2 Avqust 2016, 10:01 | Ana Səhifə - Yazılar - Tulaya olmasa da Kislovodska “samovar” aparmalısan...
Tulaya olmasa da Kislovodska “samovar” aparmalısan...

 Akif Cabbarlı

 

“Olur , olur, belə işlər də olur” silsiləsindən

 

Yaşlı və orta nəslin nümayəndələri - Sovetlər birliyi dövrünün oğlanları- yəqin ki, o illərdə həmkarlar ittifaqı xətti ilə, eləcə də sərbəst şəkildə, öz hesablarına Moskvada, Riqada, Ukrayna və Moldovada, Şimali Qafqazda, Uralda, Baykal ətrafında və digər gəzməli-görməli yerlərdə necə istirahət etdiklərini, gözəl və üzüyola sarısaçlılarla unudulmaz günlər keçirdiklərini çox güman ki, hələ də unutmayıblar və həmin görüşləri nostalji hisslərlə xatırlayır, nə vaxtsa təkrarlanacağı ümidi ilə yaşayırlar. Amma bir məsəl də var ki,axar sudan yalnız bircə dəfə keçmək olur. Və bu kişilərin vaxtı ilə yazdığı tarixi indi onların uşaqları təkrarlayır – özü də tamam başqa üslubda,  yeni forma və metodlarla.

 

Sözümün canı başqadır. O illərin ab-havasını yaşayanlar yəqin ki, “Tulaya samovarla getməzlər” qanadlı ifadəsini yaddan çıxartmayıblar. Xatırladaq ki, Rusiya Federasiyasının Tula şəhəri lap qədimlərdən silah-sursat və samovar istehsalı ilə məşhur olub. Tulaya gedən müsafirlərin özləri ilə bu uzaq yerə əziyyət çəkib somavar aparması təbii ki, absurd saylırdı və heç vaxt müşahidəçilər belə bir fakt qeydə almamışdılar. Bu cümlənin analoji yozumu da belə idi ki, özünə güvənən imkanlı və hörmətli kişilər çox vaxt kurorta doğmaca,halal-hümbət arvadları ilə getməzdilər. Tulaya yollanan kəsin samovara ehtiyacı olmadığı kimi, istirahətə, müalicə adı ilə ... ovuna gedən soydaşlarımız xanımlarının və övladlarının könülsüz razılığı ilə kurort şəhərlərinə uçan təyyarəyə yalnız bircə bilet alardılar. Bir illik ağır və əzablı əməyin qarşılığında canındakı yorğunluğu, stressi çıxarmaq niyyətinin qarşısına isə vəfalı və evdar xanımlar heç vaxt sipər çəkməzdilər. Mental xüsusiyyətlər, şərqli xarakteri abır-həyalı, ismətli qadınlara heç vaxt bu fikrə düşməyə imkan verməzdi.

Yaxından tanıdığım və bu günədək hörmət bəslədiyim həmkarlarımdan biri hər yay kurorta “somavar”sız gedirdi. Amma səfərlərinin birində başına gələn bir əhvalat “samovarsız” keçirdiyi günlərin ləzzətini burnundan elə gətirib ki, sözlə deyiləsi deyil.

- Ötən yay, işdən təkadamlıq göndəriş alıb yollandım Kislovodska. “Moskva” sanatoriyasında məni gülərüzlə qarşıladılar – dostumrastlaşdığı əhvalatı bu cür nağıl edir - axşamı özümü verdim rəqs salonuna. Elə təzəcə girmişdim ki, sarı saçları çiyninə tökülmüş bir alagöz xanım mənə yaxınlaşıb rəqsə dəvət elədi. Fürsət idi, gecəni tək keçirəsi deyildim ki... Doyunca oynadıq, ləzginkadan (ləzgihəngi - A.C) tutmuş çastuşkaya qədər müxtəlif ritmli rəqslərin dadını çıxardıq. Sonra sanatoriyanın yarımqaranlıq barında bir ləzzətli “ujin”  elədik, adama yüz əlli-iki yüz qram araq da gillətdik. Xanımın özünü ağırtaxtalı aparması çox xoşuma gəldi. Özümdə güc tapıb onu nömrəmə dəvət elədim. Naz-qəmzə ilə də olsa razılıq verdi. Nə isə...

 

Səhəri gün adəti üzrə sübh tezdən oyandım. Daha doğrusu, hamamdan eşidilən suyun səsinə gözlərimi açdım. Idman paltarını əynimə keçrib yüngülcə gimnastika eləyirdim ki, hamamın qapısı açıldı və içəridən yaşlı bir qadın – lap qarıya oxşayırdı – çıxdı. Axşam mənimlə gələn xanıma heç cür bənzəmirdi. Fikirkləşdim ki, xanım yəqin mən yuxuda olarkən  öz otagına qayıdıb, bu isə xidmətçidir, səhər-səhər məni oyatmağa qıymayıb, özündəki açarla otağı açıb, yır-yığış edib, hamamı qaydaya salıb. Bu münasibətlə ona minnətdarlıq üçün ağzımı açmaq istəyirdim ki qarı üstümə şığıyıb, “Tolik, dobroye utro, moy milıy” – deyib o üzümdən-buüzümdən kompres əvəzi öpüşlər götürdü. Dərhal səsindən anladım ki,  bu, axşam görüşdüyüm və bütün gecəni birgə keçirdiyim Svetlana Mixaylovnadır ki, durub. Birtəhər özümü ələ alıb arvadın üzünə diqqət elədim. Qırış-qırış sifəti, gözlərinin altındakı  qapqara torbacıqlar, iri qulaqlar, bomboz, at dodağını xatırladan dodaqlar ürəyimi bulandırdı. Axşamkı bəzəkli, pudralı-kraskalı xanımın yerində əcaib,monstrı xatırladan bir varlıq dayanmışdı. Bəli-bəli, hamamda yuyunub çıxmışdı, mənimlə rastlaşmasaydı beş-on dəqiqəyə özünə əl gəzdirib yenə makiyajlı maniken obrazına girəcəkdi bu üzdəniraq Sveta. İmkan vermədim, qapını açdım bir təhət dilə tutub otağına yola saldım. Əlbəttə boş əllə yox – nardan, heyvadan qoydum, bir araq verdim – dedim qoy millətimizin adı batmasın. Axşama görüş verdim, razılaşdı, getdi.

