27İyul | Ana Səhifə - Yazılar - Parıltılı təhsilin ruhundakı saxtalıq
Parıltılı təhsilin ruhundakı saxtalıq

Vəfa Allahverdiyeva

 

Builki tələbə qəbulunda 700 bal toplayan məzunların əksərinin təhsil aldığı məktəblərin adı məhşur lisey, eləcə də  qeyri-lisey təyinatlı təhsil  ocaqlarının siyahısında yer almadığına görə, yaxşı şagirdin sanballı tədris müəssisələrindən və şəhər mühitindən  çıxması fikri alt-üst olur.

Çünki ən aparıcı, qapısını arxasız döymək qeyri-mümkün olan məktəblər yaxşı təhsil şöhrəti ilə məntiqi baxımdan ictimai rəyə 3 yox, 5 yox, onlarla 700, ya da bir qədər aşağı ballı nəticələr təqdim etməli olduğu halda, bu sarıdan liderlik şansını itirirlər. 

Bu, o həqiqətin isbatıdır ki, oxumaq sevgisi və sözün həqiqi mənasında diplomlu adam olmaq iddiası ilə yaşayan yeniyetmə ucqar bir kənd məktəbində də proqramı mənimsəyə bilər və elə bu cəhətdən ilin-günün çətin vaxtında ailələrin göydə gedən təhsil axtarışı ilə sosial imkanlara qeyri-adekvat şəkildə uşaqları onlarca kilometr kənara daşıması əbəs çabadır. Çünki imtahanda mükəmməl sonucu müəllim, üstəgəl ciddi və intizamlı ailə institutu ilə  içində bilik həvəsi olan uşaqlar birgə yaradır.

Fikir versək, 700 bal toplayan uşaqların uğur formulu televizorsuz, telefonsuz, sosial şəbəkələrsiz həyat şəraitidir ki, bu, yeniyetmənin fərdi iradəsi ilə paralel  ailənin təhsilə ciddiyyəti və diktator metodları ilə inşa olunur.

Parıltılı təhsil bəzən aldadıcı xarakter daşıyır.  Ən böyük parıltı, ən böyük səviyyə  təhsil eşqli gəncin özüdür. 700 ballıq nəticədə altı çizilməli xətt budur.  

...      ...    ...

Dünyanın bir çox yerlərində fərqli imici, zahiri parıltısı ilə gözqamaşdıran fətullahçı təhsil ocaqları maskası düşmüş “məxluq”un aqibətini yaşayır.

1980-cı illərdən bəri müsəlman ölkələrinin darvazalarını təhsil mələyi obrazında acan Gülən məktəbləri siyasi  şeytan olaraq bu darvazalardan çıxmağa başlayır.

Uğurlu təhsil mifi dağılır və bu sistemdən, əsl sirlərindən xəbərsiz, yalnızca  keyfiyyətinə görə məmnun qalan böyük sayda insanın hazırkı əndişəsini anlamaq çətin deyil. 

Bu əndişə iki aspektdən mövcuddur:

Birincisi, məsələn, Ali Neft Məktəbinin idarəçiliyinə təhkim edilən Qafqaz Universitetinin öz  səviyyəsini saxlayıb-saxlamayacağı soruları beyinləri məşğul edir.

Halbuki rahatladan bir təsəlli var: Azərbaycanın ən pis təhsili gözəllik pərdəsi arxasında gizlənib ruhunda cinayət gəzdirən tərifli təhsildən min dəfə yaxşı olmalıdır.

İkincisi, bu təhsil müəssisələrində yetişən nəslin gerçəkdən kimliyi-potensial cinayətkar, vətən xaini, yoxsa müdrik ağıl, səviyyəli baş olması ziddiyyətləri valideynləri dərin düşüncələrə sövq edir. 

Oxşar tərəddüdlər yəqin ki, bu məktəbləri bağlayan Somali, Pakistan, Türkiyə və digər ölkələrin təhsilsevər ictimaiyyətində də yaşanır.

40 ildə Türkiyənin siyasi, ictimai, hüquqi, iqtisadi, elmi, mətbu sahələrini zəbt etmiş fətullahçı təfəkkür sahiblərinin kürünüb çölə atılan statistikası fantastik bir rəqəm təşkil edir. Bir ölkənin bütün srtukturlarına bu qədər insanın xain qiyafəsində yerləşməsi ağıl alan  bir məsələ deyil.

Uğurlu təhsil bu projenin  görünən tərəfi idi. İndi tam çılpaqlığı ilə aydın olur ki, yaxşı gənclik yetişdirmək məqsədin sonuncusu olub, öndə gələn maraq siyasi hədəflər üzərinə mükəmməl təhsillə yürüş etmək, elmlə silahlandırılan nəsli dövlət orqanları içərisində yerləşdirmək, lazımı zamanda savadlı “ictimai ordu”dan dövlət əleyhinə yararlanmaqdır.

2-3 il bundan öncə Türkiyədəki “Gəzi hadisələri”nin paralelliyində Azərbaycanda Fətullah Gülən məktəbləri haqqında pis bir kəlmə işlətmək asan deyildi. O qədər müdafiəçilər var idi ki, adamın öz fərqli düşüncələrinə şübhəsi yaranırdı. Uğurlu təhsil modeli ortaya qoyanların əl-ayağı öpülürdü.

Türkiyədəki hadisələrin hazırkı dalğasından sonra övladları Gülən məktəblərində təhsil alan, almış olan ictimai personaların müdafiə səsi kəsilib. Özünü emosional qabağa atıb Gülənin təhsil siyasətinə tərif söyləyənlər yoxdur.  Bəlkə də etirazın, müqavimətin yerinə elə bir hiss keçib ki...

Yəni, bu parıltılı, amma qaranlıq ideolojisi olan  məktəblərdən kecib gələn övladlar artıq öz ailələrində qorxunun və min cür şübhənin mənbəyi kimi çıxış edir. Baxmayaraq ki, Azərbaycan analoji durumu yaşamır. Burada həmin təhsildən keçən təbəqənin dövlət çevrilişinə hazırlıq ssenarilərində adı hallanmır. Amma şübhə yoxdur ki, “mükəmməl təhsil” modelinin hər coğrafiya üçün məqsədi eyni, zamanı müxtəlifdir. 

Bu məktəblər yeganə təhsil ocağı idi ki, onların məzunları çöldə qalmır, iş yerləri ilə təmin edilirdi. Zənnimizcə, bu məqama xüsusi diqqət vermək lazımdır. Fakt ondan ibarətdir ki,  bizim nazirlərimiz də gənc kadrları bu məktəblərdən seçib, dövlət işinə cəlb edirdilər. Qaranlıq məsələləri bilərəkdən-bilməyərəkdən.  

Gülən məktəblərinin reytinqinin azalması, tədricən ifşa olunması Azərbaycanda alternativ uğurlu, heç bir qaranlıq daşımayan  təhsilin inkişafına yaxşı bir yol açır. “Kaspi” təhsil müəssisələri keyfiyyətinə güvənə bilinən bir imic qazanır. Üstəlik, pulu Amerika bulağından gəlmir. Maliyyəsi də özümüzünkü, sahibi də,  ideolojisi də...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Psixiatriya xəstəxanasının pasienti 4 nəfəri öldürdü 18 Avqust 2019, 23:02 Almaniyada insanlara bıçaqla hücum: 2 ölü 18 Avqust 2019, 22:43 “Səbail”  “Zirə”ni məğlub etdi 18 Avqust 2019, 22:17 İsgəndər Həmidovun məhkəməsində çıxış əvəzi LƏTİFƏ  18 Avqust 2019, 22:03 Azərbaycan güləşçisi erməniyə qalib gəldi 18 Avqust 2019, 21:38 Futbolda qanlı olay: 3 nəfər öldü 18 Avqust 2019, 21:19 Türkiyədə terrorda şübhəli bilinən 10 nəfər saxlanıldı 18 Avqust 2019, 21:01 "Düşmənin fəaliyyəti müxtəlif kalibrli silahların nişangahı altındadır" - Müdafiə Nazirliyi 18 Avqust 2019, 20:44 Xarici İşlər Nazirliyindən Sudana təbrik 18 Avqust 2019, 20:30 Vilayət Eyvazov iki rayona rəis təyin etdi 18 Avqust 2019, 20:17 Yanğın 15 min evi külə döndərdi: 50 min insan küçələrdə qaldı - VİDEO 18 Avqust 2019, 20:01 Bakıda intiharın qarşısı alındı 18 Avqust 2019, 18:02 Qənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıb    18 Avqust 2019, 17:30 DİM dövlət qulluğuna qəbul imtahanının nəticələrini açıqladı 18 Avqust 2019, 17:23 Ordumuz düşməni nişangah altında saxlayır - Müdafiə Nazirliyi 18 Avqust 2019, 17:08 “İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi” - Sabiq nazirin vəkili DANIŞDI 18 Avqust 2019, 16:28 Mehriban Əliyevadan şəhidlərə böyük ehtiram - FOTOLAR 18 Avqust 2019, 15:58 Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb - SƏBƏBLƏR 18 Avqust 2019, 14:56 “Linfild”-“Qarabağ” oyununun hakimləri bəlli oldu 18 Avqust 2019, 14:32 Şeyxülislamın 40 ildə imza atdığı İLKLƏR - Qorbaçovu rüsvay edib, vəhdət namazı qıldırıb, imam üçün qan verib... 18 Avqust 2019, 14:03 Şair Oqtay Rza vəfat etdi 18 Avqust 2019, 13:38 Oğlunu, arvadını və qayınanasını yandıran şəxs tutuldu – RƏSMİ 18 Avqust 2019, 13:30 Şəmkirdəki yanğının TƏFƏRRÜATI – Ata evə od vurdu, oğlu öldü, arvadı yandı... 18 Avqust 2019, 12:57 Sabah 39 dərəcəyə qədər isti olacaq - PROQNOZ 18 Avqust 2019, 12:31 Tanınmış jurnalist nazirə müraciət etdi: “Torqovı” biabırçılıqdı... 18 Avqust 2019, 12:16 İslam təslimiyyət kimi - Ağalar Qutun YAZISI 18 Avqust 2019, 11:57 Bakıda 66 yaşlı qadın ölümdən xilas edildi 18 Avqust 2019, 11:30 Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olub 18 Avqust 2019, 11:20 Bir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTO 18 Avqust 2019, 11:01 Bakıda ağırçəkili sakini 8-ci mərtəbədən kranla düşürdülər 18 Avqust 2019, 10:58 Şəmkirdə dəhşətli YANĞIN: körpə öldü, ana və nənə xəsarət aldı - YENİLƏNİB 18 Avqust 2019, 10:55 Toyda partlayış – ölü sayı 60-ı ötdü 18 Avqust 2019, 10:02 Neftaçalada 24 yaşlı oğlan özünü asdı 18 Avqust 2019, 09:58 Ermənistan atəşkəsi 21 dəfə pozdu 18 Avqust 2019, 09:41 Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir 18 Avqust 2019, 09:39