Modern.az

Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşü keçirilir

Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşü keçirilir

3 Oktyabr 2009, 14:01

Oktyabrın 3-də Naxçıvan MR-də Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü keçirilir.
Türkdilli ölkələrin dövlət başçılarının ilk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkəkdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı ildə Antalyada keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə görüşünün keçirildiyi "Duzdağ" mehmanxanasının konfrans salonunun qarşısında Türkiyə prezidenti Abdulla Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyevi qarşılayıb.
Zirvə görüşünün iştirakçıları xatirə şəkli çəkdiriblər.
Tədbiri açan Azərbaycan Prezidenti İlham Əliyev türkdilli ölkələrin liderlərini və nümayəndə heyətlərini salamlayıb. Dövlət başçısı 1992-ci ildəki ilk zirvə görüşündən keçən 17 il ərzində türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin, işbirliyinin möhkəmləndirilməsində əsaslı dəyişikliklərin baş verdiyini söyləyib, ötən toplantılarda regional və beynəlxalq məsələlər haqqında faydalı fikir mübadiləsi aparıldığını, bərabərlik prinsipinə əsaslanan əlaqələrin gücləndirilməsi, iqtisadi və sosial inkişafın sürətləndirilməsi baxımından böyük irəliləyişlər olduğunu bildirib.
Zirvə görüşü davam edir.
Zirvə görüşünün sonunda türkdilli ölkələrin dövlət başçıları sənədlər imzalayacaqlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi