26İyul | Ana Səhifə - Yazılar - Müqəvva
Müqəvva

Hidayət ELVÜSAL  

 

Bu vəzifə hər bir adamın boynuna biçilmir. Onu axtarırlar, seçirlər, bəyənirlər və birdən hopp götürüb qoyurlar bir vəzifəyə. Deyirlər ki, otur burda, tərpənmə. Nə desələr onu yerinə yetirir. Misal üçün, kağızlara qol çək, iclaslara get, xaricdən, ordan-burdan gələn qonaqları qarşıla. Aylığın da filan qədər. Beləliklə, bəzi-bəzi yerlərdə, vəzifə başında, stol arxasında, katibədən bir qədər aralıda müqəvvalar əyləşir. Rusca onlara deyirlər: «podstavnoye litso».

 

Müqəvvalar səliqə ilə geyinirlər, ətirlənirlər, ütülənirlər, gülümsəyirlər və dişlərini ağartmaqla məşğul olurlar. Orda-burda baş verənlərdən xəbər tutmurlar. Çünki müqəvvadırlar. Müqəvva tərpənmir, eşitmir, dinmir, danışmır, ölüdür. Ölü olmasına görə hər ay haqq alır. Dirilsə öldürərlər. Səbəbi də olar ki, maşın vurub, lükə düşüb, zəhərlənib, soyuqlayıb… Bir sözlə, indiyə kimi onların quduranını, yolunu azanını, sirri açanını necə eləyiblər, elə.

 

Vallahi adamlar var ki, orda-burda beş-altı müqəvva otuzdurub. Məsələn, restoranda, benzindoldurma stansiyasında, mehmanxanada, araq-çaxır sexində, bir sözlə, harda pul var, orda. Əvvəllər belə sahibkarlara deyirdilər «sexovşik», yəni gizli iqtisadiyyat yiyəsi. İndi isə «milli burjuaziya». Beynəlxalq ölçülərə salsaq, «mafioz». Bunlar imkanlı, qorxulu tiplərdir, mütləq hakimlərdir, arxaları çox-çox yuxarılara bağlıdır.

 

Müqəvvalar bu mafiozların kölgələridir, kölələridir. Onların başqa gədələri də var - pulaparan, malgətirən, şilləvuran, şantaj edən və s. Bəzi vəzifə sahiblərinin xərcini çəkib üzüyuxarı itələyənlər də onlardır.

 

Müqəvvalar qəfil bəlaların qurbanları olurlar. Həmin o mafiozlar qalır kənarda, cüzi  payın çatısını boğazına keçirən bu müqəvvaları sürüyürlər məlum yerlərə. Əgər mafiyanın  gücü çatsa, yuxarıların ürəyi olsa, onları təzədən alıb qoyurlar özgə yerə. Yoox əgər fikir, məqsəd ayrı cür olsa göz eləyirlər ki, «infarktdan ölüb». Və müqəvvaların bəziləri ömrünü dəmir barmaqlıq arxasında tapşırırlar mafiozlara.

 

Müqəvvalar bu minvalla yaşayırlar, ölürlər, öldürürlər, amma tərpənmirlər, dinib danışmırlar. Bilirlər ki, onları ittiham edən əslində müstəntiq yox, elə o mafiozların özləridir. O yan-bu yan eləsə onsuz da o söz.

 

Hə… sözümüz o deyil ki, müqəvva belə gəldi, belə getdi, elə mayallaq aşdı. Sözümüz ondadır ki, hər vəzifə başında, stol arxasında gördüyümüz adam «orijinal» deyil, saxta surətdir – müqəvvadır. Onun vəzifəsi, işi-gücü sizin üzünüzə  gülümsəməkdir, qolunuza girib, «tez-tez gəlin» deyib  qapıya qədər yola salmaqdır.

 

Ayy sağ olun! Yadınıza düşdü onlar kimlərdir, harda, hansı vəzifəni  ifa eləyirlər?  Arxalarında dayanan klanları, mafiozları da tanımaq istəyirsiniz? Ağ eləməyin! Zilə çıxmayın! Bu zəncir çox uzundur. Biz balaca adamlarıq, nə karəyik ki, zəncirin bütün həlqələrini görə bilək.

