Modern.az

Borcu olan 3156 abunəçinin qaz təminatı dayandırıldı

Borcu olan 3156 abunəçinin qaz təminatı dayandırıldı

5 Oktyabr 2009, 20:04

Xəbər verildiyi kimi, sentyabr ayının 24-də ARDNŞ-nin “Azəriqaz” İB Bakı şəhər Qaz İstismar İdarəsi istifadə edilən təbii qazın dəyərinin 30 sentyabr 2009-cu il tarixinə qədər ödənilməsi barədə abynəçilərə xəbərdarlıq etmişdi. Xəbərdarlığın müddəti başa çatsa da, bəzi abunəçilər qazpulu borcunu ödəməyiblər.
Modern.az ARDNŞ-nin mətbuat xidmətinə istinadən xəbər veriri ki, bu günə qədər Bakı şəhərinin 11 rayonu üzrə təbii qaza görə borcu olan 3156 abonentin qaz təminatı dayandırılıb. Bu abonentlərin sayı Binəqədi rayonu üzrə 857, Suraxanı rayonu üzrə 610, Əzizbəyov rayonu üzrə 482, Qaradağ rayonu üzrə 296, Nəsimi rayonu üzrə 166, Sabunçu rayonu üzrə 160, Yasamal rayonu üzrə 158, Səbail rayonu üzrə 124, Xətai rayonu üzrə 122, Nizami rayonu üzrə 117, Nərimanov rayonu üzrə 64 nəfər təşkil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi