03Oktyabr | Ana Səhifə - Yazılar - Azərbaycanın daim var olması üçün cızılan yol
Azərbaycanın daim var olması üçün cızılan yol

Elman Babayev


Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən (3 oktyabr, 1993-cü il) 26 il ötür. Bu, Azərbaycan var olduqca xatırlanacaq bir tarixdir. Heydər Əliyevin hakimiyyətə gəldiyi dövr heç də adi bir dövr deyildi. 70 ildən sonra yenidən müstəqilliyini qazanan Azərbaycanda tarixin təkrarlanması, 1920-ci ildə olduğu kimi müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. 1990-cı illərin əvvəlində  Azərbaycanda siyasi hakimiyyətə naşıların yol tapması olduqca mürəkkəb vəziyyət yaratmışdı.

 

Bütün sahələrdə durum ağırlaşmışdı:

 

Siyasi sahədə

- Ermənistanın Azərbaycana təcavüzü və ərazilərin işğalı,

- müxtəlif siyasi qruplaşmalar arasında hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi,

- müdafiə vəhdətinin pozulması, separatçı meyillərin güclənməsi nəticəsində ölkənin ərazi bütövlüyünün zəifləməsi,

- xarici dövlətlər tərəfindən Azərbaycanın daxili proseslərinə artan müdaxilələr,

- ölkənin beynəlxalq aləmdən təcrid olunması baş vermişdi.

 

İqtisadi sahədə:

- Keçmiş SSRİ ərazisində iqtisadi məkanın dezinteqrasiyası, keçmiş ittifaq respublikaları ilə təsərrüfat əlaqələrinin pozulması,

- maliyyə-pul sisteminin destabilizasiyası və kifayət qədər valyuta vəsaitlərinin olmaması, manatın kursunun aşağı düşməsi,

- nəzarət edilməyən iqtisadi böhran və strukturun yenidən təşkili üçün vəsaitlərin olmaması,

- xarici yardımdan asılılığın güclənməsi, əhalinin çaşqınlığı və mənəvi-psixoloji böhran,

- kənd təsərrüfatında, sənayedə istehsalın aşağı düşməsi,

- ərzaq idxalından asılılıq səbəbindən potensial zəiflik,

- yanacaq-enerji kompleksinin böhran vəziyyəti hökm sürürdü.

 

Sosial sahədə isə

- əhalinin yoxsullaşması,

- əhalinin sosial müdafiəsinin əsas institutlarının dağılması;

- əhalinin geniş dairələrində sosial çarəsizlik əhval-ruhiyyəsinin artması müşahidə olunurdu.

 

Böyük əksəriyyəti həvəskar siyasətçilərdən ibarət olan AXC-Müsavat hakimiyyətinin ölkəni saldığı durum qorxunc şəkil almışdı. Bu komandanın diletantlığı, dövlət idarəciliyindən bixəbərliyi, hakimiyyət postlarına hərisliklə yiyələnməsi, mühüm nazirliklərin siyasi naşıların əlinə keçməsi Azərbaycanı idarəolunmaz bir vəziyyətə salmışdı, başqa tərəfdənsə,  ölkənin müstəqilliyini gözü götürməyən xarici dövlətlər Azərbaycanı qarışdırmaq planını işə salmışdılar.

 

Azərbaycan hamının görə bildiyi, hamının qorxduğu faciələr içərisində itib-batırdı; müxtəlif bölgələrdə separatçı qüvvələr baş qaldırıb, ölkəni parçalayır, ayrı-ayrı siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr yaranır, cinayətkarlıq get-gedə artır, insanlar mübahisəli məsələlərini silahla həll edirdi; bir sözlə, ölkə vətəndaş müharibəsi həddinə çatmışdı.

 

Gəncədə vətəndaş müharibəsinin ilkin işartıları ilə paralel olaraq ən pis olaylar cəbhə bölgəsində cərəyan edirdi. Bir tərəfdə vətəndaş müharibəsi, digər tərəfdə isə yeni ərazilərin itirilməsinə yaranan təhlükənin nə demək olduğunu anlamaq çətin deyildi. Heydər Əliyevi bəyənməyən, onu qəbul etməyən, hər zaman qısqançlıqla yanaşanlar nəinki özlərinin, bütövlükdə, Azərbaycanın ona eytiyac duyduğunu dərk etməli olmuşdular.

 

 

Heydər Əliyev AXÇ-Müsavat iqtidarına lazım idi ki, vətəndaş müharibəsini dayandırsın, eyni zamanda, müstəqilliyin itirilməsi kimi ağır bir məsuliyyəti onların üzərindən götürsün. Tarixin ironiyasına bax ki, Heydər Əliyevi siyasi keçmiş sayanlar, əllərindəki tribunalardan istifadə edib onun qururuna toxunmaq istəyənlər çətinə düşən kimi ona Azərbaycanın xilaskarı gözü ilə baxmalı olmuşdular.

 

Heydər Əliyev təkcə ayrı-ayrı siyasi füqurlara yox, bütövlükdə cəmiyyətə zərbə vuran qiyamçı Surət Hüseynovu sakitləşdirməklə, hadisələrin dramatikliyini böyük ustalıqla azalda bildi. Böhranın səngiməsi istiqamətində atılan addımların ardıcıllığı vətəndaş müharibəsinin dərinliklərə gedib çıxmasının, bütün sahələrdə böhranın daha da dərinləşməsinin qarşısını aldı.

 

Hakimiyyətdə olduğu illərdə Heydər Əliyev Azərbayçanın bütün sahələrdə inkişafını təmin edəcək islahatlara başladı.

 

Heydər Əliyev Azərbayçan ücün, sözsüz ki, dünya ücün də gərəkli olan layihəni ön plana cıxartdı: “Əsrin müqaviləsi”nin imzalanmasına müvəffəq olub, neft axtarışlarına start vermək, ardınça Bakı-Tbilisi-Çeyhan neft kəmərinin cəkilməsini həyata kecirmək. 

Heydər Əliyev yeni iqtisadi sistemin tələblərinə uyğun olaraq bazar iqtisadiyyatını, sahibkarlığın inkişafını sürətləndirdi.

İqtisadi siyasətin uğurları Heydər Əliyevə imkan verdi ki, Azərbayçanda yeni əhəmiyyətli dövlət müəssisələri-xəstəxanalar, məktəblər, idman kompleksləri, mədəniyyət binaları tikilsin, ümumilikdə sosial infrastuktur yenilənsin. Bundan başqa, əmək haqları, təqaüdlər artırılsın. Şəhid ailələri, müharibə əlilləri, məcburi köçkünlər ücün yaşayış evləri uçaldılsın.

 

Heydər Əliyevin siyasi varisi prezident İlham Əliyevin rəhbərliyi illərində bütün sahələrdə sürətlənən və bu gün şahidi olduğumuz nailiyyətlərin təməli Ümummilli Liderə məxsusdur. Heydər Əliyev zamanın çağırışına cavab verən, zamanı qabaqlayan böyük dövlət adamı idi. Onun fəaliyyəti gələcəyə ünvanlanan fəaliyyət idi. Məhz həmin fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada aparıcı söz sahibinə çevrilib, müstəqilliyi əbədiləşib.

 

Bu gün Azərbaycan qısa müddətdə güclü orduya, iqtisadiyyata malik, öz imkanları hesabına yaşayan bir dövlət kimi tanınır. Azərbaycan dünyanın nüfuzlu qurumlarının hesabatlarında dünyanın ən islahatçı 20 ölkəsi sırasında yer alırsa, səsi ən yüksək tribunalardan eşidilirsə,bütün bu uğurlarda Heydər Əliyev siyasətinin rolu var. 

 

Ulu Öndərin qoyub getdiyi yol Azərbaycan dövlətinin, millətinin daim müstəqil olması üçün cızılan bir yoldur. Hakimiyyətdə hansı qüvvə olur-olsun bu yolla getməyə məhkumdur...

