20 May 2020, 11:26 | Ana Səhifə - Yazılar - Azərbaycanın pandemiya sınagı
Azərbaycanın pandemiya sınagı

Elman Babayev

Azərbaycan koronavirusla mübarizədə ilk və çətin mərhələni arxada qoyub. Artıq mayın 18-dən xüsusi karantin rejimi daha da yumşaldılıb, əhalinin icazəsiz sərbəst hərəkət qadağasının aradan qaldırılmasından tutmuş, demək olar ki, əksər sahələrin fəaliyyətinə icazə verilib, həyat öz normal axarina qayıtmağa başlayıb.


Bir sıra qadağaları kənara qoysaq, ümumilikdə ölkədə karantin rejiminin sərt qaydalarının arxada qaldığını, yeni dönəmin başlandığını vurğulaya bilərik. Bu dönəmdə dövlətin inzibati tədbirləri azalır, daha çox vətəndaşlarımızın məsuliyyətli olması, müvafiq qaydalara uyğun (tibbi masakalardan istifadə, fiziki məsafə saxlamaq, gigeynik tələblərə əməl etmək) davranmaları zəruriləşir. Ümid edək ki, hər birimiz bu mərhələnin məsuliyyətini anlayacaq və geri dönüş - sərt karantin tədbirlərinin yenidən tətbiqi baş verməyəcək.


İlk mərhələnin nəticələri müsbətdir: Azərbaycan sınaqdan az itkilərlə çıxa bilib. Əldə olunan nəticələrə Ümumdünya Səhiyyə Təşkilatı yüksək qiymət verib və Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkə kimi göstərilib. Bu mənzərənin müəllifi Prezident İlham Əliyevdir.


Prezident ilk gündən vəziyyəti tam nəzarətə götürüb, hökuməti səfərbər edib və zamanında, vaxt itkisinə yol verilmədən bütün zəruri addımlar atılıb. İctimaiyyətin məlumatlandırılması işi ən yüksək səviyyədə aparılıb. Prezident özü hər həftə vəziyyətlə bağlı cəmiyyət qarşısında hesabat verir, yəni bütün mümkün tribunlaradan- həm yerli, həm də xarici televiziyalara müsahibəsində, eyni zamanda açılışlarda etdiyi çıxışlarda görülən işləri bir-bir sadalayır, tövsiyələrini, yaxın gələcək üçün vədlərini cəmiyyətə çatdırır. Dövlət başçısı bir yandan cəmiyyəti ictimai nəzarətə təşviq edir, digər tərəfdən hökumət üzvlərini də bu dönəmdə cəmiyyət qarşısında hesabatlı fəaliyyətə sövq edir. Bunun nəticəsidir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın hökumət üzvlərinin simasında daimi canlı brifinqlərinin, pandemiya ilə mübarizədə nəyinsə gizlədilməməsinin, informasiya şəffaflığının şahidiyik.


Mövcud hakimiyyətin üçüncü dünya müharibəsi ilə müqayisə olunan koronavirus pandemiyasına qarşı mübarizənin ən ağır mərhələsindən iqtisadi baxımdan necə çıxmasına, nəticələrin ölkənin gələcəyi ilə bağlı nə vəd etməsinə gəldikdə isə, bütün dünyada pandemiyanın iqtisadiyyata təsiri danılmaz fakt kimi çıxış etməkdədir.


Real mənzərə ondan ibarətdir ki, inkişaf etmiş ölkələrin bəzilərində iqtisadi tənəzzül ilkin hesablamalara əsasən, təqribən 7-10 faiz səviyyəsindədir, işsizlik artıb. Azərbaycanda da iqtisadi göstəricilərdə enmə var, lakin təhlükəli həddə deyil. Prezidentin müvafiq tapşırıqlarının sayəsində bu ağır dönəmdə Azərbaycanda ilk növbədə maliyyə sabitliyini qorumaq üçün bütün lazımi tədbirlər icra edilib və bunun sayəsində sosial proqramların icrasında çətinlik yaşanmayıb. Onu nəzərə almaq lazımdır ki, bu, olduqca mürəkkəb şəraitdə baş tutub, dünya bazarlarında pandemiya ilə yanaşı, neftin qiymətlərində də indiyə qədər şahidi olmadığımız ciddi enmə yaşanıb. Azərbaycandan asılı olmayan bu iki paralel gedişat qorxunc mənzərə yaradırdı və üzləşdiyimiz qəfil durum narahatlıq doğurmaya bilməzdi.


