14 May 2016, 17:06 | Ana Səhifə - Yazılar - Hacıbala Abutalıbov - onda, elə indi də... - VİDEO
Hacıbala Abutalıbov - onda, elə indi də... - VİDEO

Həmişə fəxr etmişəm ki, atam Heydər Əliyevlə dost olub. Bunu lovğalanmaq kimi də qiymətləndirmək olar. Bu dostluğun şahidləri çoxdur. Bu dostluq artıq, tarixə  çevrilir. Tarixi də  yazarlar ki, gələcək nəsillərə yadigar qalsın. Mən də son 5 ildə atamla Heydər Əliyevin dostluğundan, görüşlərindən müxtəlif  yazılar yazdım. Yəqin ki, maraqla qarşılandı. Bəzən  isə “yox, ay Mahir, deyəsən özündən uydurursan axı?” deyənlər də tapıldı. Bu təbiidir. Çünki insanlar daha çox eşitdiklərinə yox, gördüklərinə inanırlar. Atalar sözü olan “Yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” ifadəsi də bu fikrimi təsdiqləyir.

İki il qabaq ailə arxivini səliqəyə salanda, 1997-ci və 2001-ci illərdə çəkilən iki videonu ictimailəşdirməyə qərar verdim. Böyük Heydər Əliyevlə Qabil arasında olan söhbəti, zarafatları əks etdirən bu iki videomaterial böyük rezonans doğurdu. Saytlarda, sosial şəbəkələrdə geniş yayıldı. Bu videolara baxanlar üçün artıq, mənim yazılarım ikinci plana keçdi. 

Atam professor Hacıbala Abutalıbovla da dost idi. Xətrini çox istəyirdi. Mən də bir telejurnalist kimi onun Suraxanı rayon və  Bakı şəhər İcra Hakimiyyətlərinin başçısı kimi fəaliyyətini yaxından izləmişdim. Mən onun müasiriyəm.

Şahidi olduğum əhvalatları  ara-sıra  qələmə alıb çap etdirməyə başladım. Hardasa 7 məqalə-xatirə olar. Bu yazıların içində “Heydər Əliyevə sədaqətdə Hacıbala Abutalıbov etalonu” adlı məqaləm xüsusilə seçilirdi. Bu sədaqətin isə sadə bir izahı vardı: “Hacıbala Abutalıbov əvvəldən Əliyevçi olub, indi də Əlievçidir”. Yaxud da “indi Əliyevçiyəm deməyə nə var ki? Hünərin vardı,  90-cı illərin əvvəllərində Əliyev kəlməsini dilinə gətirib, onu açıqca müdafiə edəydin. Hacıbala Abutalıbov kimi”. Mən bunu yazmışdım.  Mən bunu göydən yazmamışdım. Mən bunu görüb yazmışdım. Canlı şahid kimi yazmışdım.

Bu yazılarımı təbii qəbul edənlər, səmimiyyətimə inananlar çox olmuşdu. “Mahir, tərifin barıtını çox etmisən”, “yəqin nə isə umacağı var, ona görə yazır”, yaxud da “Mahirə bunu sifariş verib yazdırırlar” deyənlər də az deyildi.  Bu mənfi fikirli insanlara isə belə cavab verirdim: “Layiqdir. Ona görə yazmışam. Çünki Hacıbala müəllim bütöv, sədaqətli, ürəyi ilə dili arasında uçurum olmayan adamdır. 80-90-cı illərdə necəydisə, indi də elədir. İngilis bayrağı kimi hər gün bir tərəfə əsənlərdən deil”. Bunu deyirdim. Bəs sübut? Yuxarıda qeyd etdiyim kimi, insanlar eşitdiklərinə yox, daha çox gördüklərinə inanırlar. Yaxud da “Yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. 

Bu yaxınlarda Youtube-da bir videoya rast gəldim. İstədiyimi tapmışdım. Daha mənim yazdıqlarımın sözlə isbatına ehtiyac yox idi. Bu mənim ilk tanıdığım və bu gün də simasını dəyişməyən Hacıbala Abutalıbov idi. Baxın, siz də şahidi olun.

Lap yadımdan çıxmışdı. Hacıbala müəllim, 72 yaşınız mübarək!





