25 İyul 2016, 15:00 | Ana Səhifə - Yazılar - “Hörmət siyahısı”-na düşə bilməsə də... başı yarıldı
“Hörmət siyahısı”-na düşə bilməsə də... başı yarıldı

Akif CABBARLI

 

“Olur , olur, belə işlər də olur” silsiləsindən

 

Yaşıltəpənin ən “bərk gedən” çayxanasında yenə qələbəlik idi. Rayonun adlı-sanl, canlı-cüssəli və pullu oğlanları bu gün də iri gövdəli, uca qamətli çinarın kölgəsində  çayçı Məmişin gətirdiyi al-qırmızı çaynikləri boşaldır, siqaret çəkir, tum çırtlayır, təsbeh çevirirdilər. Söhbətlərinə də ki söhbət ola bilməzdi.

 

“Çinarlı” adlanan kafe-şayxanaya gələnlər axşam düşənədək azından üç-dörd siyasi problemi “yoluna qoyar”, dünyanı narahat edən iqtisadi məsələləri çözər, mənəm-mənəm deyən liderlərin illərlə baş sındırdığı sosial-iqtisadi çətinlikləri havaya buxarlandırardılar. Bu gün ki görüşün mövzusu isə o qədər də qəliz deyildi. Bir-iki saata həllini tapası məsələ idi. Müzakirəyə buraxılan mövzu təxminən belə idi-həkimi, müəllimi, mollanı kim dolandırmalıdır. Əlisa kişi iri dənəli kəhrəba təsbehini şaqqıltı ilə çevirib, boğazını arıtladı. Sonra adəti üzrə ucadan, aramla dilləndi.

 

-Siz mənim yanımda uşaqsınız. Səksəni yola vermişəm üzü doxsanadır. Yaşasanız yüzümü də necə qeyd edəcəm, inşallah görərsiniz. Bizim kəndin obanın çox yaxşı adətləri, qayda-qanunu var. Gözümü açandan babamın, sonra da atamın həmişə mollaya, həkimə, bir də o yazıq müəllimlər var ha, bax onlara hörmət bəslədiyini, düşəndə ciblərinə xərclik qoyduqlarını görmüşəm. Niyə də olmasın a bala. Molla maaş alır bəyəm, Ramazanın, Məhərrəmliyin gəlməsini, bir də kiminsə o dünyaya köçməsini gözləyirlər. Müəllimin, həkimin məvacibi də ki, bir dəfə Xuduşun maqazininə girib-çıxmağa ancaq yetir dana. Canın ağrıyırsa, həkim də əlini sənin günlərlə su dəyməyən yerlərinə sürtüb sonra beş-on dənə iynədən-dərmannan yazırsa niyə də xalatının  cibinə əlini salmayasan?! Qaldı ki müəllimlərə, uşağının attestatını almalısan yoxsa yox. Bu da ki, şirinliksiz başa gəlmir axı... İndi neynəyək ki, bizlərdə sən deyən oxuyan tapılmır. Müəllim köpəyoğlu da sənin uşağının başına zorla ağıl, bilik qoyası deyil ki..

 

Hamı Əlisa kişiylə razılaşdı, bircə nəfərdən başqa. Yaşı əllini ötmüş Teyyub müəllim əlini qaldırıb icazə istədi.

 

-Xahiş edirəm mənə də qulaq asın. Deyirsiniz ki, mollanı, həkimi, müəllimi el saxlayar, xalq dolandırar. Razıyam. Bu adamlara işiniz düşür qapısını döyürsünüz. Əlacınız olmur, xətir-könüllərini də görmüsünüz. Nə olar, ancaq bir az insafınız da olsun, qələm adamlarını, qəzet işçilərini də bu siyahıya yazın da. Yaşıltəpə Ərazi qəzetində işləyənləri görürsünüz də, nə gündə yaşayırlar. Mən də vaxtilə orada işləmişəm. Vallah çox çətin dolanırlar dövrümüzün salnaməsini yazanlar. Ərazi İdarəsi də onların gün-güzaranı ilə maraqlanmır. Obyektlərə çıxanda da müxbirləri “reket” deyib qapıdan qovurlar. Bəlkə onları da siyahıya salaq, protokollaşdıraq, düşəndə bir cibxərcliyi verək bu binəvalara.

Əlisa kişi Teyyuba tərs bir nəzər saldı.

 

-Ə, bura bax, sən rayon qəzetində koperatordu, nədi, işləmisən, müdir də olmamısan ki, kimsə sənin sözünü eşidə. Get öz işinlə məşğul ol. Xalq özü yaxşı bilir ki, kimi dolandırmaq lazımdır ya yox...

 

-Əlisa dayı, əvvala mən kooperator yox, korrektor işləmişəm. Sən niyə danışırsan, axı sənin heç trudavoyun da (əmək kitabçası – A.C) yoxdur. Ömür boyu onun-bunun hesabına yaşamısan. Demaqoqluq eləmisən, ev yıxmısan. Səndən çəkinən idarə müdürlərinin, imkanlı adamların verdiyi pulların hesabına özünə gün-dirlik qazanmısan. Heç olmasa sən danışma.