 

Mən isə, qardaş, arvadımın telefonunu yığıb əsl artistlik elədim. Dedim ki, arvad, tez-tələsik yollan aeroporta, orada dostum var, səni təcili Minvoda  yola salsın. Çox darıxıram, tək qala bilməyəcəyəm, özünü tez yetir bura, əzizim.

Bəli dostum doğma “samovar” ı olmadan keçinə bilməyəcəyini axır ki, dərk edə bilmişdi...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi konsepsiyası təqdim olundu 24 Yanvar 2021, 12:46 Mingəçevirdə karantin qaydalarını pozan tədris mərkəzi aşkarlandı 24 Yanvar 2021, 12:36 Ermənistanda virusdan ölənlərin sayı üç mini ötdü   24 Yanvar 2021, 12:29 İstixana sahiblərinə qazdan istifadəyə görə güzəşt tətbiq olunacaq 24 Yanvar 2021, 12:18 Xəmsənin Osmanlı türkcəsində yenidən nəşri və satışı planlaşdırılır 24 Yanvar 2021, 12:08 Sabahın havası: bir yandan duman,  o biri yandan külək 24 Yanvar 2021, 12:05 Çavuşoğlu: Gəmi Qabona çatandan sonra nəşlə bağlı addımlar atılacaq 24 Yanvar 2021, 12:00 Hacıqabulda dəhşət: ot presləyən qurğuya düşdü, xəstəxanada keçindi 24 Yanvar 2021, 11:51 Deputat xeyriyyəçiliyin leqallaşdırılmasından DANIŞDI: "Asan deyil" 24 Yanvar 2021, 11:44 Hələ onlarla erməni əsgərinin meyiti tapılmayıb - Tadevosyan 24 Yanvar 2021, 11:36 Füzulinin Aşağı Veysəlli kəndindən ən son görüntülər - Video 24 Yanvar 2021, 11:34 Gürcüstanda virusdan ölənlərin sayı azaldı 24 Yanvar 2021, 11:29 Daha bir ölkədə kütləvi vaksinasiya başlayır 24 Yanvar 2021, 11:22 “Mozart” gəmisi Qabona istiqamət götürdü 24 Yanvar 2021, 11:14 İraqda 340 nəfər edam olunacaq 24 Yanvar 2021, 11:11 Şamaxıdakı vulkan evlərin divarını çatlatdı 24 Yanvar 2021, 11:02 Türkiyə yenə silkələndi 24 Yanvar 2021, 10:58 Türkiyə gəmisində öldürülən azərbaycanlının nəşi sabah ölkəyə gətiriləcək - XİN 24 Yanvar 2021, 10:51 İranın Xarici İşlər naziri bu gün Bakıya gəlir - NAZİRLİKDƏN AÇIQLAMA 24 Yanvar 2021, 10:44 Almaniyada virusa yoluxanların sayı yenə artdı 24 Yanvar 2021, 10:36 Azərbaycan kubokunda yeni mövsüm başlayır 24 Yanvar 2021, 10:34 Çində 14 gün dağıntılar altında qalan şaxtaçı xilas edildi 24 Yanvar 2021, 10:21 Gömrük Akademiyası 9 yaşını qeyd edir 24 Yanvar 2021, 10:16 Ya rəhbərlik dəyişəcək, ya da idarəetmə Müşahidə Şurasına keçəcək - Rövnəq Abdullayev erası bitir 24 Yanvar 2021, 10:11 Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür 24 Yanvar 2021, 10:05 Türkmənistan Prezidenti Azərbaycanla anlaşmadan danışdı: “Tarixi hadisədir” 24 Yanvar 2021, 09:59 Pentaqon rəhbəri: ABŞ Çinlə mübahisəli adanı qoruyacaq   24 Yanvar 2021, 09:51 ABŞ sakini peyvənddən bir neçə saat sonra öldü 24 Yanvar 2021, 09:43 Portuqaliya bu gün yeni prezidentini seçir 24 Yanvar 2021, 09:40 İspaniyanın Qərargah rəisi peyvənd qalmaqalına görə istefa verdi 24 Yanvar 2021, 09:37 Çində xarici gəmilərə atəş açılmasına icazə verildi 24 Yanvar 2021, 09:28 Meksikada 19 nəfər öldürüldükdən sonra yandırıldı 24 Yanvar 2021, 09:26 Arıqlamaq istəyirsinizsə, limonlu çay için... 24 Yanvar 2021, 09:19 Çilidə sunami təhlükəsi: bazalar təxliyyə edildi 24 Yanvar 2021, 09:16  Senatoru öldürməyə çağırış edən Tramp tərəfdarı yaxalandı 24 Yanvar 2021, 09:05