MÜƏLLİFİN DİGƏR YAZILARI
Lənkəranda itkin düşmüş yeniyetmə tapıldı 24 Yanvar 2021, 13:09 Yunis Hüseynov istefa verdi 24 Yanvar 2021, 12:59 Nazir 10 şagirdin ölümündən, 60 məktəbin dağıdılmasından yazdı 24 Yanvar 2021, 12:51 Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi konsepsiyası təqdim olundu 24 Yanvar 2021, 12:46 Mingəçevirdə karantin qaydalarını pozan tədris mərkəzi aşkarlandı 24 Yanvar 2021, 12:36 Ermənistanda virusdan ölənlərin sayı üç mini ötdü   24 Yanvar 2021, 12:29 İstixana sahiblərinə qazdan istifadəyə görə güzəşt tətbiq olunacaq 24 Yanvar 2021, 12:18 Xəmsənin Osmanlı türkcəsində yenidən nəşri və satışı planlaşdırılır 24 Yanvar 2021, 12:08 Sabahın havası: bir yandan duman,  o biri yandan külək 24 Yanvar 2021, 12:05 Çavuşoğlu: Gəmi Qabona çatandan sonra nəşlə bağlı addımlar atılacaq 24 Yanvar 2021, 12:00 Hacıqabulda dəhşət: ot presləyən qurğuya düşdü, xəstəxanada keçindi 24 Yanvar 2021, 11:51 Deputat xeyriyyəçiliyin leqallaşdırılmasından DANIŞDI: "Asan deyil" 24 Yanvar 2021, 11:44 Hələ onlarla erməni əsgərinin meyiti tapılmayıb - Tadevosyan 24 Yanvar 2021, 11:36 Füzulinin Aşağı Veysəlli kəndindən ən son görüntülər - Video 24 Yanvar 2021, 11:34 Gürcüstanda virusdan ölənlərin sayı azaldı 24 Yanvar 2021, 11:29 Daha bir ölkədə kütləvi vaksinasiya başlayır 24 Yanvar 2021, 11:22 “Mozart” gəmisi Qabona istiqamət götürdü 24 Yanvar 2021, 11:14 İraqda 340 nəfər edam olunacaq 24 Yanvar 2021, 11:11 Şamaxıdakı vulkan evlərin divarını çatlatdı 24 Yanvar 2021, 11:02 Türkiyə yenə silkələndi 24 Yanvar 2021, 10:58 Türkiyə gəmisində öldürülən azərbaycanlının nəşi sabah ölkəyə gətiriləcək - XİN 24 Yanvar 2021, 10:51 İranın Xarici İşlər naziri bu gün Bakıya gəlir - NAZİRLİKDƏN AÇIQLAMA 24 Yanvar 2021, 10:44 Almaniyada virusa yoluxanların sayı yenə artdı 24 Yanvar 2021, 10:36 Azərbaycan kubokunda yeni mövsüm başlayır 24 Yanvar 2021, 10:34 Çində 14 gün dağıntılar altında qalan şaxtaçı xilas edildi 24 Yanvar 2021, 10:21 Gömrük Akademiyası 9 yaşını qeyd edir 24 Yanvar 2021, 10:16 Ya rəhbərlik dəyişəcək, ya da idarəetmə Müşahidə Şurasına keçəcək - Rövnəq Abdullayev erası bitir 24 Yanvar 2021, 10:11 Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür 24 Yanvar 2021, 10:05 Türkmənistan Prezidenti Azərbaycanla anlaşmadan danışdı: “Tarixi hadisədir” 24 Yanvar 2021, 09:59 Pentaqon rəhbəri: ABŞ Çinlə mübahisəli adanı qoruyacaq   24 Yanvar 2021, 09:51 ABŞ sakini peyvənddən bir neçə saat sonra öldü 24 Yanvar 2021, 09:43 Portuqaliya bu gün yeni prezidentini seçir 24 Yanvar 2021, 09:40 İspaniyanın Qərargah rəisi peyvənd qalmaqalına görə istefa verdi 24 Yanvar 2021, 09:37 Çində xarici gəmilərə atəş açılmasına icazə verildi 24 Yanvar 2021, 09:28 Meksikada 19 nəfər öldürüldükdən sonra yandırıldı 24 Yanvar 2021, 09:26