26 İyul 2016, 13:08 | Ana Səhifə - Yazılar - Müqəvva
Müqəvva

Hidayət ELVÜSAL  

 

Bu vəzifə hər bir adamın boynuna biçilmir. Onu axtarırlar, seçirlər, bəyənirlər və birdən hopp götürüb qoyurlar bir vəzifəyə. Deyirlər ki, otur burda, tərpənmə. Nə desələr onu yerinə yetirir. Misal üçün, kağızlara qol çək, iclaslara get, xaricdən, ordan-burdan gələn qonaqları qarşıla. Aylığın da filan qədər. Beləliklə, bəzi-bəzi yerlərdə, vəzifə başında, stol arxasında, katibədən bir qədər aralıda müqəvvalar əyləşir. Rusca onlara deyirlər: «podstavnoye litso».

 

Müqəvvalar səliqə ilə geyinirlər, ətirlənirlər, ütülənirlər, gülümsəyirlər və dişlərini ağartmaqla məşğul olurlar. Orda-burda baş verənlərdən xəbər tutmurlar. Çünki müqəvvadırlar. Müqəvva tərpənmir, eşitmir, dinmir, danışmır, ölüdür. Ölü olmasına görə hər ay haqq alır. Dirilsə öldürərlər. Səbəbi də olar ki, maşın vurub, lükə düşüb, zəhərlənib, soyuqlayıb… Bir sözlə, indiyə kimi onların quduranını, yolunu azanını, sirri açanını necə eləyiblər, elə.

 

Vallahi adamlar var ki, orda-burda beş-altı müqəvva otuzdurub. Məsələn, restoranda, benzindoldurma stansiyasında, mehmanxanada, araq-çaxır sexində, bir sözlə, harda pul var, orda. Əvvəllər belə sahibkarlara deyirdilər «sexovşik», yəni gizli iqtisadiyyat yiyəsi. İndi isə «milli burjuaziya». Beynəlxalq ölçülərə salsaq, «mafioz». Bunlar imkanlı, qorxulu tiplərdir, mütləq hakimlərdir, arxaları çox-çox yuxarılara bağlıdır.

 

Müqəvvalar bu mafiozların kölgələridir, kölələridir. Onların başqa gədələri də var - pulaparan, malgətirən, şilləvuran, şantaj edən və s. Bəzi vəzifə sahiblərinin xərcini çəkib üzüyuxarı itələyənlər də onlardır.

 

Müqəvvalar qəfil bəlaların qurbanları olurlar. Həmin o mafiozlar qalır kənarda, cüzi  payın çatısını boğazına keçirən bu müqəvvaları sürüyürlər məlum yerlərə. Əgər mafiyanın  gücü çatsa, yuxarıların ürəyi olsa, onları təzədən alıb qoyurlar özgə yerə. Yoox əgər fikir, məqsəd ayrı cür olsa göz eləyirlər ki, «infarktdan ölüb». Və müqəvvaların bəziləri ömrünü dəmir barmaqlıq arxasında tapşırırlar mafiozlara.

 

Müqəvvalar bu minvalla yaşayırlar, ölürlər, öldürürlər, amma tərpənmirlər, dinib danışmırlar. Bilirlər ki, onları ittiham edən əslində müstəntiq yox, elə o mafiozların özləridir. O yan-bu yan eləsə onsuz da o söz.

 

Hə… sözümüz o deyil ki, müqəvva belə gəldi, belə getdi, elə mayallaq aşdı. Sözümüz ondadır ki, hər vəzifə başında, stol arxasında gördüyümüz adam «orijinal» deyil, saxta surətdir – müqəvvadır. Onun vəzifəsi, işi-gücü sizin üzünüzə  gülümsəməkdir, qolunuza girib, «tez-tez gəlin» deyib  qapıya qədər yola salmaqdır.

 

Ayy sağ olun! Yadınıza düşdü onlar kimlərdir, harda, hansı vəzifəni  ifa eləyirlər?  Arxalarında dayanan klanları, mafiozları da tanımaq istəyirsiniz? Ağ eləməyin! Zilə çıxmayın! Bu zəncir çox uzundur. Biz balaca adamlarıq, nə karəyik ki, zəncirin bütün həlqələrini görə bilək.

 

O həlqələrini ki, keçib boğazımıza, nəfəsimizi kəsir…

MÜƏLLİFİN DİGƏR YAZILARI
Mahmud Əhmədinejad yenidən İran prezidenti olmaq istəyir 12 May 2021, 13:02 Naxçıvan, İrəvan, Ottava, Paris, Moskva, Ankara, Bakı, Şuşa - Hər şəhərin öz sözü, hər sözün öz şəhəri... 12 May 2021, 12:42 Azərbaycanlı hakim Tokio Olimpiadasında hakimlik edəcək 12 May 2021, 12:27 Əli Əsədov Rusiya baş nazirinə başsağlığı verib 12 May 2021, 12:06 Bu il 44,3 min şəxsə sosial ödənişlər təyin olunub 12 May 2021, 12:03 Sabahın hava PROQNOZU 12 May 2021, 11:47 Avropadakı soydaşlarımız Heydər Əliyevə videoçarx həsr ediblər 12 May 2021, 11:43 Prezident “Xarıbülbül” festivalına gedir - Mehriban Əliyeva Şuşa səfərindən paylaşım etdi - VİDEO 12 May 2021, 11:23 İsrail, yoxsa Fələstin: hansı mövqedə olmalıyıq?.. 12 May 2021, 11:12 Rusiyadan “Laçın dəhlizi” ilə bağlı AÇIQLAMA 12 May 2021, 11:00 İcra başçısı Şəhid ailələri və ağsaqqaları dinlədi 12 May 2021, 10:33 Şuşada Ramazan bayramının namazı canlı YAYIMLANACAQ 12 May 2021, 10:31 Mağazadan qızıl oğurlayan əmioğlular saxlanılıb 12 May 2021, 10:28 Dünyanın ən yaşlı aktyoru vəfat edib 12 May 2021, 10:22 Heydər Əliyev prospektində yol qəzası... 12 May 2021, 09:49 Azad olunmuş ərazilərə keçmək istəyən 9 nəfər saxlanıldı 12 May 2021, 09:47 Bu gün Şuşada “Xarı bülbül” festivalı BAŞLAYIR 12 May 2021, 09:28 Tanınmış ictimai xadimlər və jurnalistlər Şuşaya GETDİLƏR 12 May 2021, 09:21 Amerikalı hüquqşünas hay kilsəsinin həyasızlığı barədə… 12 May 2021, 08:58 Arif Quliyevin o dünyadakı QONŞULARI: “Qurd qapısı”nda torpağa qarışan MƏŞHURLAR... 12 May 2021, 08:33 Qazax Müəllimlər Seminariyası bərpa edilib 12 May 2021, 08:30 Kəlmeyi-şəhadətini dostları ilə birgə oxuyan Əməkdar artist - Azər Mirzəyevin SON GÜNÜ 12 May 2021, 08:26 İsrail “Həmas” hərbi kəşfiyyatının rəhbərlərini məhv edib 12 May 2021, 08:18 Tatarıstanda matəm elan edildi 12 May 2021, 08:03 İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı 12 May 2021, 07:54 Azərbaycanlı rəssam Türkiyədə koronavirusdan vəfat edib 12 May 2021, 04:30 BMT Təhlükəsizlik Şurası təcili TOPLAŞIR 12 May 2021, 02:41 Bakıda piyadanı maşın vurub öldürdü 12 May 2021, 02:32 "Onlar bunu öz həyatları ilə ödəyəcəklər" - Netanyahudan hədə 12 May 2021, 02:25 "Barselona" səfərdə vacib xal itirdi 12 May 2021, 02:08 “Formula 1”in Türkiyə mərhələsi ləğv olundu 12 May 2021, 01:00 İsrailin Qəzzaya hava zərbələri nəticəsində 10 uşaq öldü 12 May 2021, 00:53 Tel-Əvivdəki hava limanı raket zərbələrinə görə uçuşları dayandırır 12 May 2021, 00:44 Türkiyədə bu tarixdən mərhələli yumşalma planlaşdırılır 12 May 2021, 00:35 Bakıda I qrup əlil bıçaqlandı 12 May 2021, 00:19