18 Sentyabr 2019, 11:15 | Ana Səhifə - Yazılar - Praqmatik, nikbin və təmkinli ssenarilər əsasında hazırlanan büdcə
Praqmatik, nikbin və təmkinli ssenarilər əsasında hazırlanan büdcə

Elman Babayev

Bəzi ekspertlərin iddiaları hökumətin davamlı inkişafa, sosial qayğıya hesablanan siyasətinə kölgə sala bilməz!     

 

“Dövlət büdcəsi” haqqında  sənədin parlament müzakirəsinin zamanı daralır və ənənəvi olaraq sənədə ictimai diqqət böyükdür. Nədən? Çünki ölkənin maliyyə yükü bu sənəddə ifadə olunur və ayrı-ayrı sahələrə ayrılan vəsaitlərin artıb-azalan həcmi maraqlı təhlillər ortaya çıxarır.

Təbii ki, vəsait azalan sahələrdən söhbət gedə bilməz, əksinə bütün sahələrin inkişafı maliyyənin artırılması, iqtisadi dəstək  siyasəti üzərində qurulur.

Hazırkı “Dövlət büdcəsi” sənədi necə bir sənəddir?

Qeyd edək ki, Maliyyə Nazirliyi bir ilkə imza atıb. Belə ki, indiyədək  ölkəmizdə tam əlçatan olmayan yeganə büdcə sənədinin büdcə öncəsi bəyanat olduğu barədə iddialar səslənirdi. Bu il Maliyyə Nazirliyi həmin büdcəöncəsi ilkin göstəriciləri (bəyanatı) açıqlayıb. Növbəti il və orta müddətli dövr üçün icmal və dövlət büdcəsinin əsas göstəricilərinin ictimaiyyətə mütərəqqi beynəlxalq praktikaya uyğun açıqlanmasının təşkili məqsədi ilə “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” hazırlanıb və nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Bu, o deməkdir ki, büdcə parlament müzakirəsindən qabaq artıq ictimai rəy bildirmək istəyənlərin əlindədir. Təhlil və rəylər üçün fürsət yaradılıb. Sadəcə, lazımdır ki, bu vacib sənəd haqqında obyektiv mövqelər ortaya qoyulsun. Lakin indidən demək olar ki, qarayaxma yolunu seçənlər növbəyə durub, hakimiyyətə bu sənəd üzərindən hücuma keçməyə maraq güdənlər var.   

Etiraf əlbəttə çətindir. Siyasi rəqiblər üçün...

Amma etiraf olunmalıdır ki, sənəd 2020-ci ilə və orta müddətli dövrə dair makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları əhatə edir və sənədin ən azı 1 ay öncə ictimailəşməsi mütərəqqi beynəlxalq praktikaya uyğun olmaqla Açıq Büdcə indeksinin qaydalarına tam cavab verir.

Təbii ki, sənədin missiyası ölkədə büdcə öncəsi debatların başlanmasıdır. Əslində normal bir debat da ortaya qoyulmayıb. Söhbət ayrı-ayrı müxalif əqidəli insanların, iqtisadçıların rəylərindən gedə bilər ki, bunu da əsla səmərəli, obyektiv qiymətləndirmək olmur. Alternativ təklif üçün büdcə sənədini qabaqcadan bilmək istəyənlər də heç bir alternativ təklif verə bilməyiblər, yaxud vermirlər. Yalnız gözüyumulu tənqidə hazır olduqlarını nümayiş etdirirlər.

Hökumətin atdığı addımları qaralamaq xətti seçən iqtisadçı ekspertlər daha çox bir neçə rəqəmlə spekulyasiya edib ictimai rəyi çaşıdırmağa üstünlük verirlər. Xüsusilə Qubad İbadoğlu bu mənada fərqlənir. O, Rusiya və Qazaxıstanla müqayisədə resurs gəlirlərini büdcəyə ən çox cəlb edən Azərbaycan olduğunu qabartmaq üçün qüsurlu müqayisə aparıb. Müqayisə apardığı Rusiyanın təbii ehtiyatlarının Azərbaycandan nə qədər çox olmasını arxa plana keçirən İbadoğlu ölkəmizin adambaşına düşən sosial xərclərdə Rusiyanı 20 faiz üstələməsini vurğulamağı lazım bilməyib.


Ümumiyyətlə, gələn ilin büdcəsi ilə bağlı digər iddialar nə dərəcədə həqiqətə uyğundur?

Əvvəla onu demək lazımdır ki, hakimiyyətdə Qubad İbadoğlundan savadlı kifayət qədər iqtisadçılar var və onların bilik, təcrübəsi büdcə sənədinin hazırlanmasında başlıca mənbə rolunu oynayır. 

  

İkincisi,  onu vurğulamaq yerinə düşər ki, 2020-ci ilin dövlət büdcəsi kifayət qədər praqmatik, nikbin və təmkinli ssenarilər əsasında hazırlanıb. İcmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən çox olmamaqla xərclənə bilən neft gəlirləri ilə qeyri-neft və digər daxilolmaların proqnozunun cəminə əsaslanır. 2019-cu ildə olduğu kimi, 2020-ci il və orta müddətli dövrdə də icmal büdcə xərclərinin yuxarı həddi bu qaydaya uyğun olaraq müəyyən ediləcək.

 

2020-ci ilin dövlət büdcəsinin gəlirləri qeyri-neft yığımları hesabına artacaq.

 

Qlobal enerji qiymətlərinin volatilliyi fonunda iqtisadiyyatın neft sektorundan asılılığının azaldılması əsas hədəf kimi çıxış edir. Və büdcənin qeyri-neft gəlirlərinin artırılması orta müddətli dövrdə gəlir siyasətinin əsas istiqamətlərindən biri olacaq. Bu əsasda hansı addımlar atılacaq;  kölgə iqtisadiyyatının, qeyri-rəsmi məşğulluğun səviyyəsinin azaldılması və şəffaflığın artırılması istiqamətində tədbirlər davam etdiriləcək, vergitutma bazası genişləndiriləcək,  gömrük sahəsində aparılan islahatlar büdcədə həm vergi, həm də gömrük daxilolmalarının artımını təmin edəcək. Görünür, Qubad İbadoğlu bunları bilmir,  hökumətin siyasətini yaxşı izləmir, ya da dayandığı mövqedən irəli gələrək, yalnız tənqidi rakursu seçir. Halbuki həqiqət həqiqətdir; onu heç nə ilə pərdələmək olmaz! 

 

Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri  24, 484 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1,316 mln. manat və ya 5,7 faiz çoxdur. Büdcədə qeyri-neft gəlirlərinin artım tempi 11,3 fazidir, yəni cari illə nisbətdə 1 milyard 68 milyon manat. Ümumilikdə, gələn ilin büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri 10 milyard 536,5 milyon manat olmaqla payını 43 faizə çatdırmış olacaq.

 

Burada diqqət çəkən əsas məqamlardan biri büdcədə qeyri-neft gəlirlərinin payındakı artımın Dövlət Neft Fondundan artan transfertlərdən 2,5 dəfə çox olmasıdır.

Gələn ilin dövlət büdcəsinin xərcləri isə 25618,2 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 428,2 mln. manat çoxdur.

 

Sosial sahəyə ayrılan xərclərin artımı da diqqət çəkən məqamlardandır. Azərbaycan Respublikası Prezidentinin əhalinin sosial rifahının gücləndirilməsi üçün atdığı addımlar büdcəyə təsirsiz ötüşməyib. Ölkə rəhbərinin müvafiq Sərəncamları ilə minimum əmək haqqının, bir sıra sosial müavinətlərin və təqaüdlərin, dövlət qulluqçularının, hüquq muhafizə orqanları əməkdaşlarının, müəllimlərin, büdcədən maliyyələşən bir sıra digər təşkilatlarda çalışanların əmək haqqlarının artırılması, habelə əmək pensiyasının minimum məbləğinin artırılması haqqında qanunvericiliyə edilən dəyişikliklər sosialyönlü xərclərin artımını bu həddə çatdırmağa səbəb olub. Rəqəmlərə istinad etsək, büdcə xərclərinin tərkibində sosialyönlü xərclərin xüsusi çəkisi 40,7 faiz təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 9,9 faiz-bəndi və ya 2664,2 mln. manat çoxdur.

 

Təbii ki, dövlət buna hazır olmasa, belə ağır maliyyə yükünü çiyinlərinə götürməzdi.

  

Ortamüddətli dövrdə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisinin ardıcıl şəkildə azaldılması 2020-ci il və orta müddətli dövrdə büdcə siyasətinin əsas prioritetlərindən biri olacaq. 2020-ci ildə dövlət büdcəsinin kəsirinin 1,134,2 mln. manat olması planlaşdırılır ki, bu da cari ilin göstəricisindən 887,8 mln. manat və ya 43,9 faiz azdır.

 

Ən maraq doğuran məqamlardan biri neftin baza qiyməti məsələsidir ki, bununla bağlı da olduqca ehtiyatlı və düzgün yanaşma sərgilənib. Gələn ilin büdcəsində neftin baza qiyməti 55 dollar proqnozlaşdırılıb və bu, ortamüddətli ssenarilərə tam uygundur.

Həmçinin, 2020-ci ildə cari əməliyyat balansında 1.7 milyard ABŞ dolları, yaxud ÜDM-in 2.1 faizi miqdarında profisit olacağı gözlənilir. ÜDM-ə gəldikdə isə onun 2.4 faiz artaraq, 82.7 mlrd. manata çatacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə ÜDM-in tərkibində neft sektorunun payının 65.8 faizə, qeyri-neft sektorunun isə 34.2 faizə bərabər olacağı gözlənilir.

 

Reallıq tam olaraq bundan ibarətdir. Kim büdcə sənədi üzərinə niyə, necə tənqid yağdırır-öz işidir, əsla gerçəkliyi əks etdirmir və hökumətin davamlı inkişafa,  sosial qayğıya hesablanan siyasətinə kölgə sala bilməz!      

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Paşinyanı duelə çağırdılar 4 Dekabr 2020, 11:55 Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir 4 Dekabr 2020, 11:51 Prezident və Birinci xanım Şəhidlər Xiyabanında... - VİDEO 4 Dekabr 2020, 11:47 Maska, yoxsa yaşmaq? 4 Dekabr 2020, 11:42 Deputat Tural Gəncəliyev də virusa yoluxdu 4 Dekabr 2020, 11:37 Evdən çıxan 17 koronavirus xəstəsinə cinayət işi açıldı  4 Dekabr 2020, 11:33 Şəhid Vüsal Məhərrəmov: Vətən uğrunda ölümü ilə əbədiləşən qəhrəman 4 Dekabr 2020, 11:32 485 arzuolunmaz fransız... 4 Dekabr 2020, 11:28 Şuşa uğrunda şəhid olan kapitan - FOTO 4 Dekabr 2020, 11:22 Mağazalardan oğurluq edən şəxs saxlanıldı - FOTO 4 Dekabr 2020, 11:16 İlham Əliyev: “Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib” 4 Dekabr 2020, 11:10 Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötdü 4 Dekabr 2020, 11:04 Ermənistanda yaşayanların sayı AZALIB 4 Dekabr 2020, 10:58 “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır” - Səfir 4 Dekabr 2020, 10:52 Prezident şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 10:46 Bakıda COVİD 19-a ən çox yoluxan rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:40 Ermənistan itkilərinin bir hissəsini AÇIQLADI 4 Dekabr 2020, 10:34 Mahir Qabiloğlunun ad günündə “İTBAŞI” romanının 3-cü hissəsi çap olundu 4 Dekabr 2020, 10:28 İlham Əliyev: “Dünya pandemiyanın növbəti dalğası ilə üzləşib” 4 Dekabr 2020, 10:22 Koronavirusa yoluxma üzrə lider rayonlar - SİYAHI 4 Dekabr 2020, 10:16 “Təcavüzkar dövlət sülhə məcbur edildi” - İlham Əliyevin BMT Baş Assambleyasındakı ÇIXIŞI 4 Dekabr 2020, 10:10 Deputatdan növbəti onlayn qəbul  4 Dekabr 2020, 10:04 Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - RƏSMİ 4 Dekabr 2020, 09:58 Hərbi icmalçı Ordumuzun itkilərini ŞƏRH ETDİ: “Əsas çətinlik cəbhə xətti yarılarkən olub”   4 Dekabr 2020, 09:52 Bakıda koronavirus xəstəsinə cinayət işi açıldı 4 Dekabr 2020, 09:46 TƏBİB-in şöbə müdiri Sərhəd Qoşunlarının Hospitalına rəis təyin olundu - FOTO 4 Dekabr 2020, 09:40 Vyetnamda çətin duruma düşmüş azərbaycanlılar təxliyyə edilib 4 Dekabr 2020, 09:34 “Qarabağ” reytinqində gerilədi   4 Dekabr 2020, 09:28 Bərdədə koronaviruslu xəstəyə cinayət işi açıldı 4 Dekabr 2020, 09:22 Cavanşir Quliyevin “Əsgərə məktub”u 4 Dekabr 2020, 09:16 Neftin qiyməti 50 dollara yaxınlaşır 4 Dekabr 2020, 09:10 Türkiyə səfirliyindən şəhidlərlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 09:05 Daha bir deputat mandatından imtina edir - Paşinyana görə 4 Dekabr 2020, 08:59 Trampı inaqurasiyamda gözləyirəm - Bayden 4 Dekabr 2020, 08:53 İnsanlar koronavirusa ən çox burda yoluxur - ALİMLƏR 4 Dekabr 2020, 08:45
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?