25 İyul 2016, 17:30 | Ana Səhifə - Yazılar - Mutsuzluq
Mutsuzluq

Məhsəti Şərif

 

Bir neçə gündü yeni müzakirə mövzusu açılıb.Türkiyənin bir neçə telekanalındakı ölkədə yaşayan azsaylı xalqlarla bağlı "nə mutlu gürcüyüm, çərkəzim...erməniyim" başlıqlı reklamı ölkəmizdə narazılığa səbəb olub. Mən vətənimin insanlarının həssasiyyətini anlayıram və müəyyən məqamda onlara haqq da verirəm. Azərbaycanın torpaqlarını işğal edib, Xocalıda soyqırım törədib, əsirlərimizə işgəncə verib və s .Bu siyahını uzatmaqla bitməz zatən. Əslində " nə mutlu erməniyəm, gürcüyəm" deməklə türklər özlərinin erməni və ya gürcü olmaqdan mutluluqlarını ifadə etmirlər. Reklamın anlamı azsaylı xalqaların bu ölkədə türk bayrağı altında yaşamaqdan mutlu olduqlarını ifadə etməkdir.

 

Türkiyədə 70 minə yaxın erməni yaşayır və bu ermənilər Türkiyə vətəndaşıdır. Bu reklam uğursuzdur və həssasdır. Kaş ki çəkilirkən bu həssasiyyət nəzərə alınsaydı. Amma əsla Azərbaycana sayqısızlıq deyil. Bunu Türkiyə Azərbaycan səviyyəsinə və münasibətlərinə gətirmək doğru deyil. Bir uğursuz reklam bütün türk xalqının düşüncəsini ifadə edə bilməz. Məsələn, misal çəkirlər bizdə son olaylarla bağlı ANS kimi tarixi bir kanal bağlandı.Mən ANS-in bağlanmasını da doğru saymıram. İnanıram məhz Azərbaycandakı qardaşlarının narahatlığına görə reklam qaldırılacaq. Amma bir yanaşmayla da razı deyiləm. Niyə orda "nə mutlu azeriyim diyene" yazılmayıb deyilməsi də yanlışdır. Bu reklam Türkiyədəki azsaylı xalqlar üçün çəkilib. Bir anlamı azsaylı xalqların ay ulduzlu bayraq altında yaşamaqdan mutlu olmaları digər anlamıda Türkiyədə kürd, çərkəz, ermənilərə ayrımcı yanaşılmadığını göstərməkdi. Azərbaycan müstəqil dövlətdi, öz torpagı var, vətəndaşları heç bir ölkədə azsaylı xalq olaraq tanınmır. Məsələyə yanaşanda bu məqama da diqqət etməliyik. Eyni zamanda, azəri deyə bir millət yoxdu. Biz Azərbaycan türküyük, ya Azərbaycanlıyıq. Necə isəyirsiniz elə qərar verin. Əsla azəri deyilik! Məsələnin başqa bir yanı.Türklər bu reklamla bağlı nə düşünür? Məsələn, dünəndən ətrafımdakı bir çox türk dostum, qohumumla söhbət etmişəm. Onların da bu məsələyə baxışı müxtəlifdir.

 

 

"Bu, sadəcə, bir bir reklamdır, türk xalqının yanaşması deyil", " Türkiyədə azsaylı xalqlar bir bayraq altında qardaşca yaşayır", " ugursuz və yanlış reklamdır", " hər kəsdən dost olur, ermənidən olmaz", "kardeşlerimiz haklı, ermeni olamayız"...Diqqətdən qaçırmayaq ermənilərlə türklərin davası bizdən öncədi, ermənilər və türklərin soyqırım davası var.Bu reklam Azərbaycanda yox, Türkiyədə yayımlandığı üçün türklər daha çox əndişə duymalıdırlar. Çünkü bir türk əsla erməni olmaqdan mutlu olmaz! Bəlkə yanlış anlaşılacaq, amma bu fikrimi də deməliyəm.Bir ucuz və yanlış reklamdan bu qədər narahat olmaga dəyməz, etiraz edərik, haqlı yanımız var, nəzərə alınacağından əminəm. Amma bizim 20 faizdən çox torpagımızı erməni tapdayır və hər gün mutluluq şərbəti içir. Məncə, biz düşüncəsiz başdan çıxan bir reklamla özümüzü bu qədər yormayaq, Türkiyə daha böyük məsələlərdə Azərbaycanın yanında olur.

