25İyul | Ana Səhifə - Yazılar - Mutsuzluq
Mutsuzluq

Məhsəti Şərif

 

Bir neçə gündü yeni müzakirə mövzusu açılıb.Türkiyənin bir neçə telekanalındakı ölkədə yaşayan azsaylı xalqlarla bağlı "nə mutlu gürcüyüm, çərkəzim...erməniyim" başlıqlı reklamı ölkəmizdə narazılığa səbəb olub. Mən vətənimin insanlarının həssasiyyətini anlayıram və müəyyən məqamda onlara haqq da verirəm. Azərbaycanın torpaqlarını işğal edib, Xocalıda soyqırım törədib, əsirlərimizə işgəncə verib və s .Bu siyahını uzatmaqla bitməz zatən. Əslində " nə mutlu erməniyəm, gürcüyəm" deməklə türklər özlərinin erməni və ya gürcü olmaqdan mutluluqlarını ifadə etmirlər. Reklamın anlamı azsaylı xalqaların bu ölkədə türk bayrağı altında yaşamaqdan mutlu olduqlarını ifadə etməkdir.

 

Türkiyədə 70 minə yaxın erməni yaşayır və bu ermənilər Türkiyə vətəndaşıdır. Bu reklam uğursuzdur və həssasdır. Kaş ki çəkilirkən bu həssasiyyət nəzərə alınsaydı. Amma əsla Azərbaycana sayqısızlıq deyil. Bunu Türkiyə Azərbaycan səviyyəsinə və münasibətlərinə gətirmək doğru deyil. Bir uğursuz reklam bütün türk xalqının düşüncəsini ifadə edə bilməz. Məsələn, misal çəkirlər bizdə son olaylarla bağlı ANS kimi tarixi bir kanal bağlandı.Mən ANS-in bağlanmasını da doğru saymıram. İnanıram məhz Azərbaycandakı qardaşlarının narahatlığına görə reklam qaldırılacaq. Amma bir yanaşmayla da razı deyiləm. Niyə orda "nə mutlu azeriyim diyene" yazılmayıb deyilməsi də yanlışdır. Bu reklam Türkiyədəki azsaylı xalqlar üçün çəkilib. Bir anlamı azsaylı xalqların ay ulduzlu bayraq altında yaşamaqdan mutlu olmaları digər anlamıda Türkiyədə kürd, çərkəz, ermənilərə ayrımcı yanaşılmadığını göstərməkdi. Azərbaycan müstəqil dövlətdi, öz torpagı var, vətəndaşları heç bir ölkədə azsaylı xalq olaraq tanınmır. Məsələyə yanaşanda bu məqama da diqqət etməliyik. Eyni zamanda, azəri deyə bir millət yoxdu. Biz Azərbaycan türküyük, ya Azərbaycanlıyıq. Necə isəyirsiniz elə qərar verin. Əsla azəri deyilik! Məsələnin başqa bir yanı.Türklər bu reklamla bağlı nə düşünür? Məsələn, dünəndən ətrafımdakı bir çox türk dostum, qohumumla söhbət etmişəm. Onların da bu məsələyə baxışı müxtəlifdir.

 

 

"Bu, sadəcə, bir bir reklamdır, türk xalqının yanaşması deyil", " Türkiyədə azsaylı xalqlar bir bayraq altında qardaşca yaşayır", " ugursuz və yanlış reklamdır", " hər kəsdən dost olur, ermənidən olmaz", "kardeşlerimiz haklı, ermeni olamayız"...Diqqətdən qaçırmayaq ermənilərlə türklərin davası bizdən öncədi, ermənilər və türklərin soyqırım davası var.Bu reklam Azərbaycanda yox, Türkiyədə yayımlandığı üçün türklər daha çox əndişə duymalıdırlar. Çünkü bir türk əsla erməni olmaqdan mutlu olmaz! Bəlkə yanlış anlaşılacaq, amma bu fikrimi də deməliyəm.Bir ucuz və yanlış reklamdan bu qədər narahat olmaga dəyməz, etiraz edərik, haqlı yanımız var, nəzərə alınacağından əminəm. Amma bizim 20 faizdən çox torpagımızı erməni tapdayır və hər gün mutluluq şərbəti içir. Məncə, biz düşüncəsiz başdan çıxan bir reklamla özümüzü bu qədər yormayaq, Türkiyə daha böyük məsələlərdə Azərbaycanın yanında olur.

 

Biz hər gün "nə mutsuzum, bədbəxtəm Qarabağsızam" deyək. Reklam bunun yanında dənizdə damladır. Sabah efirdən qaldırılacaq və unudulacaq! Amm iki qardaş ölkənin münasibətlərinə xələl gətirəcək ifadələr işlətməyək! Nə qədər reklam olursa olsun Mustafa Kamal Atatürk bir dəfə deyib " nə mutluyum Türküm deyənə!", milli liderimiz Heydər Əiyev də "mən fəxr edirəm ki, Azərbaycanlıyam" deyib. Sadəcə, Azərbaycanlı olmağımızla fəxr etdiyimizi ifadə edək yetər!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Yüksək bal toplayan abituriyent niyə İlahiyyat İnstitutunu seçdi? - MÜSAHİBƏ 22 Avqust 2019, 09:43 Ağac kəsən şəxs cəzalanıb 22 Avqust 2019, 09:39 Azərbaycanda 3 uşaq anası itkin düşüb 22 Avqust 2019, 09:34 Çempionlar Liqasında pley-off - daha 3 oyun keçirildi - NƏTİCƏLƏR 22 Avqust 2019, 09:24 Elçibəyin vəfatından 19 il ötür 22 Avqust 2019, 09:17 Sabir Rüstəmxanlıdan Oqtay Rzaya VİDA YAZISI 22 Avqust 2019, 09:10 Bütün Rusiyada məşhurlaşan azərbaycanlı ailə - Mehralıyevlər 6 rus uşağını övladlığa götürüb - REPORTAJ 22 Avqust 2019, 08:47 “Qarabağ” bu gün AvroLiqanın səfər oyununa çıxır 22 Avqust 2019, 08:32 Qubada FACİƏ: Yol qəzasında 2 ölü, 3 yaralı 22 Avqust 2019, 08:28 Manatın məzənnəsi dəyişir?... 22 Avqust 2019, 08:23 ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat ayırdı 22 Avqust 2019, 00:54 Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO 22 Avqust 2019, 00:38 İranlı gənc Ali Rəhbərlə görüşdə hökuməti tənqid etdi 22 Avqust 2019, 00:17 Bakıda kürəkən qayınanasını döydü 21 Avqust 2019, 23:56 Rusiya, İran və Türkiyə liderləri Ankarada görüşəcək 21 Avqust 2019, 23:39 Qazax sakini restoranda bıçaqlandı 21 Avqust 2019, 23:21 Qurban Qurbanov “Qarabağ”ın sabahkı oyunundan danışdı 21 Avqust 2019, 23:02 Bakının mərkəzini su basdı - SƏBƏB 21 Avqust 2019, 22:43 Oğul pensiya kartına görə atasını çəkiclə öldürdü 21 Avqust 2019, 22:25 Alman alimlərindən yeni kəşf 21 Avqust 2019, 22:09 Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi 21 Avqust 2019, 22:02 Rəqib "Qarabağ"dan çəkinir 21 Avqust 2019, 21:52 Mingəçevirdə uşaq ölü doğuldu 21 Avqust 2019, 21:34 Babasıgilə qonaq gedən uşaq hamamda boğuldu 21 Avqust 2019, 21:19 Fazil Mustafa Qabil Hüseynlinin müdafiəsinə qalxdı 21 Avqust 2019, 21:02 Almaniyada azərbaycanlı miqrantlarla kütləvi dava: Xüsusi təyinatlılar işə qarışdı 21 Avqust 2019, 20:46 “Müxalifət üçün Vətən, dövlət, xalq, milli-mənəvi dəyərlər yadlaşıb” - Vüqar Rəhimzadə 21 Avqust 2019, 20:33 Bakıda velosiped oğrusu yaxalandı 21 Avqust 2019, 20:18 Qazaxda Rusiya vətəndaşı öldü 21 Avqust 2019, 20:03 Prezident Vergi Məcəlləsində dəyişiklik etdi 21 Avqust 2019, 19:58 Müsabiqənin yazılı imtahan mərhələsi keçirilib - FOTO 21 Avqust 2019, 19:50 İcra başçısı vətəndaşların problemlərin həlli ilə bağlı göstəriş verdi - FOTO 21 Avqust 2019, 19:46 Küçələrin işıqlandırılması "Azərişıq" ASC-nin səlahiyyətində deyil 21 Avqust 2019, 19:42 Bakıda uşağını zəncirlə bağlayan anaya cinayət işi açıldı - RƏSMİ 21 Avqust 2019, 19:33 Paytaxtda avtoxuliqanlıq edən şəxs məsuliyyətə cəlb olunub     21 Avqust 2019, 19:23