 

Teyyubun son sözlərinin səslənməsi ilə Əlisa kişinin uzun kəhraba təsbehinin başına çırpılması eyni vaxta düşdü. Korrektorun daz başı göyərdi, qançır oldu, gözləri ala- bula çaldı. Dinməzcə ayağa durub yaxınlıqdan keçən şose yoluna səmtləndi. Əlisa kişinin bu hərəkəti çayxanada əsl şok effekti yaratmışdı. Oturanlardan yalnız bircə nəfər ayağa qalxıb Teyyuba yaxınlaşdı. Bu, kəndin sayılıb-seçilən müəllimlərindən olan Alı Alıyev idi. Alı müəllim ehmalca Teyyubun qoluna girib astaca mızıldandı.

 

-Heç kimə bu barədə bircə kəlmə də demə. Desən haa, adının bizim siyahıya yazılması cəhənnəm, Yaşıltəpədən də didərgin düşərsən. Dünya Əlisa kimilərindir, qardaş...

MÜƏLLİFİN DİGƏR YAZILARI
İlham Əliyev Ermənistanın silahlandırılması ilə bağlı Rusiyanın verdiyi cavabı AÇIQLADI 27 Sentyabr 2021, 17:54 “Kiçik Ürəklərdə Böyük Xatirələr” yaddaşlarda həkk olunacaq 27 Sentyabr 2021, 17:48 Şuşada anım tədbiri keçirildi - FOTOLAR   27 Sentyabr 2021, 17:43 Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ 27 Sentyabr 2021, 17:40 Azərbaycan vətəndaşları doğuş üçün ən çox bu ölkəyə ÜZ TUTUR 27 Sentyabr 2021, 17:36 Anım Günü ilə əlaqədar Nərimanovda silsilə tədbirlər keçirilib - FOTOLAR   27 Sentyabr 2021, 17:30 Şəhid övladlarımız heç vaxt unudulmayacaq - FOTO 27 Sentyabr 2021, 17:26 Azad olunan ərazilərdə daha 78 mina tapıldı 27 Sentyabr 2021, 17:22 Baş Prokurorluqdan VİDEOMÜRACİƏT 27 Sentyabr 2021, 17:17 İran Azərbaycanla quru sərhədlərini açır 27 Sentyabr 2021, 17:12 Almaniyada bu partiyalar koalision hökumət qurmağa HAZIRLAŞIR 27 Sentyabr 2021, 17:06 Ağsaqqallar Şurasından xalqa müraciət 27 Sentyabr 2021, 17:03 Bakıda qadın meyiti tapıldı 27 Sentyabr 2021, 16:59 “Azəriqaz”dan növbəti “Açıq mikrofon” aksiyası 27 Sentyabr 2021, 16:54 “Prezident Azərbaycanın dünya üçün əhəmiyyətini göstərdi” 27 Sentyabr 2021, 16:48 Şəhid Mübariz İbrahimov məktəbi İstanbulda QAZİLƏRİMİZLƏ 27 Sentyabr 2021, 16:44 1 gündə 630 nəfərə peyvənd vurulub 27 Sentyabr 2021, 16:40 Daha 1241 nəfər koronavirusdan sağaldı, 19 nəfər öldü 27 Sentyabr 2021, 16:39 Ordumuz 30 illik Qarabağ həsrətinə 44 gündə son qoydu 27 Sentyabr 2021, 16:37 Avronest PA-nın Büro iclası keçirildi 27 Sentyabr 2021, 16:34 Azərbaycanda vaksin sınağı: Koronavirusdan müdafiə 4 dəfə artdı 27 Sentyabr 2021, 16:32 Yol polisi sürücülərə müraciət etdi 27 Sentyabr 2021, 16:28 Naxçıvanda şəhidlərin xatirəsi yad edilib 27 Sentyabr 2021, 16:24 Bakının Baş Planından yeni xəbər var - RƏSMİ 27 Sentyabr 2021, 16:20 Şəmkirdə 27 sentyabr Anım Günü tədbiri keçirilib - FOTOLAR 27 Sentyabr 2021, 16:17 Şəhidlər Memorial Abidə Kompleksinin açılışı oldu 27 Sentyabr 2021, 16:13 Prezident və birinci xanım yürüşdə iştirak etdi - FOTOLAR - YENİLƏNİB 27 Sentyabr 2021, 16:11 Antrim şəhərində şəhidlərimiz anıldı - FOTO 27 Sentyabr 2021, 16:08 Füzulidə “27 sentyabr - Anım günü” qeyd edilib 27 Sentyabr 2021, 16:05 “Qaçqınkom”da şəhidlər yad olundu 27 Sentyabr 2021, 16:04 "Vikipediya”da 2000-dən çox Vətən müharibəsi şəhidinin məqaləsi yaradılıb 27 Sentyabr 2021, 15:59 Şəhidlərimiz Hacıqabulda da anılıb - FOTOLAR 27 Sentyabr 2021, 15:56 İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər 27 Sentyabr 2021, 15:51 Oğluna qovuşan ŞƏHİD ANASI - Bağışla, səni koronavirusdan xilas edə bilmədik 27 Sentyabr 2021, 15:48 Daşkəsəndə Anım Günü qeyd olunub - FOTO 27 Sentyabr 2021, 15:46
SORĞU Hansı vaksinə etibar edirsiniz?