3 Oktyabr 2019, 09:26 | Ana Səhifə - Yazılar - Azərbaycanın daim var olması üçün cızılan yol
Azərbaycanın daim var olması üçün cızılan yol

Elman Babayev


Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən (3 oktyabr, 1993-cü il) 26 il ötür. Bu, Azərbaycan var olduqca xatırlanacaq bir tarixdir. Heydər Əliyevin hakimiyyətə gəldiyi dövr heç də adi bir dövr deyildi. 70 ildən sonra yenidən müstəqilliyini qazanan Azərbaycanda tarixin təkrarlanması, 1920-ci ildə olduğu kimi müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. 1990-cı illərin əvvəlində  Azərbaycanda siyasi hakimiyyətə naşıların yol tapması olduqca mürəkkəb vəziyyət yaratmışdı.

 

Bütün sahələrdə durum ağırlaşmışdı:

 

Siyasi sahədə

- Ermənistanın Azərbaycana təcavüzü və ərazilərin işğalı,

- müxtəlif siyasi qruplaşmalar arasında hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi,

- müdafiə vəhdətinin pozulması, separatçı meyillərin güclənməsi nəticəsində ölkənin ərazi bütövlüyünün zəifləməsi,

- xarici dövlətlər tərəfindən Azərbaycanın daxili proseslərinə artan müdaxilələr,

- ölkənin beynəlxalq aləmdən təcrid olunması baş vermişdi.

 

İqtisadi sahədə:

- Keçmiş SSRİ ərazisində iqtisadi məkanın dezinteqrasiyası, keçmiş ittifaq respublikaları ilə təsərrüfat əlaqələrinin pozulması,

- maliyyə-pul sisteminin destabilizasiyası və kifayət qədər valyuta vəsaitlərinin olmaması, manatın kursunun aşağı düşməsi,

- nəzarət edilməyən iqtisadi böhran və strukturun yenidən təşkili üçün vəsaitlərin olmaması,

- xarici yardımdan asılılığın güclənməsi, əhalinin çaşqınlığı və mənəvi-psixoloji böhran,

- kənd təsərrüfatında, sənayedə istehsalın aşağı düşməsi,

- ərzaq idxalından asılılıq səbəbindən potensial zəiflik,

- yanacaq-enerji kompleksinin böhran vəziyyəti hökm sürürdü.

 

Sosial sahədə isə

- əhalinin yoxsullaşması,

- əhalinin sosial müdafiəsinin əsas institutlarının dağılması;

- əhalinin geniş dairələrində sosial çarəsizlik əhval-ruhiyyəsinin artması müşahidə olunurdu.

 

Böyük əksəriyyəti həvəskar siyasətçilərdən ibarət olan AXC-Müsavat hakimiyyətinin ölkəni saldığı durum qorxunc şəkil almışdı. Bu komandanın diletantlığı, dövlət idarəciliyindən bixəbərliyi, hakimiyyət postlarına hərisliklə yiyələnməsi, mühüm nazirliklərin siyasi naşıların əlinə keçməsi Azərbaycanı idarəolunmaz bir vəziyyətə salmışdı, başqa tərəfdənsə,  ölkənin müstəqilliyini gözü götürməyən xarici dövlətlər Azərbaycanı qarışdırmaq planını işə salmışdılar.

 

Azərbaycan hamının görə bildiyi, hamının qorxduğu faciələr içərisində itib-batırdı; müxtəlif bölgələrdə separatçı qüvvələr baş qaldırıb, ölkəni parçalayır, ayrı-ayrı siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr yaranır, cinayətkarlıq get-gedə artır, insanlar mübahisəli məsələlərini silahla həll edirdi; bir sözlə, ölkə vətəndaş müharibəsi həddinə çatmışdı.

