20 Sentyabr 2019, 10:32 | Ana Səhifə - Yazılar - Ailədaxili şiddət niyə ailə məsələsi deyil...
Ailədaxili şiddət niyə ailə məsələsi deyil...

Vasif İsmayıl


Umberto Eko və cəmiyyət... Ailədaxili şiddət niyə ailə məsələsi deyil...

Bir-iki kitab oxuyub özünü ağıllı göstərmək üçün çırpınan dəliqanlılar və dəliqanlılarşa kimi görünsəm də Umberto Ekonun “Qızılgülün adı” romanında bir sitat paylaşacam.

Bayağı insanların səhvlərini (səhv hərəkətlərini) yüksək səslə lağa qoyun.

Deməli belə.

AXCP sədrinin müavininin qızı öz atasını ailədaxilində şiddət göstərməkdə ittiham edib.

Partiya simpatizanları, funksionerləri tökülüşüblər qızın üstünə, min cür söyüş, min cür qarğış. Həyatda ən sevmədiyim xasiyyət olan tərəfkeşliklə ən əsas insan haqlarına açıq-aşkar hörmətsizlik edirlər.

Bir qrup insan isə ailə məsələsidir, bir az şişirdiblər və s. kimi müddəalarla hadisənin rəng şiddətini bir az yumşaltmağa çalışırlar.

Zümrüd xanımın ürkək çıxışları bu qəbildən insanları adətən ruhlandırıb, ağızlarının, - yox, səhv dedim - ürəklərinin qıfılını açıb.

Baxın, dostlar, ailədaxili şiddət bu dünyada görə biləcəyiniz ən iyrənc şeydir. Adama vurulan bir sillə hardasa 5-6 dəqiqə fiziki olaraq ağrıdar, 1-2 gün də psixolojik olaraq sarsıdar.

Amma ailədaxili şiddət müharibə, girov götürülmə, işgəncə kimi SİSTEMATİK şiddətdir.

Ailədaxili şiddət qurbanlarında MÜTLƏQ posttravmatik STRES yaradır. Yəni adamı şikəst edir.

Bunu elə dünənki hadisələrdə də açıqca görmək olardı. Selcan xanım nisbətən açıq danışır (bəli, nisbətən. O da hələ hər şeyi demir), Zümrüd xanım isə üstüörtülü. Bunun səbəblərindən biri də budur... Selcan xanım yaşından irəli gəldiyi üçün bu şiddətə daha az məruz qalıb və onda posttravmatik stres anası Zümrüd xanımda olduğu qədər şiddətli deyil. Ona görə də danışır.

Mən, bizim cəmiyyətimizdə ailədaxili şiddəti xoş, şirin və romantik göstərməyə çalışılmasından iyrəndim.

Yaşı-başı almış bir ictimai fəalın, partiya funksionerinin malalamaq cəhdi ilə bütöv cəmiyyətə yalan danışmağa çalışmasından iyrəndim.

Mən kənardan ciddi görünən, adını mübariz qoyan insanların tərəfkeşlikdən ötrü sistematik şiddətə haqq qazandırmasından iyrəndim.

Bayağı insanların səhvlərini yüksək səslə lağa qoyun.

Bunu yüksək səslə, bunu lağ şəklində ona görə edin ki, bəziləri utanıb yerə girsinlər, ağzlarını aça bilməsinlər, özlərini siçovuldan aşağı bilsinlər.

Ailədaxili şiddət SİSTEMATİK ŞİDDƏTdir.

Ailədaxili şiddət göstərən insan ciddi PSİXOLOJİ problemləri olan biridir.

Ailədaxili şiddət cəmiyyətin immunitetinin böyük sınağıdır.

Ailədaxili şiddətə haqq qazandırmağa çalışan cəmiyyət xəstədir.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Azərbaycanda yoluxma 100-dən aşağı düşdü - 11 nəfər öldü 25 Yanvar 2021, 18:32 Gömrükdə 21 kq narkotik aşkarlandı - VİDEO 25 Yanvar 2021, 18:14 Ərzaq mağazasında yararsız məhsullar aşkarlandı 25 Yanvar 2021, 18:05 250 qırqovul vəhşi təbiətə buraxıldı 25 Yanvar 2021, 17:58 Baş Prokurorluq gəmiyə edilən hücumla bağlı məlumat yaydı 25 Yanvar 2021, 17:52 Ombudsmanın nümayəndəsi həbsdəki jurnalistlə görüşdü 25 Yanvar 2021, 17:46 İstanbulda İNSİDENT: 3 Rusiya vətəndaşı bıçaqlandı 25 Yanvar 2021, 17:40 Qafqazda yeni nizamın arxitektoru: Azərbaycan - TƏHLİL 25 Yanvar 2021, 17:35 Putin Davos forumunda bu tarixdə çıxış edəcək – AÇIQLAMA 25 Yanvar 2021, 17:29 MEDIA silsilə təbirlərə başladı - Hikmət Hacıyev ustad dərsi verdi 25 Yanvar 2021, 17:23 Milli Qəhrəmanın qızı Milli Məclisə gəldi 25 Yanvar 2021, 17:17 Ceyhun Bayramov - Cavad Zərif görüşünün təfərrüatları AÇIQLANDI 25 Yanvar 2021, 17:11 “Azərişıq” və “Azəriqaz” arasında memorandum imzalandı 25 Yanvar 2021, 17:05 Füzulinin Kürdlər kəndi - VİDEO 25 Yanvar 2021, 17:00 Gənc ailələrin sosial vəziyyəti müzakirə olunacaq 25 Yanvar 2021, 16:54 Co Baydenin Administrasiyası Azərbaycanda hansı partiyanı tanıyır... 25 Yanvar 2021, 16:48 Bayraq sancarkən şəhid olan bölük komandiri - FOTOLAR 25 Yanvar 2021, 16:43 ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı 25 Yanvar 2021, 16:38 Bu səfər o qədər də Zərif deyil... - ŞƏRH 25 Yanvar 2021, 16:32 Şəhid ailələri və qazilər 5 ilə mənzillə təmin olunacaqlar - RƏSMİ 25 Yanvar 2021, 16:29 “Böyük İyirmilik” sammiti Azərbaycana  yeni investisiya imkanları yaradacaq 25 Yanvar 2021, 16:23 Fərman İsmayılovun cənazəsi Bakıya göndərilir - FOTO 25 Yanvar 2021, 16:17 Nazirlikdən qar uçqunu ilə bağlı əhaliyə müraciət - VİDEO 25 Yanvar 2021, 16:11 Putinə gizli sarayı ilə bağlı sual verildi: “Mənə məxsus deyil” 25 Yanvar 2021, 16:05 Rəsmi Bakı rusiyalı deputatın adını “qara siyahı”ya saldı 25 Yanvar 2021, 16:04 AŞPA erməni deputatların diversant-terrorçularla bağlı təklifini rədd etdi 25 Yanvar 2021, 15:58 İranın nüvə proqramı təhlükədirmi?.. - TƏHLİL 25 Yanvar 2021, 15:52 Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçildi 25 Yanvar 2021, 15:47 30 prokurorluq işçisi CƏZALANDIRILIB 25 Yanvar 2021, 15:42 Lavrovla Zərif Qarabağı müzakirə edəcək 25 Yanvar 2021, 15:36 Türkiyədə 80 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanıldı 25 Yanvar 2021, 15:30 AŞPA-ya yeni prezident seçildi 25 Yanvar 2021, 15:25 SOCAR-ın maliyyə işlərini nəzarətdə saxlamağa ehtiyac var - Deputat 25 Yanvar 2021, 15:21 Öldürülən dənizçinin cənazəsi tezliklə Azərbaycana göndəriləcək - Çavuşoğlu 25 Yanvar 2021, 15:16 Baş Prokurorluq xaricdə gizlənmiş 30 nəfərin ekstradisiyasına nail olub 25 Yanvar 2021, 15:11