3 İyul 2020, 22:35 | Ana Səhifə - Yazılar - Ağdamsız ağdamlı
Ağdamsız ağdamlı

Vüqar Tofiqli

“Dostluq”da  görüşməliydilər. Kino Fazil yenə hamını sevindirmişdi. İlk dəfə “Bobbi” filmi göstəriləcəkdi. İki saat əvvəl aldığı bileti cibinə qoydu. Vaxta hələ var idi. Velosipedlə dostlarından tez gəlmişdi.   

Gopanın su budkasından qazlı suyu içib bulvara tərəf keçdi. Nədənsə bizimkilər bura “bilvar” deyərdilər. Amma bulvarda bir bulvar idi. Hündür Eldar şamları, sivri  küknarlar, Xan Çinarlar ətrafı öz gölgəsinə alımışdı. Ortada isə dahi Üzeyir bəyin heykəli. Heykəli uşaq təfəkkürü ilə seyr edərkən pioner evində “Qarabağ bülbülləri”nin cəh-cəh səsləri gəlməyə başladı.  Tacir səsinə quvvət verib “Bayatı-Şiraz”ı oxuyurdu. Solda isə karuselin həzin cırıltısı eşidilirdi. Karuselin yanındakı çayxanaya tərəf  bax-baxa cibindəki xırdaları yığıb 40 qəpik düzəltmişdi ki...

- Əliş, ay Əliş, ayıl də bu yuxudan, bəs bazara getmirik...

Əliş hövlənək, yarıyuxulu, bir anlıq Ağdam bazarına gedəcəklərini düşünüb, yerindən dik qalxdı...

Onlar “Yaşıl bazar”a getməliydilər... 

***

Bu gün hər birimiz hətta bu “korona”nın virus şəkində yayıldığı, səksəkədən yuxumuzun ərşə çəkildiyi bir vaxtda belə yuxuları görüb sakitləşirik, elə bil yuxuda olsa da belə, oraları gəzməklə özümüz  də bir təskinlik tapırıq. O yuxunu isə ilahi nədənsə hər gün bizə qismət eləmir.

Birimiz bu şəhəri “dünyanın ən varlı şəhəri”, digərimiz “ruhlar şəhəri”, biz isə “dünyanın ən xoş təkəbbürlü şəhəri” adlandırdığımız Ağdama bu ildə həsrət dolu nəzərlərlə şəhərin on iki kilometrliyindəki Qaradağlı kəndindən boylanıb-baxmağımıza şükür edirik. Taxıl məhsulları kombinatının hündür beton divarından, Üzərlik təpədə gözlə zorla seçilən  hansısa dayaqlardan başqa heç nəyi görə bilmirk. Hər tərəf vəhşi şəkildə kortəbii yaşıllığa qərq olduğundan başqa heç nəyi - nə o imarətləri, nə o səliqəli,  gen-bol küçələri, nədə ki uzaqdan belə seçilən Xan çinarları  görmək mümkün olur.

Bu gün isə Ağdamda dünyaya gəlməyən ağdamlıların sayı artmaqdadır. Ağdamsız ağdamlılar ailə-uşaq sahibidirlər.  Ən azı iyirmi yeddi yaşları var. Və  sözsüz ki, özlərini ağdamlı hesab edirlər. Lakin etiraf edək ki, bu uşaqların xeyli bir qismində  nə o yerlərin şirin ləhcəsi, nə də ki o illərdəki qeyri-adiliyi ilə seçilən bir səmimiyyət formalaşıb. Əksəriyyəti vətəndaş kimi, samballı insan kimi, Vətən üçün, dövlət üçün layiqli övlad kimi  yetişsələr də, onların nə dərəcədə ağdamlı kimi yetişdiklərini zaman göstərəcək.

Şəhəri görənlərin, havasını udanların, suyunu içənlərin, məşhur bir nömrəlisində təhsil alanların, Lauranın musiqi məktəbində oxuyanların, Tağı kişinin kitab mağazasından kitab əldə etməyə sevinənlərin, ən nəhayət səhər-səhər bazarda təndir çörəyi ilə Xıdırlı qaymağını yeyənlərin sayı isə ilbəil azalmaqdadır. O havanı, o suyu, o dadı və o qaymağı haradan axtarsaq da, tapa bilmirik.

İyul ayı bir tərəfdən media günü, digər tərəfdən Ağdam kimi şəhərin erməni işğalçıları tərəfindən  yerlə yeksan edildiyi gün kimi yaddaşımızda dərin iz buraxıb.Tərslikdən də iş elə gətirib ki,  bizim üçün müqqədəs bayramın bütün atrubutlarla qeyd edən günün səhəri kövrək xatirələrimizi yada salmaqla kifayətlənirik. Sanki həmin günü yaşamırıq. Elə bil ki dünyanın sonu gəlir.  Günləri aya, ayları illərə köçürməklə artıq 27 ildir ki, bir-birimizi yola veririrk. 27 ildə yalnız bir dəfə “yağmasaq da guruldamışıq”.  Yalnız bir dəfə...

İndisə paytaxtdakı “Dostluq”un həndəvərində gəzişib düz 27 il əvvələ qayıdıram. Ölkəmizin ilk üçillik müstəqillik həyatını tarixçilər araşdırmalı olduğundan biz çox da dərinə gedib  qan çıxmayan yerdən qan çıxarmaq fikrində deyilik. Yaralarımız nə qədər  qaysaq bağlamış olsa da,   ağrı-acımızı heç birimiz unutmamışıq, unutmayacağıq və  heç bu fikirdə də deyilik. Onsuz da hər kəs öz günahının nə dərəcədə olduğunu  açıq etiraf etməsə də gözəl bilir.

1993-cü ilin iyun-iyul aylarında rayon icra başçısının qanunsuz olaraq kənarlaşdırılması, cəbhə bölgəsində ordu birləşmələrinin məcburən yerdəyişməsi, yerli batalyonların geri çəkdirilməsi və sair kimi məsələlərin cavabını, daha doğrusu açmasını hər bir özünə hörmət edən ağdamlı yaxşı bilir.

Ağdamın işğalı deyərdim ki,  Eldar  və Allahverdi Bağırovların, Şirin Mirzəyevin,  Yaqub Rzayevin və digər tanınmışların müəmmalı ölümüylə başladı. Altı min nəfər şəhid yerən rayonun mərkəzi 27 ildir ki düşmən tapdağı altındadır. Hələ nə qədər tapdaq altında qalacağını isə  Allah bilir...

Ola bilsin yazı bir qədər pessimist ruhda alındı. Amma  neynəməli. İndiki məqamda gözləməkdən və evdə oturmaqdan ağır iş yoxdur. Hər halda ümid edirəm ki, biz görməsək də, övladlarımız qələbə gününü xoş ovqatla qeyd edəcək və yazdıqlarımızı oxuyub yəqin ki Ağdamı  heç olmasa yazılarımızda yaşatdığımıza  görə bir “sağ ol” da deyəcəklər... 

Allah heç olmasa övladlarımıza Ağdamı, Şuşanı və bütün Qarabağımızı  azad etməyi, yüksəkliklərə bayraq sancmağı və o füsunkar gözəllikləri görməyi qismət eləsin. Bu mənim ən böyük arzumdur.