 

Biz hər gün "nə mutsuzum, bədbəxtəm Qarabağsızam" deyək. Reklam bunun yanında dənizdə damladır. Sabah efirdən qaldırılacaq və unudulacaq! Amm iki qardaş ölkənin münasibətlərinə xələl gətirəcək ifadələr işlətməyək! Nə qədər reklam olursa olsun Mustafa Kamal Atatürk bir dəfə deyib " nə mutluyum Türküm deyənə!", milli liderimiz Heydər Əiyev də "mən fəxr edirəm ki, Azərbaycanlıyam" deyib. Sadəcə, Azərbaycanlı olmağımızla fəxr etdiyimizi ifadə edək yetər!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Cozep Borrelldən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat 14 May 2021, 22:41 Quterreş İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırdı 14 May 2021, 22:29 Rusiyaya dost olmayan dövlətlərin siyahısı təsdiqləndi 14 May 2021, 22:15 Azərbaycan çempionu son turda bilinəcək 14 May 2021, 22:02 Ukraynada hökumət böhranı - iki nazir istefa verdi 14 May 2021, 21:48 "Facebook" və "İnstagram"ın işində problem yarandı 14 May 2021, 21:35 “Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı 14 May 2021, 21:23 Masallıda ər keçmiş arvadını bıçaqladı 14 May 2021, 21:08 ÜST-dən koronavirusla bağlı təhlükəli XƏBƏRDARLIQ 14 May 2021, 20:54 Erməni əsgərin asılmış meyiti tapıldı 14 May 2021, 20:40 “İyunda məhdudiyyətləri ciddi şəkildə yumşaltmağı planlaşdırırıq” - Ərdoğan 14 May 2021, 20:28 Mehriban Əliyeva Qarabağdan növbəti paylaşım etdi - VİDEO 14 May 2021, 20:14 Şentop Sahibə Qafarovaya zəng etdi 14 May 2021, 20:05 Apreldə bahalaşan və ucuzlaşan MƏHSULLAR 14 May 2021, 18:31 Şuşada keçirilən "Xarıbülbül" festivalı heç vaxt yaddaşlardan silinməyəcək 14 May 2021, 17:52 Bakıda restoranda partlayış: 4 nəfər yaralandı 14 May 2021, 17:30 Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb 14 May 2021, 17:14 Ceyhun Bayramov avropalı diplomatla sərhəddəki gərginliyi müzakirə etdi 14 May 2021, 16:57 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI 14 May 2021, 16:49 Daha 326 nəfər koronavirusa yoluxdu: 12 nəfər vəfat etdi 14 May 2021, 16:36 “Düşmən Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaq” - Deputat 14 May 2021, 16:23 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı                                         14 May 2021, 16:07 Azərbaycan övladlığa verilən uşaqların sayı açıqlandı 14 May 2021, 15:55 Dost ölkə prezidentindən İlham Əliyevə ZƏNG 14 May 2021, 15:43 AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır 14 May 2021, 15:30 Yasamalda 26 yaşlı gəncin ölümü ilə bağlı cinayət işi AÇILDI 14 May 2021, 15:22 Türkiyənin COVID-19-a qarşı vaksini bu tarixdə HAZIR OLACAQ 14 May 2021, 15:06 Məsciddə partlayış: 12 ölü, 20 yaralı 14 May 2021, 14:48 “Paşinyan Azərbaycanla sərhəd mübahisəsinə görə Putindən....” - Kremldən AÇIQLAMA 14 May 2021, 14:26 Xalq artisti illər sonra Şuşadan paylaşım etdi 14 May 2021, 14:11 Tramp mitinqə hazırlaşır 14 May 2021, 14:09 İranda daha 202 nəfər koronavirusdan ölüb 14 May 2021, 13:56 Pikassonun şah əsəri 103,4 milyon dollara satıldı 14 May 2021, 13:51 Zabrat şossesində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb 14 May 2021, 13:33 İş adamı teleşouya qatıldı – 20 milyard dollar İTİRDİ 14 May 2021, 13:27