Fəqət zamanında atılmış addımlar, verilmiş düzgün, çevik qərarlar, bu gün tam fərqli mənzərə yaradıb. İqtisadi sahədə vəziyyətə uyğun icra olunan qərarlar, əhalinin rifahı ilə bağlı müvafiq tədbirlər sosial güzəranın ağırlaşmasına imkan verməyib. Əhalinin ərzaqla təminatı, qiymətlərin kəskin artımının yaşanmaması, əməkhaqqı, pensiya və müavinətlərin ödənişlərinin vaxtında həyata keçirilməsi, eyni zamanda, karantin rejimi səbəbindən iş yerlərini qapatmağa məcbur qalan sahibkarlara dövlət dəstəyi və s. bu qəbildən olan addımlar ölkəmizin sosial fəlakətlə baş-başa qalması riskini heçə endirib. Azərbaycan iqtisadiyyatı ən ağır dönəmdə duruş gətirə bilib və güclü iqtisadi baza göstəricilərin tezliklə müsbətə doğru dəyişməsinə gətirib çıxaracağına şübhə yaratmır. Azərbaycan ancaq və ancaq öz gücü hesabına bu sınağın ən ağır mərhələsini arxada qoyub.

Təkcə bumu? Eyni zamanda digər ölkələrə də yardım əli uzadılıb. Prezidentin son müsahibəsindən məlum olur ki, Azərbaycan 13 dövlətə pandemiya ilə mübarizədə yardım edib.

3,5 milyard manatlıq vəsaiti pandemiya ilə mübarizə üçün sərf etməyə başlayan ölkəmizin gördüyü digər işləri qısaca ümumiləşdirsək:

1. Azərbaycanda vəfat edənlərin sayı kifayət qədər azdır, qabaqlayıcı, məhdudlaşdırıcı tədbirlər nəticəsində pandemiyanın geniş vüsət almasının qarşısı alınıb.

2. Dövlət sektorunda fəaliyyət göstərən 900 min insanın əməkhaqqı tam, özəl sektorda təxminən 700 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilib.

3. İşsiz vətəndaşların, aztəminatlı təbəqənin, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən insanların sosial təminatı təşkil olunub.

4. Sosial proqramlar ixtisar edilməyib, eyni zamanda, sosial infrastruktur layihələrinin heç biri ixtisar olunmayıb.

5. 20 mindən çox Azərbaycan vətəndaşı mütəşəkkil qaydada xaricdən təxliyə edilib və proses davam etməkdədir.


Bu sırada Azərbaycanın səhiyyə sisteminin rolunu ayrıca olaraq vurğulamaq lazımdır. Azərbaycan səhiyyəsində bir müddət öncə başladılan islahatlar, hansı ki hələ tam yekunlaşmayıb, səhiyyə sisteminin vəziyyətə adekvat reaksiya verə bilməsinə imkan verib. Bu istiqamətdə səhiyyə sahəsində illərdir formalaşdırılan infrastktur da əvəzedilməz rol oynayıb. O da vurğulanmalıdır ki, pandemiya ilə mübarizədə Prezidentin müvafiq sərəncamı ilə hazırda modul tipli 10 xəstəxananın inşası həyata keçirilməkdədir və onlardan biri artıq qısa müddətdə istifadəyə verilib.


Pandemiya ilə mübarizədə atılan addımların siyahısı sadalananlarla bitmir və onların əksəriyyəti barədə cəmiyyətə daimi məlumatlar verilib.


Amma xüsusi üzərində dayanılmalı məqam Prezident İlham Əliyevin bu dönəmdə həyata keçirdiyi siyasətin təkçə ölkə sərhədlərini əhatə etməməsidir. Dövlətlərin bir-birindən təcrid olunmuş vəziyyətə düşdüyü, bütün sferalarda əlaqələrin zəiflədiyi, "özünəqapanma sindromu"na yoluxduğu bir vaxtda Azərbaycan Prezidenti beynəlxalq həmrəyliyin gücləndirilməsinə ciddi töhfə verib. İlham Əliyevin təşəbbüsü ilə iki təşkilatın - Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə görüşləti videkonfrans formatında təşkil olunub. Hər iki qurumun yekun bəyannaməsində Azərbaycanın xüsusi rolu ifadə olunub. İlham Əliyevin böyük dəstək qazanan təşəbbüsləri belə bir dönəmdə dövlətlər və xalqlar arasında kommunikasiyanın qurulmasında, körpünün yaradılmasında mühüm rol oynayıb.

