5 Yanvar 2019, 19:33 | Ana Səhifə - Yazılar - Cənab Maykl, deyilənə görə siz də Banqladeşdə doğulmusunuz, elədir?
Cənab Maykl, deyilənə görə siz də Banqladeşdə doğulmusunuz, elədir?

Mülatif Adurov,
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü

ABŞ dövlət katibi Maykl Pompeonun Azərbaycanın dahi klassik şairi Nizami Gəncəvini müasir dünyanın siyasət aləminə (axı, o siyasətçidir) heç bir dəxli olmadan birdən-birə “fars şairi” adlandırması çox çübhəsiz ki, nəinki cənab dövlət katibinin öz ölkəsində, hətta dünyada hədsiz gülüş doğurduğuna zərrə qədər şübhə yoxdur. Pompeoya deyən gərəkdir ki, öz iş-gücünü kənara qoyub iranlılara xoş gəlmək üçün “Nizami Gəncəvi fars şairidir” deməsini onun siyasi baxışlarının ağıldan kəm adamların düşüncələrinə bənzətmək olar. Sübuta ehtiyac yoxdur. Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu  dünya alimləri vaxtılə qətiyyətlə bildiriblər.

Bu yerdə yadıma gənclik illərində şahidi olduğum bir hadisə düşdü.

Tovuz-Qazax magistral yolunun Ağstafadan  keşən hissəsində dəmir yolu keçidinin yaxınlığında iki eyni profilli iaşə ocağının sahibləri – Adil kişi və Hüseyn (onu “qardaşoğlu” da çağırırdılar) arasındakı gülüş doğuran söhbəti xatırladım. Adil kişi Hüseynin pavilyonunun mətbəxinə keçib qardaşoğlunu işindən elədi.

-        Ay Hüseyn, bir vacib iş üçün gəlmişəm.

-        Buyur Adil dayı, nə qulluğun varsa ...

-        Yox, qulluq deyəndə bir məsələni bilmək istəyirəm: ayda nə qədər qazanırsan?


Qəfil sualdan tutulan Hüseyn əllərini örtüyünün ətəyi ilə silib masanın ətrafında oturdu, qələm-kağız götürüb höccələnə-höccələnə bişirdiyi xörəkləri sadaladı: “gündə otuz qab piti, iki qazan xaş bişirirəm, lülə-kabab, tikə kabab, cız-bız...

Hesabı çox zəif bilən Hüseyni tər basmışdı. Birtəhər gündəlik gəlirinin nə qədər olduğunu bəyan etdi, bu rəqəmi 30-a vurub bir aylıq qazancının məbləğini açıqladı.

-        Çox yaxşı, - dedi Adil kişi, - Maşallah işin avand gedir.

-        Adil dayı, bəs sənin aylıq gəlirin nə qədərdir?

-        Mən heç hesablamamışam.

-        Əşşi, bu nə deməkdir, öz qazancından xəbərin yoxdur, ay zalım oğlu, mənim baş-beynumi aparırsan?... Utanmırsan?...

İndi Maykl Pompeodan soruşan gərəkdir ki, “ay dırnaqarası siyasətçi, öz ölkənin şairlərindən xəbərin yoxdur, Nizami Gəncəvini bizlərə tanıdırsan?
Bəlkə ABŞ-da ingiliscə yazan erməni, yəhudi şairlərini də Banqladeş şairləri adlandırasan?”.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Somalidə toqquşma - 30 ölü 25 Oktyabr 2021, 00:52 Pikassonun 11 əsəri 110 milyon dollara satıldı - FOTOLAR 25 Oktyabr 2021, 00:38 XİN-dən Qubadlı PAYLAŞIMI 25 Oktyabr 2021, 00:14 Qubadlının işğaldan azad olunmasından 1 İL ÖTÜR 25 Oktyabr 2021, 00:05 Türkiyədə koronavirusla bağlı son vəziyyət 24 Oktyabr 2021, 23:48 Nigeriyada neft zavodunda partlayış: 25 ölü 24 Oktyabr 2021, 23:20 AMEA-nın folklorşünas alimi VƏFAT ETDİ 24 Oktyabr 2021, 22:58 Cüdoçularımızdan dünya çempionatında 8 MEDAL 24 Oktyabr 2021, 22:51 Füzuli Beynəlxalq Hava Limanındandan VİDEOREPORTAJ 24 Oktyabr 2021, 22:18 “Liverpul” “Mançester Yunayted”ı darmadağın etdi 24 Oktyabr 2021, 22:08 Özbəkistan SEÇKİLƏR -Fəallıq 80%-dən çox olub 24 Oktyabr 2021, 21:51 Gürcüstan-Ermənistan sərhədində ZƏLZƏLƏ 24 Oktyabr 2021, 21:32 Aİ Kabildə diplomatik missiyasını BƏRPA EDİR 24 Oktyabr 2021, 21:14 Özbəkistanda prezident seçkiləri YEKUNLAŞDI 24 Oktyabr 2021, 21:02 "Real Madrid" "Barselona"nı səfərdə məğlub etdi 24 Oktyabr 2021, 20:23 Daha biri koronavirus xəstəsi Metroda 24 Oktyabr 2021, 20:10 Rusiyada təyyarə qəzası - Ölənlər var 24 Oktyabr 2021, 19:45 “Qəbələ” “Keşlə”yə qalib gəldi 24 Oktyabr 2021, 19:12 DİM imtahan nəticələrini AÇIQLADI 24 Oktyabr 2021, 19:08 Qətlə yetirilən soydaşımızın nəşi vətənə GƏTİRİLƏCƏK 24 Oktyabr 2021, 17:59 Əlcəzairdən fransızca qadağası 24 Oktyabr 2021, 17:44 Consondan çağırış 24 Oktyabr 2021, 17:36 Koronavirusa qarşı PEYVƏNDLƏNƏNLƏR 24 Oktyabr 2021, 17:25 Son sutkada YOLUXANLAR - Ölənlər artdı 24 Oktyabr 2021, 17:21 İranda koronavirus mənzərəsi 24 Oktyabr 2021, 17:19 Taliblərdən İran imtinası 24 Oktyabr 2021, 17:08 Polkovnikin nəvəsi intihar etdi 24 Oktyabr 2021, 16:58 Şahinlərimiz Türkiyədən geri dönür  24 Oktyabr 2021, 16:51 Gürcüstanın virus mənzərəsi 24 Oktyabr 2021, 16:39 Baş nazirə 15 illik cəza  24 Oktyabr 2021, 16:26 İbrahimoviçdən növbəti ilk  24 Oktyabr 2021, 16:15 Əsl insan gözəllikdə gözəlliyi görməyi bacarandır - Deputat 24 Oktyabr 2021, 16:05 Özbəkistanda seçki baş tutdu 24 Oktyabr 2021, 15:51 66 milyon illik skelet rekord qiymətə... 24 Oktyabr 2021, 15:46 Professor dünyasını dəyişdi 24 Oktyabr 2021, 15:34