14 May 2016, 17:06 | Ana Səhifə - Yazılar - Hacıbala Abutalıbov - onda, elə indi də... - VİDEO
Hacıbala Abutalıbov - onda, elə indi də... - VİDEO

Həmişə fəxr etmişəm ki, atam Heydər Əliyevlə dost olub. Bunu lovğalanmaq kimi də qiymətləndirmək olar. Bu dostluğun şahidləri çoxdur. Bu dostluq artıq, tarixə  çevrilir. Tarixi də  yazarlar ki, gələcək nəsillərə yadigar qalsın. Mən də son 5 ildə atamla Heydər Əliyevin dostluğundan, görüşlərindən müxtəlif  yazılar yazdım. Yəqin ki, maraqla qarşılandı. Bəzən  isə “yox, ay Mahir, deyəsən özündən uydurursan axı?” deyənlər də tapıldı. Bu təbiidir. Çünki insanlar daha çox eşitdiklərinə yox, gördüklərinə inanırlar. Atalar sözü olan “Yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” ifadəsi də bu fikrimi təsdiqləyir.

İki il qabaq ailə arxivini səliqəyə salanda, 1997-ci və 2001-ci illərdə çəkilən iki videonu ictimailəşdirməyə qərar verdim. Böyük Heydər Əliyevlə Qabil arasında olan söhbəti, zarafatları əks etdirən bu iki videomaterial böyük rezonans doğurdu. Saytlarda, sosial şəbəkələrdə geniş yayıldı. Bu videolara baxanlar üçün artıq, mənim yazılarım ikinci plana keçdi. 

Atam professor Hacıbala Abutalıbovla da dost idi. Xətrini çox istəyirdi. Mən də bir telejurnalist kimi onun Suraxanı rayon və  Bakı şəhər İcra Hakimiyyətlərinin başçısı kimi fəaliyyətini yaxından izləmişdim. Mən onun müasiriyəm.

Şahidi olduğum əhvalatları  ara-sıra  qələmə alıb çap etdirməyə başladım. Hardasa 7 məqalə-xatirə olar. Bu yazıların içində “Heydər Əliyevə sədaqətdə Hacıbala Abutalıbov etalonu” adlı məqaləm xüsusilə seçilirdi. Bu sədaqətin isə sadə bir izahı vardı: “Hacıbala Abutalıbov əvvəldən Əliyevçi olub, indi də Əlievçidir”. Yaxud da “indi Əliyevçiyəm deməyə nə var ki? Hünərin vardı,  90-cı illərin əvvəllərində Əliyev kəlməsini dilinə gətirib, onu açıqca müdafiə edəydin. Hacıbala Abutalıbov kimi”. Mən bunu yazmışdım.  Mən bunu göydən yazmamışdım. Mən bunu görüb yazmışdım. Canlı şahid kimi yazmışdım.

Bu yazılarımı təbii qəbul edənlər, səmimiyyətimə inananlar çox olmuşdu. “Mahir, tərifin barıtını çox etmisən”, “yəqin nə isə umacağı var, ona görə yazır”, yaxud da “Mahirə bunu sifariş verib yazdırırlar” deyənlər də az deyildi.  Bu mənfi fikirli insanlara isə belə cavab verirdim: “Layiqdir. Ona görə yazmışam. Çünki Hacıbala müəllim bütöv, sədaqətli, ürəyi ilə dili arasında uçurum olmayan adamdır. 80-90-cı illərdə necəydisə, indi də elədir. İngilis bayrağı kimi hər gün bir tərəfə əsənlərdən deil”. Bunu deyirdim. Bəs sübut? Yuxarıda qeyd etdiyim kimi, insanlar eşitdiklərinə yox, daha çox gördüklərinə inanırlar. Yaxud da “Yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. 

Bu yaxınlarda Youtube-da bir videoya rast gəldim. İstədiyimi tapmışdım. Daha mənim yazdıqlarımın sözlə isbatına ehtiyac yox idi. Bu mənim ilk tanıdığım və bu gün də simasını dəyişməyən Hacıbala Abutalıbov idi. Baxın, siz də şahidi olun.

Lap yadımdan çıxmışdı. Hacıbala müəllim, 72 yaşınız mübarək!





MÜƏLLİFİN DİGƏR YAZILARI
Saakaşvilinin son durumu: ürək çatışmazlığı... 24 Oktyabr 2021, 13:59 DÇ-2022-nin siması müəyyənləşdi 24 Oktyabr 2021, 13:49 Ermənistanda virusa yeni yoluxanlar 24 Oktyabr 2021, 13:40 Sərnişin avtobusu "KamAz"la toqquşdu 24 Oktyabr 2021, 13:30 Nəbiyev amerikalı rəqibini yendi  24 Oktyabr 2021, 13:20 İran və Azərbaycan arasındakı münasibətlər necə davam edəcək? 24 Oktyabr 2021, 13:08 Əfqanıstan qana boyandı 24 Oktyabr 2021, 13:00 Böyük Qayıdış reallaşır: Qarabağda  işsizlik problemi olmayacaq 24 Oktyabr 2021, 12:46 Şəhidimizin anım günü - Video 24 Oktyabr 2021, 12:35 Xarkovda Axundova heykəl qoyuldu 24 Oktyabr 2021, 12:29 "Keşlə" -"Qəbələ" dueli 24 Oktyabr 2021, 12:19 Sabahın havası: duman olacaq  24 Oktyabr 2021, 12:08 Goranboyda oğrular qandallandı 24 Oktyabr 2021, 11:58 Yeni qeydiyyata alınan partiyanın HƏDƏFLƏRİ 24 Oktyabr 2021, 11:51 Dünyanın koronavirus MƏNZƏRƏSİ 24 Oktyabr 2021, 11:39 Balakəndə reyd  24 Oktyabr 2021, 11:29 Prezident və xanımından sevgi FOTOSU 24 Oktyabr 2021, 11:22 Bakıda fabrik alovlandı 24 Oktyabr 2021, 11:11 Mərmərədə gəmilər TOQQUŞDU 24 Oktyabr 2021, 11:08 Gürcüstanda virusa YOLUXANLAR 24 Oktyabr 2021, 11:00 Tayvan silkələndi 24 Oktyabr 2021, 10:51 Ötən ilin bu həftəsi - Müdafiə Nazirliyindən YENİ VİDEO 24 Oktyabr 2021, 10:48 Bu gün dünyanın gözü "Kamp Nou"da olacaq 24 Oktyabr 2021, 10:44 Bahalaşan neft, yüksələn ərzaq qiymətləri fonunda manatı nə gözləyir: devalvasiya, yoxsa...? 24 Oktyabr 2021, 10:32 Kolumbiyanın ən böyük narkotaciri qandallandı 24 Oktyabr 2021, 10:30 24 oktyabr:  Ümumdünya Poliomielitlə Mübarizə Günü 24 Oktyabr 2021, 10:26 Mənzildə meyit tapıldı 24 Oktyabr 2021, 10:16 Tovuzda ağır qəza  24 Oktyabr 2021, 10:05 Xəzərdə 5 otaqlı ev yandı 24 Oktyabr 2021, 09:59 SAVAŞ XRONİKASI: 24 oktyabr - düşmənin döyüş təyyarəsi vuruldu 24 Oktyabr 2021, 09:49 Özbəkistan  prezidentini seçir  24 Oktyabr 2021, 09:39 Məhəmməd Salahın mum heykəli London muzeyində 24 Oktyabr 2021, 09:30 Yunanıstan Misirdən işıq alacaq 24 Oktyabr 2021, 09:23 Həmyerlimiz Finlandiya çempionu oldu 24 Oktyabr 2021, 09:14 Rusiya vətəndaşlarına Gürcüstanda əmlak qadağası 24 Oktyabr 2021, 09:05