30Sentyabr | Ana Səhifə - Yazılar - Azərbaycana verilən beynəlxalq dəyər
Azərbaycana verilən beynəlxalq dəyər

Elman Babayev


“Doing Business 2020”- ölkəmizdəki davamlı islahatlara kənar və tam tərəfsiz baxış  

 

Azərbaycan Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil olub. Hesabata istinad etsək, ölkəmiz 4 sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb;

-         əmlakın qeydiyyatı;

-         kreditlərin alınması;

-         minoritar investorların hüquqlarının qorunması;

-         müqavilələrin icrasının təmin edilməsi.


Hesabata əsasən, paytaxtın Bakının kadastr xəritəsinin tərtib olunması və hər bir fərdi torpaq sahəsinin qeydiyyatı, eləcə də mövcud sənədləşmənin təkmilləşdirilməsi və daşınmaz əmlak prosedurlarının çevikliyi nəticəsində daşınmaz əmlakın qeydiyyatı prosesi daha da sürətlənib. Minoritar investorların hüquqlarının müdafiəsi tərəflərin imzaladığı əlverişsiz sazişlər üzrə məsuliyyətin direktorlar üzərinə qoyulmasından sonra güclənib. Kommersiya ilə bağlı mübahisələr yarandıqda tərəflər onlayn olaraq müraciət göndərə və vasitəçilik etmək üçün maddi stimul əldə edə bilərlər.

 

Ümumiləşdirsək və daha sadə dillə ifadə etsək, ölkəmizin nüfuzlu hesabatda irəliləməsinə əsas səbəblər sırasında hökumətin əksər sahələrdə öz xidmətlərini elektronlaşdırmasını, bu xidmətlərin əlçatanlığının təmin olunmasını vurğulmaq mümkündür. Əhali ilə ünsiyyətdə prosedurların sadələşdirilməsi, get-gəlin və tələb olunan bir sıra xərclərin azaldılması, şəffaflığın önə çıxması hesabatı hazırlayanların diqqətini cəlb edən əsas amillər kimi çıxış edir.

Bu isə “Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək ən islahatçı ölkələr sırasında 57-ci pillədən 25-ci yerə yüksələn Azərbaycanın növbəti hesabatda da layiqlı yerdə qərarlaşmasına təsir edib.

Hesabat Azərbaycandakı davamlı islahatlara kənar və tam tərəfsiz baxış olmaqla, həyata vəsiqə qazanan yeniliklərin beynəlxalq qurumların diqqətindən yayınmamasının əyani göstəricisidir.

İslahatların davamlılığı baxımından ölkəmiz son illәrdә yeni vә daha intensiv mәrhәlәni yaşayır. Prezident İlham Əliyev islahatları yeni dövrün tәlәblәri sәviyyәsindә davam etdirərək daha əlçatan və əhali məmnunluğuna hesablanan siyasәt strategiyası hәyata keçirir. Qәbul edilən fundamental qәrarlar, imzalanan sәrәncamlar sırf әmәli fәaliyyәtә, praqmatizmә söykәnib, reallığa adekvat xarakter daşıyıb.

İctimai hәyatın bütün sahәlәrindә yeni dövrün tәlәblәrinә uyğun islahatların aparılması Azәrbaycanı Cәnubi Qafqaz regionunda böyük nüfuz sahibinә, lokomotiv dövlәtә çevirib. Qlobal enerji vә kommunikasiya layihәlәrinin ardıcıl surәtdә hәyata keçirilmәsi, bazar iqtisadiyyatı prinsiplәrinin tam bәrqәrar olması, xarici investisiyaların regionların inkişafına yönәldilmәsi, ölkәdә azad sahibkarlıq vә biznes mühitinin formalaşdırılması kimi vacib mәqamlar da mövcud iqtidarın siyasәtinin prioritet istiqamәtlәri sırasında xüsusi vurğulanmalıdır. Təkcə son üç ilin sosial-iqtisadi yekunlarının tәhlili isbat edir ki, Azәrbaycan Prezidenti ölkәnin qarşısında duran problemlәri vә onların hәlli yollarını düzgün müәyyәnlәşdirib, bu yöndә әmәli tәdbirlәr hәyata keçirib.

Şәffaflığını artırılması mәqsәdilә həm idarəetmədə, həm qanunvericilkdə islahatların gerçəkləşdirilməsi, әhalinin güzəranının yaxşılaşdırılması, kommunal islahatların aparılması, sahibkarlığın inkişafına mane olan amillәrin aradan qaldırılması kimi mühüm mәsәlәlәrin həlli üçün atılan addımların əyani şahidiyik. Son 4-5 ildə icra strukturları tәrәfindәn vәtәndaşların narazılığına səbəb olan bir sıra problemlərin həlli üçün görülən tədbirlərin əhatə dairəsi də kifayət qədər genişdir.

Qeyri-neft sektorunun möhkәmlәnmәsinə, iqtisadiyyatın neftdәn asılılıq dәrәcәsinin azaldılmasına, sosial infrastruktun yenilәşdirilmәsinə, özәl sektorun vә sahibkarlığın inkişafına xüsusi diqqәt mövcuddur.

Bir sözlə, Azәrbaycanın son illәrdә әldә etdiyi zәngin tәcrübә analoji inkişaf yolunda olan digәr ölkәlәr üçün dә model rolunu oynamaqdadır.

