24 Sentyabr 2020, 09:53 | Ana Səhifə - Yazılar - Ziqmund Freyd və onun tükürpədici qürbəti
Ziqmund Freyd və onun tükürpədici qürbəti

İbrahim Nəbioğlu

Ziqmund Freyd (Sigmund Freud) insanın qürbət düyğusunu, yabançılıq, tərk edilmişlik hissini sorğulayan "Das Unheimliche" adlı qısa əsəri 1919-cu ildə işıq üzü görüb. "Heimliche" alman dilində "Tükürpədici" anlamına gəlir. Bir çoxumuz üçün "tükürpədici" sözü ölüm, ölülər, qarabasma və ya kabusla bağlıdır. Freyd də insanın qürbət duyğusunu qeyri-adi bir şəkildə - əndişə verən, qorxu və tənhalıq saçan bir kəlmə ilə ifadə etmək istəmişdir.

Qəribə bir əndişə, narahatlıqdır bu. Çünki, məsələn, hörümçək qorxusu və ya işsizlik əndişələri kimi səbəbi bəlli olan bir duyğu deyil. Qorxuram amma nədən qorxduğumu bilmirəm. Qorxumun səbəbsiz olması məndə çaşqınlıq yaradır. Alışıq olmadığım bir haldır, nədən qorxduğumu anlamaqda çətinlik çəkirəm. Bu hal insana xas bir şeydir, kökündə təhdid olmayan, heyvanların bilmədiyi bir hissdir bu. Bəlkə də yaradılışla bağlı bir şeydir? Sanki dəvət edilməmiş bir evdəyəm, bir qaçağam bu dünyada.

Bu hüzursuzluq, narahatlıq halı hardan gəlir? Nə üçün insan istədiklərini əldə etsə belə mutlu ola bilmir? Freydin İd (Alt şüur), Mənlik (Ego), Üst Mənlik (Super Ego) anlayışları daxili dünyamızdakı mübarizə və savaşlara işıq tuta bilərmi? Dünyada yaşadığı halda İnsanın özünü "evində" hiss etməməsi modern bir xəstəlikdirmi? Bəlkə texnologiyaların inkişafı ilə yaranan bir gərginlikdir? Yoxsa qorxu, məmnuniyyətsizlik və doyumsuzluq insanın daha ciddi ağrılarının xəbərçisidirlər?

Müasir insanın qələbəlikdə duyduğu yalnızlıq hissinə cavab vermək üçün bir vasitədir "Das Unheimliche". Ancaq adını çəkdiyim əndişə və narahatlıqlar Freydin bu kitabı ilə bizi rahatlatmır. Zatən rahatlatsa nə var idi ki. Doğma ev hər zaman sənin özünün yad dünyanın sərhəddi kimi qəbul edilir. Bu sərhəd yuyulub silinməyə doğru gedəndə insanı dəhşətli bir qorxu hissi bürüyür. Elə psixoanalizdəki "Tükürpədici" fenomeni də bununla bağlıdır - ilk başdan sənin olanın sıxışdırılaraq yadlaşması və özgələşməsi ilə. Məsələ öz davamını ekzistensializmdə tapır, burada insan ona etinasız və laqeyd olan bir dünyaya atılır və o da ekzistensial qorxu ilə özü özünə qayıdır.

Freydi sevənlər və Qürbətin dayanlmaz ağrısını hiss edənlər üçün yazdım bunları. Yazarkən də təsvir edilməz bir kədər basdı məni. Dahi Freyd bu əsərini yazığı 1919-da sevdiyi gözəllər gözəli Vyanda yaşayıb yaradırdı. Və düşündüm ki, ömrünün son illərində Hitler faşizmindən qaçıb Londona mühacirət edəndə oradaki soyuq evində öz yazdığını oxuyub, o qorxu və yabançılıq hissini yaşayıb, hiss etdimi? Qürbətdə Qürbəti necə yaşadı?

Xarkovda Axundova heykəl qoyuldu 24 Oktyabr 2021, 12:29 "Keşlə" -"Qəbələ" dueli 24 Oktyabr 2021, 12:19 Sabahın havası: duman olacaq  24 Oktyabr 2021, 12:08 Goranboyda oğrular qandallandı 24 Oktyabr 2021, 11:58 Yeni qeydiyyata alınan partiyanın HƏDƏFLƏRİ 24 Oktyabr 2021, 11:51 Dünyanın koronavirus MƏNZƏRƏSİ 24 Oktyabr 2021, 11:39 Balakəndə reyd  24 Oktyabr 2021, 11:29 Prezident və xanımından sevgi FOTOSU 24 Oktyabr 2021, 11:22 Bakıda fabrik alovlandı 24 Oktyabr 2021, 11:11 Mərmərədə gəmilər TOQQUŞDU 24 Oktyabr 2021, 11:08 Gürcüstanda virusa YOLUXANLAR 24 Oktyabr 2021, 11:00 Tayvan silkələndi 24 Oktyabr 2021, 10:51 Ötən ilin bu həftəsi - Müdafiə Nazirliyindən YENİ VİDEO 24 Oktyabr 2021, 10:48 Bu gün dünyanın gözü "Kamp Nou"da olacaq 24 Oktyabr 2021, 10:44 Bahalaşan neft, yüksələn ərzaq qiymətləri fonunda manatı nə gözləyir: devalvasiya, yoxsa...? 24 Oktyabr 2021, 10:32 Kolumbiyanın ən böyük narkotaciri qandallandı 24 Oktyabr 2021, 10:30 24 oktyabr:  Ümumdünya Poliomielitlə Mübarizə Günü 24 Oktyabr 2021, 10:26 Mənzildə meyit tapıldı 24 Oktyabr 2021, 10:16 Tovuzda ağır qəza  24 Oktyabr 2021, 10:05 Xəzərdə 5 otaqlı ev yandı 24 Oktyabr 2021, 09:59 SAVAŞ XRONİKASI: 24 oktyabr - düşmənin döyüş təyyarəsi vuruldu 24 Oktyabr 2021, 09:49 Özbəkistan  prezidentini seçir  24 Oktyabr 2021, 09:39 Məhəmməd Salahın mum heykəli London muzeyində 24 Oktyabr 2021, 09:30 Yunanıstan Misirdən işıq alacaq 24 Oktyabr 2021, 09:23 Həmyerlimiz Finlandiya çempionu oldu 24 Oktyabr 2021, 09:14 Rusiya vətəndaşlarına Gürcüstanda əmlak qadağası 24 Oktyabr 2021, 09:05 Tiflisdə zəfərimizin ildönümünə həsr olunan futbol turniri 24 Oktyabr 2021, 08:59 Kennedinin qətli ilə bağlı məxfi sənədlər açıqlanacaq   24 Oktyabr 2021, 00:51 NATO-dan Baltikyanı ölkələrdə növbəti aviabaza 24 Oktyabr 2021, 00:31 Erməni qoşunlarını Qarabağdan çıxaracaq SƏNƏD 24 Oktyabr 2021, 00:02 Vulkan püskürən adada ZƏLZƏLƏ 23 Oktyabr 2021, 23:51 Bakıda 35 yaşlı kişi meyiti tapıldı 23 Oktyabr 2021, 23:20 Saakaşvilinin Batumidəki tərəfdarları AYAĞA QALXDI - FOTOLAR 23 Oktyabr 2021, 22:41 Türkiyədə daha 217 nəfər virusun qurbanı oldu 23 Oktyabr 2021, 22:33 Bakıda 35 yaşlı qadın özünü asdı 23 Oktyabr 2021, 22:17