5 Oktyabr 2018, 13:10 | Ana Səhifə - Yazılar - Yaddaşlarda qalacaqlar
Yaddaşlarda qalacaqlar

Hidayət Elvüsal

 

Deyirik biz qədirbilən xalqıq. Amma bəzən elə insanlara biganəlik göstəririk ki, qədirbilənlikdən əsər-əlamət qalmır. Bəlkə də hər gün şeirlərini oxuduqlarımızı, mahnılarını dinlədiklərimizi, əsərlərinə baxdıqlarımızı bəzən heç tanımırıq da. Tanısaq da…

Ələkbər Tağıyevi kim tanımır? Uzun illər hüquq-mühafizə orqanlarında çalışmış bu istedadlı insanın mahnıları indi də dillər əzbəridir. Elə bir müğənni yoxdur ki, onun bəstələrinə müraciət etməsin.

Təsəvvür edin. Türkiyədə şəhid olmuş əsgərlərin medalyonları ilə bir simvolik ağac “bəzədilər”. Və Ələkbər Tağıyevin “Nə gəlməz oldun” mahnısı bütün gün ərzində səsləndi. TV-lərdə nümayiş olundu. Bu gün Rusiya şou-biznesində də o gözəl bəstəkarın mahnılarına rast gəlirik.

Bir zamanlar isə onu heç cür qəbul etmirdilər. “Diplomu yoxdur, bəstəkar deyil” sözləri ilə qarşısını kəsməyə çalışdılar. Amma unutdular ki, “Qarabağ şikəstəsi”nin, “Azərbaycan maralı”nın, “Girdim yarın bağçasına”, “Apardı sellər Saranı”, “Üç telli durna”… kimi gözəl musiqi nümunələri yaradanların da konservatoriya təhsili, diplomu olmayıb. Azərbaycan musiqisinin mayasını XALQ YARADICILIĞI təşkil edir. Böyük Üzeyir Hacıbəyov da məhz o mənbədən ilham alıb.

İllər ötəcək, amma Ələkbər Tağıyevin mahnıları hər yeni ifada daha da gəncləşəcək, unudulmayacaq. Çünki o mahnılarda xalqın ruhu var.

…ŞAHİD ƏBDÜLKƏRİMOV. On illər boyu dəbdən düşməyən mahnılar müəllifi. “Könül açdım”, “Gecələr”, “Bala gəlin”… daha neçə-neçə könül oxşayan mahnılar. Təkcə “Gecələr” kifayət edərdi ki, o insan dildən-dilə gəzib, yaşasın.

Çox küskün idi. Çox incitmişdilər. Mahnıları oxunurdu, adı çəkilmirdi. Bəzən baş götürüb getdi bu ölkədən. Sonra qayıtdı.  Tarını sındırıb, torpağa basdırdı. Sanki özünü dəfn elədi Şahid müəllim.

BƏHRAM NƏSİBOV. O qədər sakit, o qədər iddiasız adaş idi ki. Gözləri həmişə qəribə bir kədərlə dolu olurdu. “Qarabağ”, “Ay qız”, “Var gülüşündə”, “Şahnaz təsnifi”… (Yeri gəlmişkən bir-iki gün əvvəl bu təsnifin sözlərinin guya başqa bir adam tərəfindən yazıldığı iddia edildi. Özü də TV-lərin birində. Şəxsən mən bir vaxtlar Bəhram müəllimdən yazmış bir adam kimi təkrar edirəm: Bu təsnifin sözləri də Bəhram Nəsibova məxsusdur). Özünün də səsi vardı.

Qəribədir ki, Bəhram müəllim mənim yaddaşımda elə belə də qalıb - sakit, kədərli. “Siz ey ilk eşqimin şahidi dağlar…” Təkcə bu musiqidəki haray bəs edər ki, onun dünyasına heç olmasa uzaqdan baxa biləsən.

RAZİM PAŞAYEV. “Səndən mənə bir ömürlük xatirə, məndən sənə nə qalacaq, bilmirəm”. Hə, belə də oldu. Məmməd Arazın sözlərinə yazdığı bu musiqi sanki onun taleyindən “danışır”. Razimin bəstələdiyi mahnını ilk dəfə Zeynəb Xanlarova kimi bir insan oxuyub. O zaman hələ Füzulidə yaşayan Razimi vur-tut 17 yaşı verdi. Özü danışırdı:

- Evdə oturmuşdum. Zeynəb xanım oxuyurdu. Birdən “Heç insaf varmı səndə, qəlbi qan edirsən…” Daha heç nə eşitmədim. Qışqıra-qışqıra atılıb-düşürdüm. Məni güc-bəla ilə sakitləşirdilər.

Daha sonra onun mahnılarını demək olar ki, hamı oxudu. “Bilmirəm”i ifa etməyən müğənnimiz az-az olar.

Və Rasim Paşayev qaçqınlıq ömrü yaşadı. İllər boyu bir bəstəkar kimi yox, adi bir insan olaraq mənzil istədi ki, başqa köçkünlər kimi o da ailəsini başına yığsın. Vermədilər.

Bütün evlərin, məclislərin, TV-lərin sakini olan Rasim Paşayev evsiz-eşiksiz öldü… Məzarı nurla dolsun. Allah daşürəkli səlahiyyət sahiblərinin ürəyinə rəhm salsın.

