17 İyul 2016, 10:37 | Ana Səhifə - Yazılar - Türk milli iradəsinin zəfəri
Türk milli iradəsinin zəfəri

Cavanşir Feyziyev

millət vəkili, fəlsəfə doktoru

Son illərdə Türkiyədə baş verən olaylar türk cəmiyyətində artıq xroniki hal almış davamlı həyacan mühiti yaratmışdı. AKP hökumətinin ölkədaxili siyasəti cəmiyyətin bəzi təbəqələri tərəfindən anlaşılmır, hökumət tərəfindən həyata keçiriləndəyişikliklər birmənalı qarşılanmır, mövcud hakimiyyət daxilində yer alan gizli mübarizə  zaman-zaman aşkara çıxaraq  cəmiyyətdə çaşqınlıq və qeyri-müəyyənlik yaradırdı. Avropa Birliyi ilə Türkiyə arasında yaranan mübahisələr, qonşu olkələrlə qarşılıqlı münasibətlərin get-gedə pisləşməsindən doğan siyasi gərginlik, RKK və YPG  silahlılarının fəallaşması fonunda ölkə daxilində baş verən terror hadisələrinin intensivləşməsi bütövlükdə türk cəmiyyətində siyasi gərginliyin pik həddə çatdığını göstərirdi.

 

Hələ bir neçə il əvvəl dövlət rəsmiləri hakimiyyət strukturlarında “paralel qurum”un mövcudluğunu gündəmə gətirir və bunun Türkiyədə demokratiya və insan haqlarının təmin edilməsi işinə təhlükə yaratdığı haqqında fikirlər səsləndirirdilər. Siyasi və hərbi elitanın içərisində gizli fəaliyyət göstərən “paralel qurum”  təmsilçilərinin vaxtaşırı ifşa olunması, onların təsirini neytrallaşdırmaq üçün həyata keçirilən kütləvi həbslər və bütün bu hadisələrin doğurduğu siyasi qarşıdurmalar artıq cəmiyyətin ciddi bir təhlükə qarşısında dayandığını göstərirdi. Ölkənin hüdudlarından kənarda lövbər salmış siyası rəqiblərin də belə bir mürəkkəb ictimai-siyasi vəziyyətdən hər an faydalanmaq arzusu, dövlətlərarası siyasi münasibətlərin gərginləşdiyi, İsrail və Rusiya hakimiyyətlərinin Türkiyə siyasi elitasına qarşı təzyiqləri siyasi hakimiyyəti ələ keçirməyə çalışan “paralel yapı” təmsilçilərinin ümidlərini daha da artırırdı.

 

Nəhayət, 15 iyul tarixində bu gərginlik son həddə çatdı. Xarici siyasət müstəvisində, regional münaqişələrin çözülməsi prosesində dövlətin uğursuzluqlarından və ölkə daxilində hökm sürən aramsız terror təhdidlərindən yararlanmaq xülyasına uymuş bir qrup hərbiçilərin dövlətin onlara verdiyi səlahiyyətlərdən sui-istifadə etməklə, dövlətin müstəqilliyini,  xalqın asayişini qorumaq üçün onlara etibar olunmuş silahları öz xalqına və bu xalqın demokratik səsvermə ilə seçdiyi hakimiyyətə qarşı çevirdilər. Bununla da, öncədən uğursuzluğa məhkum olduğu bəlli olan bu qiyamın müəllifləri sadəcə mövcud siyasi hakimiyyətə deyil, həm də türk dövlətçiliyinə və türk xalqına düşmən kəsildiklərini ortaya qoydular.

 

15 iyul  gecə saatlarında Ankara və İstanbulda  eyni zamanda hərəkətə keçən qiyamçıların hansı düşüncə ilə bu qərarı vermələri təəcüb doğurur. Dövlətçilik ənənələrinin minilliklərə dayandığı, tarixi-mədəni irsi ilə qürur duyulduğu Türkiyə kimi möhtəşəm bir ölkədə  belə bir xəyanətə əl atanların və onların uğuruna inanaların orta əsrlər düşüncəsi ilə hərəkət etdikləri göz önündədir.

 

Hətta orta əsrlərdən işlək və sabit irerxiya əsasında təkmilləşən və təkmilləşdikcə də modernləşən türk dövlətciliyi növbəti sınaqdan uğurla çıxdı. Türk xalqının demokratiya ənənələrinə və insan haqqlarına sadiqliyi Türkiyəyə düşmən qüvvlərin uzun illər ərzində hazırladıqları və həyata keçirməyə cəhd etdikləri məkrli planın qarşısı alındı. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın çağrışı ilə türk xalqı ayağa qalxdı. Bir an içərisində Türkiyənin bütün şəhərlərinin, xüsusilə Ankara və İstanbulun küçə və meydanlarına axışan xalq ay-ulduzlu türk bayraqlarını başı üzərinə qaldıraraq strateji əhəmiyyət kəsb edən dövlət binalarını, hava limanlarını mühasirəyə aldı. Türk xalqı, tarixdə dəfələrlə olduğu kimi, yenidən bənzərsiz bir fədəkarlıq göstərərək öz dövlətçiliyini və türk xalqının demokratiya haqqını qorumağa israrlı olduğunu göstərdi. Bir sıra dövlət binalarını mühasirəyə almış və TRT dövlət kanalını ələ keçirmiş qiyamçılar dirəniş göstərməyə cəhd etsələr də, qan rəngli türk bayrağına sarılmış türk vətəndaıları tərəfindən qan bahasına tərksilah olundular. 200-ə yaxın şəhid verildi, yüzlərlə insan yaralandı, lakin türk dövlətçiliyi, türk demokratiyası, Atatürkün miras qoyduğu Cümhuriyyətcilik dəyərləri qorundu.

