9 Noyabr 2020, 08:51 | Ana Səhifə - Yazılar - 300 spartalının əfsanəsi gerçək oldu Şuşada
300 spartalının əfsanəsi gerçək oldu Şuşada

Elçin Alıoğlu


Şuşa əməliyyatı barədə.

Bir anlıq düşünün: dörd tərəfdə düşmən, hər yandan aramsız mərmi, güllə, mina yağır.

Fasiləsiz, dayanmadan.

Düşmən baş qaldırmata imkan vermək istəmir. Məhv etmək, yox etmək istəyir.

Və düşmənin sayı aramsız artır. Ermənilər hər yerdən əlavə qüvvələr yığırlar.

Tanklar, haubitsalar, toplar, iriçaplı pulemyotlar, müxtəlif çaplı minaatanlar, PDM-lər və güllə yağışı yaradan düşmən əsgərləri.

Sən isə Xüsusi Təyinatlı Qüvvələrin əsgərisən.

"Bir addım geriyə çəkilməməli!" əmri alıbsan.

Şuşanı azad etməlisən.

Bu ölüm yağışı altındasan. Nə səngər var, nə istehkam, nə top, nə tank, nə minatan.

Olanın avtomat, tapança, əl qumbaraları, pulemyot və bıçaqdır.

Ən böyük silahın isə Vətən təşnəsi, Yurd sevgisi və bir də kamuflyaj formanın sol döş cibində olan Azərbaycan bayrağı.

Hərəkət etdikcə o bükülü bayrağın xışıltısını duyursan.

Sanki sənə "İrəli!" pıçıldayır.

Sanki sənlə danışan 28 il əvvəl şaqqalanan, yandırılan, işgəncələrlə öldürülən soydaşlarızın ruhlarıdır.

Müdafiə olunmalısan hərb qanunlarına görə.

Sənsə "Azərbaycan!" hayqırıb irəli atılırsan.

Avtomatın gülləsi qurtarır. Tapançaya əl atırsan.

Sonra səni öldürmək istəyən düşməni haqlayıb bıçağı işə salırsan.

Dünya qarışıb, gecədir, sadəcə, səslərdən bilirsən qardaşlarının harada olduğunu.

Şuşa yeni Fermopil savaşı oldu.

XTQ döyüşçülərimiz isə 300 spartalı.

Sayları da elə o qədərdi təxminən.

Bir addım nədir, bir millimetr geri çəkilmədilər.

Axınla, dalğa ilə gələn düşmən leşlənib qalaqlandılar Köhnə Qala ilə "Türmə"nin qarşısında.

Sonra "İrəliiii!" səsləndi.

Sən, qanın, tərin içində, yorğunluqdan xırıldayaraq dikəlirsən.

Yanındakı qardaşın yaralıdır. Tutursan onun əlindən. Ağırdır, amma dikəldirsən onu. «Haydı, gəl, gəl» deyirsən.

Gülümsəyir, «Boş şeydir, çərtib keçdi» deyir qan içrə olan qardaşın və «Getdik!» deyib səndərləyir, amma belini dik tutur.

Ölüm nə ki, onun qarşısında əyiləsən.

Qanın axsa da, başın gicəllənsə də, əl əssə də yorğunluqdan və halsızlıqdan.

Hər tərəf dəmir iyi verir.

Qan dəmir iylidir, anlayırsan.

Qarşıda düşmənin güllələri, zirehləri.

Səninsə zirehin ananın südü ilə yoğrulmuş qətiyyətin, bir də yanındakı əsgər qardaşındır.

Adın kimi bilirsən ki, səni qoyub getməz.

Yaralansan da, ölsən də...

Güllələrə meydan oxuyursan.

Çünki sən Azərbaycan əsgərisən!

Xırıltılı səslə qışqırıb irəli atılırsan.

Şuşadır, geriyə yol yox.

300 spartalının əfsanəsi gerçək oldu Şuşada.

Biləsiniz...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Sahibə Qafarovadan Avropa ölkələrinə Ermənistan XATIRLATMASI   22 Oktyabr 2021, 19:02 Bu ölkədə 200 mindən çox vaksin məhv ediləcək 22 Oktyabr 2021, 18:53 Azərbaycan əhalisi nağdsız ödənişlərə üstünlük verir 22 Oktyabr 2021, 18:47 Suraxanıda saxlanılan 48 narkotacirlə bağlı yeni açıqlama 22 Oktyabr 2021, 18:42 Eldəniz Səlimovun işi Ağır Cinayətlər MƏHKƏMƏSİNDƏ 22 Oktyabr 2021, 18:24 İsveçdə reper güllələndi 22 Oktyabr 2021, 18:20 Bu ölkədə 400 il sonra Britaniya idarəçiliyinə son qoyulub 22 Oktyabr 2021, 18:16 AccessBank 2021-ci il üçün maliyyə hesabatını açıqladı 22 Oktyabr 2021, 18:12 Azərbaycanlı hakim Avropada karantinə alındı 22 Oktyabr 2021, 18:08 Bakıda idmançı zalda ölü tapıldı - FOTO 22 Oktyabr 2021, 18:02 Türkiyə kəşfiyyatçıları PKK liderini zərərsizləşdirdi 22 Oktyabr 2021, 17:56 Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərini YOXLADI 22 Oktyabr 2021, 17:50 Son sutkada PEYVƏNDLƏNƏNLƏR 22 Oktyabr 2021, 17:47 Yoluxma artdı - 18 nəfər öldü 22 Oktyabr 2021, 17:44 AFFA bu klubları 11 min manat CƏRİMƏLƏDİ 22 Oktyabr 2021, 17:38 Moskvada 20-yə yaxın aviareys təxirə salındı 22 Oktyabr 2021, 17:32 Dolların yeni həftə üçün MƏZƏNNƏSİ 22 Oktyabr 2021, 17:26 Şirvanda “patı” satan şəxs saxlanıldı 22 Oktyabr 2021, 17:20 Vəzifəli şəxslər Şükür Həmidovun məzarını ziyarət etdilər - FOTOLAR 22 Oktyabr 2021, 17:14 Taksi sürücüsü məktəbli qıza təcavüzə cəhd etdi 22 Oktyabr 2021, 17:08 Putin baş nazirlə 5 saat nə barədə danışıb? 22 Oktyabr 2021, 17:03 Vətən Müharibəsi qəhrəmanının XATİRƏ GECƏSİ  22 Oktyabr 2021, 16:59 Ərəb mətbuatı Prezidentin Füzuli səfərindən yazdı 22 Oktyabr 2021, 16:54 Türkiyə-Azərbaycan münasibətləri çoxşaxəlidir 22 Oktyabr 2021, 16:51 Moskvada güclü qasırğa: Kremlin divarı zədələndi 22 Oktyabr 2021, 16:46 Azərbaycana iki minaaxtaran it GƏTİRİLDİ 22 Oktyabr 2021, 16:40 50-yə yaxın sürücü və sərnişin CƏRİMƏLƏNDİ 22 Oktyabr 2021, 16:34 Azərbaycan-İran sərhədində silah-sursat aşkarlandı - FOTOLAR 22 Oktyabr 2021, 16:28 Şəhidin xanımı dəfn olundu - FOTOLAR 22 Oktyabr 2021, 16:23 Saatlıda içməli su təchizatı yaxşılaşdırıldı 22 Oktyabr 2021, 16:17 Hava kəskin dəyişəcək, temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ 22 Oktyabr 2021, 16:12 “Təhsil haqqında” qanun DƏYİŞDİRİLİR 22 Oktyabr 2021, 16:06 Zakir Həsənov hərbi obyektlərin açılışında - FOTOLAR 22 Oktyabr 2021, 16:00 “Azəriqaz” yeni layihəyə star verdi - FOTO 22 Oktyabr 2021, 15:54 Putinin xəritələri: masada nələr var, tərəflər nədə razılaşmır? - TƏHLİL 22 Oktyabr 2021, 15:48