Amma bu gün həyatda olan, yazıb-yaradan bəstəkarımız da var. İxtisasca jurnalist olan RAUF MƏMMƏDOV “Qalmaz belə, qalmaz dünya”, “Ağlama, Sevdam” kimi daha neçə onlarla mahnıların müəllifi Rauf. Onun bəstələrini Zeynəb xanım Xanlarova və hər kəs, hər kəs oxuyur.

Hə, əlbəttə, onun da qədrini bilən yoxdur. Səlahiyyətlilər… O səlahiyyətlilər ki, təqdimat məhz onların əlindədir, etməzlər. Elələri təqdim olunur ki…

Rauf da iddiasız insandır. Belə məsələlər onu heç düşündürmür də. Amma bu o demək deyil ki, hər gün, bəli hər gün mahnılarını eşidib, ləzzət alan, feyziyab olan o səlahiyyət sahibləri belə istedadlara qarşı etinasızlıq etsinlər.

On illər boyu unudulmayan bu istedadlı sənət fədailəri (məhz belə deyirəm) həmişə yaşayacaqlar. Onları xalq yaşadacaq. Onlar təmiz, milli Azərbaycan musiqi nümunələri yaradanlardır. “Apardı sellər Saranı”, “Girdim yarın bağçasına”, “Qaragilə”…”

Hə deyəcəksiniz ki, bu mahnıları müqayisə etmək…

Yox! Müqayisə etmirəm. Xatırladıram. Məni, sizi xatırlayan olmayacaq. Amma adlarını çəkdiyim o istedadlı insanlar unudulmayacaq. Buna görə dedim. 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Azərbaycanlı hakim Tokio Olimpiadasında hakimlik edəcək 12 May 2021, 12:27 Əli Əsədov Rusiya baş nazirinə başsağlığı verib 12 May 2021, 12:06 Bu il 44,3 min şəxsə sosial ödənişlər təyin olunub 12 May 2021, 12:03 Sabahın hava PROQNOZU 12 May 2021, 11:47 Avropadakı soydaşlarımız Heydər Əliyevə videoçarx həsr ediblər 12 May 2021, 11:43 Prezident “Xarıbülbül” festivalına gedir - Mehriban Əliyeva Şuşa səfərindən paylaşım etdi - VİDEO 12 May 2021, 11:23 İsrail, yoxsa Fələstin: hansı mövqedə olmalıyıq?.. 12 May 2021, 11:12 Rusiyadan “Laçın dəhlizi” ilə bağlı AÇIQLAMA 12 May 2021, 11:00 İcra başçısı Şəhid ailələri və ağsaqqaları dinlədi 12 May 2021, 10:33 Şuşada Ramazan bayramının namazı canlı YAYIMLANACAQ 12 May 2021, 10:31 Mağazadan qızıl oğurlayan əmioğlular saxlanılıb 12 May 2021, 10:28 Dünyanın ən yaşlı aktyoru vəfat edib 12 May 2021, 10:22 Heydər Əliyev prospektində yol qəzası... 12 May 2021, 09:49 Azad olunmuş ərazilərə keçmək istəyən 9 nəfər saxlanıldı 12 May 2021, 09:47 Bu gün Şuşada “Xarı bülbül” festivalı BAŞLAYIR 12 May 2021, 09:28 Tanınmış ictimai xadimlər və jurnalistlər Şuşaya GETDİLƏR 12 May 2021, 09:21 Amerikalı hüquqşünas hay kilsəsinin həyasızlığı barədə… 12 May 2021, 08:58 Arif Quliyevin o dünyadakı QONŞULARI: “Qurd qapısı”nda torpağa qarışan MƏŞHURLAR... 12 May 2021, 08:33 Qazax Müəllimlər Seminariyası bərpa edilib 12 May 2021, 08:30 Kəlmeyi-şəhadətini dostları ilə birgə oxuyan Əməkdar artist - Azər Mirzəyevin SON GÜNÜ 12 May 2021, 08:26 İsrail “Həmas” hərbi kəşfiyyatının rəhbərlərini məhv edib 12 May 2021, 08:18 Tatarıstanda matəm elan edildi 12 May 2021, 08:03 İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı 12 May 2021, 07:54 Azərbaycanlı rəssam Türkiyədə koronavirusdan vəfat edib 12 May 2021, 04:30 BMT Təhlükəsizlik Şurası təcili TOPLAŞIR 12 May 2021, 02:41 Bakıda piyadanı maşın vurub öldürdü 12 May 2021, 02:32 "Onlar bunu öz həyatları ilə ödəyəcəklər" - Netanyahudan hədə 12 May 2021, 02:25 "Barselona" səfərdə vacib xal itirdi 12 May 2021, 02:08 “Formula 1”in Türkiyə mərhələsi ləğv olundu 12 May 2021, 01:00 İsrailin Qəzzaya hava zərbələri nəticəsində 10 uşaq öldü 12 May 2021, 00:53 Tel-Əvivdəki hava limanı raket zərbələrinə görə uçuşları dayandırır 12 May 2021, 00:44 Türkiyədə bu tarixdən mərhələli yumşalma planlaşdırılır 12 May 2021, 00:35 Bakıda I qrup əlil bıçaqlandı 12 May 2021, 00:19 Çempionlar Liqasının finalı İstanbuldan Portuya veriləcək? 12 May 2021, 00:05 “Beşiktaş”la “Fənərbaxça” büdrədi - “Qalatasaray”  sevindi 11 May 2021, 23:51