11 İyun 2019, 11:12 | Ana Səhifə - Yazılar - Qaloş başı olmayanların simvoludur
Qaloş başı olmayanların simvoludur

Fazil Mustafa,
Milli Məclisin deputatı

Facebook səhifələrinə diqqət yetirin, bütün qumcuqlar, əksər şahçılar, xürrəmçilər həm də qaloşun qatı müdafiəçiləri kimi özlərini cırıb-dağıdırlar. Şəklimi paylaşıb, "bizim qaloşumuza toxunma!" deyirlər. Bu həm də "bizim ənənvi İslam inancımızın bir simvolikasıdır" deyirlər. Bu ölkəyə bir peyğəmbər gəlməyib, bir imam gəlməyib, ancaq nədənsə hamısının qohum-əqrabası öz doğulduqları yerdə deyil, bizdə zühur ediblər. Baş olanda ya bu başın üstünə papaq, ya da içinə bilgi axtarırsan. Baş olmayanda isə mövcudluğu sadəcə yeriməkdən ibarət olanlar təyinatı ayaq üçün olan qaloşu bomboş başın doldurulmasında nicat vasitəsi kimi görürlər.

Qaloş başı olmayanların simvoludur, bu yalnız bizdə deyil ki, xaraba qalmış Şərqin qumsallıqlarında da əsrlərdir belədir. Bu sonuncü üzüqara qaloş elə-belə yerdən çıxmayıb e, bizim şanlı mollaxana- mərsiyəxana tariximizdən gəlir. Məhz bu qaloşun ucbatından ilk milli dərsliyimiz olan "Vətən dili" dərsliyini o mərsiyəxandan, o əzadardan, o cinçıxarandan, o pir daşına baş sürtənlərdən, o zəncir aşiqlərindən kimsə yazmadı. İlk dərsliyimizi, Vətən dilimizi rus əsilli fiziki şikəstliyi olan Aleksanr Osipoviç Çernyayevski yazdı və Qori Müəllimlər seminariyasında bizim əsrlərdir davam edən mənəvi şikəstliyimizə bu dərsliklə meydan oxudu.

Bu gün yenə də qaloşun arxasındakı həmin zümrə Azərbaycanın mənəvi şikəstliyi üçün gündəlik həyatımızdan tutmuş sosial şəbəkələrə qədər öz viruslarını yaymağa davam edirlər. Bu dəfə o qəhrəman Çernyayevski yoxdur, kim yazacaq "Vətən dili" dərsliyimizi? Bu qaloş simvolok anlamda Vətənimizin mənəvi çöküşünün ən ciddi əlamətlərindən biridir, dərslik yaza bilməsək də cəhalətə, xurafata, nadanlığa qarşı Vətən dilində dirənişimiz ortaya qoymalıyıq. Başı təyinatı üzrə işlətməyən bir xalqın başına əxlaq, elm, iman yerinə bundan sonra da üfunət verən müqəddəs qaloş yerləşdirəcəklər. Müqəddəs yer boş qalmır məsəli...

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Barselona” İspaniya kubokunun qalibi oldu 18 Aprel 2021, 01:21 “Qalatasaray” səfərdə qələbə qazandı 18 Aprel 2021, 00:57 İki boksçumuz dünya birinciliyində 1/4 finala çıxdı 18 Aprel 2021, 00:42 Baltikyanı ölkələrdə elektrik enerjisinin qiyməti ucuzlaşdı 18 Aprel 2021, 00:27 Makron Putinlə danışıqlar aparacaq 18 Aprel 2021, 00:10 "Çelsi" Qvardiolanın komandasını kubokdan məhrum etdi 17 Aprel 2021, 23:59 Bakıda ağacəkmə aksiyası keçirilib - FOTO 17 Aprel 2021, 23:51 Türkiyəli nazir yerli peyvənd vurdurdu 17 Aprel 2021, 23:44 Rusiya Praqanı hədələdi 17 Aprel 2021, 23:32 Özbəkistan öz peyvəndini istehsal edəcək   17 Aprel 2021, 23:20 Vedat Albayrak Avropa çempionu oldu 17 Aprel 2021, 23:08 Çexiyadakı 18 Rusiya diplomatı kəşfiyyatçı çıxdı - ölkədən qovulurlar 17 Aprel 2021, 22:55 Goranboyda vəzifəli şəxs koronavirusdan öldü - FOTO   17 Aprel 2021, 22:41 "Neftçi"dən darmadağın 17 Aprel 2021, 22:35 Gəncədə məktəb müəllimi pandemiya qurbanı oldu 17 Aprel 2021, 22:22 Rusiya FTX-dən Lukaşenkoya sui-qəsd açıqlaması 17 Aprel 2021, 22:12 “Nəslimizdə hamı koronavirusa yoluxub” - Mətanət İsgəndərli 17 Aprel 2021, 21:59 Türkiyədə zəlzələ oldu 17 Aprel 2021, 21:44 Sülhməramlıların minalardan təmizlədiyi ərazi 2000 hektarı keçdi - AÇIQLAMA 17 Aprel 2021, 21:36 Lukaşenkoya sui-qəsd hazırlayan qrup yaxalandı 17 Aprel 2021, 21:21 Göyçayda əməliyyat - vəzifəli şəxslər SAXLANILDI 17 Aprel 2021, 21:12 Türkiyədə daha 288 nəfər virusdan öldü 17 Aprel 2021, 21:03 Ukrayna Rusiya diplomatını ölkədən qovur 17 Aprel 2021, 20:50 Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatdı 17 Aprel 2021, 20:42 Komitə sədri gənc direktorla görüşdü 17 Aprel 2021, 20:37 Rusiyada helikopter qəzası - pilot öldü 17 Aprel 2021, 20:28 Özünü binanın damından atmaq istəyən qızı ustalar xilas etdi - FOTO 17 Aprel 2021, 20:13 "Keşlə" "Sabah"la sülh bağladı 17 Aprel 2021, 20:04 Şahzadə Filipin dəfn mərasimi keçirilib 17 Aprel 2021, 19:24 “Azəriqaz” ictimai birlik sədrinin şikayətini təmin etdi 17 Aprel 2021, 19:09 Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı 17 Aprel 2021, 18:54 İkinci Qarabağ müharibəsində məhv edilən daha 71 erməninin adı AÇIQLANDI 17 Aprel 2021, 18:36 Qarabağda 1543 erməni cəsədi tapılıb 17 Aprel 2021, 18:18 İnsanlarımızın vətənpərvərlik ruhunu öldürməyin, CƏNAB NAZİRLƏR! 17 Aprel 2021, 18:01 İkimərtəbəli evdə yanğın 17 Aprel 2021, 17:37