 

Gəncədə vətəndaş müharibəsinin ilkin işartıları ilə paralel olaraq ən pis olaylar cəbhə bölgəsində cərəyan edirdi. Bir tərəfdə vətəndaş müharibəsi, digər tərəfdə isə yeni ərazilərin itirilməsinə yaranan təhlükənin nə demək olduğunu anlamaq çətin deyildi. Heydər Əliyevi bəyənməyən, onu qəbul etməyən, hər zaman qısqançlıqla yanaşanlar nəinki özlərinin, bütövlükdə, Azərbaycanın ona eytiyac duyduğunu dərk etməli olmuşdular.

 

 

Heydər Əliyev AXÇ-Müsavat iqtidarına lazım idi ki, vətəndaş müharibəsini dayandırsın, eyni zamanda, müstəqilliyin itirilməsi kimi ağır bir məsuliyyəti onların üzərindən götürsün. Tarixin ironiyasına bax ki, Heydər Əliyevi siyasi keçmiş sayanlar, əllərindəki tribunalardan istifadə edib onun qururuna toxunmaq istəyənlər çətinə düşən kimi ona Azərbaycanın xilaskarı gözü ilə baxmalı olmuşdular.

 

Heydər Əliyev təkcə ayrı-ayrı siyasi füqurlara yox, bütövlükdə cəmiyyətə zərbə vuran qiyamçı Surət Hüseynovu sakitləşdirməklə, hadisələrin dramatikliyini böyük ustalıqla azalda bildi. Böhranın səngiməsi istiqamətində atılan addımların ardıcıllığı vətəndaş müharibəsinin dərinliklərə gedib çıxmasının, bütün sahələrdə böhranın daha da dərinləşməsinin qarşısını aldı.

 

Hakimiyyətdə olduğu illərdə Heydər Əliyev Azərbayçanın bütün sahələrdə inkişafını təmin edəcək islahatlara başladı.

 

Heydər Əliyev Azərbayçan ücün, sözsüz ki, dünya ücün də gərəkli olan layihəni ön plana cıxartdı: “Əsrin müqaviləsi”nin imzalanmasına müvəffəq olub, neft axtarışlarına start vermək, ardınça Bakı-Tbilisi-Çeyhan neft kəmərinin cəkilməsini həyata kecirmək. 

Heydər Əliyev yeni iqtisadi sistemin tələblərinə uyğun olaraq bazar iqtisadiyyatını, sahibkarlığın inkişafını sürətləndirdi.

İqtisadi siyasətin uğurları Heydər Əliyevə imkan verdi ki, Azərbayçanda yeni əhəmiyyətli dövlət müəssisələri-xəstəxanalar, məktəblər, idman kompleksləri, mədəniyyət binaları tikilsin, ümumilikdə sosial infrastuktur yenilənsin. Bundan başqa, əmək haqları, təqaüdlər artırılsın. Şəhid ailələri, müharibə əlilləri, məcburi köçkünlər ücün yaşayış evləri uçaldılsın.

 

Heydər Əliyevin siyasi varisi prezident İlham Əliyevin rəhbərliyi illərində bütün sahələrdə sürətlənən və bu gün şahidi olduğumuz nailiyyətlərin təməli Ümummilli Liderə məxsusdur. Heydər Əliyev zamanın çağırışına cavab verən, zamanı qabaqlayan böyük dövlət adamı idi. Onun fəaliyyəti gələcəyə ünvanlanan fəaliyyət idi. Məhz həmin fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada aparıcı söz sahibinə çevrilib, müstəqilliyi əbədiləşib.

 

Bu gün Azərbaycan qısa müddətdə güclü orduya, iqtisadiyyata malik, öz imkanları hesabına yaşayan bir dövlət kimi tanınır. Azərbaycan dünyanın nüfuzlu qurumlarının hesabatlarında dünyanın ən islahatçı 20 ölkəsi sırasında yer alırsa, səsi ən yüksək tribunalardan eşidilirsə,bütün bu uğurlarda Heydər Əliyev siyasətinin rolu var. 

