26 Oktyabr 2021, Çərşənbə axşamı
20 Sentyabr 2019, 10:32 | Ana Səhifə - Yazılar - Ailədaxili şiddət niyə ailə məsələsi deyil...
Ailədaxili şiddət niyə ailə məsələsi deyil...

Vasif İsmayıl


Umberto Eko və cəmiyyət... Ailədaxili şiddət niyə ailə məsələsi deyil...

Bir-iki kitab oxuyub özünü ağıllı göstərmək üçün çırpınan dəliqanlılar və dəliqanlılarşa kimi görünsəm də Umberto Ekonun “Qızılgülün adı” romanında bir sitat paylaşacam.

Bayağı insanların səhvlərini (səhv hərəkətlərini) yüksək səslə lağa qoyun.

Deməli belə.

AXCP sədrinin müavininin qızı öz atasını ailədaxilində şiddət göstərməkdə ittiham edib.

Partiya simpatizanları, funksionerləri tökülüşüblər qızın üstünə, min cür söyüş, min cür qarğış. Həyatda ən sevmədiyim xasiyyət olan tərəfkeşliklə ən əsas insan haqlarına açıq-aşkar hörmətsizlik edirlər.

Bir qrup insan isə ailə məsələsidir, bir az şişirdiblər və s. kimi müddəalarla hadisənin rəng şiddətini bir az yumşaltmağa çalışırlar.

Zümrüd xanımın ürkək çıxışları bu qəbildən insanları adətən ruhlandırıb, ağızlarının, - yox, səhv dedim - ürəklərinin qıfılını açıb.

Baxın, dostlar, ailədaxili şiddət bu dünyada görə biləcəyiniz ən iyrənc şeydir. Adama vurulan bir sillə hardasa 5-6 dəqiqə fiziki olaraq ağrıdar, 1-2 gün də psixolojik olaraq sarsıdar.

Amma ailədaxili şiddət müharibə, girov götürülmə, işgəncə kimi SİSTEMATİK şiddətdir.

Ailədaxili şiddət qurbanlarında MÜTLƏQ posttravmatik STRES yaradır. Yəni adamı şikəst edir.

Bunu elə dünənki hadisələrdə də açıqca görmək olardı. Selcan xanım nisbətən açıq danışır (bəli, nisbətən. O da hələ hər şeyi demir), Zümrüd xanım isə üstüörtülü. Bunun səbəblərindən biri də budur... Selcan xanım yaşından irəli gəldiyi üçün bu şiddətə daha az məruz qalıb və onda posttravmatik stres anası Zümrüd xanımda olduğu qədər şiddətli deyil. Ona görə də danışır.

Mən, bizim cəmiyyətimizdə ailədaxili şiddəti xoş, şirin və romantik göstərməyə çalışılmasından iyrəndim.

Yaşı-başı almış bir ictimai fəalın, partiya funksionerinin malalamaq cəhdi ilə bütöv cəmiyyətə yalan danışmağa çalışmasından iyrəndim.

Mən kənardan ciddi görünən, adını mübariz qoyan insanların tərəfkeşlikdən ötrü sistematik şiddətə haqq qazandırmasından iyrəndim.

Bayağı insanların səhvlərini yüksək səslə lağa qoyun.

Bunu yüksək səslə, bunu lağ şəklində ona görə edin ki, bəziləri utanıb yerə girsinlər, ağzlarını aça bilməsinlər, özlərini siçovuldan aşağı bilsinlər.

Ailədaxili şiddət SİSTEMATİK ŞİDDƏTdir.

Ailədaxili şiddət göstərən insan ciddi PSİXOLOJİ problemləri olan biridir.

Ailədaxili şiddət cəmiyyətin immunitetinin böyük sınağıdır.

Ailədaxili şiddətə haqq qazandırmağa çalışan cəmiyyət xəstədir.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Dövlət başçıları “Ağıllı kənd” layihəsində görülən işlərlə tanış olublar - YENİLƏNİB 26 Oktyabr 2021, 19:37 Ərdoğan Zəngəzur dəhlizi barədə: "Daha irəli gedəcəksiniz" 26 Oktyabr 2021, 19:27 XİN-dən Avstriyaya TƏBRİK 26 Oktyabr 2021, 19:15 Azərbaycan və Türkiyə liderləri arasında Zəngilanda görüş - FOTO 26 Oktyabr 2021, 19:13 Prezidentlər Zəngəzur dəhlizinin təməlini qoydular - YENİLƏNİB 26 Oktyabr 2021, 19:11 Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb 26 Oktyabr 2021, 18:57 Ərdoğandan İlham Əliyevə özəl hədiyyə - FOTO 26 Oktyabr 2021, 18:44 Metroda sərnişin sıxlığına qarşı nəzarət qrupları yaradıldı 26 Oktyabr 2021, 18:37 ADA universitetində mükafatlandırma mərasimi keçirilib 26 Oktyabr 2021, 18:30 Bayden Makronla görüşəcək 26 Oktyabr 2021, 18:22 BMT-nin Baş katibindən yeni pandemiya ÇAĞIRIŞI 26 Oktyabr 2021, 18:15 Türk konseyinin mediaforumunda Azərbaycanın təklifləri qeydə alındı 26 Oktyabr 2021, 18:09 Ermənistan parlamentinin Azərbaycan müzakirəsi başa çatdı 26 Oktyabr 2021, 18:00 Azərbaycanda yeni seysmik stansiya quraşdırılıb 26 Oktyabr 2021, 17:54 Manatın xarici valyutalara qarşı məzənnəsi sabit qaldı 26 Oktyabr 2021, 17:48 Mehriban Əliyeva Zəngilandan FOTO paylaşdı 26 Oktyabr 2021, 17:42 Prezidentlər Zəngilanda ağac əkdilər - FOTOLAR 26 Oktyabr 2021, 17:30 Zəfərimizin bir ililə bağlı videokonfrans 26 Oktyabr 2021, 17:24 Azad edilən ərazilərdə mühəndis işləri aparılır - FOTO/VİDEO 26 Oktyabr 2021, 17:18 Qazilər yolu niyə bağlamışdılar? - “Azərenerji” İcra Hakimiyyətini suçladı 26 Oktyabr 2021, 17:12 Koçaryanın məhkəməsindən yeni XƏBƏR VAR 26 Oktyabr 2021, 17:06 DİN-dən axundunun cinayətinin araşdırılmaması ilə bağlı iddialara CAVAB 26 Oktyabr 2021, 17:05 Xüsusi təhsil müəssisələrinə müəllimlər seçilir 26 Oktyabr 2021, 17:02 Nərimanovda şəhidlərin anım günü - FOTO 26 Oktyabr 2021, 16:58 Zəngilanda Ərdoğanı qarşılama mərasimi - VİDEO 26 Oktyabr 2021, 16:52 Laçında qəbirüstü at fiqurları tapıldı 26 Oktyabr 2021, 16:46 YAP Ərazi Partiya təşkilatına sədr və müavin seçilib 26 Oktyabr 2021, 16:40 İlham Əliyev və Ərdoğan Zəngilanda “Dost Aqropark”ın təməlini qoydular 26 Oktyabr 2021, 16:35 Bakıda narkotik satanlar tutuldu - VİDEO 26 Oktyabr 2021, 16:30 Almaniyanın nümayəndə heyəti Azərbaycana gəlir 26 Oktyabr 2021, 16:24 “Azəristiliktəchizat” istilik mövsümünə bu tarixdən BAŞLAYACAQ 26 Oktyabr 2021, 16:18 Ata qızını 500 dollara satdı: “Digər uşaqlarım acından ölürdü” 26 Oktyabr 2021, 16:12 Prezidentlər Zəngilanda jurnalistlərin suallarını cavablandıracaqlar 26 Oktyabr 2021, 16:06 Qəbələdə toy sahibləri CƏRİMƏLƏNDİ 26 Oktyabr 2021, 16:00 “Səyyar qəbul otağı” Cəlilabadda - FOTO 26 Oktyabr 2021, 15:55