Bütün bunlar isə beynəlxalq dəyərlə tamamlanmaqdadır. “Doing Business” hesabatında Azərbaycanın 20 ən islahatçı ölkədən biri elan olunması görülən işlərə verilən ən yüksək qiymətdir.

Dünya Bankı kimi nüfuzlu bir qurumun hesabatında Azərbaycanın ən islhatçı ölkələrdən biri kimi yer alması xarici investisiyaların cəlb edilməsində, Azərbaycanın iqtisadi imkanlarının tanıdılmasında mühüm faktor kimi çıxış edəcək.

Bu, həm də ölkәmizin islahatlarda qabaqcıl mövqeyi barәdә beynәlxalq alәmdәki rәyin daha da möhkәmlәnmәsinə gətirib çıxaracaq. Azərbaycanın beynәlxalq imicinin daha da güclənməsinə təkan verəcək.

Prezident İham Әliyev islahatları davam etdirmək əzmindədir. Görünən və sevindirici hal odur ki, iqtidar üçün həyata keçirilən islahatların daha da dərinləşdirilməsi proritetdir. Bu siyasәt isə Azәrbaycanı günü-gündәn daha böyük iqtisadi uğur vә nailiyyәtlәrә yaxınlaşdırmaqla, insanların maddi rifah halının yüksәlmәsinә, vətəndaş məmnunluğunun artmasına sәbәb olacaq.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Bakıda 29 yaşlı gənc bıçaqlandı 18 Noyabr 2019, 22:06 Qarabağın Azərbaycanlı icmasının sədri Türkiyəyə gedib - FOTO 18 Noyabr 2019, 21:46 Aksiya dağıdıldı: Parlament fəaliyyətini bərpa edib 18 Noyabr 2019, 21:37 Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış 18 Noyabr 2019, 21:18 ABŞ-da silahlı insident 18 Noyabr 2019, 21:04 Aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb 18 Noyabr 2019, 20:49 "Azərbaycanla oyunda mütləq qələbə qazanmalıyıq" - Rəqib baş məşqçi 18 Noyabr 2019, 20:37 Sumqayıtda bəzi küçə və prospektlər bağlanacaq 18 Noyabr 2019, 20:17 Bakıda avtomobilini qəza yerində qoyub qaçana cinayət işi açıldı - RƏSMİ 18 Noyabr 2019, 20:03 Xamneyinin nümayəndəsinə sui-qəsd cəhdi olub 18 Noyabr 2019, 19:59 Xalq artistinin yaradıcılıq gecəsi keçirilib - FOTO 18 Noyabr 2019, 19:35 Güzəştli şərtlərlə səyyar gübrə satışı daha 10 rayonda keçiriləcək - SİYAHI 18 Noyabr 2019, 19:20 Sumqayıtda helikopterdən dəvətnamə atdılar - Video 18 Noyabr 2019, 19:09 Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır - Video 18 Noyabr 2019, 19:00 Jurnalist itkin düşüb   18 Noyabr 2019, 18:50 Qubada maşın aşdı - 3 yaşlı uşaq ÖLDÜ 18 Noyabr 2019, 18:41 Bazar günü Lənkərana gəlmək üçün səbəb var - FOTO 18 Noyabr 2019, 18:32 Yasamalda sakinlər dinlənildi, dəstək üçün göstərişlər verildi   18 Noyabr 2019, 18:14 UNEC rektoru yeni Tələbə-rektorla görüşüb - FOTO   18 Noyabr 2019, 18:05 Alimlərdən inqilabi yenilik: İnsan dərisi hazırlanır 18 Noyabr 2019, 17:58 Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri 18 Noyabr 2019, 17:50 Gürcüstan polisi etirazçılara müdaxilə etdi 18 Noyabr 2019, 17:45 Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək 18 Noyabr 2019, 17:32 “İmkanı olan da, olmayan da vergiləri ödəmir” - səlahiyyəti olub, pulu olmayan bələdiyyələr 18 Noyabr 2019, 17:30 Vüqar Kərəmovdan möhtəşəm qələbə - Video 18 Noyabr 2019, 17:28 Mirzə Cəlilin heykəli Bakının harasında qoyulacaq? 18 Noyabr 2019, 17:26 Manatın sabaha olan MƏZƏNNƏSİ 18 Noyabr 2019, 17:21 Rektor jurnalistə yüksək vəzifə verdi 18 Noyabr 2019, 17:15 İcra başçısı bacısı oğlunu köməkçi götürüb? - Rəsmi AÇIQLAMA 18 Noyabr 2019, 17:08 Paytaxtda küçədən qadın meyiti tapıdlı 18 Noyabr 2019, 16:59 Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı- Türkiyə mediası YAZDI 18 Noyabr 2019, 16:50 ATƏT Belarusdakı parlament seçkilərini tanımadı 18 Noyabr 2019, 16:48 Psixoloqların da diaqnostik qiymətləndirilməsi keçiriləcək - Təhsil Nazirliyi 18 Noyabr 2019, 16:45 Alman polisinin saxladığı Əlövsət Əliyevdən xəbər var 18 Noyabr 2019, 16:40 Gürcüstanda etirazçılara yarım saat vaxt verildi 18 Noyabr 2019, 16:34