 

O həlqələrini ki, keçib boğazımıza, nəfəsimizi kəsir…

MÜƏLLİFİN DİGƏR YAZILARI
Birinci vitse-prezidentdən PAYLAŞIM: “Ermənilərin qəddarlığının həddi yoxdur” 28 Oktyabr 2020, 19:15 Şəhər və rayonlarımıza atəş açan düşmən məhv edildi - VİDEO 28 Oktyabr 2020, 19:07 Qəlbimizin çırpıntısı – Qarabağ 28 Oktyabr 2020, 19:04 Ədliyyə Nazirliyi nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb 28 Oktyabr 2020, 19:00 Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini ilə danışdı 28 Oktyabr 2020, 18:48 Ermənistan rəhbərliyi vicdanını itirmiş şəkildə hərəkət edir - Türkiyə XİN 28 Oktyabr 2020, 18:41 Bərdə qətliamının qurbanları – ADLAR 28 Oktyabr 2020, 18:36 Uşaq Evinə əvvəlcədən xəbərdarlıq etmədən baş çəkilib 28 Oktyabr 2020, 18:17 Dövlət Komitəsindən Azərbaycan diasporuna və dost xalqlara MÜRACİƏT 28 Oktyabr 2020, 18:10 Ön cəbhə ilə əlaqəsini kəsməyən Qusar - FOTO 28 Oktyabr 2020, 18:03 Türkiyə XİN-dən həmsədrlərə çağırış - Ermənistana reaksiya verin 28 Oktyabr 2020, 18:00 Dolların məzənnəsi sabit qaldı 28 Oktyabr 2020, 17:54 Azərbaycan Ordusu irəliləyir - VİDEO 28 Oktyabr 2020, 17:50 Pakistanın Azərbaycandakı səfiri Bərdə terrorundan YAZDI 28 Oktyabr 2020, 17:44 Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu - FOTO 28 Oktyabr 2020, 17:38 Ermənistan mülki insanları qətlə yetirməyə davam edir - Türkiyə Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 17:33 XİN Bərdənin vurulması ilə bağlı bəyanat yaydı 28 Oktyabr 2020, 17:30 “Ali Baş Komandanımızdan sülh istəyənlər Bərdədəki səhnəni görməlidirlər” - Zahid Oruc 28 Oktyabr 2020, 17:24 Azərbaycan 80 yaşlı erməniləri qoruyur, Ermənistan onlardan imtina edir 28 Oktyabr 2020, 17:18 Həftə sonları 8 şəhər və 13 rayonda ictimai nəqliyyat işləməyəcək - RƏSMİ 28 Oktyabr 2020, 17:12 Fransada türklər və ermənilər arasında DAVA 28 Oktyabr 2020, 17:06 Daha 1 şəhərə və 2 rayona giriş-çıxış BAĞLANIR 28 Oktyabr 2020, 17:00 Azərbaycanda xüsusi karantin rejimi dekabrın 1-dək UZADILDI 28 Oktyabr 2020, 16:55 Bərdədə 26 nəfər ölüb - Baş Prokurorluq 28 Oktyabr 2020, 16:49 “Qarabağda qırmızı xətt keçilsə, atamın oğlu da olsa, gözünə baxmaram” - Ərdoğan 28 Oktyabr 2020, 16:43 Astarada evi tərk edən koronavirus xəstəsi saxlanıldı 28 Oktyabr 2020, 16:37 Prezident daha 13 kəndin işğaldan azad olunduğunu xəbər verdi - SİYAHİ 28 Oktyabr 2020, 16:32 Ermənistanda vətəndaşların əmlakı ordu üçün müsadirə olunacaq 28 Oktyabr 2020, 16:27 Prezidentdən XƏBƏRDARLIQ - Bərdə sakinlərinin qisası yerdə qalmayacaq 28 Oktyabr 2020, 16:22 Azərbaycanda koronavirus: 988 yeni yoluxma, 11 ölüm 28 Oktyabr 2020, 16:20 Ermənistan Tərtəri Qrad-dan atəşə tutur - YENİLƏNİB  28 Oktyabr 2020, 16:20 Daxili Qoşunların hərbi qulluqçuları təcili Bərdəyə ezam olunublar 28 Oktyabr 2020, 16:17 Bərdədə həlak olanlardan biri FHN-in əməkdaşıdır 28 Oktyabr 2020, 16:14 Baş Prokurorluq: Bərdədə ölənlərin sayı 21-ə yüksəldi - YENİLƏNİB 28 Oktyabr 2020, 16:10 "Prezidentimiz dünya miqyasında Azərbaycanın informasiya savaşının da şəksiz sərkərdəsidir"   28 Oktyabr 2020, 16:08