23 İyul 2016, 13:19 | Ana Səhifə - Yazılar - Ağdamın qara damları...
Ağdamın qara damları...

Məhsəti Şərif

 

Atılan toplar şəhərı elə İstanbul qədər gurultulu etmişdi. Bazar “Çarşı bazarı”ydı. Çay evi viran olmuş, Agdam beynindən darbə almışdı.İstanbulda oturub Agdamı baglaştırmaq acı olsa da indi Agdama Qarabagın İstanbulu kimi baxıram.Əsrarəngiz gözəlliyi, nagıl kimi şəhər...Hardan başlayıb yazacaqdım? Mən də İstanbuldan başladım. Yurdsuz yuvasızlıq alın yazım olmuş zatən.  Neçə ildi yazıram.   İşgaldan yazmaq? Sənin olan bir yurddan xatirə yazmaq? Mənim Agdam nagılım, ag damları olan yurdum...Ətirli üzümü, bəmbəyaz pambıgı olan məmləkətim.Yadellilərin işgalında sızla indi...Indi sənin gözəlliyindən, mədəniyyətindən, zəngin duruşundan yazmaq sanki ölən bir insana yaxşı insandı rəhmətlik demək kimi gəlir mənə. Çünkü üstündə dolaşan şəhid ruhlarının göz yaşları tökülür üstümə. Bunu mən hiss edirəm, yaşların agırlıgı  ah naləylə içimə tökülür...


...Tək təsəllim köhnə şəkillərdi.Amma evimizdə Agdamdan gələn bir albom yoxdu. Çünkü atam bizi evdən çıxaranda "iki günə qayıdacagıq, üstünüzə bir sey alın bəsdi" dedi. O üzdən internetdə Agdam yazıb şəkillər axtarıram. Önümə çıxan bir şəkil içimi parçaladı. Agdam məscidinin içində inəklər gəzir.  Ağdam məscidi…Sovetlər birliyi dini qadağan etdiyi dövrlərdə də bir gün də olsun, qapılarını ondan mərhəmət və kömək diləyən bəndələrinin üzünə bağlamadı. Əzan səsi əksil olmadı...
Şəkili baglayıram.Biz axı bu qədər dözümlü deyidik! Agdamın insanı həm də səbrsizdi. Bu illəri yurdsuz necə dayandıq?Bir neçə ildə belə davam edərsə artıq yurd həsrətiylə yanan oımayacaq.Biz məzara getdikcə yeni nəsil,  paytaxt usaqlarının yurd anlayışı qalmayacaq.


Niyə də olmasın. Minlərdə ağdamlı uşağının doğum şəhadətnaməsinə Bərdə, Yevlax, Ağcabədi, Fin çadır şəhərciyi, Bakı, Gəncə, Sumqayıt, filan yerin yataqxanası yazılmayıbmı?  Onlar üçün Ağdam bizim yazdıgımız onıarınsa sona qədər oxumadıqları yazılardası. Birdə o vaxtdan qalan atalarının təkrar təkrar anıatdıqlarında. Onlar üçün Şahbulaq, Ablal-Gülablı kəhrizi yoxdur, Qiyaslı, Bağbanlar, Novruzlu bağları, Mərzili örüşləri, Şellinin narı, əzgili, İmarət, Qarağacı qəbiristanlığı, Çörək muzeyi, “Dostluq” kino-teatrı, onun önündəki dondurma "butkası", Ağdamın məşhur bazarı yoxdur! Görmədikləri yeri təsvir etsən nəyə yarar?  Işgal tarixlərini bu minvalla, nisgillə, başqa ölkələrdə baş berən terror olayları ilə yola veririk. Bir iki xatirə, şəhidlərə rəhmət diləyirik və qaçqın adı üstümüzdə yeni işgal tarixini gözləyirik.Bəzi olayları zamana buraxırıq, tarix həll edir. Amma işgalın tarixi olmur, zamanı dolur. Hər keçən zamanda isə biz bir dəfə daha məglub oluruq.

 

 

Külü çıxmış elimizə fotolardan baxa baxa qalırıq.Əminəm tarix bizi bagışlamayacaq, yurdu görməyənlər şəhid olacaq, o qanlar bizə haram olacaq. Əminəm nə Agdamda şəhid olan 6 min igid bizi bagışlaycaq, nədə atəşkəs şəhidləri. Biz haram halımlzla bu dünyadan köç edəcəyik. Agdamın ag damları qaralacaq, solacaq və yox olacaq. Mən insallah gələn ili Agdamda keçirərik nə vədlərinə inanmıram, nə də arzularına. Mən sonuncu ölən ümid olmaq istəmirəm.Agdamın, ag damlarını yenidən qurmaq istəyirəm.Agdamda yaşaya bilmədim, amma Agdamda ölmək istəyirəm.Bunu nə mənə (bizə)  nə də agdamsız dogulan kprpələrə çox görməyin. Biz ölək, analar yeni bizlər dogacaq.Amma Agdam bir daha dogulmayacaq!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Somalidə toqquşma - 30 ölü 25 Oktyabr 2021, 00:52 Pikassonun 11 əsəri 110 milyon dollara satıldı - FOTOLAR 25 Oktyabr 2021, 00:38 XİN-dən Qubadlı PAYLAŞIMI 25 Oktyabr 2021, 00:14 Qubadlının işğaldan azad olunmasından 1 İL ÖTÜR 25 Oktyabr 2021, 00:05 Türkiyədə koronavirusla bağlı son vəziyyət 24 Oktyabr 2021, 23:48 Nigeriyada neft zavodunda partlayış: 25 ölü 24 Oktyabr 2021, 23:20 AMEA-nın folklorşünas alimi VƏFAT ETDİ 24 Oktyabr 2021, 22:58 Cüdoçularımızdan dünya çempionatında 8 MEDAL 24 Oktyabr 2021, 22:51 Füzuli Beynəlxalq Hava Limanındandan VİDEOREPORTAJ 24 Oktyabr 2021, 22:18 “Liverpul” “Mançester Yunayted”ı darmadağın etdi 24 Oktyabr 2021, 22:08 Özbəkistan SEÇKİLƏR -Fəallıq 80%-dən çox olub 24 Oktyabr 2021, 21:51 Gürcüstan-Ermənistan sərhədində ZƏLZƏLƏ 24 Oktyabr 2021, 21:32 Aİ Kabildə diplomatik missiyasını BƏRPA EDİR 24 Oktyabr 2021, 21:14 Özbəkistanda prezident seçkiləri YEKUNLAŞDI 24 Oktyabr 2021, 21:02 "Real Madrid" "Barselona"nı səfərdə məğlub etdi 24 Oktyabr 2021, 20:23 Daha biri koronavirus xəstəsi Metroda 24 Oktyabr 2021, 20:10 Rusiyada təyyarə qəzası - Ölənlər var 24 Oktyabr 2021, 19:45 “Qəbələ” “Keşlə”yə qalib gəldi 24 Oktyabr 2021, 19:12 DİM imtahan nəticələrini AÇIQLADI 24 Oktyabr 2021, 19:08 Qətlə yetirilən soydaşımızın nəşi vətənə GƏTİRİLƏCƏK 24 Oktyabr 2021, 17:59 Əlcəzairdən fransızca qadağası 24 Oktyabr 2021, 17:44 Consondan çağırış 24 Oktyabr 2021, 17:36 Koronavirusa qarşı PEYVƏNDLƏNƏNLƏR 24 Oktyabr 2021, 17:25 Son sutkada YOLUXANLAR - Ölənlər artdı 24 Oktyabr 2021, 17:21 İranda koronavirus mənzərəsi 24 Oktyabr 2021, 17:19 Taliblərdən İran imtinası 24 Oktyabr 2021, 17:08 Polkovnikin nəvəsi intihar etdi 24 Oktyabr 2021, 16:58 Şahinlərimiz Türkiyədən geri dönür  24 Oktyabr 2021, 16:51 Gürcüstanın virus mənzərəsi 24 Oktyabr 2021, 16:39 Baş nazirə 15 illik cəza  24 Oktyabr 2021, 16:26 İbrahimoviçdən növbəti ilk  24 Oktyabr 2021, 16:15 Əsl insan gözəllikdə gözəlliyi görməyi bacarandır - Deputat 24 Oktyabr 2021, 16:05 Özbəkistanda seçki baş tutdu 24 Oktyabr 2021, 15:51 66 milyon illik skelet rekord qiymətə... 24 Oktyabr 2021, 15:46 Professor dünyasını dəyişdi 24 Oktyabr 2021, 15:34