13Yanvar | Ana Səhifə - Yazılar - Kontuziya almış polkovnikin öncəgörməkliyi...
Kontuziya almış polkovnikin öncəgörməkliyi...

Furuz Mustafa

Keçmiş mətbuat adamları yəqin ki, haqqında qısaca danışmaq istədiyim adamı xatırlayırlar.
Ötən əsrin 80-ci illərində bir müddət “Azərbaycan gəncləri” qəzetində çalışmışam. Redaksiyaya müxtəlif adamlar gəlirdi. Həmin adamların içində qəribə, elə ilk baxışdan diqqəti cəlb edən yaşlı, arıq, qəddi azacıq əyilmiş bir kişi də vardı. Onun nimdaş, əzik-üzük xaki rəngli hərbi mündirinin yaxasına orden-medallar düzülmüşdü. Köhnə paqonuna taxılmış ulduzlardan polkovnik olduğu bilinirdi. İkinci cahan müharibəsindən çıxmışdı. Adətən onun qoltuğunda lülələnmiş kağız olardı. Müharibədə ağır kontuziya almış bu keçmiş hərbçi zabit redaksiyalara baş çəkər, öz bildiklərini adamlara “öyrətməyə” çalışardı. O, hər binanın altında “daldalanacaqlarin” tikilməsini vacib sayırdı.
Polkovnik bəzən eyni redaksiyaya bir gündə iki-üç dəfə baş çəkıərdi. Bəlkə də bunu anlamaq olardı. Yaşlı adamdır, yaddaşı korlanıb. Əsas məsələ onun qoltuğundakı lülələnmiş kağızla bağlıydı. Bu kağızda nələrin olduğunu təsvir etmək üçün gərək çox geniş izahat verəsən. Amma qısa təsvir etsəm, həmin kağız yarımxəritə, yarımdöyüşplanı, yatımhərəkətistiqaməti idi. Ən maraqlısı bu idi ki, qalın kağızlardan hazırlanmış həmin iri “kartaya” (kişi öz əsərini belə adlandırırdı) kiçicik lampalar bərkidilmişdi. Bəli, əsl elektrik lampaları. Və həmin lampalar vahid bir qovşaqda birləşmişdi. Keçmiş hərbçi elekrtik naqilinin ucuna bərkidilmiş “çəngəli” cərəyana birləşdirəndə kağızın üstünə bərkidilmiş rəngbərəng kiçik lampalar bərq vurardı. 
Qısası, kişi hər dəfə böyük bir həvəslə özünün gələcək döyüş plan və manevrlərindən söhbət açardı.
Redaksiya işçiləri kişinin xətrinə dəyməzdilər. Amma iş-gücdən ayrılmaq da olmazdı. Bu çağrilmamış qonaq isə sərt hərbçi xarakteri ilə hamını intizamlı olmağa, onu diqqətlə dinləməyə dəvət edərdi.
Cavan jurnalistlər bir-biri ilə gözləşib xısın-xısın gülər, nisbətən yaşlı qəzetçilər təəssüflə başlarını bulayardılar.
Növbəti “görüşlərin” birində şair Şahmar Əkbərzadə kişinin dediklərini bir müddət diqqətlə dinlədikdən sonra gur səslə dedi:
-Bura baxın, yoldaş polkovnik. Deyin görək sizin bu “dərslər”, bu “karta” bizə nə vaxtsa lazım ola bilərmi?
Kişi pozuq bir ləhcə ilə, yarırus-yarıazərbaycan dilində cavab verdi:
-Koneşno, koqda-to mojet priqoditsya. Bəyəm mənə inanmursuz?
Şahmar dilucu dilləndi:
-Niyə ki, inanırıq. 
Yaxşı yumor duyumu olan digər şair, Tofiq Mütəllibov tez yerindən söz atdı:
-Bəyəm yenə müharibə olacaq, polkovnik?..
Kişi dilləndi:
-Bəli. Koneşno. Olacaq.
Şair təəccüb dolu bir təbəssümlə soruşdu:
-Biz kiminlə müharibə edəsiyik ki? Bəyəm bizim düşmənimiz var?
Keçmiş hərbçi lülələnmiş kağızı titrək barmaqları ilə sığallayaraq qısaca cavab verdi:
-Koneşno, var. Bəs haylar kimdir?..
Və kişi kağızı qoltuğuna vurub redaksiyanı tərk etdi.
Sonralar qonşu dövlətlə qanlı münaqişələr başlayanda redaksiyada həmin keçmiş hərbçini tez-tez xatırlayanlar olurdu.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
İqdırda Mübariz İbrahimov zirvəsinə yürüşdən qayıdan jurnalist: “Möhtəşəm aksiya oldu!” 19 Sentyabr 2019, 14:27 Sabirabadda qarayarayara tutulanlardan təzə XƏBƏR VAR 19 Sentyabr 2019, 14:20 İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR 19 Sentyabr 2019, 14:07 Azərbaycanda ilk dəfə toxum sərgi-satış yarmarkaları keçiriləcək 19 Sentyabr 2019, 13:59 Azərbaycanda “uşaqpulu” 3 yaşadək uşaqlara verilə bilər - Komitədən TƏKLİF 19 Sentyabr 2019, 13:58 İnstitut direktoruna ağır itki üz verib 19 Sentyabr 2019, 13:57 Polis cibgir qadını saxladı 19 Sentyabr 2019, 13:56 Putin Paşinyanın görüş təklifini rədd etdi 19 Sentyabr 2019, 13:52 Yasamalda ağac kəsildi - Nazirlik hərəkətə keçdi 19 Sentyabr 2019, 13:50 Hüseyn Abdullayevə cəza istənildi - təcili yardım çağırıldı 19 Sentyabr 2019, 13:45 “O, harda olubsa, orada canlanma baş verib” - Deputatlar Cavid Qurbanov haqda DANIŞDILAR 19 Sentyabr 2019, 13:27 Sabah 34 dərəcə isti olacaq - PROQNOZ 19 Sentyabr 2019, 13:11 Pərviz Şahbazov: “Azərbaycanda elektrik enerjisinin 92 faizi təbii qazdan əldə edilir” 19 Sentyabr 2019, 13:11 Əsgər xəstəlikdən vəfat edib, şəhid olmayıb - İcra Hakimiyyətindən AÇIQLAMA 19 Sentyabr 2019, 13:01 Nazir neftin qiymətinə təsir edən amillərdən DANIŞDI 19 Sentyabr 2019, 12:57 Pərviz Şahbazov: “Xudafərin-Qız Qalası” Su-elektrik stansiyası layihəsi hazırda işlənir” 19 Sentyabr 2019, 12:55 Azərbaycanın “Əsrin müqaviləsi”ndən əldə etdiyi qazanc AÇIQLANIB 19 Sentyabr 2019, 12:49 İmişlidə qadın və oğlu özlərini çaya atmaq istəyib 19 Sentyabr 2019, 12:45 Azərbaycanda nəsli tükənməkdə olan nadir heyvanlar - ADLAR 19 Sentyabr 2019, 12:40 Bakıda gəlin qayınanasını ÖLDÜRÜB 19 Sentyabr 2019, 12:17 “Pensiya artımı parlamentin təqaüd yaşlı deputatlarına aid deyil” - Hadi Rəcəbli 19 Sentyabr 2019, 11:58 Rumıniyada erməni dili ilə bağlı qanun qəbul olundu 19 Sentyabr 2019, 11:53 Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasında 19 Sentyabr 2019, 11:50 220 kV-luq yarımstansiyalar yenidən qurulur - VİDEO 19 Sentyabr 2019, 11:42 Nazir müavini: “Sərhədlərlə bağlı komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək” 19 Sentyabr 2019, 11:38 Türkiyədə qatar QƏZASI: İki ölü - FOTO 19 Sentyabr 2019, 11:30 Xələf Xələfov: “Azərbaycan hər bir Xəzəryanı ölkə ilə sıx əməkdaşlıq edir” 19 Sentyabr 2019, 11:22 Ədalət Muradov: “Universitetlər təkcə biliyə deyil, həm də dəyərlərə fokuslanmalıdır” 19 Sentyabr 2019, 11:19 Qubada evlərdən qızıl-zinət əşyaları oğurlayan şəxs tutuldu   19 Sentyabr 2019, 11:09 Zakir Həsənov təlimlərlə bağlı müşavirə keçirib - VİDEO 19 Sentyabr 2019, 10:51 Azərbaycandakı milyarder və milyonçular... 19 Sentyabr 2019, 10:43 İcra başçısından yerli məmurlara tapşırıq: kobudluğa, yekəxanalığa yol verməyin! 19 Sentyabr 2019, 10:39 ADU kollektivi Cocuq Mərcanlıda məktəblilərlə görüşdü 19 Sentyabr 2019, 10:38 İqor Ponomaryov “Sabah”ın baş məşqçi postuna gətirildi 19 Sentyabr 2019, 10:30 Dünya çempionatında Hacı Əliyevlə hakimlər arasında QALMAQAL 19 Sentyabr 2019, 10:25