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Subay oğlunu müharibədə itirən axund azan səsinə rəqs etdikdən sonra cənazəni yumağa başladı” 30 May 2020, 13:50 Azərbaycanda vəzifəli şəxs bıçaqlandı 30 May 2020, 13:45 Milli Məclisin sabahkı iclasının gündəliyi DƏYİŞDİ 30 May 2020, 13:37 Fransa senatoru İlham Əliyevə təşəkkür etdi 30 May 2020, 13:30 Maska taxmamağa görə tətbiq olunacaq cərimə məbləğləri açıqlandı - RƏSMİ 30 May 2020, 13:22 “07”lərə qənim kəsilən oğru saxlanıldı - FOTO 30 May 2020, 13:15 İstixanada narkotik becərən şəxs saxlanıldı - FOTO 30 May 2020, 13:08 Sabahın havası - güclü külək əsəcək, yağış yağacaq 30 May 2020, 13:00 Azərbaycanda polis bıçaqlandı - FOTO 30 May 2020, 12:53 Azərbaycan-Rusiya sərhədindəki sıxlıqla bağlı - Rəsmi açıqlama 30 May 2020, 12:45 Şokoladın tərkibi, sağlamlığa fayda və zərərləri 30 May 2020, 12:37 Bakı belə dezinfeksiya olundu - FOTOLAR 30 May 2020, 12:30 Zakir Həsənov generalları topladı - Müşavirə keçirdi 30 May 2020, 12:23 Sədərək Ticarət Mərkəzi açılır - sahibkar və satıcıların maskasız girişi qadağan olundu 30 May 2020, 12:15 " AYB-nin bölmələri, dövri nəşrləri olduqca bərbad durumdadır” – Emil Rasimoğlu ilə “Şənbə söhbəti”   30 May 2020, 12:07 "COVİD 19" pasportu nə vaxt tətbiq olunacaq? - TƏBİB-dən AÇIQLAMA 30 May 2020, 12:00 İlham Əliyevin gördüyü işlərin, həyata keçirdiyi layihələrin əsasını insan faktoru təşkil edir - Deputat   30 May 2020, 11:53 Deputatlar sabah 11 məsələ barədə QƏRAR verəcəklər 30 May 2020, 11:45 Merkel Trampın dəvətini rədd etdi 30 May 2020, 11:38 Orqanizmi ən yaxşı təmizləyən MƏHSULLAR 30 May 2020, 11:30 Ermənistanda koronavirusa yoluxanların sayı 9 minə çatır 30 May 2020, 11:23 “Sülh danışıqları elə bərbad vəziyətdədir ki...” - Hərbi icmalçı Qarabağa lokal zərbələr endirməyi TƏKLİF EDİR 30 May 2020, 11:14 DOST-un xidmətlərindən qaradağlılar da faydalanacaq 30 May 2020, 11:05 Azərbaycanda koronavirusa yoluxanlar bu xəstəxanalarda müalicə alır - SİYAHI 30 May 2020, 10:57 “Bədbəxtlik oradadır ki, bizdə hər kəs özünə çalışır...” - Fikrət Qoca ilə yubiley SÖHBƏTİ 30 May 2020, 10:50 Su hovuzunda narkotik yetişdirdi - FOTOLAR 30 May 2020, 10:45 Şıntır-mıntır 30 May 2020, 10:42 “Ermənilər məni iki dəfə öldürmək istəyiblər” - Qarabağ həqiqətlərini yayan afrikalı “İbo kardeş” - MÜSAHİBƏ 30 May 2020, 10:37 Azərbaycan nefti bahalaşdı   30 May 2020, 10:30 Bakıda növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılır 30 May 2020, 10:22 Vilayət Eyvazov Neftçalaya yeni rəis TƏYİN ETDİ 30 May 2020, 10:14 Azərbaycanda narkotacir qohumlar “Range Rover”lə saxlanıldı - FOTOLAR 30 May 2020, 10:05 Bakıda bir nəfər köməksiz qaldı 30 May 2020, 09:57 İTBAŞI (4-cü bölüm) 30 May 2020, 09:50 Saat 6-dan sonra kafeyə gedənlər cərimələndi 30 May 2020, 09:44