Azərbaycanın təşəbbüsü ilə keçirilən zirvə görüşləri ölkəmizin koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik və adekvat reaksiya verdiyini isbat edib. Bu reaksiya həm ölkə, həm də beynəlxalq miqyasda həyata keçirilib və nəticələr həqiqətən nümunəvi xarakter daşıyır...

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Gördün... Elmira Qafarova kişi qızıdır” 20 Yanvar 2021, 02:13 “Cəlladlarla bir partiyada olmaq istəmirəm” - İsmaylı Şıxlının 20 Yanvar qətliamından sonrakı ÇIXIŞI 20 Yanvar 2021, 02:04 20 Yanvarın “açılmayan gülləsi” - Primakov Allahşükür Paşazadəyə hakimiyyəti ələ almağı niyə təklif etmişdi? - TARİX 20 Yanvar 2021, 01:48 Kamil Cəlilov: “20 yanvar hadisələrində mənim çalğım olmasaydı” - VİDEO 20 Yanvar 2021, 01:29 Amerikalı şərhçi: “Putini diz çökdürəcəyik” 20 Yanvar 2021, 01:21 Aviaşirkətlərin sərnişin daşımaları kəskin azalıb 20 Yanvar 2021, 00:59 Trampdan Amerika xalqına vida müraciəti 20 Yanvar 2021, 00:44 Çempion səfərdə uduzdu 20 Yanvar 2021, 00:33 Hamilə qadın bətnindəki uşağı koronavirusa yoluxdurub 20 Yanvar 2021, 00:17 20 Yanvar faciəsindən 31 il ötür 20 Yanvar 2021, 00:01 “İndi ABŞ-ın qaranlıq vaxtlarıdır” - Co Bayden 19 Yanvar 2021, 23:47 Şagirdlərin yarım illik nəticələri belə qiymətləndiriləcək - QAYDALAR 19 Yanvar 2021, 23:36 Teledərslərin yanvarın 20-nə olan CƏDVƏLİ 19 Yanvar 2021, 23:25 ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru istefa verdi 19 Yanvar 2021, 23:16 Spikerin noutbukunu Rusiya kəşfiyyatına ötürmək istəyən qadın saxlanıldı 19 Yanvar 2021, 23:01 İlham Əliyevdən 20 Yanvar paylaşımı - FOTO 19 Yanvar 2021, 22:46 “Ermənistan hakimiyyəti dəyişməlidir” - Ohanyan 19 Yanvar 2021, 22:37 Bu ölkədə küçəyə çıxmaq qadağan edildi 19 Yanvar 2021, 22:23 Komitə sədri şəhid ataları ilə görüşdü - FOTO 19 Yanvar 2021, 22:14 Pakistanda 20 Yanvar şəhidlərinə həsr olunmuş videokonfrans - FOTO 19 Yanvar 2021, 22:03 ABŞ Çinin uyğurlara qarşı hərəkətlərini soyqırım elan etdi 19 Yanvar 2021, 21:50 Ermənistanın növbəti dezinformasiyaları 19 Yanvar 2021, 21:38 Avropa Parlamentində Qarabağdakı müharibə müzakirəyə çıxarıldı 19 Yanvar 2021, 21:22 Qarabağa zorla köçürülən ermənilər geri qaçır – YALAN STATİSTİKANIN GERÇƏK TƏRƏFLƏRİ 19 Yanvar 2021, 21:08 Qarabağda 210 mina zərərsizləşdirildi - VİDEO 19 Yanvar 2021, 20:54 Çempionlar Liqasının növbəti finalı Sankt-Peterburqda keçiriləcək 19 Yanvar 2021, 20:42 Azadlığın doğum günü 19 Yanvar 2021, 20:34 Çavuşoğlu Zəriflə müzakirələr apardı 19 Yanvar 2021, 20:26 Rayonlara qar, Bakıya sulu qar yağdı - FAKTİKİ HAVA 19 Yanvar 2021, 20:15 İnam Kərimov onlayn müşavirə keçirdi - FOTO 19 Yanvar 2021, 20:11 Trampın adı sanksiyalar siyahısında 19 Yanvar 2021, 20:03 Xaçmazdakı Şəhidlər Xiyabanı əsaslı təmirdən sonra istifadəyə verildi - FOTOLAR 19 Yanvar 2021, 19:55 Kiçik Dəhnənin möhtəşəm xiyabanı - FOTOLAR 19 Yanvar 2021, 19:48 Bakıda şəhidin xatirəsinə tikilən bulağın açılışı oldu 19 Yanvar 2021, 19:40 Dillər Universitetində seminar keçirilib 19 Yanvar 2021, 19:32