Modern.az

Prezident təqaüdü alan tələbələr hansı ali məktəblərdə oxuyurlar?

Prezident təqaüdü alan tələbələr hansı ali məktəblərdə oxuyurlar?

25 Sentyabr 2009, 12:41

Prezident İlham Əliyev 2009-2010-cu tədris ilində ölkənin ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Ümumilikdə ən yüksək nəticə göstərən 102 gəncə Prezident təqaüdü təyin edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2009-2010-cu tədris ili üçün ölkənin ali məktəblərinə keçirilən tələbə qəbulu müsabiqəsində 110 minə yaxın abituriyent iştirak edib. Onlardan 996 nəfəri yüksək nəticə göstərərək 600-dən yuxarı bal toplayıb. Yüksək nəticə göstərənlər ölkənin, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini də təmsil edib. Onlardan 670 nəfəri şəhər, 326 nəfəri rayon və kənd məktəblərinin məzunlarıdır. 600-dən yuxarı bal toplayanlar sırasında mülki ali məktəblərlə yanaşı Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına 4, Polis Akademiyasına 6 nəfər daxil olub. Yüksək nəticə göstərənlər I qrupda (texniki və təbiət elmləri üzrə ixtisaslar) 164, II qrupda (iqtisadiyyat üzrə ixtisaslar) 218,  III qrupda (humanitar ixtisaslar) 391, IV qrupda (tibb ixtisasları) 223 nəfərdir. Qeyd edək ki, 2 nəfər maksimal nəticə - 700 bal toplayıb. Onların ikisi də III ixtisas qrupunun abituriyentləridir. IV ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayan 4 abituriyent Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olunub. Yüksək nəticə göstərən gənclərin həvəsləndirilməsi və ictimaiyyətə tanıdılması üçün “Abituriyent” jurnalının bir nömrəsinin xüsusi olaraq yüksək nəticə göstərənlərə həsr olunması nəzərdə tutulub.

Nəzərinizə çatdıraq ki, Prezident təqaüdünə layiq görülən 102 gəncdən 29 nəfəri Prezident yanında Dövlət İdarəçilik Akademiyasının, 25 nəfəri Azərbaycan Tibb Universitetinin, 18 nəfəri Bakı Dövlət Universitetinin, 12 nəfəri Qafqaz Universitetinin, 9 nəfəri Azərbaycan Dövlət Neft Akademiyasının, 6 nəfəri Azərbaycan Dövlət İqtisad Universiteti, 2 nəfəri Xəzər Universitetinin və 1 nəfəri Naxçıvan Dövlət Universitetinin tələbəsidir.

  A

qil LƏTİFOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi