9 Dekabr 2020, 13:17 | Ana Səhifə - Yazılar - “İt əl çəkdi, motal əl çəkmədi”
“İt əl çəkdi, motal əl çəkmədi”

Elman Babayev

Qarabağ məsələsi artıq çözülüb, bəzi Avropa dövlətləri isə münaqişəni yenidən alovlandırmağa çalışır
Azərbaycan atalar sözündə deyildiyi kimi bir durum yaranıb: “İt əl çəkdi, motal əl çəkmədi”. Belə ki, 44 günlük Vətən müharibəsi başa çatıb, Ermənistanın faktiki kapitulyasiyası kimi qiymətləndirilən və Azərbaycanın qələbəsini rəsmiləşdirən 10 noyabr bəyanatının mühüm hissəsi icra olunub. Artıq bir aydır ki, atəşkəs rejiminə əməl olunur. Amma erməni diasporunun təsiri altında olan ölkələrin Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış sənədin əleyhinə faaliyyəti ara vermir ki, vermir...

10 noyabr bəyanatı Avropanın bəzi az sayda ölkələrində olduğu kimi, erməni diasporu və lobbisinin təsiri altında olan Niderland Parlamentindəki anti-Azərbaycan, anti-Türkiyə, İslamofob, ultra-sağçı və ultra-millətçi qüvvələrin hədəfinə çevrilib.

Qeyd edək ki, hələ müharibənin başa çatmasından sonrakı ilk günlərdə bu ölkənin parlamentinin Nümayəndələr Palatasında Azərbaycan və Türkiyə əleyhinə bir sıra qətnamə təşəbbüsləri irəli sürülüb. Bu təşəbbüs qardaş Türkiyə və Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, qondarma rejimin tanınması, uydurma “suriyalı terrorçular” məsələsinin araşdırılması və s. bu kimi cəfəng çağırışları özündə ehtiva edir. Bu qəbildən olan layihələrin müəllifləri isə Martin van Helvert (Xristian Demokratik Çağırış partiyası), Joel Voordevind (Xristian İttifaqı partiyası), Sven Koopmans (Azadlıq naminə Xalq Partiyası) və digər ultra-sağçı, anti-Türkiyə və faşist ideologiyasının təbliğatçıları kimi ad qazanmış şəxslərdir. Ən əsası bunlar ermənipərəst qüvvələrin əlaltıları kimi tanınır və həqiqəti ört-basdır edib, aldıqları sifarişi icra etmək qabiliyyətinə malik olduqlarını əməlləri ilə sübut etmiş şəxslərdir. Bu erməni maşalarının səyləri nəticəsində noyabrın 17-də Azərbaycan və Türkiyə əleyhinə Niderland Parlamenti tərəfindən bir neçə tövsiyə xarakterli qətnamə qəbul edilib.

Amma görünən odur ki, bu, ermənipərəst qüvvələrin tam ürəyincə olmayıb. Mövcud reallığı həzm etmək istəməyən həmin qüvvələr parlamentdə mütəmadi olaraq mövzunu qaldırır, hökumətə müxtəlif təxribat xarakterli suallar ünvanlayırlar. Hazırda Niderland Hökumətinin tutduğu mövqe isə bir tərəfdən təqdir olunmalıdır. Belə ki, hökumət parlamentdəki təxribatçı təşəbbüsləri müəyyən mənada neytrallaşdırmağa və sənəd layihələrini balanslaşdırmağa çalışır. Digər tərəfdən bu yöndə çalışmanın yetərsizliyi ortadadır. Hökumətin reallığı əks etdirən və beynəlxalq hüquqa söykənən daha sərt mövqe ortaya qoymaması parlamentdə radikal qüvvələrin əl-qolunu daha da açır.
Vurğulamaq vacibdir ki, ötən ayın 18-də Prezident İlham Əliyev Niderlandın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul edərkən bu məsələnin üzərində xüsusi dayanmışdı. Prezident Niderland Parlamentinin bu təxribatçı qərarlarına kəskin münasibətini onun diqqətinə çatdıraraq, parlamentdəki müzakirələr zamanı Niderland XİN başçısı S.Blokun balanslaşdırılmış yanaşma ilə çıxış etməsini təqdir etsə də, ümumilikdə belə ədalətsiz qərarların ölkələrimiz arasında yaxın əlaqələrin qurulmasına kömək etməyəcəyini bəyan etmişdi.

Ötən zaman kəsiyində Niderland parlamentindəki təxribatçı qrupun fəaliyyətinə ara verilməməsi bu ölkənin hökumətini hərəkətə gətirməlidir. Hökumət ikitərəfli münasibətlərə ciddi zərbə vura biləcək fəaliyyəti durdurmaq üçün səylərini gücləndirməlidir. Ola bilsin ki, erməni lobbisinin cazibəsi qarşısında duruş gətirə bilməyən Niderland deputatları belə təxribatlara yol verərkən ölkələrinin Azərbaycanda və dünyadakı nüfuzuna, beynəlxalq münasibətlərdə ədalət və hüquq bərabərliyinə çağırışlar edən ölkələrinin imicinə xələl yetirdiklərinin fərqinə varmırlar. Amma hökumət bunu anlamalı və bu təxribatçı fəaliyyəti durdurmaqla bağlı əməli fəaliyyət nümayiş etdirməlidir. Anlamaq lazımdır ki, ermənipərəst qüvvələrin Niderland parlamentindəki addımları Azərbaycanda holland biznesinin mövcudluğunu, Azərbaycan-Niderland ikitərəfli əlaqələrinin gələcək inkişafını sual altında qoya bilər.

Məsələnin diqqət çəkən digər tərəfi Niderlandın da Fransa kimi keçmişinin qaranlıq olması və öz ayıblarına kor olmamasıdır. Xatırladaq ki, uzaq olmayan keçmişdə, keçən əsrin 70-ci illərinə qədər müstəmləkəçi ölkə olan Niderland Amerika, Asiya və Afrika qitələrində onlarla xalqı siyasi və iqtisadi əsarətdə saxlamışdı. Dünyada ən çox sayda müsəlman əhalisi olan İndoneziya kimi nəhəng ölkə əsrlər boyu holland müstəmləkəçiliyinə qarşı mübarizə aparıb və öz müstəqilliyini 1945-ci ildə elan etməsinə baxmayaraq, illərlə davam edən müharibədən sonra Niderland yalnız 1949-cu ilin sonunda onun suverenliyini tanımağa məcbur olub. Tarixi faktlara istinad etsək, həmin illərdə Niderland hərbçiləri tərəfindən İndoneziyada bir çox qətllər törədilib. Bunlar arasında 1947-ci ilin 9 dekabrında Yava adasının qərbində yerləşən Ravaqede kəndində (hazırda Balonqsari kəndi) 431 kəndlinin güllələnməsini qeyd etmək yetərlidir. İndoneziyanın müstəqillik müharibəsi illərində vəhşicəsinə qətlə yetirilmiş mülki şəxslərin yaxınları tərəfindən indiyə qədər Niderland məhkəmələrində iddialar qaldırılır.

Təkcə bumu? Srebrenitsa soyqırımı 90-cı illərin Balkan müharibələrinin ən acı səhifəsi kimi tarixdə yerini alıb. 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində 8300-dən çox insanın soyqırıma məruz qalmasının məhz BMT-nin Niderland sülhməramlı kontingentinin fəaliyyətsizliyi və qorxaqlığı nəticəsində baş verməsi danılmaz tarixi faktdır. Niderland Ali məhkəməsinin 2013-2014-cü illərdə qəbul etdiyi qərarlarla ölkə yalnız 300-dən bir qədər artıq insanın qətlində günahkar olduğunu etiraf edib.

Fransa kimi Niderland da soyqırım və vəhşiliklərlə zəngin tarixi keçmişə malikdir. Hər iki ölkədə Türkiyə əleyhinə fəaliyyət xüsusi çəkiyə malikdir. Ermənipərəst qüvvələr Niderland parlamentində, siyasi dairələrində kök sala bilib. Yada salmaq kifayətdir ki, Niderland siyasi dairələrinin anti-Türkiyə mövqeyi 2017-ci ilin martın ortalarında özünün pik nöqtəsinə çatmışdı. Türkiyənin xarici işlər naziri M.Çavuşoğlunun ölkəyə girişinə qadağa qoyulmuş, ailə və sosial siyasət naziri Dr. Betül Sayan Kaya isə polis tərəfindən güc tətbiq edilməklə Niderlanddan zorla çıxarılmışdı.
Hazırda da Niderland cəmiyyətində ultra-sağ, ultra-xristian və radikal-şovinist meyllər azalmayıb, əksinə daha da artır. Nə yazıq ki, Türkiyə və digər müsəlman əsilli vətəndaşlara qarşı təhqir və hücumlar, ölkə mediasında açıq İslamofob təzahürlər, siyasətçilərin İslam dininin dəyərlərini təhqir etməsi, Avropa İttifaqı daxilində sonradan birliyə qoşulmuş ölkələrə qarşı ayrı-seçkilik Niderlandın dövlət siyasətinin bir hissəsinə çevrilib. Özünü Avropanın aparıcı ölkəsi sayan bir dövlətin siyasətini ultra-sağçı ekstremist siyasətçi, Azadlıq naminə Xalq Partiyasının rəhbəri Qert Vilders, həmçinin Martin van Helvert, Joel Voordevind və Sven Koopmans kimi radikal elementlərin təbliğ etdiyi ideologiya müəyyən edir.

