23 May 2020, 13:28 | Ana Səhifə - Yazılar - Kim yaxşı dədəsini sizə verəcək? - Rəsulzadə ilə Nərimanovu söyənlərə
Kim yaxşı dədəsini sizə verəcək? - Rəsulzadə ilə Nərimanovu söyənlərə

Elşad Eyvazlı

XXI yüzilliyin ilk 20 ilini geridə qoyuruq. Tale elə gətirdi ki, yaşadığımız dünyanın sifəti tamam dəyişdi. Bir azdan alimlər Yerin kürə formasında olmadığını sübut etsələr, təəccüblənməyin. Müasir insan yalnız şəkil olaraq əvvəlkidir. Qabaqkı dəyərlərin heç birində dəyər qalmayıb. İnsanlar vecsizləşib. Yoxsa kişi kişi ilə niyə evlənsin ki…

Qəbul etsən də belədir, etməsən də. Daha heç bir insana keçmişi lazım deyil. Çünki keçmişin önəmi qalmayıb. Sənin babanın kim olması daha sənə heç nə vermir. Tarix önəmsizləşib. Yoxsa dünyanın tarixi mərkəzi hesab edilən İraq niyə viran edilirdi ki…

Yoxsa ermənilər Azərbaycanın tarixi şəhəri Şuşada niyə parlament qurmaq istəsinlər ki…

Amma hələ də Azərbaycan adamı, Azərbaycan aydını Rəsulzadə ilə Nərimanovu müzakirə edir. Hansının xalq adamı, hansının xalq düşməni olduğunu araşdırır, bilən də, bilməyən də danışır, yazır, söyür...

Şübhə yoxdur ki, bu müzakirələrə haqq qazandıran olsaq, bəs, hər kəs kimin kim olduğunu bilməlidir, nə bilim, gələcək nəsil yanlışlıqlardan ibrət görürməlidir... Başa düşürsünüz, biz XXI yüzilliyin ilk 20 ilini geridə qoyuruq. Nərimanov da, Rəsulzadə də bizim millətin nümayəndəsidir, bu millətə rəhbərlik ediblər. Heç kim yaxşı dədəsini gətirib bizə verəsi deyil. Olanımız onlardır. Müzakirələrinizə, daha doğrusu söyüşlərinizə baxdıqca, adamın bu millətə, özünə yazığı gəlir, məyusluq bütün varlığını bürüyür... Bilirsiniz niyə, Azərbaycana diş qıcayan qüvvələr zatən millət olaraq özgüvənimizin olmamasına, müstəqilliyi xalqın gözündən salınmasına çalışırlar, milli təfəkkürü, ideologiyanı sıradan çıxarıb, milləti məhv edəcək istiqamətə yönəldirlər, biri-birimizi qəbul etməmək, keçmişimizi özümüzə baltalamaq üçün yüz hoqqa çıxarırlar. Yüngül adamları önə çəkirlər ki, insanlar ona baxıb müstəqillikdən doysun, bıksın...

Bəli, biləsiniz, sizin bu kimi müzakirələriniz millət kimi formalaşmamıza imkan vermir. Sizin bu kimi müzakirələriniz indi millət üçün o zamankı bolşevik-Milli Hökumət qarşıdurmasından daha təhlükəlidir. Rəsulzadə də, Nərimanov da tarixdir, 100 il əvvəlin tarixidir. Amma ölməyən tarixdir. Və demək istəmirəm ki, milləti üçün can qoyanlar unudulmalıdır, qiymətləndirilməməlidir. Amma sizin belə müzakirələriniz bizi 100 il, 200 il geriyə atır. Bəlkə də, biməyərəkdən, bəlkə də canıyananlıqdan bunu edirsiniz, amma doğru deyil, vallah doğru deyil.

Qanımıza susayanların bizə yazdıqları reseptlər öz işini görür, özü də 100 illərdir görür, hər birimizin içində biri-birimizə inanmamaq, güvənməmək düşüncəsini oturuşdurublar. Gəlin düşünək, gəlin ətrafa baxaq, başqa xalqların bu kimi məsələlərdə müzakirəsinə diqqət edək. Çağdaş Azərbaycan Vətəndaşında hansı xüsusiyyətlər çatmır, hansı yaxşı, yaman xüsusiyyətləri var, Azərbaycan Vətəndaşı necə olmalıdır? Aydınlarımız bunun üçün çalışmalıdır. Buna nail olduqda müzakirələr başqa istiqamətdə gedəcək. Gerizəkalılar aydınların müzakirəsinə qoşula bilməyəcək. Rəsulzadəyə, Nərimanova heç olmasa özümüz söyməyəcəyik.

