15 İyul 2020, 10:06 | Ana Səhifə - Yazılar - Səriştəsiz məmurlar təcili dəyişdirilməlidir
Səriştəsiz məmurlar təcili dəyişdirilməlidir

Fazil Mustafa,
Milli Məclisin üzvü

Bu Vətəni sevən, onun şəhidi üçün göz yaşı tökən, ordumuzun zəfəri üçün dua edən, dövlətimizin ayaqda qalmasını istəyən insanlar, vətəndaşlar! Bu gecə baş verənlər, 1992-ci ilin Xocalı hadisələrindən sonrakı ssenariyə bənzəyən bir durum idi. İnsanların Vətənə, onun şəhidinə sevgi hissələrini dövlətə qarşı yönəldə bildilər. Bu sıradan bir təxribat deyildi, xüsusi hazırlanmış qüvvələrin dövlətimiz əleyhinə planlı addımı idi. Bir azdan soyuqqanlı düşünəndə çoxunuz deyəcəksiniz ki, mən niyə bu addımlara alət oldum.

Necə ki, 28 il geriyə baxanda o nəslin insanlarından biri kimi, biz də bunu deyirik. Xocalı emosiyasının ardından hakimiyyət boşluğunun yaranması nəticəsində Şuşa və Laçın getdi. İndi də erməninin təxribatı ilə paralel düşmən qarşısında sinəsini sipər edən əsgərlərimizə dəstək verməli olduğumuz halda, düşünülmüş şəkildə prosesləri Bakıya yönəldə bildilər. Şəhid üçün ehtiram, sevgi yürüşünü ali qanunvericilik orqanına daxil olub dağıntıya məruz qoymaqla tamamladılar. Bu o deməkdir ki, istənilən mobil provakator qüvvə səmimi niyyətli insanların hərəkətlərinə kölgə sala bilər.

Bu qüvvə inanın ki, ölkəmizin xaricindən idarə olunur. Gec deyil, bütün dövlətini sevən insanlar bu dövlətin zərər görməməsi üçün sağlam mövqe nümayiş etdirməlidir. Öz dövlətinin müstəqilliyinə həssas insanlar laqeydlik göstərsələr, müşahidəçi rolunda prosesləri izləməyə davam etsələr biz bu dəfə Azərbaycanı itirəcəyik və kimlərəsə arzuladığı hakimiyyət də qismət olmayacaq. Xüsusilə də sosial şəbəkələrdə çağırışlara diqqət etməliyik, vətəndaşları qanunlara əməl etməyə çağırmalıyıq. Son iki günün hadisələrindən sonra onsuz da virusun yayılması daha ciddi şəkil alacaq, kütləvi aksiyalarda maskasız və sosial məsafəsiz iştirak edənlərin bir-birinə xəstəliyi yoluxdurması qaçılmazdır. Ona görə də dövlətimizə erməni canilərinə qarşı və koronavirusa qarşı mübarizədən başqa cəbhə açmaq böyük milli faciəyə gətirib çıxara bilər.

Bu hadisələr həm də onu göstərdi ki, ölkədə çox ciddi istisadi və sosial yönümlü islahatlar aparılmalıdır, insanların məşğulluq problemi formal statistikadan uzaqlaşaraq real zəmində həll edilməlidir.

Yerində olmayan, səriştəsiz məmurlar təcili dəyişdirilməli, xalq üçün çalışmaq niyyəti olanlar iş başına gətirilməlidir. Yəni bu nöqtədən sonra küçələrdə heç bir məsələnin çözülməsinə dövlət və xalq olaraq imkan verməməliyik, pası vətəndaşların dəstəyinə dayanan islahatlara ötürməliyik.

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Barselona” İspaniya kubokunun qalibi oldu 18 Aprel 2021, 01:21 “Qalatasaray” səfərdə qələbə qazandı 18 Aprel 2021, 00:57 İki boksçumuz dünya birinciliyində 1/4 finala çıxdı 18 Aprel 2021, 00:42 Baltikyanı ölkələrdə elektrik enerjisinin qiyməti ucuzlaşdı 18 Aprel 2021, 00:27 Makron Putinlə danışıqlar aparacaq 18 Aprel 2021, 00:10 "Çelsi" Qvardiolanın komandasını kubokdan məhrum etdi 17 Aprel 2021, 23:59 Bakıda ağacəkmə aksiyası keçirilib - FOTO 17 Aprel 2021, 23:51 Türkiyəli nazir yerli peyvənd vurdurdu 17 Aprel 2021, 23:44 Rusiya Praqanı hədələdi 17 Aprel 2021, 23:32 Özbəkistan öz peyvəndini istehsal edəcək   17 Aprel 2021, 23:20 Vedat Albayrak Avropa çempionu oldu 17 Aprel 2021, 23:08 Çexiyadakı 18 Rusiya diplomatı kəşfiyyatçı çıxdı - ölkədən qovulurlar 17 Aprel 2021, 22:55 Goranboyda vəzifəli şəxs koronavirusdan öldü - FOTO   17 Aprel 2021, 22:41 "Neftçi"dən darmadağın 17 Aprel 2021, 22:35 Gəncədə məktəb müəllimi pandemiya qurbanı oldu 17 Aprel 2021, 22:22 Rusiya FTX-dən Lukaşenkoya sui-qəsd açıqlaması 17 Aprel 2021, 22:12 “Nəslimizdə hamı koronavirusa yoluxub” - Mətanət İsgəndərli 17 Aprel 2021, 21:59 Türkiyədə zəlzələ oldu 17 Aprel 2021, 21:44 Sülhməramlıların minalardan təmizlədiyi ərazi 2000 hektarı keçdi - AÇIQLAMA 17 Aprel 2021, 21:36 Lukaşenkoya sui-qəsd hazırlayan qrup yaxalandı 17 Aprel 2021, 21:21 Göyçayda əməliyyat - vəzifəli şəxslər SAXLANILDI 17 Aprel 2021, 21:12 Türkiyədə daha 288 nəfər virusdan öldü 17 Aprel 2021, 21:03 Ukrayna Rusiya diplomatını ölkədən qovur 17 Aprel 2021, 20:50 Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatdı 17 Aprel 2021, 20:42 Komitə sədri gənc direktorla görüşdü 17 Aprel 2021, 20:37 Rusiyada helikopter qəzası - pilot öldü 17 Aprel 2021, 20:28 Özünü binanın damından atmaq istəyən qızı ustalar xilas etdi - FOTO 17 Aprel 2021, 20:13 "Keşlə" "Sabah"la sülh bağladı 17 Aprel 2021, 20:04 Şahzadə Filipin dəfn mərasimi keçirilib 17 Aprel 2021, 19:24 “Azəriqaz” ictimai birlik sədrinin şikayətini təmin etdi 17 Aprel 2021, 19:09 Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı 17 Aprel 2021, 18:54 İkinci Qarabağ müharibəsində məhv edilən daha 71 erməninin adı AÇIQLANDI 17 Aprel 2021, 18:36 Qarabağda 1543 erməni cəsədi tapılıb 17 Aprel 2021, 18:18 İnsanlarımızın vətənpərvərlik ruhunu öldürməyin, CƏNAB NAZİRLƏR! 17 Aprel 2021, 18:01 İkimərtəbəli evdə yanğın 17 Aprel 2021, 17:37