 

Baş verənlər türk milli iradəsinin sarsılmazlığını, türk milli dövlətçiliyinin yenilməzliyini və türk insanının müasir bəşəri dəyərləri çanı və qanı ilə qorumağa hər an hazır olduğunu bir daha sübuta yetirdi. Bu türk xalqının zəfəridir. Bu türk xalqının və türk dövlətinin çağdaş dünyamızı təhdid edən siyasi-hərbi terror təhlükəsi qarşısında ortaya qoyduğu milli vəhdətin parlaq təcəssümüdür!

 

Böyük Türk dünyasına daimi zəfərlər arzusu ilə...

 “Növbədənkənar seçkiyə ehtiyac yoxdur” - Deputat 1 Avqust 2021, 19:10 Sumqayıtda ata oğlunun evini yandırdı   1 Avqust 2021, 19:04 “Tokio-2020”: Çin liderliyini davam etdirir   1 Avqust 2021, 18:48 Yel qayadan heç nə aparmaz 1 Avqust 2021, 18:33 “Yaponiyaya çempionluq üçün getmişdim” - Cüdoçumuz 1 Avqust 2021, 18:29 Özbəkistan latın əlifbasına keçdi     1 Avqust 2021, 18:19 Polisi döyən deputat üzr istədi: “Səhv etmişəm”   1 Avqust 2021, 17:53 Türkiyədə yanğında ölənlərin sayı artdı - FOTO   1 Avqust 2021, 17:51 Komitə sədri: “Parlament uğurla fəaliyyətini davam etdirir”   1 Avqust 2021, 17:50 FHN Marmarisdə yanğınların qarşısını aldı - VİDEO 1 Avqust 2021, 17:43 “Azərbaycan Türkiyəyə hər cür yardıma hazırdır” - Ceyhun Bayramov 1 Avqust 2021, 17:24 Milli Məclisin yenidən buraxılacağı iddiasına CAVAB   1 Avqust 2021, 17:07 “Yalanın həqiqət kimi təqdim olunması təəssüf doğurur” - Cavanşir Feyziyev      1 Avqust 2021, 17:03 Şevçenko millidən ayrıldı  1 Avqust 2021, 16:58 Peyvənd olunanların sayı açıqlandı 1 Avqust 2021, 16:49 Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü 1 Avqust 2021, 16:42 Xüsusi əməliyyat: Terrorçular məhv edildi 1 Avqust 2021, 16:36 8 toyda karantin qaydaları pozuldu 1 Avqust 2021, 16:33 “Jirinovski siyasi arenanı çayxana ilə səhv salıb” 1 Avqust 2021, 16:24 Ombudsman Türkiyəyə 100 fidan hədiyyə etdi 1 Avqust 2021, 16:08 Kəmər bölgəsində də meşə yanğınları başlayıb 1 Avqust 2021, 16:00 Şəhid zabitin anım günü qeyd edildi - FOTOLAR 1 Avqust 2021, 15:54 Türkiyə Yunanıstana nota verib   1 Avqust 2021, 15:45 Səfirlikdən Türkiyədəki azərbaycanlılara müraciət 1 Avqust 2021, 15:28 Muğlada yaşayış məntəqələrini alov bürüdü 1 Avqust 2021, 15:22 Ermənilər Xankəndini niyə TƏRK EDİR?    1 Avqust 2021, 15:03 İranda daha 366 nəfər koronavirusdan ölüb   1 Avqust 2021, 14:46 Egey dənizində zəlzələ şoku: 131 təkan qeydə alındı   1 Avqust 2021, 14:40 Azərbaycan “Tokio-2020”də ikinci medalını qazandı 1 Avqust 2021, 14:29 Azər Kərimli: “Jirinovski  saxtakar və siyasi kloundur” 1 Avqust 2021, 14:25 Azərbaycan Rusiyaya nota verdi 1 Avqust 2021, 14:14  “Jirinovski belə siyasətçilərin ön sırasındadır” - Ramin Məmmədov 1 Avqust 2021, 14:00 Goranboyda 11 yaşlı uşaq oda düşdü 1 Avqust 2021, 14:00 Bodrumda yanğın yaşayış yerlərinə keçir 1 Avqust 2021, 13:49 FHN-nin növbəti qrupu Gürcüstandan Türkiyəyə gedir - VİDEO 1 Avqust 2021, 13:40