helikopter qəzası - pilot öldü 17 Aprel 2021, 20:28 Özünü binanın damından atmaq istəyən qızı ustalar xilas etdi - FOTO 17 Aprel 2021, 20:13 "Keşlə" "Sabah"la sülh bağladı 17 Aprel 2021, 20:04 Şahzadə Filipin dəfn mərasimi keçirilib 17 Aprel 2021, 19:24 “Azəriqaz” ictimai birlik sədrinin şikayətini təmin etdi 17 Aprel 2021, 19:09 Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı 17 Aprel 2021, 18:54 İkinci Qarabağ müharibəsində məhv edilən daha 71 erməninin adı AÇIQLANDI 17 Aprel 2021, 18:36 Qarabağda 1543 erməni cəsədi tapılıb 17 Aprel 2021, 18:18 İnsanlarımızın vətənpərvərlik ruhunu öldürməyin, CƏNAB NAZİRLƏR! 17 Aprel 2021, 18:01 İkimərtəbəli evdə yanğın 17 Aprel 2021, 17:37