21 Fevral 2016, 15:25 | Ana Səhifə - Yazılar - Anam üçün...
Anam üçün...

Doğulan hər körpənin, qoruyucu bir mələyi var və bu mələyin adı “Ana”dı. Doğurdan  da elə deyilmi? Bu həyatda, analarımızdan daha qoruyucu, daha vəfalı, daha mərhamətli kimsə varmı? Bizim xoşbəxtliyimiz üçün öz səadətini fəda edən, bizim üzüntümzə daha çox üzülən, bizim üçün hər zaman daha yaxşısını istəyən və bunun üçün əmək sərf edən başqa biri varmı? 

Hələ uşaqlığımızda, onun dəyəri bambaşqadır yanımızda. Onsuz bir dünya düşünmərik.  Üzüntümüzdə, kədərimizdə, ağlımıza gələn ilk insan odur. Maraqlı bilirsiz nədir? Pis bir iş görəndə anamızdan aldığımız bir cəza sonucunda  belə, 'Ana, ana!" deyə ağlarıq. Bizə cəza verən insana eyni zamanda sığınmaga çalışırıq. Çünkü bilirik ki, ən əmin, ən sağlam qalamız odur. 

Anamız  bizdə  yaxşı və təmiz özəlliklərin olması üçün ən təmiz duyğularını xərcləyib. Gecələrini ağlamağa başladığımız və rahatsız olduğumuz anda bizim üçün tükədib. Bizə hər zaman nəsihətlər verib,  doğru getdiyimiz anda, bizimlə fəxr edib, pis anlarımızda üzülüb, göz yaşı axıdıb. Çilə çəkən, əziyyətlər görən övladı üçün bunlara qatlananan anadır. 

Ana deyilmidir yavrusuyla ağlayan, onunla gülən, xəstələnəndə onunla sabahlayan. Önəmli olan sadəcə analar günündə  ya da bayramlarda xatırlamaq deyildir. Analarımıza onları çox sevdiyimizi hər fürsətdə göstərməktir. Yaşlanınca baxmaq, istədiyində yanında  olmaqdı. Heç  bir sevgi ana sevgisindən böyük deyil. Yeri gələr naz edirik, yeri gələr küsərik, halbuki, onlar bizi ən içdən duyğularla sevərlər, hətta bizlər üçün canlarını verərlər. Biz böyüyüb ondan qoparkən belə, o, bizə hər fürsətdə sarılar, hər an qorumağa çalışar. Hər yaşda sənə körpə kimi baxar, saçına ağ dən düşər, amma ananın hələ də kiçik körpəsi olarsan. 

Anam qarşımda ağ saçlarıyla oturmuş, üzündə yorğun və əzab ifadəsi... Artıq o, gənc deyil, mən də uşaq. İkimizin də saçlarında bəyazlar... Amma o mənə yenə də körpə sevgisiylə baxır, artıq üzümü aydın görməyən gözlərində hələ də sevgi işığını görürəm. 

Yənə də övladlarını qorumaq üçün nəsə etməyə çalışır. O gücü olmasa belə. Həyatın ağır yükü çiyinlərində, illər onu çox yıpratmış. Gözünün nuru getmiş, xəstəlik ona qalıb gəlmiş. Amma o ömrünün 40 ilini həm də yüzlərlə uşağa analıq etmiş. Öyrətmiş, vicdanla təmənnasız. Mənim əməkdar anam. Bəlkə əməkdar müəllim titulu daşımır, amma o bizim əməkdarımız. Çünkü o bizi böyüdərkən boynu bükülmüş... Biz adam kimi adam olaq deyə, gənckən yaşlanmış. 

Bu gün anam yeni yaşına adlayır. Azacıq yaşı var mənim anamın. Sizin analarınız da. Analar yaşlanmaz ki... Biz onların hər zaman körpəsiyik. Anamın bir yaşı var. Çünki o, bu il bizim üçün yenidən doğuldu. Ağır beyin əməliyyatında bəlkə də bizim üçün sağ qaldı. Anam artıq bizim körpəmizdi. Onun yaşlandıqca, kiçilən vücudunda böyük ürəyi var. O böyük ürəkdə biz varıq. 

Təşəkkürlər, mərhəmətli, fədəkar Anam! Təşəkkürlər bizi böyütdüyün, ağır günlərdə, çətin anlarda bizi doyurmaq, oxutmaq üçün mücadilə verdiyin üçün. Təşəkkürlər həm anamız, həm atamız olan yücə qadın! Mərhəmətinin önündə sayğıyla əyilirəm. Bütün analar ucadı. Bu yazım hər kəsin fədakar  anası üçün. Anam üçün....