P.S. Yazını indidən ona görə paylaşıram ki, Ağdamı, Şuşanı və  bütün Qarabağı tək işğal günlərində deyil, hər zaman, hər gün xatırlamalı, təbliğ etməli, yaşatmalı və azad etmək barədə düşünməliyik.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Con Sallivan Moskvaya qayıtdı 24 İyun 2021, 21:39 Vahid Ələkbərov yenidən “LUKoil”un prezidenti seçildi 24 İyun 2021, 21:25 Ceyhun Bayramov şahzadə ilə görüşdü 24 İyun 2021, 21:19 Bakıda federasiyanın sürücüsü küçədə döyülərək öldürüldü - FOTO 24 İyun 2021, 21:08 UEFA səfər qolu qaydasını ləğv etdi 24 İyun 2021, 20:57 Putin Ərdoğanla Qarabağı MÜZAKİRƏ ETDİ 24 İyun 2021, 20:43 ABŞ 53 min Əfqanıstan vətəndaşını üçüncü ölkələrdə yerləşdirəcək 24 İyun 2021, 20:35 Polisə müqavimət göstərən restoran sahibi həbs edildi - FOTO 24 İyun 2021, 20:19 Zelenski Rusiyaya qarşı sanksiyaları imzaladı 24 İyun 2021, 20:08 Gürcüstanda iki azərbaycanlı yeniyetmə göldə batıb – FOTO 24 İyun 2021, 19:42 “Vaksinasiya yoluxucu xəstəliklərlə mübarizədə  xilas yoludur” – Akademikdən ÇAĞIRIŞ 24 İyun 2021, 19:26 53 əfqan hərbçi Özbəkistan ərazisinə keçib 24 İyun 2021, 19:09 Prezident ona polis general-mayoru ali xüsusi rütbəsi verdi 24 İyun 2021, 18:56 Paylayıcı qutunu yararsız hala salındı, yol qəzası baş verdi – FOTO 24 İyun 2021, 18:54 Mətbuat Şurasından xarici media qurumlarına MÜRACİƏT 24 İyun 2021, 18:51 Komitə iclasında 4 məsələ müzakirə olunub 24 İyun 2021, 18:45 Gömrük Əməkdaşlıq Şurasının 138-ci sessiyası keçirilir 24 İyun 2021, 18:42 Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib – SİYAHI 24 İyun 2021, 18:37 Şəhriyar Məmmədyarov ilk dəfə Harri Kasparovla qarşılaşacaq 24 İyun 2021, 18:30 Putin Paşinyanı seçkilərdə qələbə münasibətilə təbrik etdi 24 İyun 2021, 18:22 Britaniya səfiri Rusiya XİN-ə çağırıldı 24 İyun 2021, 18:15 Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb 24 İyun 2021, 18:08 Ermənilər Tovuz istiqamətində mövqelərimizi atəşə tutdu - Rəsmi 24 İyun 2021, 18:00 Tikinti şirkəti BNA-nin avadanlığını yararsız hala saldı 24 İyun 2021, 17:55 “Hərbi xidmətlərə görə” medalı ilə təltif  olunan hərbçilərin SİYAHISI 24 İyun 2021, 17:50 Xocavənddə yolda ermənilər tərəfindən basdırılmış minalar aşkarlandı 24 İyun 2021, 17:44 Şadlıq saraylarında kondisionerlərin işləməsinə məhdudiyyət qoyulub? - Rəsmi cavab 24 İyun 2021, 17:38 Əhalinin banklardakı əmanətləri artıb 24 İyun 2021, 17:32 İlham Əliyev döyüşdə fərqlənən hərbçiləri TƏLTİF ETDİ 24 İyun 2021, 17:26 UEFA səfər qolu qaydasını ləğv etdi - RƏSMİ 24 İyun 2021, 17:20 Dolların məzənnəsi sabit qaldı 24 İyun 2021, 17:14 “Cəsur döyüşçü” medalı alanların SİYAHISI 24 İyun 2021, 17:02 “İgidliyə görə” medalı ilə təltif edilən hərbçilərin ADLARI 24 İyun 2021, 16:56 Prezident bu hərbçilərə “Vətən uğrunda” medalı verdi - SİYAHI 24 İyun 2021, 16:50 Şöbə rəisi “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olundu 24 İyun 2021, 16:44
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?