 

Ulu Öndərin qoyub getdiyi yol Azərbaycan dövlətinin, millətinin daim müstəqil olması üçün cızılan bir yoldur. Hakimiyyətdə hansı qüvvə olur-olsun bu yolla getməyə məhkumdur...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Bu gün 68 mindən çox şəxsə vaksin vurulub 4 Avqust 2021, 20:14 Azərbaycanda yoluxma 1000-yaxınlaşır - 5 nəfər öldü 4 Avqust 2021, 20:08 YAP-a birləşən bu partiyaların nümayəndələrinə üzüvlük vəsiqləri verilib 4 Avqust 2021, 20:00 Qətlə yetirilən Sevincin uşaqlarının aqibəti məlum oldu 4 Avqust 2021, 19:51 Ərdoğan Baxçalını evində ziyarət etdi 4 Avqust 2021, 19:40 Sentyabrda məktəblər açılacaq? - Nazirdən cavab 4 Avqust 2021, 19:33 Narkotik becərən şəxs saxlanıldı 4 Avqust 2021, 19:20 Sumqayıtda narkotik satan 3 nəfər tutulub - VİDEO 4 Avqust 2021, 19:11 Yardımlıda yanğının söndürülməsi davam edir - FOTO 4 Avqust 2021, 19:04 Azad edilmiş ərazilərdə görülən işlər müzakirə olundu 4 Avqust 2021, 18:38 Soydaşlarımız Türkiyədə yanğından zərərçəkənlərə yardım göndərdi   4 Avqust 2021, 18:32 Məhkumun evindən narkotik götürüldü 4 Avqust 2021, 18:26 Kəlbəcər yenə atəşə tutuldu: İtkimiz yoxdur 4 Avqust 2021, 18:20 MTRŞ iddiaçıların heç birinə lisenziya vermədi 4 Avqust 2021, 18:14 Müəllimlərin işə qəbulunda yenilik: Nazirdən mühüm AÇIQLAMA 4 Avqust 2021, 18:01 “Biz daha çox biliyi ölçürük, nəinki bacarığı” 4 Avqust 2021, 17:56 Emin Əmrullayev: “Dərs saatı ən azı 18 olmalıdır”  4 Avqust 2021, 17:54 Müdafiə naziri ordunun döyüş hazırlığını yoxladı 4 Avqust 2021, 17:50 Şəfqət dolu ürək... 4 Avqust 2021, 17:50 Nazir narazı namizədlərə müraciət etdi 4 Avqust 2021, 17:42 Zakir Həsənov azad olunmuş ərazilərə getdi - VIDEO+FOTO   4 Avqust 2021, 17:41 “Şikayətçi müəllimlər haqlıdırlar” - Emin Əmrullayev 4 Avqust 2021, 17:33 Ermənistan XİN-nə yeni mətbuat katibi TƏYİN OLUNDU 4 Avqust 2021, 17:29 “Ən çox yer xarici dil müəllimliyinə ayrılıb” - Təhsil naziri 4 Avqust 2021, 17:28 “Azərsu”da İctimai Şuranın ilk iclası keçirildi   4 Avqust 2021, 17:23 Müəllim olmaq istəyənlərin sayı kəskin artıb 4 Avqust 2021, 17:19 “Azəriqaz”ın “Açıq mikrofon”undan ilk səs gəldi - FOTO 4 Avqust 2021, 17:14 Azərbaycan və BMT birgə işçi qrup yaradır 4 Avqust 2021, 17:08 İstanbulda da meşəni yandırdılar 4 Avqust 2021, 17:04 Azər Süleymanov siyasətdən uzaqlaşdı: “Liderlərlə dil tapa bilmədik” 4 Avqust 2021, 16:48 Ağsuda toy təşkilatçısı cərimələndi 4 Avqust 2021, 16:43 Türkiyə və Azərbaycan xüsusi təyinatlılarının birgə təlimləri BAŞLAYIB 4 Avqust 2021, 16:43 Xalq kimin kim olduğunu yaxşı bilir 4 Avqust 2021, 16:42 Tokio-2020: Karateçilərimizin rəqibləri müəyyənləşdi 4 Avqust 2021, 16:40 Komitələrin payız hazırlığı: “Tamamilə yeni işlərə start verəcəyik” 4 Avqust 2021, 16:24