26 Oktyabr 2021, Çərşənbə axşamı
18 İyul 2016, 15:47 | Ana Səhifə - Yazılar - Kabus dolu gecənin sabahı...
Kabus dolu gecənin sabahı...

Məhsəti ŞƏRİF

İzləyirəm hər kəs emosionaldı... Həm Türkiyədə həm də Azərbaycanda. Bir tərəf Ərdoğançı (bu ifadənin əlehinəyəm), digər tərəf antiƏrdogan (qəbul etmədiyim ifadədir). Qarşı qarşıya atışırlar, dostluqlar bitir, hardasa sağçı-solçuya bölünüblər.

Mən onların heç birindən deyiləm. Sadə bir vətəndaş! Türkiyənin var olmasını, yıxılmamasını istəyən, hüzurlu yaşam olmasını təmənna edən biriyəm. Mən xalqını sevən polisin də yanındayam, əsgərin də. Aldadılaraq xalqının üzərinə çıxarılan əsgərini də savunıram, xalqını qorumaq üçün canını sipər edən polisini də. Mən xalqa atəş açan əsgəri də qınayıram, bibər qazı sıxan polisi də. İş kimçi olmaqda deyil, iş ədalətli olmaqdadır. 

Mən darbəyə yox deyirəm, xain planı quran, xalqın sılahını xalqa döndərən generalı, albayı, subayı qınayıram. Ədalətin onlara layiqli cəza verməsini istəyirəm. Dövətə belə zərbə vurulmaz, dövlətin agır günlərində, terrorla mücadilə etdiyi bir zamanda içində terror edilməz. Amma türk əsgərinin çılpaq şəkildə dünya mediasında boy-boy rəsmlərini də görmək istəmirəm. Türk əsgərinin imicini qıranları da qınayıram. Türk əsgərinə qalxan o kəmərin də bir gün bogazlara dolanacağını bilirəm.

Adil olmaga çalışıram. O gecənin qorxusunu, həyacanını yaşayan biri kimi bunları yazmağa haqqım var. Mən üzərində raketlər uçuşan savaş uçağının öz ölkəsinə bombalar atdığı, vətəndaşın üzərinə yeriyən tanklı Türkiyə görmək istəmirəm. Amma bu olaylarda qurunun  oduna yanan yaşları da görməkdən həzz almıram! Mən nə sağçıyam, nə solçu, nə də hansısa partiyalı. Həm meydanlarda olan xalqın yanındayam, həm də qorxaraq "abi məni çəkmə annem görüyor" deyən əsgərin.

Kim mənim ədalətimi yargılaya bilər? Adil olmaq lazımdı bəylər və xanımıar. Kor-koranə bir tərəfə qulaq yumub, göz bağlayıb ittiham etmək olmaz.  Bu ölkə bölünməməli, xain əlinə düşməməlidir! Dövlətə kim zərər vurusa, qanun qarşısında cavab verməlidir! Dövlətdən çalan yarğılanmalı, ayaqda tutan baş tacı olmalıdır. Mən darbə-filan anlamam, həyatımda heç darbə aşamadım. Bu ilkdi! Və son olsun! 

...Türk xalqı hər zaman məhmətçiyinə sahib çıxmış, dağda terrorla mücadilə edən, şəhid olan əsgərinə...Heç bir xain plan əzəmətli türk ordusunu yıxa bilməz. 

...Türkiyədə indiki durum nədi? Gərgin və qarışıq. Bir tərəfdən darbə planı hazırlayan generallar, subaylar həbs olunur. Bir tərəfdən hakim və savcılar. Başqa bir qolda da valilər işdən çıxarılır. Bütün bu olanlar bir nöqtədə birləşəcək.Türkiyənin önündə agır bir sürəc var. Türk hökuməti yanlış etmədən qərar verməli, incə ələyib, sıx toxumalıdır. Məsələn, xalq edam deyə bagırır, baş nazir “xalqın istəyi əmrimizdir” deyir və təmkinli davranmalı gərəkdiyini bildirir. Çünkü ortada böyük Türk dövləti var, demokrasi üçün savaşan bir dövlətin belə bir qərar verəcəyinə də inanmıram.

...Ortalıqda həm də fürsətçillər qaynayır. Ölkənin imicinə xələl vurmaq üçün əsl məqam tapan fürsətçillər var. Zərbə ehtimalı aradan qalxıb, sular duruldukdan sonra gecənin qazını almış “Trabzonspor”lu bir idarəçi ictimai mediada “çevrilişçilərdən 2-si əsgərlərin yoldaşlarının millətin qəniməti” olduğunu yazır. "Yoldaşları" deyilir, "qənimət" deyilir. Bir dənə şüursuzun sözü olsa da, qorxulu tendensiyadır. Yolda mövqeyinə görə insanlara saldıran, geyim tərzinə görə döyülən, təhqir olunan insanlar... Bunları gözümlə gördüklərimdən və başıma gələn olaydan yola çıxıb yazıram. O üzdən indi hər kəs diqqətli olmalı, bilgı kirliliyinin qarışıq olduğu zamanda hər xəbərə inanmamalı, hər xəbər üçün küçədə öz yolunu gedən birinə saldırılmamalıdır. Bu cür lazımsız qarışıqlıq yaratmaq ölkənin zərərinədir. 