MÜƏLLİFİN DİGƏR YAZILARI
Zəngilanlılar bu ilin sonunadək öz evlərinə qayıda bilər - Prezident 24 Sentyabr 2021, 13:45 Elnur Əşrəfoğlunun vəziyyəti AĞIRDIR 24 Sentyabr 2021, 13:39 “Atamın məzarını ziyarət edəndə ona əsgəri salam verdim” - İlham Əliyev 24 Sentyabr 2021, 13:37 “Prezident regionda davamlı sülh istədiyimizi bir daha dünyaya çatdırdı” 24 Sentyabr 2021, 13:32 Hər kəs övladının əyani dərslərdə iştirakını təmin etməlidir - Nazirlik 24 Sentyabr 2021, 13:26 İlham Əliyev şuşalıların öz evlərinə qayıdacağı tarixi AÇIQLADI 24 Sentyabr 2021, 13:20 Şənbə gününün havası - Külək əsəcək, yağış yağacaq 24 Sentyabr 2021, 13:15 Qazinin pulunu və medalını oğurlayan şəxs tutuldu 24 Sentyabr 2021, 13:10 Qafqaz ölkələrini birləşdirəcək şərab marşrutu hazırlandı 24 Sentyabr 2021, 13:06 Şuşanı azad edəndən sonra Putin mənə zəng vurdu... - İlham Əliyev 24 Sentyabr 2021, 13:02 COVID-19 və qlobal siyasət: pandemiyadan sonra dünya necə görünəcək? 24 Sentyabr 2021, 12:58 Sentyabrın bütün ödənişləri KÖÇÜRÜLDÜ 24 Sentyabr 2021, 12:54 Kiyevdə Azərbaycan və Qırğızıstan diasporlarının görüşü keçirilib 24 Sentyabr 2021, 12:50 Nərimanovda şəhid ailələri ziyarət edilib 24 Sentyabr 2021, 12:45 Tuğda şərab zavodu bərpa olunacaq - Yeni mərkəzlər yaradılır 24 Sentyabr 2021, 12:40 İlham Əliyev: “Döyüş əməliyyatlarının planı çoxdan hazırlanırdı” - MÜSAHİBƏ 24 Sentyabr 2021, 12:34 Gəncə Dövlət Universitetin idarə heyəti toplandı 24 Sentyabr 2021, 12:30 Almaniyanın yeni kansleri kim olacaq? 24 Sentyabr 2021, 12:27 Dövlət Komitəsinin əməkdaşları Qroznıya səfər ediblər 24 Sentyabr 2021, 12:22 Texnoloji ixtisaslar üzrə tələbə qəbulu 75 faiz artırılıb - Nazir müavini 24 Sentyabr 2021, 12:16 Prezident şəxsi xüsusiyyətlərindən danışdı: “Prinsipcə, sakit insanam” 24 Sentyabr 2021, 12:10 ADU-da şəhid Ülvi Bünyadzadə anılıb - FOTOLAR 24 Sentyabr 2021, 12:05 İlham Əliyev İraqın neft nazirini qəbul edib 24 Sentyabr 2021, 12:00 “Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə davam edərsə...” – Prezident 24 Sentyabr 2021, 11:56 Prezident XTQ-nin fəaliyyətini yüksək qiymətləndirdi 24 Sentyabr 2021, 11:52 Yuxarı Qarabağ kanalında bir nəfər batıb 24 Sentyabr 2021, 11:48 Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun tikintisindən FOTOLAR 24 Sentyabr 2021, 11:44 Bu tarixədək Azərbaycan internetlə tam təmin olunacaq 24 Sentyabr 2021, 11:38 MRT və KT müayinələri üçün əks göstərişlər AÇIQLANDI 24 Sentyabr 2021, 11:35 Sentyabrda temperatur normadan yüksək olub 24 Sentyabr 2021, 11:34 Nazir azad edilmiş ərazilərdə kənd təsərrüfatının potensialından DANIŞDI 24 Sentyabr 2021, 11:30 Ağsaqqallar Şurasından Tahir Süleymanova ad günü təbriki 24 Sentyabr 2021, 11:30 Borcunu qaytarmaq istəməyən soydaşımızdan qandonduran QƏTL 24 Sentyabr 2021, 11:26 Milli Məclisdə narkomaniya ilə bağlı dinləmə keçiriləcək 24 Sentyabr 2021, 11:25 İxtisaslı işçilərin sayı çox azdır - Nazir 24 Sentyabr 2021, 11:22
SORĞU Hansı vaksinə etibar edirsiniz?