Ən böyük fakt ortadadır: Azərbaycan öz əsgərinin qanı ilə tarixi torpaqlarını geri alıb, lakin bəzi Qərb dövlətləri onun bu halal haqqına haram qatmaq istəyirlər. Qatarsa çoxdan gedib...
MÜƏLLİFİN DİGƏR YAZILARI
Polisi döyən deputat üzr istədi: “Səhv etmişəm”   1 Avqust 2021, 17:53 Türkiyədə yanğında ölənlərin sayı artdı - FOTO   1 Avqust 2021, 17:51 Komitə sədri: “Parlament uğurla fəaliyyətini davam etdirir”   1 Avqust 2021, 17:50 FHN Marmarisdə yanğınların qarşısını aldı - VİDEO 1 Avqust 2021, 17:43 “Azərbaycan Türkiyəyə hər cür yardıma hazırdır” - Ceyhun Bayramov 1 Avqust 2021, 17:24 Milli Məclisin yenidən buraxılacağı iddiasına CAVAB   1 Avqust 2021, 17:07 “Yalanın həqiqət kimi təqdim olunması təəssüf doğurur” - Cavanşir Feyziyev      1 Avqust 2021, 17:03 Şevçenko millidən ayrıldı  1 Avqust 2021, 16:58 Peyvənd olunanların sayı açıqlandı 1 Avqust 2021, 16:49 Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü 1 Avqust 2021, 16:42 Xüsusi əməliyyat: Terrorçular məhv edildi 1 Avqust 2021, 16:36 8 toyda karantin qaydaları pozuldu 1 Avqust 2021, 16:33 “Jirinovski siyasi arenanı çayxana ilə səhv salıb” 1 Avqust 2021, 16:24 Ombudsman Türkiyəyə 100 fidan hədiyyə etdi 1 Avqust 2021, 16:08 Kəmər bölgəsində də meşə yanğınları başlayıb 1 Avqust 2021, 16:00 Şəhid zabitin anım günü qeyd edildi - FOTOLAR 1 Avqust 2021, 15:54 Türkiyə Yunanıstana nota verib   1 Avqust 2021, 15:45 Səfirlikdən Türkiyədəki azərbaycanlılara müraciət 1 Avqust 2021, 15:28 Muğlada yaşayış məntəqələrini alov bürüdü 1 Avqust 2021, 15:22 Ermənilər Xankəndini niyə TƏRK EDİR?    1 Avqust 2021, 15:03 İranda daha 366 nəfər koronavirusdan ölüb   1 Avqust 2021, 14:46 Egey dənizində zəlzələ şoku: 131 təkan qeydə alındı   1 Avqust 2021, 14:40 Azərbaycan “Tokio-2020”də ikinci medalını qazandı 1 Avqust 2021, 14:29 Azər Kərimli: “Jirinovski  saxtakar və siyasi kloundur” 1 Avqust 2021, 14:25 Azərbaycan Rusiyaya nota verdi 1 Avqust 2021, 14:14  “Jirinovski belə siyasətçilərin ön sırasındadır” - Ramin Məmmədov 1 Avqust 2021, 14:00 Goranboyda 11 yaşlı uşaq oda düşdü 1 Avqust 2021, 14:00 Bodrumda yanğın yaşayış yerlərinə keçir 1 Avqust 2021, 13:49 FHN-nin növbəti qrupu Gürcüstandan Türkiyəyə gedir - VİDEO 1 Avqust 2021, 13:40 Ağstafada bədbəxt hadisə: Ustanı işlədiyi evdə "tok" vurdu 1 Avqust 2021, 13:34 Türkiyənin daha 3 bölgəsində yanğınlar nəzarətə alınıb 1 Avqust 2021, 13:25 Əfqanıstanda hava limanına üç raket atıldı 1 Avqust 2021, 13:18 Muğla daha bir zəlzələ ilə silkələndi 1 Avqust 2021, 13:09 Myanmada müvəqqəti hökumət quruldu 1 Avqust 2021, 13:05 İtaliyalı jurnalist Gəncədə gördüklərindən dəhşətə gəldi 1 Avqust 2021, 12:59