Demokratiya adına sevinərkən, linç mədəniyyətinin yaşıllaşmasından qorxuram.  Linç mədəniyyətinin olduğu yerdə başlayan proses öldürməyə qədər gedər. Bu ən sadəsindən fərdi silahlanma, o da daha çox qan, daha çox ölüm deməkdir. "Millət olma” şüurunun bərkiməsinə sevinənlər arasında, "cəmiyyət olma"  şüurunun əriməsindən narahat oluram.

... Həssas olaq. Bu olaylardan sizdən, bizdən çox canı yanan 208 şəhid ailəsi var. O şəhidlərin qanının hesabı sorulmalıdır. Kimdir günahkar???  Onu zamanla öyrənəcəyik!!! Tarixə qalmadan! Məhkəmə qararlarını gözləyək.  İndi ölkədə tansiyon cox yüksəkdi, həm olayların tansiyonu, həm də FETOnun...

MÜƏLLİFİN DİGƏR YAZILARI
İlham Əliyev və Ərdoğan Zəngilanda birgə mətbuat konfransı keçirirlər 26 Oktyabr 2021, 19:48 Toplanışa çağırılan ehtiyatdakı hərbçilər hərbi hissədə - VİDEO 26 Oktyabr 2021, 19:46 Zəngəzur dəhlizi bu tarixdə istifadəyə VERİLƏCƏK 26 Oktyabr 2021, 19:42 Dövlət başçıları “Ağıllı kənd” layihəsində görülən işlərlə tanış olublar - YENİLƏNİB 26 Oktyabr 2021, 19:37 Ərdoğan Zəngəzur dəhlizi barədə: "Daha irəli gedəcəksiniz" 26 Oktyabr 2021, 19:27 XİN-dən Avstriyaya TƏBRİK 26 Oktyabr 2021, 19:15 Azərbaycan və Türkiyə liderləri arasında Zəngilanda görüş - FOTO 26 Oktyabr 2021, 19:13 Prezidentlər Zəngəzur dəhlizinin təməlini qoydular - YENİLƏNİB 26 Oktyabr 2021, 19:11 Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb 26 Oktyabr 2021, 18:57 Ərdoğandan İlham Əliyevə özəl hədiyyə - FOTO 26 Oktyabr 2021, 18:44 Metroda sərnişin sıxlığına qarşı nəzarət qrupları yaradıldı 26 Oktyabr 2021, 18:37 ADA universitetində mükafatlandırma mərasimi keçirilib 26 Oktyabr 2021, 18:30 Bayden Makronla görüşəcək 26 Oktyabr 2021, 18:22 BMT-nin Baş katibindən yeni pandemiya ÇAĞIRIŞI 26 Oktyabr 2021, 18:15 Türk konseyinin mediaforumunda Azərbaycanın təklifləri qeydə alındı 26 Oktyabr 2021, 18:09 Ermənistan parlamentinin Azərbaycan müzakirəsi başa çatdı 26 Oktyabr 2021, 18:00 Azərbaycanda yeni seysmik stansiya quraşdırılıb 26 Oktyabr 2021, 17:54 Manatın xarici valyutalara qarşı məzənnəsi sabit qaldı 26 Oktyabr 2021, 17:48 Mehriban Əliyeva Zəngilandan FOTO paylaşdı 26 Oktyabr 2021, 17:42 Prezidentlər Zəngilanda ağac əkdilər - FOTOLAR 26 Oktyabr 2021, 17:30 Zəfərimizin bir ililə bağlı videokonfrans 26 Oktyabr 2021, 17:24 Azad edilən ərazilərdə mühəndis işləri aparılır - FOTO/VİDEO 26 Oktyabr 2021, 17:18 Qazilər yolu niyə bağlamışdılar? - “Azərenerji” İcra Hakimiyyətini suçladı 26 Oktyabr 2021, 17:12 Koçaryanın məhkəməsindən yeni XƏBƏR VAR 26 Oktyabr 2021, 17:06 DİN-dən axundunun cinayətinin araşdırılmaması ilə bağlı iddialara CAVAB 26 Oktyabr 2021, 17:05 Xüsusi təhsil müəssisələrinə müəllimlər seçilir 26 Oktyabr 2021, 17:02 Nərimanovda şəhidlərin anım günü - FOTO 26 Oktyabr 2021, 16:58 Zəngilanda Ərdoğanı qarşılama mərasimi - VİDEO 26 Oktyabr 2021, 16:52 Laçında qəbirüstü at fiqurları tapıldı 26 Oktyabr 2021, 16:46 YAP Ərazi Partiya təşkilatına sədr və müavin seçilib 26 Oktyabr 2021, 16:40 İlham Əliyev və Ərdoğan Zəngilanda “Dost Aqropark”ın təməlini qoydular 26 Oktyabr 2021, 16:35 Bakıda narkotik satanlar tutuldu - VİDEO 26 Oktyabr 2021, 16:30 Almaniyanın nümayəndə heyəti Azərbaycana gəlir 26 Oktyabr 2021, 16:24 “Azəristiliktəchizat” istilik mövsümünə bu tarixdən BAŞLAYACAQ 26 Oktyabr 2021, 16:18 Ata qızını 500 dollara satdı: “Digər uşaqlarım acından ölürdü” 26 Oktyabr 2021, 16:12