Modern.az

"Şərq"in reportyor qrupu Saatlıdakı məcburi köçkün düşərgəsindən qayıdıb

 "Şərq"in reportyor qrupu Saatlıdakı məcburi köçkün düşərgəsindən qayıdıb

25 Sentyabr 2009, 19:46

Modern.az saytı xəbər verir ki, "Şərq" qəzeti Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə vəsaiti hesabına həyata keçirdiyi "Qaçqın və məcburi köçkünlərin problemlərinin öyrənilməsi və işıqlandırılması" layihəsinin icrasını davam etdirir. Ötən həftə layihə çərçivəsində qəzetin əməkdaşları Sabirabad, Saatlı və İmişli rayonlarında qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciklərə səfər edərək onların problemləri, çatışmazlıqları ilə maraqlanıb. Səfərin nəticəsi olaraq Sabirabad rayonundakı Şəhriyar 1 saylı fin şəhərciyindən hazırlanmış yazı artıq oxuculara təqdim olunub. "Şərq"in reportyor qrupunun növbəti ünvanı Saatlı rayonundakı Cəbr-Mahmudlu məcburi köçkün düşərgəsidir. Qəzetin sabahkı sayında bu şəhərcikdə yaşayan insanların həyat tərzi, çətinlikləri və üzləşdikləri ciddi problemlər işıq üzü görəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...