Sabahın hava PROQNOZU 12 May 2021, 11:47 Avropadakı soydaşlarımız Heydər Əliyevə videoçarx həsr ediblər 12 May 2021, 11:43 Prezident “Xarıbülbül” festivalına gedir - Mehriban Əliyeva Şuşa səfərindən paylaşım etdi - VİDEO 12 May 2021, 11:23 İsrail yoxsa Fələstin: hansı mövqedə olmalıyıq?.. 12 May 2021, 11:12 Rusiyadan “Laçın dəhlizi” ilə bağlı AÇIQLAMA 12 May 2021, 11:00 İcra başçısı Şəhid ailələri və ağsaqqaları dinlədi 12 May 2021, 10:33 Şuşada Ramazan bayramının namazı canlı YAYIMLANACAQ 12 May 2021, 10:31 Mağazadan qızıl oğurlayan əmioğlular saxlanılıb 12 May 2021, 10:28 Dünyanın ən yaşlı aktyoru vəfat edib 12 May 2021, 10:22 Heydər Əliyev prospektində yol qəzası... 12 May 2021, 09:49 Azad olunmuş ərazilərə keçmək istəyən 9 nəfər saxlanıldı 12 May 2021, 09:47 Bu gün Şuşada “Xarı bülbül” festivalı BAŞLAYIR 12 May 2021, 09:28 Tanınmış ictimai xadimlər və jurnalistlər Şuşaya GETDİLƏR 12 May 2021, 09:21 Amerikalı hüquqşünas hay kilsəsinin həyasızlığı barədə… 12 May 2021, 08:58 Arif Quliyevin o dünyadakı QONŞULARI: “Qurd qapısı”nda torpağa qarışan MƏŞHURLAR... 12 May 2021, 08:33 Qazax Müəllimlər Seminariyası bərpa edilib 12 May 2021, 08:30 Kəlmeyi-şəhadətini dostları ilə birgə oxuyan Əməkdar artist - Azər Mirzəyevin SON GÜNÜ 12 May 2021, 08:26 İsrail “Həmas” hərbi kəşfiyyatının rəhbərlərini məhv edib 12 May 2021, 08:18 Tatarıstanda matəm elan edildi 12 May 2021, 08:03 İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı 12 May 2021, 07:54 Azərbaycanlı rəssam Türkiyədə koronavirusdan vəfat edib 12 May 2021, 04:30 BMT Təhlükəsizlik Şurası təcili TOPLAŞIR 12 May 2021, 02:41 Bakıda piyadanı maşın vurub öldürdü 12 May 2021, 02:32 "Onlar bunu öz həyatları ilə ödəyəcəklər" - Netanyahudan hədə 12 May 2021, 02:25 "Barselona" səfərdə vacib xal itirdi 12 May 2021, 02:08 “Formula 1”in Türkiyə mərhələsi ləğv olundu 12 May 2021, 01:00 İsrailin Qəzzaya hava zərbələri nəticəsində 10 uşaq öldü 12 May 2021, 00:53 Tel-Əvivdəki hava limanı raket zərbələrinə görə uçuşları dayandırır 12 May 2021, 00:44 Türkiyədə bu tarixdən mərhələli yumşalma planlaşdırılır 12 May 2021, 00:35 Bakıda I qrup əlil bıçaqlandı 12 May 2021, 00:19 Çempionlar Liqasının finalı İstanbuldan Portuya veriləcək? 12 May 2021, 00:05 “Beşiktaş”la “Fənərbaxça” büdrədi - “Qalatasaray”  sevindi 11 May 2021, 23:51 Azərbaycanlı güləşçi Tokio-2020-də Ukraynanı təmsil edəcək 11 May 2021, 23:36 İsrail Qəzzaya eyni anda 80 qırıcıdan zərbə endirdi 11 May 2021, 23:20 "Mançester Siti" vaxtından əvvəl çempion oldu 11 May 2021, 23:08